"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Qalib KOMANDAN... .....                     Azərbaycanda ilk dəfə: .....                     Bu bayramın İrəvanda qeyd olunması... .....                     Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? .....                     Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb .....                     Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Gözəlləşmək üçün həyatını riskə atanlar .....                     Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var .....                     Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                 

Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Tarix: 20-05-2020, 10:07 | Çap et
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək?
DTX-nın "Qara maskalılar"ının son aylarda keçirdiyi və 5 rayonun icra hakimiyyəti başçısının həbsiylə nəticələnən əməliyyatlar ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Kimiləri bunu dövlətin möhkəmləndirilməsi adına mühüm addımlar hesab edir, hətta "qara maskalılar"a qurtarıcı, ağ atlı oğlan olaraq baxırlar. Bir başqa kəsim isə bunu mövcud kritik durumla bağlayır, hətta əməliyyatların həbs olunanlarla qarşılıqlı razılıq əsasında gerçəkləşdirildiyini söyləyirlər. Yəni, onu demək istəyirlər ki, hakimiyyətin yuxarı eşolonu çətin vəziyyətdə olan narazı kütləni razı salmaq məqsədilə bu cür siyasi şoular təşkil etmək məcburiyyətindədi.
Teref.az yazır ki, Elçin İlqaroğlu öz məqaləsini bu cümlələrlə başlayır. Məqaləsini davam etdirən Elçin bəy yazır:
Şəxsən mən məsələyə hər iki baxış bucağından baxanların ortaya qoyduğu iddialarla bu və ya digər dərəcədə razıyam. Elə, ya da belə bəzi icra başçılarının rüşvət və korrupsiyaya uğradıqları səbəbiylə həbs olunmaları təqdirəlayiq haldı və alqışlanmalıdı. Ancaq problemin həlli bir neçə icra başçısının həbsiylə mümkün deyil. Buna yalnız siyasətdən baş çıxarmayan, sıradan obıvatel inana bilər. Əgər iqtidar komandası rüşvət və korrupsiyaya qarşı mübarizə başlatdığı fikrində səmimi olduğunu ortaya qoymaq istəyirsə, görülən işlərlə kifayətlənməyib, problemi kökündən həll etmək yolunda addımlar atmalıdı.
Əgər DTX-nın məlum əməliyyatlarını obrazlı şəkildə "balıq ovu" kimi təsəvvür etsək, o zaman ortaya belə bir tablo çıxır: indiyə qədər ovlananlar yalnız kiçikçaplı kilkələrdi! Bir tək Vilyam Hacıyevi kilkədən bir az böyük, məsələn, deyək ki, sazan balığı (kiçikölçülü sazanlardandı) ilə müqayisə edə bilərik. Halbuki Azərbaycan adlı varlı dənizdə nə qədər desən dadlı və delikates hesab olunan, daha böyük ölçülü balıqlar var: nərəkimilər - çökə, bölgə, belyuqa, sivriyuqa, asetrin; bundan başqa, kütüm, farel, sazan, naqqa və onlarca digər yağlı və ətli balıqlar...
Hesab edirəm ki, DTX artıq kilkə ovundan ətli, yağlı və delikates balıqların ovuna keçməlidi. Kim deyə soruşsanız, konkret ad çəkə bilərəm: məsələn, NEHRƏMLİ KƏNAN kimi tanınan Kənan Məmmədov - Bakı Baş Gömrük İdarəsinin rəisi, Gömrük Xidməti generalı Kənan Məmmədov!
Kimdir bu nehrəmli Kənan? Bəzən mediya sensasiya yaratmaq xatirinə, bəzən də yanlışlıqla dəqiq olmayan informasiyalar yayır. Kənan Məmmədova "nehrəmli Kənan" ləqəbinin verilməsi məhz bu iki faktorun birindən qaynaqlanır. Əslində Kənan Məmmədov Nehrəm kəndindən deyil, bu, dəqiqdi. Səhv eləmirəmsə, Naxçıvan şəhərində doğulub. Ancaq fərq etməz, korrupsioner və rüşvətxorun nə milləti olur, nə vətəni. Şəxsən mənim üçün də bir o qədər fərq etmir ki, Kənan mənim həmyerlimdi, Nehrəmdə və ya Naxçıvanda doğulması da bir o qədər fərq etmir. Mənim üçün o, sıradan korrupsioner və rüşvətxordu və haqqında dərhal ölçü götürülməli, qoluna qandal vurulmalı və bütün bunlar bütün ölkəyə nümayiş olunmalıdı.
İrad tutula bilər ki, təqsirsizlik prezumpsiyasına görə Kənana rüşvətxor və korrupsioner demək yanlışdı. Əvvəla, mövcud şəraitə görə, Azərbaycanda təqsirsizlik prezumpsiyasının keçərsizliyini hər kəs bilir. Hər kəs onu da bilir ki, Kənan və onun kimilər, ortada dəlil və sübut olmadan da, rüşvətxor və korrupsioner kimi tanınırlar. İkincisi, ortada kifayət qədər faktlar var. Mən həmin faktlardan yalnız ikisini burda qeyd edirəm:
1) Kənan Məmmədov indiyə qədər bir çox Gömrük idarələrində ("Sınıq Körpü", Biləsuvar, Yalama və s) mühüm vəzifələr tutub. Bu illər ərzində törətdiyi əməllərə görə bir dəfə sərəncama götürülmüş, Yalamada (Xaçmaz Gömrüyündə) işlədiyi zaman isə gömrük nəzarətindən kənar küllü miqdarda qaçaq pul keçirdiyi səbəbilə gömrük orqanlarından uzaqlaşdırılmışdı.
2) Kənan Məmmədov gömrük orqanlarından uzaqlaşdırıldıqdan sonra məhz Səfər Mehdiyevin yardımı və "krışalığı" sayəsində yenidən gömrük xidməti işinə bərpa olunmuş, qısa müddət sonra isə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilmiş, ona general rütbəsi verilmişdir. Elə bundan sonra Kənanın əsas qanunsuzluqları daha ölçüyəgəlməz və dözülməz olmuşdur. Onun "Aztexnika" MMC ilə məhkəmə prosesinin nəticəsi nə qədər saymazyana və qanunları heçə sayan biri, həm də rüşvətxorluğunu ortaya qoyan faktdır. Adam o qədər harınlayıb ki, məhkəmə qərarını belə heçə sayır, "burda mənəm, başımın üstündə Səfər Mehdiyev, Bağdadda isə kor xəlifə" prinsipi ilə hərəkət edir. Təkcə bu iki fakt Kənanın qollarına qandal vurulmasına yetər də, hələ artıq da olar.
Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli "Gömrük Tarifi haqqında" Qanununun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üçün göstərilən 6 üsul gömrük rüsumu tutulmasının dəqiq mexanizmini ortaya qoyur. Ancaq Kənan Məmmədov bu qanunu heçə sayır və gömrük dəyərini özünün müəyyən etdiyini, iş adamları və şirkətlərin onun göstərdiyi qədər rüsum ödəyəcəyini dilə gətirir. "Aztexnika" MMC ilə məşhur məhkəmə çəkişməsi bu əməlinin nəticəsiydi.
Mən DTX-nın (niyə DTX yazıram bilirsiniz, çünki hazırda rüşvət və korrupsiya əleyhinə əməliyyatlar aparılması işini cənab prezident onlara həvalə edib) diqqət mərkəzinə onu da çatdırmaq istəyirəm ki, Kənan Məmmədovun göstərişi ilə Bakı Gömrüyündə "karandaş əməliyyatı" deyilən bir əməliyyat həyata keçirilir. Bu nə deməkdi? Gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu "əməliyyatla" hər ay milyonlarla vəsait dövlət büdcəsindən yayındırılır.
Kənan Məmmədovun qanunsuz əməllərindən biri də "Mebel əməliyyatı" deyilən bir məsələdi. O qədər də uzaq olmayan keçmişdə Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu Terminalı"na 100-dən çox xarici istehsal olan mebel yüklü kamyonlar daxil olur. Bu yüklər "rastamoşka" olunarkən "saxlanc" (soxraneniya) deyilən əməliyyata baş vurulur. Bunun mahiyyəti ondan ibarətdi ki, yükü gətirən şəxs və yaxud firmaya "rastamoşka" rüsumunu sonradan ödəmək şərtilə malları terminaldan çıxarmasına və satışını təşkil etməsinə şərait yaradılır. Bu, müəyyən qədər iş adamlarına yardım və işini asanlaşdırmaq kimi başa düşülsə də, əslində maraq ondan ibarətdi ki, bu malların milyonlarla dəyərindəki gömrük rüsumları mənimsənilsin. Əslində, bəhs etdiyim "mebel əməliyyatı"nda rüsumlar qeyri-rəsmi olaraq iş adamlarından alınıb və mənimsənilib, sənəddə isə "saxlanc" kimi göstərilib.
Bir faktı da qeyd edim ki, həmin o mebellərin əhəmiyyətli bir hissəsinin Kənan Məmmədovun özünə aid olduğu da söylənilir. Onun Dərnəgüldə, erməni qəbirstanlığı deyilən ərazidə bir neçə iri mebel salonu olduğu söylənilir. Gömrük rüsumu ödənmədən gətirilən mebellərin satışı məhz o salonlarda gerçəkləşdirilir. Bu, həm vergidən yayınma, dövlət büdcəsinə ödənilməli olan rüsumların mənimsənilməsi, həm də bu işlə məşğul olan digər iş adamlarının hüquqlarının pozulması deməkdi ki, bundan böyük korrupsiya, bundan böyük cinayət yoxdu.
Nəzər diqqətə onu da çatdırmaq istəyirəm ki, "mebel əməliyyatı" vaxtilə DTX tərəfindən ciddi şəkildə araşdırılıb və yəqin ki, cənab Əli Nağıyev iri bölgə balığı Kənan Məmmədov haqqında ölçü götürməyi nə zamansa gerçəkləşdirəcək.
Son olaraq, qara maska geyinən "ağ atlı oğlanlar"ın nəzər diqqətinə onu da çatdırıram ki, icra başçılarının iş otaqlarına yerləşdirdikləri kameralardan bir-ikisini də "İpək Yolu Terminalı"na yerləşdirsinlər. O zaman görəcəklər ki, bu terminala gələn kamyonların təkcə möhürünü qırmağın qiyməti 300 manatdır. Yəni, iş adamı malını gətirir, gömrük bəyannaməsini təqdim edir və deyir ki, buyur, möhürü qır, malımı yoxla. Kənanın qoçuları isə 300 manatı almayınca yaxına da gəlmirlər. Hər gün yüzlərlə belə maşın daxil olur və hər birindən 300 manat pul yığılır. Təkcə möhür qırmaq işindən bir ayda bir milyondan çox pul yığılır.
Cənab Nağıyev! Cənab general, bax, bu cür iri cüssəli, yağlı və delikates balıqları tora salın! Bunu edin ki, vəziyyəti kritik olan ölkə əhlinin 90 faizinin yanan ciyərinə su çiləmiş olasınız! Bu kimi əməliyyatlar keçirsəniz, mənim kimi qəliz və barışmaz vətəndaşlarımız da sizlərin - iqtidarın yanında olar. Nə zamana qədər ki, yalnız məhəlli qoçular olan icra başçıları - kiçik kilkələrlə uğraşacaqsınız, sizlərin səmimiyyətinə heç kim inanmayacaq...
Adları çəkiən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05
Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04
Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02
Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11
Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58
Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55
Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55
Baydendən növbəti əfv qərarı
Dünən, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Dünən, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Dünən, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Dünən, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Dünən, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Dünən, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Dünən, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru