"Bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq..." - GİLEY
Tarix: 10-06-2019, 11:55 | Çap et
“Əvvəllər heç olmasa zənglərimə cavab verirdilər, ümid verirdilər, indi mən zəng vuranda telefonlarını söndürürlər. Anlamırlar ki, onkoloji xəstəliyim dərinləşdikcə, ölümüm də tezləşir. Sanki səbirsizliklə ölməyimi gözləyirlər ki, bir zabitin müalicə xərclərindən qurtulsunlar”.
İstefada olan mayor Ceyhun Salmanovun 39 yaşı var. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. İki övlad atasıdır. Müdafiə Nazirliyinin 15-ə yaxın hərbi müəssisələrində 22 il qüsursuz qulluq edib. 2004-cü ildə Füzulinin Qazaxlar kəndində döyüş tapşırığını yerinə yetirərkən açıq kəllə-beyin travması və baş-beyin silkələnməsi hərbi travmaları alıb. Uzun müddət müalicə olunduqdan sonra yenə Müdafiə Nazirliyinin tərkibindəki müəssisələrdə (hərbi komissarlıq və sair) çalışıb. Sonuncu iş yeri Heydər Əliyev adına Ali Hərbi Məktəbi olub. İkinci qrup hərbi əlil, müharibə veteranıdır. İgidliyə görə medalla təltifi var. Ötən ilin martında səhhətində yaranan problemlərə görə Mərkəzi Hərbi Hospitala müraciət edib. Qasıq linfa düyünlərinin şişməsi diaqnozu ilə əməliyyat olunub. Mərkəzi Hospitalı anaplastik karsinoma metastası diaqnozu ilə tərk edib. Müalicə üçün Gülhanə Hərbi Tibb Akademiyasına göndərilməyə görə işlədiyi məktəbdən sənədləri toplanaraq Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və Döyüş Hazırlığı Baş İdarəsinə göndərilib. Daha sonra özü də həmin idarələrə dəvət olunub və bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq.
“Müalicə xərclərimdən qurtulmaq üçün ölməyimi güdürlər”
“Söz verdilər ki, məni tezliklə Gülhanə Hərbi Tibb Akademiyasına göndərəcəklər. Ancaq hələlik Gülhanəyə müalicəyə göndərilənlərin uzun növbəsi var. Mənimçün dekabr ayına növbə təyin etdilər. Mən də o vaxta qədər özüm qohumların, dostların köməkliyi ilə birtəhər öz müalicələrimlə məşğul oldum. Dekabr ayı başa çatanda əlaqə saxladım. Bildirdilər ki, ilin sonu olduğuna görə növbəmi təzə ilin yanvar ayına keçiriblər. Yanvar ayı da başa çatdı, yenə əlaqə saxladım, bu dəfə dedilər, fevralda mütləq göndərəcklər. Fevraldan isə mənə verdikləri telefonlar söndürülüb, nazirliyə də gedirəm, heç kəs ortaya çıxıb bir kəlmə söz demir. Özləri onkoloji xəstə diaqnozu qoyublar, vəziyyətim günbəgün ağırlaşır, ayaqlarım tutulur, yerimə qabiliyyətimi itirirəm, anladığım odur ki, ölümümü gözləyirlər, ölüm, müalicə xərclərimdən qurtulsunlar. Elə davranırlar ki, sanki dövlətin zabitinin müalicə xərclərini şəxsi ciblərindən çəkirlər,”- Ceyhun Salmanov deyir.
“Nə nazirlə, nə də müavinləriylə görüşə bilirəm”
Ceyhun Salmanov dəfələrlə müdafiə naziri və ya onun müavinləri ilə görüşməyə cəhd edib, ancaq alınmayıb:
“Sağlamlığımızı ortalığa qoymuşuq, illərlə xidmət etmişik, igidliyə görə mükafatlandırılmışıq, xəstəlik tapmışıq, gəl ki, nazirimizlə üzbəüz dayanıb dərdimizi deməyə imkan vermirlər. Mən inanıram ki, nazirimiz dərdimi bilmir, aşağıda oturanlar hər şeyi ört-basdır edir, səsimiz gedib nazirə çatmır. Bu gün əlil zabitinə sahib çıxmayanlar sabah öləndən sonra o zabitin övladlarına da sahib çıxmayacaq… Mənim müalicəmi dövlət qarşılamalıdır. Mən niyə dostdan, qohumdan yardım gözləməliyəm? 40 yaşım yoxdur, yeriyə bilmirəm, ayaqlarım günbəgün şişir, mən canımla əlləşirəm, bu boyda dövlətin Müdafiə Nazirliyi kimi ciddi qurumu mənimlə telefon-telefon oyunu oynayır. Zabir zəng vurur dərdini desin, müalicənin vaxtını dəqiqləşdirsin, üzünə telefonu sönndürürlər”.
“Sanki qəsdən edirlər…”
Ceyhin Salmanov hesab edir ki, onkoloji xəstələrin dövlət hesabına müalicəsini qəsdən ləngidirlər:
“Bu xəstəlik ölümə aparır. Ancaq vaxtında olunan tibbi müdaxilə nəticəsində 10-15 il həyatda qalmaq mümkündür. Mən də imkan daxilində həyatda qalıb balalarımı böyütmək istəyirəm. Yadınızdadırsa, zabit yoldaşım, polkovnik-leytenant Əlyaz Mirzəyevin də Gülhanəyə göndərilməsini ləngitdilər, o qədər gec göndərdilər ki, Gülhanədə müalicəsinin ikinci həftəsində dünyasını dəyişdi. Halbuki, xəstəlik aşkar olunan kimi göndərilsəydi, indi həyatda qalmışdı. Onkoloji xəstəlik sürətlə irəliləyir, belə xəstəni necə növbədə saxlamaq olar axı? Necə yəni, get, aylarla gözlə, növbən çatanda göndərərik, hələ üstəlik, növbənin vaxtını hər dəfə uzat, sonra da telefonu söndür və xəstəni nazirliyə yaxın buraxma…”
Ceyhun Salmanovun başqa sosial problemləri də var. Məsələn, onun yaşamağa evi yoxdur və mənzil növbəsinə dayanmaq üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, növbəyə götürülməyib. Onkoloji xəstə olan Ceyhun Salmanovsa evsiz-eşiksiz övladlarının gələcəyi üçün narahatdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
• "Təyyarə qəzasını quru sərhədlərlə əlaqələndirənlər avtomobil qəzalarını nə ilə əlaqələndirirlər?" - deputat
Bu gün, 12:27 |
|
|
|
|