Rauf Vəliyevin ayağındakı KORRUPSİYA - İTTİHAM
Tarix: 5-11-2018, 09:30 | Çap et
Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılaraq, yeni yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib. Bildirək ki, ötən müddət ərzində həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, həm də qurumun sədri Rauf Vəliyevlə bağlı mediada müxtəlif iddialar səsləndirilib. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq.
Rauf Vəliyev kimin adamıdır, Mikayıl İsmayılov faktoru, yoxsa?…
Bildirək ki, son təyinatına qədər Rauf Vəliyev ölkə ictimaiyyətinə tanış olmayan sima sayıla bilrdi. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni sədri əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə bu baxımdan da onun Rövnəq Abdullayevə yaxın şəxs olduğu iddia edilir. Həmçinin bildirilir ki, Ilham Əliyevin bu təyinatı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Rövnəq Abdullayevin nəzarətinə keçib. Hətta bu məsələyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin arasında münasibətlərin kəskinləşdiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin keçmiş rəisi Aydın Bəşirov Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs olub. Amma cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara əsasən deyə bilərik ki, bu yalnız görüntü xarakteri daşıyır. R. Vəliyev əslində Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi ilə uzun müddət ARDNŞ-də mühüm postlarda təmsil olunub: «Belə ki, o, 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Deyilənlərə görə, Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub. Mediada yer alan başqa bir məlumata görə , Rauf Vəliyev Azərbaycan hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərdən birinin qohumudur. Məlumatda bildirilir ki, o, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun kürəkənidir. Onun bu posta gəlməsində bu amilin də rol oynadığı bildirilir. Yeri gəlmişkən, Valeh Ələsgərov da əvvəllər ARDNŞ-də idarə rəisi vəzifəsində çalışıb.
Gəmilərdən və tankerlərdən qazanılan aylıq vəsaitlər yüz minlərlə ölçülür…
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiya yuvasına çevirən QSC sədri heç nəyə və heç kimə məhəl qoymadan oxşar davranışlarını bu gün də davam etdirməkdədir. Mətbuatda yazılanlara biganə münasibəti ilə seçilən Rauf Vəliyevin son vaxtlar ciddi narahatçılıq keçirdiyi haqda məlumatlar dolaşır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, neçə illərdir “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi iqtisadi baxımdan çox gəlirli sahəyə rəhbərlik edən Rauf Vəliyevin korrupsiya şəbəkəsi yaradaraq mənimsədiyi pullar yuxarı dairələrin də diqqətindən yayınmayıb. Hətta bununla bağlı ona ciddi iradların bildirildiyi də iddia olunur. Bütün bunlara baxmayaraq QSC sədri hələ ki, postunda oturmaqda davam edir. Məlumata görə R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir. Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.
Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev
Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil. Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq. Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.
Müəmmalı kadr siyasəti
Neçə illərdir ki, Xəzər Dəniz Gəmiçiliyində “saç ağardan” təcrübəli və savadlı kadrlar Rauf Vəliyevin idarəçiliyindən boğaza yığıldıqlarını bəyan edirlər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, həmin kadrlar ölkəni tərk etmək məcburiyyətində qalaraq digər dövlətlərin bayrağı altında çalışmağa üstünlük verirlər. Kadrların kütləvi şəkildə ölkəni tərk etməsinin aldıqları cüzi maaşla heç bir əlaqəsi yoxdur. Onlar Rauf Vəliyevin və onun səriştəsiz komandasının heç bir əndazəyə sığmayan idarəçilik metodundan boğaza yığılaraq iş yerlərini birdəfəlik tərk edirlər. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrup isə dənizçilərin “dərisini soymaqla” məşğuldur. Məsələn, akademiyanı bitirən məzunlar ilk olaraq motorist kimi gəmilərə təyin edilirlər. 6 aydan sonra növbə mexaniki vəzifəsinə gəlmək üçün isə həmin motorist 1500-2000 manat rüşvət verməli olur. Ikinci mexanik keçmək üçün 2000-2500 manat “tərləməli” olan məzunlar baş mexanikliyə 3000 manat rüşvət vermək zorunda qalırlar. Baş verən haqsızlığa və özbaşınalığa dözməyən savadlı və təcrübəli dənizçilərin ölkəni tərk etməsi sonda ciddi kadr çatışmazlığı problemini yaradıb. Aparılan kadr siyasəti ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara istinadən bildirək ki, QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, «Zığ» Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar. Deyilənlərə görə, adıçəkilən şəxslər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır və o, bir sıra məsələləri məhz onların yardımları ilə yoluna qoyur. Təbii, bu zaman hər bir tərəfin maraqları yetərincə nəzərə alınır. Bildirək ki, Zamiq İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş. Məsələnin maraqlı tərəfi ondadır ki, o, məlum həbslərdən sonra da dayaqlarını itirməyib. Yəni hələ də onu müdafiə edən qüvvələr mövcuddur. Sədrin digər müavini Nəzrəddin Əhmədzadə isə daha çox sahib olduğu geniş biznes şəbəkəsi ilə diqqət cəlb edir.
İşə düzəlmək üçün 5 min manat
“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə düzəlmək üçün məndən 5000 dollar rüşvət istədilər”. Bu iddia Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənovun prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdəndir. Fariz Həsənov müraciətin bir surətini də mediaya göndərib. Şikayətçi yazır ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işə düzə bilmədiyinə görə xarici şirkətlərə üz tutut. Bir neçə il xarici şirkətlərdə cüzi maaşa işləyib. Lakin sonradan ixtisara düşüb: “2 ildir ki, işsizəm. Bu 2 ildə ailəm dağıldı. Təbii ki, aclığa, ehtiyaca görə. İşsiz olduğuma görə aliment verə bilmirəm. Məhkəmə isə buna görə həbs cəzası verməyə hazırlaşır. Cənab prezident, mən cinayətkar deyiləm. Sadəcə sizin də dəfələrlə müşavirələrdə barmaq silkələdiyiniz xalqı vecinə almayan məmurların qurbanıyam. Təsəvvür edin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qəbulunda olmuşam. O, mənə söz verdi ki, arxayın ol, səni işə götürəcəyik. Hətta bununla bağlı Kadrlar İdarəsinin rəisi Sevda Məmmədovaya da göstəriş verdi. Amma Sevda Məmmədova mənə deyir ki, matros işləmək üçün ali savad lazımdır. Mənim ali savadım olsaydı matros niyə işləyirdim ki? Mən dənizçilik peşə məktəbini bitirmişəm. Matros işləmək üçün bu kifayətdir. Siz heç universitet, yaxud akademiya bitirib matros işləmək istəyən görmüsünüzmü? Sevda Məmmədova məni işə götürməmək üçün belə absurd fikirlər səsləndirir. Mənə deyir ki, “işə mən götürmürəm, get sədrin yanına”. Axı sədr özü ona mənim yanımda göstəriş verib. Görünür, bu idarədə subardinasiya tərsinədir. Yəni, kadrlar idarəsini rəisi sədrə, sədr ona tabedir. Mümkündür, əgər, bu idarənin səlahiyyətli şəxsi matros işləmək üçün ali savadın vacib olduğunu deyirsə, o zaman niyə sədr tabeliyində olan şəxsə tabe olmasın ki? Əslində məsələ belədir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən. Mənim tanışım yoxdur, pulum da yoxdur. İndi mən acından ölməliyəm?! Mən 15 il ən müxtəlif gəmilərdə işləmişəm. Bosmanlığa qədər yüksəlmişəm. İşimdə heç vaxt nöqsan olmayıb. Amma mənim kimi kadra burada iş tapılmır. Cənab prezident, faktiki olaraq ailəmə ruzi qazanmağa imkan vermirlər. Onların balaları toxdur, ona görə ac uşaqlardan xəbəri yoxdur. Cənab prezident, Mehriban xanım, dəfələrlə anam da, mən də sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Siz də kömək etməsəniz, o zaman mən nə edim?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Bu gün, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Bu gün, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Bu gün, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Bu gün, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Bu gün, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Bu gün, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Bu gün, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Bu gün, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
|