"Bütün qohumlarını ətrafına topladı, ”ailə podratı”yaratdı"... - ŞİKAYƏT VAR
Tarix: 9-03-2016, 10:07 | Çap et
Sumqayıt Telekommunikasiya Qovşağı ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. 20 ildən artıqdır ki, sözügedən idarədə çalışan Vəliyeva Zülfiyyə İsabala qızının ANAXEBER.az-a ünvanladığı məktubda kifayət qədər iddialı və qalmaqallı faktlar yer alıb. İlk öncə onu bildirək ki, şikayətçi xanım Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirib və 1996-cı ildən Sumqayıt TKQ-da çalışır. Amma ötən müddət ərzində o yarımştat olaraq saxlanıb: “Tək anayam. 3 evladım var. Dəfələrlə Akif Ələsgərova müraciət etmişəm ki, məni tam ştata keçirsin. Lakin mənim müraciətlərimə məhəl qoymurdu. Hətta mənə “nə zaman özün öz xoşunla ərizə yazıb işdən gedəcəksən?” deyirdi. Məni aylarla öz hesabına məzuniyyətə göndərirdi. Kadrlar inspektoru Mətanət Məmmədova zəng edib bildiridi ki, öz hesabına məzuniyyətdəsən ərizə belə yazmırdım. Mənim canımı boğazıma yığırdı. Gedib evlərdə qulluqçu işləyirdim. Məni rəis Akif Əsgərov hədələyirdi”. Z.Vəliyeva bildirir ki, idarədə baş verənlərlə bağlı Rabitə Nazirinə şəxsən şikayət etmək istəsə də nazir müavini İltimas Məmmədov bu qəbulun baş tutmasına imkan verməyib. Xanım şikayətçi ANAXEBER.az-a ünvanladığı məktubda bir çox adlar çəkərək kəskin ittihamlar səsləndirir. O bildirir ki, 2004-cü ildən Sumqayıt TKQ-na rəis təyin olunan Arif Əsgərov burda sözün həqiqi mənasında dərəbəylik qurub: “Bütün qohumlarını ətrafına topladı. ”Ailə podratı”yaratdı. İşçiləri qorxu altında saxlayırdı. Sex rəisi Mürvət Ağayev demək olar ki,rəisin sağ əli oldu. Bütün ATS-ləri özündən asılı saxlayıırdı. Ona pambıqla başkəsən deyirlər. Onun arxasında rabitə nazirinin müavini İltimas Məmmədov durur. İltimas Məmmədov qovşaqda çox adama himayədarlıq edir. Həmin insanlar qovşaqda at oynadırlar. İşçilər neçə olursa olsun təki onların ciblərinə pul gəlsin. Babayeva Sevinclə əlbir olub xımır-xımır yeyir sex rəisi. Bu 12 ildə qovşaq işçiləri 1 dəfə də olsun maddi yardım,bayram pulları,13 əmək haqqı almayıblar. Ancaq Akif Əsgəroovun əsabələri kef edirdilər. Mühəndislər işçiləri qorxu altıında saxlayırlar. İndi də bu qorxu davam edir”. Akif Əsgərovun ağlasığmaz əməllərindən bəhs edən Zülfiyyə Vəliyeva 20 ilin rabitəcisi olsa da yalnız bu yaxınlarda yeni nazirə şikayət məktubu yazdıqdan sonra böyük el. mexaniklikdən 6-cı dərəcəli el. montyor keçirilib. 12 il 0,5(yarım ştat) el. montyor işləyən şikayətçinin ANAXEBER.az-a bildirdiklərində ağlasığmaz olaylardan söz açılır: “Akif Əsgərov mənə “səni elə belə saxlayacağam ki, özün öz əlinlə ərizə yazıb işdən çıxasan” deyirdi. Mənim başıma olmazın oyunlarını açırdı. Mən dözdüm. Amma əyilmədim. Onun ətrafında orental rəqs oynayan nə qədər qadınlar var idi. Sultan Süleymanın hərəmxanası onun yanında yalan idi. Kimisinə yeni tikilən evlərdə evlər, xarici ölkələrə gəzintilər, sayı hesabı bilinməyən hədiyyələr. Bir sözlə hərəmxana nə hərəmxana… Burda mənəm Bağdadda kor xəlifə. Qovşağda çal oynasın. Nə istəyirdi onu da edirdi. İşçiləri saya-hesaba almırdı. Kimlərin pulları hesabına kef edirdi? İşçiləri əzirdi onları nəlayiq sözlərlə alçaldırdı”. Bildirək ki, A.Əsgərov artıq tutduğu vəzifədən azadilib. Amma ANAXEBER.az-a verilən məlumatda bu idarədəki durumun dəyişmədiyi bildirilir: “Qovşaq işçiləri qorxu içində işə gəlib gedir. Rəisin əsabələri hələ də qovşaqda at oynadır. Yanvar ayının 28-də Rabitə nazirinin əmrinə əsasən rəis qovşaqda uzaqlaşdırılıb. Lakin onun adamları qovşaqda nə istəyirlər onu da edirlər. Akif Əsgərovun yerinə rəis əvəzi İqbal Yusifov təyin olunub. Hal-hazırda işçilər qorxu içindədirlər. Hətta onun ətirini dəhlizlərə vururlar ki,Akif Əsgərov gəlir. Şikayət etməyin o qayıdacaq. Qovşaqda işçilər başsız qalıb. Rəis əvəzi nə ətdi nə balıq. Hansı ağla qulluq edir bilinmir. Akif Əsgərovun dövründə kef edən qadınlar indi də eyni işləri təkrar edirlər. Çünki,onların qazancı ondan çıxır. Qovşağda fizika müəllimi,bədən tərbiyəsi müəllimi,tarix müəllimi rabitəçi işləyir. Əməlli başlı qovşaq unversaldı. Hansı sənət istəyirsən var qovşağda. Məktubunun sonunda şikayətçi yeni nazirdən kömək istəyir: “Rabitə naziri Ramin Quluzadə, köhnə qurdlara uymayın. Əvvəlcə öz yanındakı qurdu təmizlə. Sumqayıt TKQ-nın işçiləri ilə görüşün,onların dərdlərinə qulaq asın 12 il qovşağı çapıb-talayan Akif Əsgərov axırı necə olacaq? Qovşaq işçilərinə dəyən ziyanı kim ödəyəcək? Biz qovşaq işçiləri tələbimiz bizə dəyən ziyanı Akif Əsgərov ödəsin. Qovşağın hesabına özünə biznes yaradıb. 12 il bizə dəyən ziyanı ödəsin. Yanvar ayının 28-dən Sumqayıt TKQ-na rabitə nazirliyi tərəfindən yoxlamalar gəlib töküldü. 1 ay yoxlamalar işlədi. İşlərini başa çatdırıb getdilər. Hələ də bir xəbər yoxdu. Nazir Ramin Quluzadə fevralın 8-də qovşağa gəldi. 12 nəfərin əmrini gətirdi ki,işdən azad olublar. Amma bu günə kimi Akif Əsgərovun əsabələri isə gəlib-gedirlər. Heç nə olmamış kimi. Deməli naziri belə onlar saymırlar. Nazirin sözü keçərli deyil. Biz işçilərin yeganə ümid yeri cənab prezidentimiz İlham Əliyevdir. Üzümüzü prezidentə tutub deyirik. Biz Sumqayıt TKQ-nın rabitəçilərinə kömək edin”. Akif Əsgərovla bağlı ANAXEBER.az olaraq apardığımız araşdırmalar zamanı ilginc məqamlar ortaya çıxıb. Məlumat üçün bildirək ki, A.Əsgərovun bir oliqarx kimi yüksəlişi məşhur “Bayva”dan başlayıb və Əli Bayramlı şöbəsinin rəhbəri olarkən 22 rayonun enerji ilə təchiz olun-masına cavabdeh olub. Deyilənə görə, o, həmin postunda “Azərenerji” səhmdar cəmiyyətinin prezi-denti Etibar Piriverdiyevlə yola getməyib. Hətta E.Piriverdiyev onu işdən çıxarmaq üçün uzun müd-dət fakt axarışına çıxıb. Nəhayət, o, Akif Əsgərovu işdən azad etmək üçün çox maraqlı gedişlərə əl atıb və onu işdən azad edə bilib. Belə ki, hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyən A.Əsgərovun şöbədəki maxinasiyalarını elə öz işçilərindən biri vasitəsi ilə əldə edə bilib. “Azərenerji” prezidentinin A.Əsgərovu belə çətinliklə işdən azad etməsinin kökündə isə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyevin durduğu iddia olunur. Deyilənlərə inansaq, Akif Əsgərov Fərhad Əliyevin “komandası”nın inanılmış və sadiq üzvülərindən biri olub. Amma E.Piri-verdiyevin A.Əsgərovu faktla işdən çıxarması qarşı tərəfi susmağa məcbur edib… Bundan sonra bir qədər işsiz qalan Akif Əsgərovv sonradan Standartlaşma, Metrologiya və Patent Agentliyinin Sumqayıt şöbəsində müavin vəzifəsini tutub. Etibarlı mənbənin ANAXEBER.az-a verdiyi məlumata görə, onun bu vəzifəyə təyinatında da F.Əliyev önəmli rol oynayıb. Mənbə bildi-rir ki, qeyd olunan təyinat verilən zaman bu müvvəqqəti addım kimi dəyərləndirilib və ona bildiri-lib ki, qısa müddətdə onu hansısa önəmli vəzifə ilə təmin edəcəklər. Doğrudan da bir müddətdən sonra o, Sumqayıt Telefon Qovşağının rəisi vəzifəsinə gətirilir. – Akif Əsgərovun işə qəbul edib öz başına problem açdığı xanım kimdir? – Sumqayıt Telekommunikasiya Qovşağının rəisinin Hüseyn Cavid prospektində aldığı mənzilin gerçək sahibi… – İllər öncə Sumqayıtdakı kafelərin birində baş vermiş mübahisənin ilginc detalları… Bu və digər məqamlar haqda növbəti yazımızda. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Dünən, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Dünən, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Dünən, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Dünən, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Dünən, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Dünən, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Dünən, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Dünən, 15:10 |
|
|
|
|