"AZƏRKÖRPÜ"DƏ KORRUPSİYA KÖRPÜSÜ
Tarix: 13-09-2013, 10:02 | Çap et
Keçən günlərdə biz Əfəndi İsmiyevin rəhbərlik etdiyi “Azərkörpü”ASC-nin fəaliyyətində aşkar müşahidə olunan bəzi nöqsanlara və qanun pozuntularına dair aldığımız məlumatlar əsasında tənqidi materiallar dərc etmişdik. Buna səbəb ilk növbədə ASC-nin rəhbərliyi tərəfindən qanunvericilikdə dividendlərin həcminə dair tələbin olmamasından sui-istifadə hallarına yol vermələri barədə iddialar oldu. Bu xüsusda ölkənin fond bazarı üzrə ixtisaslaşan ekspertlərinə istinadən bildirimişdi ki, milyonlarla manat mənfəət əldə edən "Azərkörpü" ASC illərdən bəridir ki, hər səhm üçün 0,90 manat dividend elan edir. Hərçənd şirkət bu dividendi ən azı 10 dəfə artırmaq iqtidarındadır. Mövcud qanunvericiliyə görə, dividend cəmiyyətin xalis mənfəətindən onun iştirakçılarına ödənilir və onun məbləği Direktorlar Şurası tərəfindən ümumi yığıncağa tövsiyə olunur. Mənfəətin qalan hissəsi isə digər zəruri məqsədlər üçün yönəldilə bilər. Daha sonra qeyd olunmuşdu ki, hər il “Azərkörpü” ASC mənfəət və əsas vəsaitlərin amortizasiyası hesabına kapital qoyuluşları edərək, 10 milyonlarla manat dəyərində əsas vəsait əldə edir. Buna baxmayaraq, nəzarət səhm sahibləri kapital qoyuluşlarının cəmiyyətin nizamnamə kapitalına yönəldilməsini əngəlləyirlər. Onlar buna qarşı əsaslı arqument qətirməsələr də, səbəb aydındır. Bu siyasətin nəticəsində mülkiyyətində olan az miqdarda səhmdən xırda məbləğdə dividend alan səhmdar əvvəl-axır ondan yaxa qurtarmaq barədə qərar vermək məcburiyyətində qalacaq. Hərçənd “Azərkörpü” ASC səhmlər üzrə yuxarıda qeyd olunduğu kimi 90 qəpik deyil, 75 manat 4 qəpik ödəmək iqtidarındadır. Bu isə hər səhmin nominal dəyərindən 37,5 dəfə çoxdur...
Bu informasiyanı yenidən təkrarlamaqda isə xüsusi məqsədimiz var. Redaksiyamıza yeni daxil olan məlumatlarda səhmdarlardan “qənaət edilən”, eləcə də ASC-nin fəaliyyətində kifayət qədər yol verilən maliyyə maxinasiyalarından əldə olunan böyük miqdarda gəlirlərin hansı məqsədlərə xərcləndiyinə dair konkret iddialar irəli sürülüb. Bildirilir ki, bir müddət əvvəl Nardaran qəsəbəsi ərazisində (dənizə yaxın ərazidə) “Azərkörpü” ASC-nin sədri Əfəndi İsmiyevin müavinləri tərəfindən 1 hektalıq torpaq sahəsi alınıb. Həmin sahədə isə hər biri təxminən 400-500 min manat dəyərində olmaqla, dörd ədəd xüsusi mülk-villa inşa edilib. Bu mülklərin sahibləri də təbii ki, yenə də ASC-nin sədr müavinləridirlər. Bu arada isə qeyd edək ki, Əfəndi İsmiyevin öz şəxsi villası da yaxınlıqda yerləşsə də, həmin 1 hektarlıq sahəyə daxil deyil.
Yeri gəlmişkən cəmiyyətdə formalaşmış ictimai rəy də təsdiq edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən əksər səhmdar cəmiyyətlər öz səhmləri üzrə az-çox qaneedici divident vermirlər. Buna səbəb kimi isə həmin cəmiyyətlərin rəhbərləri müəssisələrinin guya ki, zərərlə işlədiklərini göstərirlər. Lakin Azərbaycan kimi möhtəşəm iqtisadi inkişaf mərhələsi yaşayan bir ölkədə, “Azərkörpü” ASC kimi inşaat nəhənginin belə bir bəhanəyə istinad etməsi tamamilə absurddur. Ən azından ASC rəhbərliyinin və ilk növbədə səhmlərin 51%-nə nəzarət edən Əfəndi İsmiyevin şəxsi sərvətinin müəssisənin qazandığı hər yeni tenderlə artması bu iddiaları tamamilə rədd edir. Digər tərəfdən isə yeni aldığımız məlumatlarda “Azərkörpü” ASC-nin həmin tenderləri qazanmaq üçün əl atdığı üsullar da böyük şübhə altına alınır. Göstərilir ki, bu üsullardan biri ASC-ni xüsusi himayə etməsi ilə seçilən Abid Şərifovla isti münasibətlərin qorunub-saxlanmasından ibarətdir. Daha dəqiq olsaq, məlumatlarda iddia olunur ki, qazanılan hər yeni tender münasibətilə ASC rəhbərliyi tərəfindən baş nazirin müavininə qiymətli hədiyələrin təqdim olunması artıq bir ənənə halını alıb və bunu onlar məclislərdə deməkdən belə çəkinmirlər...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|