16 MİLYARD PULU HAVAYA SOVURACAQLAR
Tarix: 11-01-2012, 13:19 | Çap et
«AĞ ŞƏHƏR» LAYİHƏSİ DÖVLƏTİ MÜFLİS EDƏ BİLƏR
DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət yeni bir meqaprojenin icrasına baş vurub. Söhbət milyonlarla vəsaitin axıdılacağı «Ağ şəhər» layihəsindən gedir. Bu «ağ şəhər» layihəsinin icrası zamanı isə qara qızıldan əldə edilən milyonların qəpik-quruş kimi havaya sovrulacağı heç şübhəsizdir. Bunu elə ilkin rəsmi açıqlamalardan da duymaq olar. Beləliklə, keçək rəsmi faktlara…
Bildirək ki, ilk əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq Qara Şəhərin bərpa və inkişafı haqqında qərar qəbul edilib. Sahəsi 221 ha olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaqdır.
Bakı Ağ Şəhər layihəsinin Baş planı öz sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Bakı buxtasının lap mərkəzində yerləşən və paytaxtımızın mirvarisi sayılan Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır. Paytaxt əhalisinin ən çox sevdiyi küçələrdən biri olan Neftçilər prospekti isə Yeni Bulvar boyu davam edəcək.
Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhər-in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Habelə, su nəqliyyatından istifadə edilməsi üçün, Bulvar xətti boyunca dəniz yolunun salınması da layihəyə daxildir.
Bakı Ağ Şəhər-in İnfrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Bakelektrikşəbəkə”, “Azəriqaz”, “Aztelekom” və s. kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb.
Paytaxtımızda yeni müasir mərkəzin yaradılması yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi üçün əlavə imkanlar da açır. Bu məqsədlə, sərmayəçilər üçün xüsusi şərtlər nəzərdə tutulub. Prezidentin fərmanı çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, hazırda Bakı Ağ Şəhər-in ərazisində, çirklənmiş torpaqların təmizlənməsi üçün “Ecol Engineering Services” (SOCAR) tərəfindən xüsusi tədbirlər həyata keçirilir.
Bakı Ağ Şəhər layihəsi üzərində işləmək üçün, azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq firmaları da cəlb ediliblər.
İndi isə keçək əldə etdiyimiz məlumatlara. Bu barədə redaksiyamıza hər kəsi heyrətləndirəcək informasiyalar ötürülüb. Nazirlər Kabinetindəki qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən informasiyada bildirilir ki, «Ağ şəhər» layihəsinin icrası məqsədilə böyük pulların ayrılması nəzərdə tutulub, hələ ilkin təmzləmə işləri üçün əgər 300 milyon avronun ayrılması faktı mövcuddursa, artıq digər rəqəmləri duymağa xüsusi olaraq hazırlaşmaq lazımdır.
Mötəbər mənbənin bilgisinə görə, ümumilikdə olaraq «Ağ şəhər»in salınmasına 16 milyard avronun ayrılması nəzərdə tutulub: «Doğrudur, burada xarici investorları da maraqlı tərəf kimi cəlb etməyi planlaşdırırlar. Bundan əlavə, kreditlərin də götürülməsi nəzərdə tutulub. Amma əsas olanı budur ki, layihənin icrasına xərclənəcək vəsaitin böyük hissəsi Azərbaycan dövlətinin payına düşür».
Hər halda, torpaqlarının böyük hissəsi işğal altında olan və əhalisi acınacaqlı durumda yaşayan bir ölkə üçün belə bir astronomik layihənin icrası heç də normal təzahür kimi qəbul edilə bilməz. İndi özünüz hesablayın: bu vəsaitlə biz Qarabağımıza nə qədər yaxınlaşa bilərdik…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
|