AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
Tarix: 19-08-2013, 10:46 | Çap et
57 yaşlı Fatma Əsgərova uzun illər yaşadığı Səbail rayonu, Hacıbabayev qardaşları küçəsindəki evindən bir günün içində köçməyə məcbur olub. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri 2011-ci ildə ona evindən çıxmaq üçün 1 gün vaxt veriblər. Onlar səbəb olaraq, Bayraq Meydanının ərazisinin genişləndirilməsini göstəriblər. Qadın da gecəyə qədər evinin mebellərini şəxsi vəsaiti ilə tutduğu maşınla kirayə evə daşıyıb: “Köçəndən sonra mebellərimi satdım. 8-9 ay kirayə qaldım. Kirayə pulunu özüm ödədim. Indiyə kimi mən mebelsiz oturmuşam. Orada mən arxayın idim ki, mənim hər şəraitim var, bundan sonra ancaq xəstəliyimi müalicə etdirəcəyəm. Elə vəziyyətə gəlib çıxmışam ki, bilmirəm, evi düzəldim, yoxsa borca girim?” F.Əsgərovanın 39 kvadrat metrlik evinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilib. O, bu pulla razılaşmasa da, məcburi şəkildə evindən çıxarılıb. Fatma xanım 7-ci mikrorayonda təmirsiz evdə yaşayır. Indi onun nə mebeli, nə də təmir üçün pulu var. Deyir ki, yaxınlarda bankdan kredit götürüb evinin təmirinə başlayıb: “Bu evə qeydiyyata da düşməmişəm. Imkanım da çatmır ki, qeydiyyata düşüm. Hələ də sökülmüş evimdə qeydiyyatdayam”. Fatma xanım əvvəlki evindən danışanda şəraitindən razılıq edir. Deyir ki, günlərin birində 57 yaşında küçəyə atılacağını heç ağlının ucundan da keçirməyib: “Neft şirkətində çalışmasaydım, bəlkə yenə də küçələrdə idim. 50 yaşdan sonra şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Mən dəyişməmişəm deyə havadayam. Bu gün-sabah seçkilər olacaq, mən harada səs verəcəm, bilmirəm". Fatma Əsgərova evdə tək yaşayır. Deyir ki, bu günə qədər şəraitini yaxşılaşdırmaq üçün borca düşüb və hələ də borc ödəyir: “Şəhər adamı olasan, köçəri kimi yaşayasan... Heç olmasa, oradan çıxardıqlarını müvəqqəti qeydiyyata alsınlar”. Hacıbabayev qardaşları küçəsində yaşayan digər sakin Aytəkin Əliyeva da eyni səbəblə evindən çıxarılıb. O da bir günün içində mebellərini daşıyıb, yerləşməyə mənzil axtarıb. Evi 39 kvadrat metr olsa da, ona 37 kvadrat metrin pulunu veriblər: “Mən çıxarılanda məhkəmə qərarı yox idi. Mənim evimin 2 kvadrat metrinin pulunu kəsdilər, vermədilər. Texniki pasportda 39 kvadrat metr yazılmışdı, amma qeydiyyat şəhadətnaməsində 37 kvadrat metr qeyd edilmişdi deyə, pulumu vermədilər. Ev söküləndən sonra 2 ay kirayə qaldıq. Bir ayın pulunu dövlət verdi, o biri ayın kirayəsini mən verdim”. A.Əliyeva indi Dövlət Statistika Komitəsinin arxasındakı binada yaşayır. 40 kvadrat metrlik mənzili var, amma təmirsizdir: “Ora öyrəşmişdik, şəraiti daha yaxşı idi. Uşaq da istəyir ki, ora getsin”. F.Xoşginabi küçəsində yaşayan Natalya Vladimirovna qazı, suyu, işığı kəsiləndən sonra azyaşlı övladının xəstəliyinə görə evinin söküntüsü üçün təklif olunan məbləğlə razılaşmalı olub. Ona verilən 41 min manata 8-ci Kilometr qəsəbəsində 1 otaqlı mənzil alıb. Həmin mənzildə isə yalnız azyaşlı oğlu ilə yaşamaq məcburiyyətində qalıb. Digər iki övladına yaxın qohumu baxır. N.Polovinka sadəcə, kompensasiya istəyir. Bu pulla bir otaqlı mənzilini iki otaqlı edib digər övladlarını da yanına gətirmək üçün... N.Polovinka sökülən mənzilinin ona nənəsindən qaldığını deyir. Onun evinin sahəsi mənzilin qeydiyyat şəhadətnaməsində 29 kvadrat metr olsa da, evin sahəsi azaldılaraq 27 kvadrat metr hesablanıb. Verilən vəsait də məhz azaldılan sahəyə uyğun olub. Abdulxaliq Hüseynov Səbail rayonu, Aqil Quliyev küçəsi 5 ünvanında yaşayıb. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində evini itirən insanlardan biri də odur. Evinə gələn çoxsaylı bildirişlərdə adının və soyadının yazılmadığını deyir. Bayraq meydanı tikilən ərəfədə o, evindən köçürüləcəyindən xəbərsiz olub. Səbail rayon Aqil Quliyev 5, Hacıbabayev qardaşları və F.Xoşginabi küçəsinin 19 nəfər sakini Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Onlar təzyiqlər altında alqı-satqı müqaviləsini imzaladıqlarını bildiriblər. Sakinlər məhkəmədən xahiş ediblər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, evin bərpası və dəymiş mənəvi zərərin əvəzi ödənilsin. Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a deyib ki, yerli məhkəmələrin heç biri sakinlərin iddiasını təmin etməyib: “Alqı-satqı müqavilələri məcburi şəkildə bağlanıb. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxsləri təhdid edərək, razılaşmayacaqları halda, işlərini itirəcəklərini deyib. Sakinlərin evlərinin hər kvadrat metri 1500 manatdan hesablanıb. Bu müqavilələrin ləğvini və hər kəsə 20 min manat mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdik. Amma iddiamız təmin olunmadı”. Vəkil işlərin Avropa Məhkəməsinə hazırlandığını çatdırıb. Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə “Azadlıq”a suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Hüquqşünaslarımız bu işlə məşğuldurlar. Onlar da məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
|