SEÇKİLƏR ƏRƏFƏSİNDƏ KİMLƏR HƏBS OLUNA BİLƏR?
Tarix: 30-07-2013, 15:47 |
Çap et
RÜSTƏM İBRAHİMBƏYOV KABUSU…
DİA.AZ: - «Hakimiyyət içində yeni həbslər gözlənilir». Bu şok məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq çatdırıb. Mənbə iddia edir ki, prezident seçkilərinə qədər iqtidar düşərgəsi öz daxilində total təmizləmələrə start verəcə.
Xatırladaq ki, bu günlərdə «2-ci qara kəmər» əməliyyatının keçirilmə ehtimalları ilə bağlı məlumatları diqqətinizə çatdırmışdıq.mənbəmiz bu xəbəri təsdiqləyərək bildirir ki, konkret olaraq həbslərin nə zaman start götürəcəyi bəlli olmasa da, bu gün müxalifətlə səmimi əlaqələrə girən bir neçə nüfuzlu məmurun artıq «qara zolaq»da olduğunu da vurğuladı:
«Həmin məmurlardan biri hazırda nazir postunu tutur. Onun Rüstəm İbrahimbəyovla əvvəlindən xoş münasibətləri var və hətta dostdurlar. Necə ki zamanında Rəsul Quliyevlə təmaslar iqtidar düşərgəsində «ən böyük günah» kimi qəbul olunurdu, indi də Rüstəm İbrahimbəyov məsələsi hakimiyyətdəkilərin qara kabusuna çevrilib. Kimin nə zamansa tanınmış kinorejissorla münasibətləri olubsa, onun bədəlini ödəməkdədir».
Mənbəmiz iddia edir ki, hətta məmurların müəyyən qrup tərəfindən şantajı da start götürüb: «Hər zaman belə olur. Həmin çevrə zamanında Rəsul Quliyevin yaxınlarını şantaj edib, onların pullarını əllərindən aldılar. Sonradan Hacı Məmmədovla şəkilləri olanlar bəlaya düşdü. İndi də Rüstəm İbrahimbəyovla salam-kəlamı olanlar problem yaşayır».
Mənbəmiz onu da əlavə etdi ki, iqtidardaxili təmizləmələr daha çox seçkilər ərəfəsində xofun yaradılmasına hesablanıb.