HANSI İCRA BAŞÇISI GEDİR?
Tarix: 26-12-2011, 09:27 | Çap et
HAKİMİYYƏTİN KADR İSLAHATLARI İLƏ BAĞLI ŞOK FAKTLAR
DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyətin icra başçıları ilə bağlı yeni dəyişiklik planının icrasına start verəcəyi barədə məlumatlar yaymaqdadır. Artıq bu xəbərlərimiz öz təsdiqini tapmaq üzərədir. Onu da bildirək ki, bu ilin fevral ayından etibarən bir neçə rayonun başçısı dəyişdirildi. Lakin onların əksəriyyəti ilə bağlı verilən qərar daha çox yerdəyişmə mahiyyəti daşıdı. Yəni Yevlaxın icra başçısı Gəncəyə, Gəncənin icra başçısı Sumqayıta, Neftçalanın icra başçısı Astaraya və digərləri də başqa rayonlara transfer olundular. Yalnız bir-iki rayonun, məsələn Sabirabadın keçmiş icra başçısı Heydər Abbasov və Şəkinin keçmiş icra başçısı Cabbar Muradlı işsiz qaldılar.
Bu dəfəki dəyişikliklərin isə yerdəyişmə mahiyyətindən kifayət qədər uzaq olacağı bildirilir. Yalnız hazırda Xaçmaz rayouna rəhbərlik edən Şəmsəddin Xanbabayevin Bakının Xətai rayonuna icra başçısı gətirilməsi nəzərdə tutulur. Digərlərinin - hazırda adları qara siyahıda olan Mingəçevirin icra başçısı Mübariz ağayevin, Xətainin icra başçısı Razim Məmmədovun, Nərimanov rayonunun icra başçısı Abidin Fərzəliyevin, Binəqədi rayonunun icra başçısı Alı Qocayevin və Suraxanının icra başçısı İlqar Abbasovun birdəfəlik olaraq görəvlərindən alınacağı bildirilir.
Razim Məmmədov fırıldaqda ittiham olunur
Onu da bildirək ki, gerçəkləşməsi gələn ilin ilk ayının ikinci ongünlüyündən etibarən nəzərdə tutulan bu dəyişikliklər zamanı daha bir neçə rayonun icra başçısının da birdəfəlik olaraq vəzifəsindən alınması nəzərdə tutulur. Adı «qara siyahı»ya düşən Xətai rayonunun hazırki ira başçısı Razim Məmmədova qarşı isə cinayət işinin qaldırılma ehtimalları da var. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki mənbənin dediklərindən belə aydın olur ki, Razim Məmmədov «GEN» MMC ilə bağlı yaranmış qalmaqalın qurbanıdır.
Xatırladaq ki, bu barədə keçən günlərdə daha dolğun məlumatları diqqətinizə çatdırmışdıq. Məlumatlarda deyilirdi ki, Xətainin ica başçısı Razim Məmmədov «GEN» MMC-nin sahibi Elbrus Əliyevlə birgə dələduzluq yolu ilə yüzə yaxın vətəndaşın pulunu mənimsəməkdə ittiham olunur. Belə ki, birbaşa olaraq sözügedən icra hakimiyyətinin iştirkı ilə hər bir vətəndaşdan 5-10 min manat arası pul alınıb. Toplam olaraq 1 milyon manata yaxın vəsaitin mənimsənildyi iddia olunur ki, həmin vəsaitin də tən yarısının Razim Məmmədova çatdığı söylənilir.
Bu barədə yayılan xəbərlərdə o da qeyd olunur ki, Razim Məmmədova həmin pulun ödənilməsilə bağlı fövqəladə hallar nazri Kəmaləddin Heydərov tərəfindən xəbərdarlıq edilsə də, icra başçısı nazirin sözlərini qulaqardına vurub. Halbuki FHN şefinə «GEN» MMC ilə bağlı qalmaqalın yatırılması barədə göstərişi birbaşa olaraq prezidentin verdiyi söylənilirdi. Lakin bu faktın özü belə hələ də fırıldaq qurbanlarının razı salınması ilə nəticələnməyib. Çünki kimsə hazırda həbsdə saxlanılan «GEN» MMC-ni sahibi Elbrus Əliyevin mənimsədiyi pulları ödəmək istəmir.
Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, son bir neçə gün ərzində Razim Məmmədova ciddi şəkildə təzyiqlər edən Kəmaləddin Heydərov nəhayətdə onu mənisənilən pulun yarısını ödməyə razı sala bilib. Lakin bu addımın nə zaman atılacağı, pulun fırıldaq qurbanlarına nə zaman veriləcəyi hələlik məlum deyil.
İlqar Abbasova qarşı daxili qruplaşma
Bu arada redaksiyamıza daxil olan bir başqa məlumatda isə vurğulanır ki, hazırda Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasovun durumu da çox gərgindir. Prezident Administrasiyasındakı mənbələrimizin bildirdiyinə görə, İlqar Abbasovun yaxın günlərdə, yəni nəzərdə tutulandan da erkən vaxtda vəzifəsindən azad edilməsi gözlənilir.
Mənbənin söylədikləri: «İlqar Abbasova qarşı çox ciddi ittihamlar var. Söhbət korrupsiyadan gedir və bu yöndə müvafiq araşdırmalar da həyata keçirilib. Və iddia olunan faktlar demək olar ki, öz təsdiqini tapıb. Lakin bir icra başçısının korrupsiya ittihamı ilə həbs olunması heç də asan məsələ deyil. Bunun üçün siyasi qərar verilməlidir. Hətta əməlləri açğa çıxan Şəkinin sabiq icra başçısı Cabbar Muradlı belə korrupsiya ilə ittiham olunmadı. Heç bir ilinin tamam olmamasına baxmayaraq vəzifəsindən azad olundu. Ona görə də İlqar Abbasovla bağlı məsələdə məhz yuxarıların qərar verməsinə ehtiyac var».
Mənbəmiz iddia edir ki, İlqar Abbasova qarşı elə icra hakimiyyətinin daxilində də ciddi bir qruplaşma fəaliyyət göstərməkdədir: «Əslində hazırda istənilən məmuru, xüsusən də icra başçılarını korrupsiya ittihamı ilə rahatlıqla mühakimə etmək mümkündür. Elə icra başçıları vəzifələrinə təyin olunduğu andan korrupsiya başlayır. Yəni rüşvət verib icra başçısı olan şəxsi rüşvətxorluqda ittham etmək asandır və bunun üçün yetərincə zəmin var. Suraxanının icra başçısı İlqar Abbasov da əslində digər həmkarlarından fərqli birisi deyil. Sadəcə olaraq, onun etdikləri artıq ictimailəşib və ona qarşı rəhbəri olduğu İH-də konkret bir qrupun fəaliyyət göstərməsi səbəbindən əməlləri ilə bağlı müvafiq dövlət qurumları davamlı olaraq məlumatlandırılmaqdadırlar».
Əbülfəz Ağayevi rayonun deputatı bitirir
Durumu gərgin olan icra başçılarından birinin də hazırda İmişli rayonuna rəhbərlik edən Əbülfəz Ağayev olduğu söylənilir. Qeyd edək ki, Əbülfəz Ağayev həmin rayondan millət vəkili olan Əsabil Qasımovla az qala düşmən münasibəindədir. Hətta zaman-zaman bu iki şəxsin üz-üzə gəldiyi də söylənilir. Bu barədə əldə etdiyimiz məlumatlarda bildirilir ki, ayrı-ayrı mətbu orqanlarda Əsabil Qasımova qarşı aparılan kampaniyada da icra başçısı şəxsən maraqlıdır.
Xatırladaq ki, bir müddət əvvəl qəzet səhifələrində belə bir informasiya yayıldı ki, həm də «Karat» şirkətinin sahibi olan Əsabil Qasımov düşmən Ermənistanla İranın araçılığı ilə mübhəm ticari ələqalərdədir. Və sonradan aydın oldu ki, əslində bu faktın ictimailəşməsində Əbülfəz Ağayev maraqlı olub. Doğrudur, bu səbəblə deputatla başçının «razborka» masasına əyləşmədikləri də məlumdur. Amma haqq-hesabı mütləq çəkiləcəyi şübhəsiz idi. Məlumatlı m ənbələr iddia edir ki, Əbülfəz Ağayevin bu gün vurulmsında da Əsabil Qasımovun yetərincə payı var. Çünki icra başçısından fərqli olaraq deputat Əsabil Qasımov Əbülfəz Ağayevlə bağlı faktları mətbuata yox, müvafiq dövlət qurumlarına ötürməklə məşğuldur. Bu isə nəticədə icra başçısının durumunu acınacaqlı vəziyyətə gətirib.
Onu da xatırladaq ki, korrupsiya ilə mübarizənin şıdırğı vaxtında mətbuatda belə bir informasiya yayıldı ki, artıq Əbülfəz Ağayevin də qolları qandallanıb və ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Hətta xəbər portallarının birində iddia olunurdu ki, qolları qandallanmış icra başçısını korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Bakıya gətirirlər. Lakin bu xəbərlər təsdiqini tapmadı. Amma «od olmayan yerdən tüstü çıxmaz» deyib atalarımız.
Elə həmi ərəfədəcə məlumat verildi ki, əslində Əbülfəz Ağayevə qarşı həqiqətən də korrupsiya ittihamı olub. Lakin bu faktın rəsmiləşdirilməsinin qarşısını almağa müvəffəq olan Əbülfəz Ağayev son nəticədə məlumatı ictimailəşdirən mətbuat işçilərinə də «qarmaq ataraq» onlarla anlaşdı: «Məlumatlar yığıdırıldı və icra başçısı müəyyən müddətlik sakitlik əldə etdi».
Lakin bu sakitliyin gələn il pozulacağı tam şübhəsizdir.
Cənub bölgəsinin 3 başçısı çətin durumda
Hədəfdə olan icra başçıları sırasında adı çəkilənlərdən biri isə Lənkəran rayonunun icra başçısı Tofiq İbrahimovdur. Bildirək ki, Tofiq İbrahimov əslində yeni başçılardan biridir. Yəni 2010-cu ildə Lənərana rəhbər təyin edilən Tofiq İbrahimov hakimiyyətin yazılmayan qanunlarına görə, hələ görəv başında qalmalıdır. Yəni bir icra başçısının ən azından beş il müddətə vəzifədə saxlanıldığı və loru dildə ifadə etsək, bir rayon rəhbəri vəzifəsinin beş illik müddətə satıldığı məlumdur.
Amma Şəkidə baş verən olaylar və Şəkinin sabiq icra başçısı Cabbar Muradlı ilə bağlı yaranmış presedent də təsdiqləyir ki, artıq hakimiyyət icra başçıları ilə bağlı siyasətində fərqli addımlar da ata bilir. Əgər Şəki rayonuna rəhbərlik etmiş Cabbar Muradlını bir sahibkarı intihar həddinə çatdırması faktı sıradan çıxartdısa, Tofiq İbrahimova qarşı da əsas arqument son günlərin əsas olaylarından biri kimi diqqətə gələn Lənkəran rayonunun Nərimanabad kəndinin sakinləri ilə bağlı yaranmış qalmaqal olub.
Bu barədə redaksiyamıza ötürülən məlumatlarda bildirilir ki, artıq Tofiq İbrahimovla bağlı da qərar verilib. Mənbəmizin sözlərinə görə, ümumiyyətlə cənub bölgəsinin üç rayonunda rəhbər dəyişikliyi planlaşdırılır. Ləkəran rayonu ilə yanaşı Masallı və Yardımlı rayonunda da eyni əyişikliyin nəzərdə tutulduğunu söyləyən qaynaq iddia edir ki, daha gərgin durumda olan başçılardan biri də Yardımlı rayonuna başçılıq edən Xəzər Aslanovdur: «Doğrudur, mətbuatda Yardımlı ilə bağlı faktlar daha az yer alır. Amma iş mətbuatla bitmir, söhbət daxili mübarizədən gedir və Xəzər Aslanova qarşı olan qruplaşmalar kifayət qədər fəaldırlar».
Prezidenti aldadan icra başçısı
Adı «qara siyahı»da olan başçılardan birinin də Samux rayonuna rəhbərlik edən Vilyam Hacıyevin olduğu söylənilir. Onu da xatırladaq ki, Vilyam Hacıyev neçə müddətdir ki, mətbuatın dilindən düşmür. Samux rayonu ərazisində tam özbaşınalıq və «bespredel» mühiti yaratmış Vilyam Hacıyevin isə prezidenti aldatdığına görə görəvindən alacaqlar. Doğrudur, prezidentə söylənilən «müqəddəs yalan»ın üzərindən artıq 3 il keçib. Amma buna baxmayaraq, Prezident Administrasiyasındakı qaynaqlarımız bildirir ki, Vilyam Hacıyevlə bağlı yekun qərar verilib.
Onu da qeyd edək ki, Vilyam Hacıyev 2008-ci ilin 4 mart tarixində - prezident İlham Əliyevin Samux rayonuna səfəri zamanı rayonda «Mosu kişinin çayxanası» kimi tanınan obyekti dövlət başçısına yeni inşa edilmiş «Şahmat Klubu» kimi təqdim edərək, ona çayxananın lentini kəsdirib. Hər halda, bu olayın anoloquna anoloqsuz məmləkətimizin heç bir guşəsində rast gəlinməyib.
Məlumatlarda bildirilir ki, əslində Vilyam Hacıyev bu «müqəddəs yalanı» özbaşına söyləməyib və çayxananın lentinin kəsdirilməsindən PA-da müəyyən rəhbər işçilər də məlumatlı olublar: «Təbii ki, prezident bu işdən xəbərsiz olub. Hər halda, o, ən azından 55 min sakini olan rayonun camaatının gözləri qarşısında böyük bir yalanın işlənilməsinə, özünün aldadılmasına razı ola bilməzdi».
Qeyd edək ki, bu yalının ifşa olunmaması üçün Vilyam Hacıyev dərhal, qısa müddət içində çayxanaya yaxın ərazidə yeni «Şahmat Klubu» inşa etdirib: «Amma yenə də o, cəzadan yaxasını qurtara bilməyəcək. Hətta bu barədə prezidentin şəxsi göstərişinin olduğu da söylənilir».
Sonda…
Beləcə, hakimiyyətin icra başçılarının növbəti «yarpaq tökümü» sezonuna qərar verdiyi məlum olur. Ola bilsin ki, bu dəfişikliklərin baş verməsi üçün müəyyən zaman keçsin. Amma istənilən halda əldə etdiyimiz informasiyalara qaynağın etibarlılığı baxımından şübhəmiz yoxdur. Bu isə deməkdir ki, Əjdaha ili ən azından 10 rayonun rəhbəri üçün düşərli olmayacaq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|