AZAD RƏHİMOVA QARŞI ŞOK İTTİHAM
Tarix: 13-06-2013, 13:02 | Çap et
336 MİLYON MANATLIQ İDDİAAzərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə, dövlət investisiyaları tərəfindən həyata keçirilən layihələr üzərində nəzarət olduqca vacibdir. Buna səbəb isə Azad Rəhimovun əvvəlki illərdə həyata keçirdiyi (dövlət vəsaitləri hesabına!) layihələrdə korrupsiya ehtimalının yüksək olması və nəticədə projelərin keyfiyyətsiz reallaşmasıdır. Bunu "Unikal"a açıqlamasında adının çəkilməsini istəməyən qaynaq bildirib.
Mənbəmiz çoxsaylı faktlara əsaslanaraq hesab edir ki, ölkədə ən uğursuz layihələr həyata keçirən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir. "Əvvəla, hər il qurumun tikdirdiyi olimpiya komplekslərinin effektiv olmadığı tənqid mövzusu olsa da, bu istiqamətdə ayrılan xərclər daha da şişir. Bu da Rəhimovun rəhbərlik etdiyi sahədə mənimsəmələrin olduğuna dair KİV-in yazdıqlarının və müstəqil ekspert rəylərinin əsassız olmadığını ortaya qoyur. Eyni zamanda başqa bir çox faktlar da var ki, Gənclər və İdman Nazirliyinin dövlət vəsaiti hesabına il ərzində həyata keçirdiyi və ya həyata keçirməyə davam etdiyi layihələrə ayrılan pulların taleyindən ciddi narahatlıq keçirməyə əsas verir". Xatırladaq ki, bu il Rəhimovun nazirliyinə 2013-cü ildə ölkənin idman hazırlığına əsaslı vəsait qoyuluşundan 336 milyon 421 min manat ayrılması proqnozlaşdırılıb. "Unikal" araşdırmalar nəticəsində bəzi layihələr barədə bilgilər əldə edib: - Bakı şəhərində Su İdman Sarayının layihələndirilməsi və tikintisi üçün 40 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə 5 milyon manat ayrılıb. - Gimnastika Kompleksinin tikintisinə cari ildə 30 milyon manat yönəldiləcək. 2008-ci ildən 2012-ci ilədək 56,4 milyon manat artıq xərclənib. - Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulmasına qoyulan vəsait 80 milyon manata yaxınlaşıb. Olimpiya Komplekslərinə gəlincə, aşağıdakı rayonlar üzrə vəsait ayrılıb: - Qax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 4 milyon manat, 2008-2012-ci illərdə 7,3 milyon manat; - Şirvan şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə 6,6 milyon manat. Ötən il 7,5 milyon manat xərclənib. - Göygöl şəhərində kompleks tikintisinə ötən il də daxil olmaqla 13,2 milyon manat; - Xaçmaz rayonunda İdman Kompleksinin tikintisinə 4,2 milyon manat. Ötən ilə isə 9 milyon manat; - Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat; - Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat; - Tərtər, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman Komplekslərinin hər birinin tikintisinə 1 milyon manat; - Lənkəran Olimpiya İdman Komplekslərinin yenidən qurulmasına 2,5 milyon manat; - Respublika İdman Tibb Mərkəzinin tikintisinə isə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və tikintisi xərcləri üçün GTN-yə 4,7 milyon manat ayrılıb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçiriliməsi ilə bağlı hələ ki, 8 milyon manat nəzərdə tutulub. Qeyd edək ki, bu vəsaitlə gənclərə evlərin tikintisi planlaşdırılır. Mənbəmiz yaxın keçmişlə bağlı bir neçə fakta əsaslanaraq, 336 milyon manatdan artıq dövlət vəsaitinin Gənclər və İdman Nazirliyi tərəfindən tamamilə təyinati üzrə xərclənəcəyinə ciddi şübhə edir: "Məsələn, Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər Səadət sarayı kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasını xatırlayaq. Bu işi Azad Rəhimov şəxsi nəzarəti altında saxlayıb, proses 7 ilə yaxın davam edib, külli miqdarda dövlət vəsaiti xərclənib. Bu qədər uzunmüddətli təmir-bərpanın özü korrupsiya barədə şübhələnməyə əsas verirdi. O dövrdə mətbuat yazdı ki, Gənclər və İdman Nazirliyinin əvvəlki tender siyahısından belə məlum olur ki, sarayda bərpa işlərini "Sehrbaz" layihə-tikinti şirkəti aparıb. Bildirilirdi ki, bu şirkət gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Sarayda bərpa işlərini bu şirkətə tendersiz verdilər. Həmin şirkət də nazirliyin binasında yerləşir. Lakin sonradan təmir işlərini Almaniyaya məxsus olduğu deyilən şirkət aparmağa başladı. "Sehrbaz" şirkəti milyonları yedikdən sonra guya sarayda yeni üslub yaratmaq üçün yenidən vəsait ayırdılar. Əslində hər iki şirkət nazirə məxsus idi. Eyni zamanda burada çalışan əcnəbi fəhlələrin maaşı verilmədiyi də bildirilirdi. Bütün bunlar sarayın təmir-bərpasında ciddi maxinasiyalardan danışanların sözlərində həqiqət payının çox olduğunu söyləməyə kifayət edir. Və yaxud, 40 milyon manata təmir edilən Tofiq Bəhramov adına Respublika stadionunda açılışdan üç ay sonra problemlər yaranması, - məsələn, media sektorundakı plitələrin çökməsi! - Rəhimovun nazirliyinin iri pullar hesabına həyata keçirdiyi layihələri necə bitirdiyinin əyani təsdiqidir. Bütün bunlardan sonra gənclər və idman nazirinin bu ilki dövlət investisiyaları ilə necə rəftar etdiyi narahatlıq yaratmaya bilməz. Hesablama Palatası bu nazirliyin həyata keçirdiyi layihələrin auditini gecikmədən və ciddi şəkildə həyata keçirməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|