İTTİHAM: İki icra başcısı Xarici kəşfiyyat orqanları və təxribatcı dini təriqət nümayəndələri ilə əlbirdilər - Əbülfəz Əliyev sonuncu addımı martın 30-da atacaq
Tarix: 20-03-2015, 11:11 | Çap et
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu, xarci kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, vaxtı ilə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Əliyev Əbülfəz Cəlal oğlunun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib. Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində bildirdi ki, Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub: ” O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddiya edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi". Əbülfəz müəllimin dediyinə görə Rövşən Aslanov, Rahib və Kubar imkanlı adamları aldadtmaq, etibarından sui-istifadə edərək pul mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda “1001 rakib” adlı şirkət qurublar. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasını şöbə müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olsa da, nə hüquq-mühafizə orqanları, nə də qarşı tərəf münasibət bildirib. Zərərçəkən Əbülfəz Əliyev başına gələn bu hadisədə hüquq-mühafizə orqanlarının hərəkətsizliyini o cümlədən Rövşən Aslanov və onun qohum icra başçıları tutduqları vəzifələrdən aldıqları gücdən istifadə edərək haqqını tapdalamalarını özünə, mətbuata və ictimaiyyətlə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik və sayğısızlıq kimi dəyərləndirir. Bununla belə Əbülfəz müəllim əvvəlik müsahibələrində bildirmişdir ki, başına gələn hadisənin araşdırılmasında hüquq-mühafizə orqanlarına olan ümidini tam itirməyib: “ Mən hüquq-mühafizə orqanlarının, dövləti və mütəşəkkil cinayətkarlığa qarşı apardıqları uğurlu mübarizəni görür və müsbət qimətləndirirəm. İnanmıram ki, onlar mənim işimlə əlaqədar dələduz əməli törətmiş bir neçə vəzifəli şəxslərin cəzasız qalmasına göz yumaraq apardıqları uğurlu fəailiyyətlərinə gölgə salsınlar”. Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində Rövşən Aslanov və onun dələduzluq əməlləri ilə məşğul olan dəstəsi barəsində şok məlumatlar söylədi. Onun dediyinə görə Rövşən Aslanov, Türkiyədəki şəriki Kubar və Rusiyadakı adamı Rahibin Fətulla Gülən camaatı ilə sıx əlaqələri olub: " Onlar mənə İstanbulda yerləşən "1001 rakib" şirkətinə şəriklik təklif edəndə iki milyon dollarlıq əmlakın və fabrikin siyahısını təqdim etdilər. Və mən İstanbula gedəndə həmin fabriki və mülkləri göstərdilər. Amma şərik kimi sənədləşdirməni uzatdılar. Mən sonradan bildim ki, onlar mənə göstərdikləri mülklərin bir hissəsi, o cümlədən fabrik Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır. Görünür məhz buna görə Rövşən Aslanov inandırmaq üçün mənə onların mülklərinin bir hissəsini göstərib". Əbülfəz müəllim bildirdi ki, bu insanlar xarici kəşfiyyat orqanlarının əməmkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərlə qabaqcadan cinayət əlaqəsinə girərək, mən də daxil olmaqla vətəndaşlarımıza maddi-mənəvi işgəncələr vermələrini milli maraqlarımız baxımından da ciddi təhdid hesab edirəm. Qeyd edə ki, Əbülfəz Əliyevin başına gələn bu hadisə barədə qəzetimizin 28-31 yanvar, 05-10-12-17-20-24-26 fevral və 03-11-17 mart 2015-ci il tarixli saylarında geniş məlumatlar vermişik. Əbülfəz Əliyev qeyd etdi ki, bu günə qədər başına gətirilən hadisə ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq, ancaq böyük vəzifəli şəxslərin yalan vədlərindən başqa heç bir nəticə əldə edə bilmədiyindən son ümid yeri kimi mətbuata üz tutub: “ Mən hələ ilk müsahibəmdə son ümid yeri kimi bütün namuslu və əqidəli mətbuat nümayəndələrinə müraciət edərək bir qrup vəzifəli şəxslər tərəfindən başıma gətirilən bu hadisəyə diqqət yönəltmələrini xahiş etmişdim. Sağ olsunlar, öz peşəsinə sadiq olan 30 yaxın mətbu orqan bu ağır günümdə mənə ciddi dəstək verdilər. Və cinayət əməli törətmiş vəzifəli şəxslərin ifşa edilməsində mənə yardımçı oldular. Amma adını ciddi mətbu orqan sayan bəzi saytlar və qəzetlər belə bir ciddi hadisəni kənara qoyub məşhur birisinin soyunmasını, boşanmasını və yaxud milli-mənəvi dəyərlərimizə yad olan digər hadisələri manşetə çıxardırlar. Mən onsuzda bilirdim ki, bəzi sayt və qəzetlərin rəhbərləri Rövşən Aslanov və onun himayədarları tərəfindən nəyinsə müqabilində ələ alınr. Amma mən yenədə az da olsa ümid edirdim ki, həmin redaktorlar, jurnalistlər öz peşə kodekslərinə sadiq qalacaqlar. Təssüf ki, Azərbaycan mətbuatında bu cür şəxslər də fəailiyyət göstərir”. Əbülfəz Əliyev bildirdi ki, əvvəllərdə dediyi kimi bu hadisə onun üçün maddiyatdan çox qürur məsələsidir. O bir zabit kimi bir qrup vəzifəli şəxs tərəfindən aldadılmağını qəbul edə bilmir. O bildirdi ki, öz hüquqlarının bərpası üçün bütün konstitusion haqlarından əsasən istifadə edib:” Amma heç bir nəticə əldə edə bilmədiyimdən yalnız iki yolum qalıb. Birinci yol kimi ya gərək gedib Rövşən Aslanov və onun himayədarlarını öldürüm, ya da özümü intihar edim. Birinci yolu seçə bilmərəm. Çünki uzun illər hüquq-mühafizə orqanlarında şərəflə çalışıb cinayətkarlara qarşı mübarizə aparmışam. İndi özüm cinayətkara çevrilə bilmərəm. Ona görə də ikinci yol əl atmağa məcbur qaldım. Buna görə əvvəllərdə dediyim kimi Novruz bayramı ərəfəsində, konkret desəm martın 30-da Respublika Prokurorkuğunun qarşısında uzun illər daşıdığım hərbi geyim formamda özümü yandırmaq yolu ilə intihar edəcəyəm. Uzun illər zabit rütbəsini daşıyan bir insanın canlı yanmağını görmək istəyən bütün mətbuat nümayəndələrini, ictimaiyyəti, Ombustman aparatının əməkdaşlarını martın 30-da prokurorluğun qarşısına dəvət edirəm. Məni intihar həddinə çatdırdığına görə məsuliyyət Rövşən Aslanovun və Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin üzərinə düşür. Bəlkə bundan sonra insanlıq və şərəf hissini itirmiş Rövşən Aslanov və himayədarları məni intihar həddinə çatdırdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunsunlar. Bununla da mənim kimi aldadılaraq zülm çəkdirdikləri insanların canı onlardan qurtular”. Biz də bir qəzet redaksiyası olaraq Əbülfəz Əliyevin başına gətirilən bu hadisəni şiddətlə pisləyirik. Və onu bildirmək istəyirik ki, dələduz əməlləri ilə məşğul olan vəzifəli şəxslər əgər uzun illər hüquq-mühafizə orqanlarında yüksək postlarda işləyən bir insana qarşı bu cür əməllər törədirsə, onda görün rəhbərlik etdikləri rayonlarda sıravi vətəndaşların başlarına nə oyunlar açırlar. Digər tərəfdən Əbülfəz Əliyevin özünü intihar etməsi barədə məlumatı əldə edən kimi, biz bunu qəzetimiz vasitəsilə ictimailəşdirdik. Bir şəxsin intihar etməyini qabaqcadan bilib hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət sayıldığınadan biz mətbuat vasitəsilə məlumat verməklə yanaşı, onları məlumatlandırmağıda özümüzə borc bildik. Hazırladı: M.Əsgərov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Qərb Qafqazın enerji marşrutlarını ələ keçirməyə çalışır: - Rusiya isə Gürcüstana qoşun yeritmək bəhanəsi axtarır
Bu gün, 21:03 |
|
|
|
• Əfqanıstan XİN başçısının müavini Azərbaycanın bu ölkədəki səfirini qəbul edib - FOTO
Bu gün, 20:58 |
|
|
|
• Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Bu gün, 20:56 |
|
|
|
• AZAL-ın təyyarəsindən sağ çıxan sərnişin: - Nələr danışdı?
Bu gün, 20:04 |
|
|
|
• Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib - Bizim də onlara təşəkkür borcumuz var...
Bu gün, 20:01 |
|
|
|
• Rusiyanın təyyarə qəzası zamanı etdiyi ikinci böyük səhv - AKTUAL
Bu gün, 19:27 |
|
|
|
• Keçmiş rəis dünyasını dəyişib
Bu gün, 19:24 |
|
|
|
• Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 19:21 |
|
|
|
• Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib - BUNDAN SONRA...
Bu gün, 19:20 |
|
|
|
• İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib - Rusiya KİV
Bu gün, 19:17 |
|
|
|
• İndi Tokayev üzr istəməlidir ki, təyyarə onun ərazisinə düşüb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Əsədin adamları Suriyanın şimal-qərbində gizlənir - Yeni hakimiyyətə müqavimət göstərirlər
Bu gün, 18:04 |
|
|
|
• Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
Bu gün, 18:00 |
|
|
|
• Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır – İki tələb var
Bu gün, 17:57 |
|
|
|
• Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Tiktoker Zəhra ev dustaqlığına buraxıldı
Bu gün, 17:53 |
|
|
|
• Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır - ŞƏRH
Bu gün, 17:48 |
|
|
|
• Mən bir təyyarə qanadıyam... - Aktau limanında...
Bu gün, 17:46 |
|
|
|
• Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:43 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib - SƏRƏNCAM
Bu gün, 17:41 |
|
|
|
• “Spark”ın rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:22 |
|
|
|
• Xırdalanda kişi özünü körpüdən atıb
Bu gün, 17:16 |
|
|
|
• "Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" - "Bild"in şərhi
Bu gün, 17:05 |
|
|
|
• “Təyyarənin içərisində insan qışqırığını eşitdik” - Azərbaycanlıları xilas edən polis
Bu gün, 16:57 |
|
|
|
• İlham Əliyev ilə Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər - TELEFON ZƏNGİ
Bu gün, 16:52 |
|
|
|
• Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:49 |
|
|
|
• Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib
Bu gün, 16:47 |
|
|
|
• Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının kimliyi məlum olub - SİYAHI
Bu gün, 16:46 |
|
|
|
• "HaberGlobal"da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib - VİDEO
Bu gün, 16:44 |
|
|
|
• Rusiyanın vurduğu təyyarələr: - Prezidentdən tutmuş sıravi insanlaradak..
Bu gün, 16:20 |
|
|
|
• Trampdan gözləntilər: - Hansı sürpizlər olacaq?
Bu gün, 16:19 |
|
|
|
• Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? - ŞƏRH
Bu gün, 16:17 |
|
|
|
• Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib
Bu gün, 16:05 |
|
|
|
• “İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Bu gün, 16:05 |
|
|
|
• Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR - "Aliment ödəyirəm..."
Bu gün, 16:01 |
|
|
|
• Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb
Bu gün, 16:00 |
|
|
|
• ABŞ-dan inanılmaz: - Zurabişvilini “tanımağa” hazırlaşır
Bu gün, 15:59 |
|
|
|
• SEPAH-ın Suriyadakı komandiri tutuldu - "MOUZE"
Bu gün, 15:54 |
|
|
|
• Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı - Hökümə Əliyevanın qardaşı
Bu gün, 15:52 |
|
|
|
• Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - AÇIQLAMA
Bu gün, 15:51 |
|
|
|
• "Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." - MÜRACİƏT
Bu gün, 15:44 |
|
|
|
• Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ - "Çox güman ki, yox..."
Bu gün, 15:41 |
|
|
|
• Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib - "Ona görə biz..."
Bu gün, 15:32 |
|
|
|
• Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır - Prezident
Bu gün, 15:30 |
|
|
|
• İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik - İlham Əliyev təyyarə qəzası barədə
Bu gün, 15:27 |
|
|
|
• Prezident Qazaxıstana təşəkkür edib: - Əsl dostluq, qardaşlıq belə olar
Bu gün, 15:26 |
|
|
|
• Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bu gün, 15:15 |
|
|
|
• "Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" - dövlət başçısı
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - İlham Əliyev
Bu gün, 15:09 |
|
|
|
• "Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" - prezident İlham Əliyev
Bu gün, 15:06 |
|
|
|
|