Əkbər Hacıyevdən prezidentə şikayət olunacaq - Bu qış borclu abonentlərin donma təhlükəsi böyükdür...
Tarix: 20-12-2014, 12:18 | Çap et
Bəzi dövlət təşkilatlarının qarşılıqlı borclarının olması hamıya məlumdur. Əksər hallarda bir-birlərinə borclu olan qurumlar məhkəmələrə müraciət edərək yaranmış borc qalmaqalını bu vasitə ilə yoluna qoymağa çalışırlar. Yadınızdadırsa, bir müddət əvvəl bəzi dövlət qurumlarının, o cümlədən "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə bir neçə milyon manat borcunun olması barədə məlumat yayılmışdı.
"Ümid edirik ki, ödəyərlər. Amma bu təşkilatların adlarının açıqlanmasına səlahiyyətimiz yoxdur. Çünki bu abonentlə, təşkilatla "Azəriqaz" arasında olan məsələdir. Bəzən hansısa təşkilat həddən artıq yubanmalara yol verirsə, bu, araşdırılır və tədbir görülür. Məsələn, məhkəməyə müraciət edilir və bu barədə mətbuata məlumat verilir", deyə İB-dən bildirilib. "Dövlət təşkilatları ilə borca görə ciddi mübahisə yaradacaq problemimiz olmayıb. Borcla bağlı indiyədək hansı bir təşkilatı məhkəməyə verməmişik. Pulunu ödəməyənin istilik təchizatı dayandırılıb və ödəmə aparılıb". Bu açıqlama isə "Azəristiliktəchizat" ASC-dən verilib. Ekspertlərin fikrincə isə, Azərbaycanda zaman-zaman qarşılıqlı borcların silinməsi ilə bağlı proseslər baş verir ki, borcu olan müəssisələrin normal fəaliyyətini bərpa etmək mümkün olsun: "Çox təəssüf ki, dövlət dəstəyi olmasına baxmayaraq, bəzi hallarda bu cür dəstəklərdən sui-istifadə edirlər. Kommunal borcu olan dövlət təşkilatlarında belə qənaət yaranır ki, borc əvvəl-axır silinəcək. Bu, doğru yanaşma deyil. Sözsüz ki, kommunal xidmətlərə məsul olan qurumlar da çalışırlar ki, bu borcların azaldılması istiqamətində iş görsünlər. Amma kifayət qədər ciddi humanitar borcu olan qurumlar var ki, onlara kommunal xidmətin dayandırılması asan məsələ deyil". Təəssüf ki, bir sıra hallarda qarşılıqlı borclardan əziyyət çəkən vətəndaşlar olur. Belə ki, paytaxtın Suraxanı rayonunun sakinləri dekabrın 16-dan etibarən istilik üzünə həsrət qalıblar. Yeni Günəşli, Əmircan və Qaraçuxur qəsəbəsinin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri "Azəristiliktəchizat"ın 43 milyon manat borcunu əsas gətirərək rayonun qəsəbələrində fəaliyyət göstərən istilik qazanxanalarına qazın verilişini dayandırıb. Ki, bu da rayonun demək olar ki, bütün qəsəbələrində problemlərin yaranmasına gətirib çıxarıb: "Qış fəsli başlayandan "Azəristiliktəchizat"ın yerli istilikxanalarının nümayəndələri bizi normal istiliklə təmin edirdi. Heç bir şikayətimiz yox idi. Amma son günlər mənzilimizə verilən istilik tamamilə dayandırılıb. Qurumun yerli şöbəsinə, yəni 9 saylı Suraxanı rayon istilik Sistemləri İstismar Sahəsinə müraciət edəndə bildirdilər ki, günah onlarda yox, "Azəriqaz" İstehsalat Birliyindədir. Deməli, məsələ belədir. Deyilənə görə, "Azəristiliktəchizat"ın "Azəriqaz" İstehsalat Birliyrnə 43 milyon manat debitor borcu var. Və bu borc ödənmədiyinə görə, birliyin rəsmiləri paytaxtın bəzi rayonlarında istilik qazanxanalarının qazını kəsiblər. Bu yolla onlar 43 milyon manatlıq borcu kompensasiya etməyə çalışırlar. Əkbər Hacıyevin rəhbəri olduğu qurumun əməkdaşları isə hədəf kimi kənar rayon və qəsəbələri seçiblər. Şəhərin mərkəzi hissələrində yerləşən binaların istiliyi kəsilməyib. Çünki həmin binaların çoxunda imkanlı və vəzifəli şəxslər yaşayır. Ətraf qəsəbələrin sakinləri isə necə gündür ki, soyuqdan donur". Şikayətçilər "Azəristiliktəchizat"da heç bir günah görmədiklərini deyirlər: "Günahın hamısı "Azəriqaz"dadır. Ona qalsa, digər dövlət qurumlarının da İstehsalat Birliyinə borcu var. Bəs niyə həmin təşkilatlara problem yaradılmır? ASC rəhbərliyi yəqin ki, gec-tez "Azəriqaz"a olan borcunu ödəyəcək. Borca görə vətəndaşları soyuqdan dondurmaq heç də doğru yanaşma deyil. Camaatın evində körpəsi, xəstəsi var. Bunu nəzərə almaq lazımdır. Hər iki qurumun rəhbərliyi öz aralarında razılığa gəlib problemi yoluna qoymalıdır. İstiliyin olmaması vətəndaşlara ikiqat zərbə vurur. Belə ki, istilik olmadığından vətəndaşlar məcburiyyət qarşısında elektriklə işləyən avadanlıqlardan istifadə edirlər. Ayın sonunda isə işıq puluna görə yazılan borc kəllə-çarxa çıxır. Qəzet vasitəsilə aidiyyəti dövlət qurumlarından kömək istəyirik. Yaxın günlərdə istiliyimiz bərpa edilməsə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevdən yuxarılara şikayət edəcəyik". Məsələyə aydınlıq gətirmək üçün "Azəriqaz"ın 490-43-34 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən olmadı. İstənilən halda, Əkbər Hacıyev istiliksiz qalan sakinlərin şikayətini araşdırıb yaranmış problemi tezliklə yoluna qoymalıdır. \\ Gundelik-Baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
|