Ucar sakinindən nazir Azad Rəhimova ilginc müraciət - "Nazirlik bir dəfə olsun bu məsələyə diqqət ayırmayıb"
Tarix: 29-11-2014, 15:43 |
Çap et
DİA.AZ: - Ucar rayon Oğuz küçəsi, ev 7 ünvanında yaşayan Abdullayev Vasif Əkbər oğlu Gənclər və İdman Naziri Azad Rəhimova ilginc bir müraciət ünvanlayıb.
DİA.AZ bildirir ki, əksəriyyəti fərqli sosial problemlərin düşündürdüyü bir zamanda Ucar sakini də gənclərin futbol oynaya bilmələri üçün yerin olmamasından narazılıq edir.
Hazırki dönəmdə kifayət qədər maraqlı hesab olunan bu müraciəti diaaz.space olaraq olduğu kimi diqqətinizə təqdim edirik:
“Müraciətimlə yazaraq sizə bildirirəm ki, Ucar rayonunda gənclərin vaxtlarının səmərəli keçirilməsi üçün bir idman qurğusu belə yoxdur. Hal-hazırda rayon gəncləri xaraba stadionda futbol oynayırlar.
Artıq neçə ildir ki bu vəziyyət davam edir və Nazirlik bir dəfə olsun bu məsələyə diqqət ayırmayıb.
Sizdən artıq dərəcədə xahiş edirik ki, Ucar rayonunda olan mini-futbol meydançasının təmiri və yenidən qurulması üçün işlər görəsiniz”.