Daha bir şirkət antikorrupsiya tədbirinin qurbanı ola bilər - HƏDƏFDƏDİRLƏR
Tarix: 10-07-2014, 11:24 | Çap et
Pullu adamların övladlarının Bakının gecə həyatında özünəməxsus yer tutmaları haqda mətbuatda gedən məlumatlar bəziləri üçün dərs olmayıb. Nüfuzlu bir nazirin "çətiri" altında fəaliyyət göstərən "Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov da bəzi nazir və milyonçuların övladlarından fərqlənmir. Amma burada ən diqqətçəkən məsələ isə Xəlil Göyüşovun oğlunun hazırda hərbi xidməti başa vurmasıdır.
Amma məsələ ondadır ki, hərbi xidmətdən tərxis olunmasına 1 ay vaxt qaldığı günlərdə Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov təkcə Bakının məşhur restoranlarında gecə həyatı keçirməyib, o, həm də Bakı yollarının məşhur avtoşlarına çevrilibmiş: "Bir fakta diqqət edin. İyunun 7-də gecə saatlarında içkili vəziyyətdə Bakıdakı "Eleven" diskotekasından çıxaraq "avtoş"luq edən Ramiz Göyüşovun 10-ZZ-040 dövlət nömrə nişanlı avtomobili Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. DYP əməkdaşları ilə kobud rəftar edərək onlarla dalaşan Ramiz Göyüşova protokol tərtib olunub və onun avtomobili DYP-nin Badamdardakl cərimə meydançasına aparılıb".
Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Məlumatlarda vurğulanır ki, X.Göyüşovun rəhbəri olduğu MMC ölkənin ən varlıları sırasında sayıla bilər. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür. Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. İri tenderlərin əsas "qənimi" kimi ad çıxarmış X.Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər maraqlıdır. Xəbərdə qeyd edilir ki, "KTB" MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşir. Varlı həyat tərzi sürmək, böyük məbləğdə pulları qazanmaqda ad çıxarmış Göyüşovun ən böyük problemi isə oğlu sayılır. Bakının küçələrində bahalı maşınlar sürən Ramiz Göyüşovun ən ucuz maşınının qiyməti 150 min manat hesab edilir. Hərbi xidməti qurtarmasına 1 ay müddət qalmış bir əsgərin hərbi hissədə deyil, barlarda kef çəkməsi isə olduqca maraqlı məqamlardandır. Təbii ki, bütün bunlara görə, Müdafiə Nazirliyi və Ramiz Göyüşovun xidmət çəkdiyi hərbi hissə məsuliyyət daşıyır. Çünki ölkə qanunlarına görə vəzifəsindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşın hüququ eynidir. Bu baxımdan kasıbın övladı ilə yanaşı, Xəlil Göyüşovun da oğlu hərbi xidmətini vicdanla yerinə yetirməyə borcludur. Yoxsa, hərbi xidmətdə olduğu vaxtda diskobarları gəzməli, şəhərin küçələrində avtoşluq etməli deyil.
Qeyd edək ki, Ramiz Göyüşovla bağlı xoşagəlməz faktların ortaya çıxdığı bir vaxtda "Körpü-Bina-Tikinti" (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) neqativ halların bitib-tükənmək bilmədiyi barədə informasiyalar cəmiyyətə ötürülür. Şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirən bu şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə hallanır. Hətta dəfələrlə mətbuatda "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc edilib. Aldığımız son məlumatlara görə, aidiyyəti hüquq-mühafizə orqanları MMC-də həyata keçirilən yeyinti hallarından xəbər tutublar. Bu barədə redaksiyamızı məlumatlandıran şəxsin sözlərinə görə, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib. Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxıb. Həmçinin o yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında qanunsuz maliyyə maxinasiyalarına yol verib. Bu faktlara göz yuma bilməyən prokurorluq orqanları "Körpü-Bina-Tikinti" MMC-də cərəyan edən xoşagəlməz işlərin izinə düşmək qərarına gəliblər.
Qeyd edək ki, son vaxtlar müxtəlif tikinti şirkətlərinin rəhbərləri dələduzluqda və korrupsiyada ittiham olunaraq həbs edilirlər: "Məhdud Məsuliyyətli Cəmiyyətdə gözlənilən korrupsiya yoxlamaları Xəlil Göyüşovun həbsi ilə nəticələnə bilər. İstintaq orqanları şirkətin icra etdiyi bütün dövlət sifarişlərinin maliyyəsini, yəni ayrılan pulların necə xərclənməsini araşdıracaqlar. Yəqin ki, bu yoxlamalardan sonra MMC sədri həbs olunacaq".
Qeyd edək ki, yazılanlarla bağlı Xəlil Göyüşovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zəngələrimizə cavab verilmədi. Amma qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\ gundelik-bakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Dünən, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59 |
|
|
|
|