İcra başçılarının KİTABI BAĞLANIR... - YENİ MƏNZƏRƏ...
Tarix: 21-10-2023, 09:49 | Çap et
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq Qarabağ tamamailə azaddır.
Qarabağda yerləşən ərazilərimizin İcra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.
İcra hakimiyyətlərinin işğaldan azad olunmuş ərazilərə qaytarılması planlaşdırılırmı? Xüsusi Nümayəndəliklə, İcra hakimiyyətləri paralellik təşkil edirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin bu gün Bakıda və digər ərazilərdə yerləşməsi hələ ki daha məqsədəuyğundur:
“Sözsüz ki, ərazilərdə insanların yaşaması üçün təhlükəsizliyin təmin olunması vacibdir. Bu gün həmin yerlərdə minaların partlaması, insanların məhv olması müşahidə olunur. Bu səbəbdən hələ ki icra orqanlarının Bakıda, eləcə də digər rayonlarda yerləşməsi məqsədəuyğun sayılır. Prezident İlham Əliyev Füzuli rayonunda olarkən bir daha qeyd etdi ki, bütün ərazilər abadlaşacaq. İnsanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Müəyyən proqramlar var. Sözsüz ki, 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərə insanlar mərhələli şəkildə qayıdacaqlar. Əgər insanlar həmin yerlərə qayıtmırlarsa, icra orqanlarının da həmin ərazilərdə fəaliyyət göstərməsi mümkün deyil. Çünki hələ rayonların əhalisinin 15-20 faizi qaytarılıb. Qalanları ayrı-ayrı rayonlardadır. İcra başçıları da həmin rayonlarla əlaqə saxlayır və insanların qayğıları, tələbləri ilə əlaqədar öz işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, həmin rayonların sakinlərinin 50 faizindən çoxu qayıtdıqdan sonra müvafiq orqanlar da ora köçürülə bilər”.
Tahir Rzayev qeyd edib ki, İcra hakimiyyətləri ilə Prezidentin Xüsusi Nümayəndəliyi arasında paralellik yoxdur:
“İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşların tələb və arzuları ilə yox, yenidənqurma, bərpa işləri ilə məşğul olur. İcra Hakimiyyəti orqanları bu gün sırf vətəndaşlarla işləyir. İnsanların təklif və arzularını həyata keçirir və digər tədbirləri görürlər. Füzulidə də Prezidentin yanında xüsusi nümayəndə vardı. İcra başçıları tədbirlərə dəvət olunmurlar. Yerlərdə işlərin görülməsi bilavasitə o nümayəndələrdən tələb olunur”. Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, Prezidentin Xüsusi Nümayəndəliyi ilə İcra hakimiyyətlərinin iş sahəsi fərqlidir: “Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklər və onların aparatları bərpa-quruculuq, yenidənqurma işləri ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların fəaliyyətini əlaqələndirirlər. Azərbaycanın istənilən inzibati ərazi vahidində olduğu kimi, işğaldan azad olunmuş rayonlarda da İcra hakimiyyətləri əslində fəaliyyət göstərməlidir. Ancaq işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bizim soydaşlarımız hissə-hissə həmin ərazilərə qayıdır. Həmin rayonların tam bərpası, yenidənqurulması başa çatmasından, soydaşlarımızın öz yurdlarına tam qayıdışından sonra biz İcra hakimiyyətlərinin orada fəaliyyət göstərməsindən danışa bilərik. Xüsusi nümayəndəliklər ərazi üzrə, yerli İcra hakimiyyətləri əhali üzrə fəaliyət göstərən qurumlar hesab olunur”. K.Bayramov bu sahədə islahatların da keçirilə biləcəyini istisna etmir:
“Biz mətbuatı izləyirik. İcra hakimiyyətlərinin ləğv olunacağı, statusunun dəyişəcəyi ilə bağlı müxtəlif fərziyələr və rəylər təqdim olunur. Bu baxımdan indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə İcra hakimiyyətinin fəaliyyətindən danışa bilmərik. Orada əhali yoxdur. Çünki tam qayıdış başa çatmayıb. Orada abadlıq-quruculuq, yenidənqurma işləri getdiyi və ərazilər minadan tam təmizlənmədiyi üçün orada yerli icra orqanlarının fəaliyyətə başlaması məntiqə uyğun gəlmir. Həm də buna zərurət yoxdur. Düşünürəm ki, gələcəkdə soydaşlarımızın doğma yerlərinin hamısının qayıdışı təmin olunduqdan sonra yerli İcra hakimiyyətlərinin fəaliyyətindən danışa bilərik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|