Zaur Mikayılova NİYƏ `BRAVO` DEYƏ BİLMİRİK... - FAKT BUDUR!
Tarix: 7-01-2023, 11:26 | Çap et
Mikayılov Zaur Rauf oğlu - Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.
Halbuki, başqaları ölkə xaricində aldığı diplomu Azərbaycanda tanıtdırana qədər aylarla sürünüb, dəridən-qabıqdan çıxır, axırda da ya reseption işləyir, ya ekspeditel, ən yaxşı halda hansısa marketdə, yaxud restoranda administrator. Bunun üçün isə heç diploma gərək yoxdur. Odur ki, ölkədən kənarda təhsil aldığı 4 ili də, orta təhsil aldığı 11 ili də (hələ hazırlıq kursları, repetitor yanına getməsini demirik) - bir sözlə ömrünün ən az 15 ili heçə getmiş olur.
Amma, şansa baxın ki, Türkiyədə təhsil almış, karyerasına marketdən başlamış Zaur Mikayılov mühüm bir dövlət qurumunun rəhbəri vəzifəsinə qədər yüksələ bilib.
Doğrudur, Boğaziçi Universiteti güya diplomu Azərbaycanda tanınan ali məktəblər sırasında yer alsa da, tanıdana qədər də ömrümüzün bir neçə ayını (bəzən də ilini) və pulumuzu xərcləməli oluruq.
Əlqərəz...
Əslində, doğrudur, əvvəllər də su təsərrüfatı sahəsində çoxsaylı şikayətlər var idi. Zatən çoxsaylı şikayətlərin və digər qanun pozuntularının, korrupsiya hallarının olduğuna görə rəhbər dəyişdi.
Sözümüzü ora gətirmək istəyirik ki, ölkə xaricində auditoriya görmüş, böyük marketlərdə rəhbərlik təcrübəsi keçmiş Zaur Mikayılov Melorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin edildikdən sonra nəinki əvvəlki neqativ hallar aradan qaldırılmadı, əksinə, daha da artdı.
Çoxsaylı vətəndaş şikayətləri cavabsız qaldı, su üstündə bacı-qardaş, nəsil-nəcabət arasında düşmənçilik halları hər gün daha da artdı.
Amma, elə bil, bu qədər şikayətlərin, tənqidlərin Zaur Mikayılova aidiyyatı yoxdur. El demişkən, "tükü də tərpənmir".
Dəfələrlə "DogruXeber.az" informasiya portalında Şamaxı rayon Çıraqçı kəndi, Şəmkir rayon "Düz qışlaq" kəndi, "Yeni yol" qəsəbəsi və digər bölgələrdəki su problemləri barəsində məlumatlar dərc edilib.
Hətta, son məlumatımızda Şəmkir rayon "Düz qışlaq " kəndində sakinlərin çoxsaylı şikayətlərindən və məlumatlar "DogruXeber.az"da yayımlandıqdan sonra nəhayət artezyan quyusunun təmizlənib, təmir edilib, istifadəyə verilməsi işinə başlanıldı. Ancaq, ilk növbədə işə kənd sakinlərindən pul yığmaqdan başladılar. Daha vətəndaş özü təmir edəcəkdisə, bu qədər şikayətlərə nə ehtiyac var idi?!
Təbii ki, kənd sakinləri buna etiraz etdilər və iş eləcə də qaldı.
Yeri gəlmişkən, Samux rayonunun Qarayeri qəsəbə sakini Əjdər Məmmədov da bir neçə gündür içməli su artezyan quyusunun işləmədiyi barəsində hər gün təkrar redaksiyamıza müraciət edir. Bildirir ki, "Bir neçə gündür Melorasiya və Su Təsərrüfatı ASC-nin Samux rayonundakı nümayəndəliyinə dəfələrlə müraciət etmişik, gəlib təmir etmirlər ".
Əjdər Məmmədovun bu gün redaksiyamıza verdiyi məlumata görə isə məsələ üzrə məsul şəxslər artezyan quyusunun təmiri üçün indi də qəsəbə sakinlərindən minimum 10 manatdan, 40 manata qədər pul yığırlar. Eynilə, Şəmkir rayon "Düz qışlaq" kəndində olduğu kimi.
Yeri gəlmişkən, Şəmkir Suvarma Sistemləri İdarəsinin işçisi olduğunu deyən Şəmkir rayon "Yeni yol" qəsəbəsinin sakini Polad Vəliyev "Kanal14" youtube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramında canlı yayımda olarkən, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, hər artezyan quyusunun vurulması üçün sakinlərdən 3-5 min manat arası pul yığıb vermələrinin tələb olunduğunu bildirmişdi.
Özü də Melorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti bununla da bitmir. Artıq, uzun müddətdir ki, işinin əsasını az qala Tender məsələləri ilə uğraşmaq təşkil edir.
Daha maraqlı məqam budur ki, sözügedən qurumun keçirdiyi tender müsabiqələrinin ikisinin (Zərdab Suvarma Sistemləri İdarəsi və Ağcabədi Suvarma Sistemləri İdarəsi) qalibi bir şirkət - «Xəzər İnşaat KO» MMC olub.
O «Xəzər İnşaat KO» MMC ki, apardığımız kiçik araşdırmalar nəticəsində heç bir hüquqi ünvanı və hüquqi bazası olmadığını aşkar etdik. Bununla bağlı aidiyyatı üzrə bir neçə qurumlara müraciət etdiyimizdə isə, şirkətin adını eşidən kimi, sualımız qarşısında həmişəlik susdular.
Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daxil olmuş digər məlumata əsasən, Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki korrupsiya və yeyinti halları ilə bağlı Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi müraciətimiz də hələ ki, cavabsız qalır.
Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //"DogruXeber.az"//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|