“Rayon rəhbərliyi çevrilib yaşadığı şəhərə baxsa, pis olmaz” - NARAZILIQ!
Tarix: 1-12-2021, 09:42 | Çap et
 Addımbaşı dolu zibil qabları, ağaclardan asılmış tullantı torbaları, məhəllələrarası gölməçələr, süpürülüb, toplanmamış qalaq-qalaq yarpaqlar bu şəhərin sakinlərini təngə gətirib.
Söhbət Göyçaydan gedir. Sakinlərin deməsinə görə, problem heç də yalnız kənar məhəllələrdə deyil, elə mərkəzi küçələrin durumu da oxşardır.
Şəhər sakini Adil Babayev bildirir ki, bu problem son vaxtlar sosial şəbəkələrin mövzusuna çevrilib, göyçaylıların qruplarında da müzakirə edilir:
“Özüm sosial şəbəkə istifadəçisi deyiləm, uşaqlar göstərir, hələ şəkillərdə yaxşı düşüb deyərdim. Zibilləri süpürüb toplayırlar, sonra daşıyıb aparmırlar. Külək əsəndə həmin zibil qalaqları dağılır və həyətlərə, məhəllələrə yayılır. Bəzi yerlərdə isə həmin topaların üstünə yağış yağıb, nə bilim bizim insanları bilirsiz, topa zibil görəndə həmin ərazisini zibilxanaya çevirirlər. Nəticədə o ərazidə böyük təpə, yaxud zibillik yaranır”. Sakinlərin aidiyyatı qurumlara şikayət edib-etmədiyinə gəlincə, Adil Babayev deyir ki, görünən məsələ ilə bağlı şikayət mənasızdır:
“İcra başçısı o yollardan keçmir, görmür? Yaxud başqa vəzifəli məmurlar bunun fərqində deyillər? Bir maşın qum-çınqıl gətirib məhəllələrarası yollara tökmürlər. Axırda problem dərinləşir, yollar keçilməz vəziyyətə düşür. Oğlum bacımgilin məhəlləsinə maşın sürmür. Deyir, ordan gələndən sonra maşını ustaya aparmalı olur. Bu gündədir Göyçayın yolları”.
Sakinlər bildirirlər ki, həm yollar, həm də zibillərin daşınmaması, yaxud küçələrin vaxtında təmizlənməməsi, baxımsızlıq hamını yorub. Artıq buna bir əncam çəkilməlidir.
“Facebook”dakı Göyçay səhifəsində də tez-tez şəhərin küçələrinin baxımsız olması və zibillərin daşınmaması ilə bağlı paylaşımlar edilir. Sakinlər bildirirlər ki, hətta şəhərin ağaclarını budayırlar, o kəsilmiş budaq parçaları həftələrlə, bəzən aylarla küçənin ortasında qalır:
“Ya bunu etməyin, ya da edirsinizsə, işi tamamlayın, yarımçıq qoyub getməyin”.
İstifadəçilər deyirlər ki, nəinki kənar məhəllələr, elə mərkəzi Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya kollecinin olduğu küçələrdə də mənzərə eynidir:
“Rayonun Heydər Əliyev prospektinin işıqlandırılması üçün nəzərdə tutulan müasir elektrik dirəkləri zibil tullantısı kimi obyektlərin arxasına atılıb. Həmçinin, Göyçay Sanitar-Təmizlik İdarəsi ümumiyyətlə, buralarla heç maraqlanmır. Göyçay Rayon İcra Hakimiyyətliyinin Arxitektura şöbəsi isə bu kiçik əraziyə asfalt örtüyü çəkilməsini unudub. Halbuki hər il Göyçaya dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bəs niyə şəhər bu gündədir, niyə baxılmır? Buna cavab tapan yoxdur”, – istifadəçilər bildirir.
Adil Babayev də bildirir ki, şəhərdə həm də yeni zibil qutularına ehtiyac var. İndi olanların çoxu köhnə, paslanmış qutulardır:
“Özü də məhəlləyə bir dənə yox, 3-4 ədəd qutu qoyulmalıdır. O qoyulan bir zibil qutusu səhər saatlarında dolur. Qalanını kənarına qoyurlar. Dolub-daşır, suyu axır heç vaxında gəlib aparmırlar da. Bəzi məhəllələrdə heyvanlar həmin topa zibilləri dağıdır, vəziyyət daha da acınacaqlı hal alır. Rayon rəhbərliyi bir üzünü çevirib yaşadığı şəhərə baxsa, pis olmaz”.
Göyçay Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Musayev Meydan TV-yə bildirib ki, bəli, şəhərin müəyyən hissələrində zibillərin yığılıb qalması ilə bağlı müraciətlər alıblar. Hətta sosial şəbəkələrdəki paylaşımlardan da xəbərləri var:
“Həmin əraziləri də təbii ətrafda yaşayan sakinlər o hala salmışdılar. İki gün öncə şəhərdəki topa zibillər daşınıb. Xüsusən də mərkəzi küçələrdə, Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya Kolleci ətrafı şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində təmizlənib”.
Şəhərdəki zibil qutularının köhnəldiyinə və bəzi yerlərdə olmamasına gəlincə, Nicat Musayev deyib ki, bunlar Nazirlər Kabineti tərəfindən təmin edilir və artıq şəhərin mərkəzi küçələrinin yeni zibil qutuları ilə təmin olunması üçün müraciət edilib:
“Ümid edirik ki, tezliklə bu məsələ də həllini tapar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47 |
|
|
|
|