BAKIDAKI "MAFİYA KLUBU"NDAN İLGİNC REPORTAJ
Tarix: 27-03-2013, 09:18 | Çap et
QIZLARA GİRİŞ PULSUZDUR"Əvvəllər "mafiya" oynamağı heç sevmirdim. "Mafiya" sözünü eşidərkən elə bilirdim ki, bu çox pis oyundur. Lakin "mafiya"-kluba daxil olub bu oyunu oynadıqdan sonra "mafiya" oyunu məndə bir vərdişə çevrildi. Demək olar ki, həftədə, ən azı, 2 dəfə "mafiya"-kluba oyun oynamağa yollanıram", - həmsöhbətim 24 yaşlı Sevinc Qədirova deyir.
Həmsöhbətimdən bu sözləri eşitdikdən sonra "mafiya" klubuna olan marağım daha da artdı. Nəticədə özüm də Bakının tanınmış "mafiya" klublarından birinə yollandım.
"Mafiya" oyununa olan maraq
"Mafiya" sözünü eşitdikdə ağlımıza ilk gələn "Xaç atası" filmi olur. Silahlı adamlar, çaxnaşmalar, qatillər və s. Lakin son zamanlar "mafiya" oyun olaraq gənclər arasında olduqca dəbdədir.
"Mafiya" oyununa Bakıda olduqca böyük maraq var. Gənclər arasında populyar olan bu oyun böyükləri də cəlb edir.
Bu oyunun bu dərəcədə məşhur olması Bakıda bir çox məkanlarda mafiya klublarının yaranmasına səbəb oldu.
Hal-hazırda Bakıda bir çox çayxanalar da "mafiya" oyunu oynamaq üçün şərait yaradırlar.
Kluba giriş oğlanlara pullu, qızlara isə pulsuzdur
"Mafiya" klubuna daxil olmaq üçün qiymətlər müxtəlifdir. Bəzi "mafiya" klublarında qızlar üçün giriş pulsuzdur. Bakıda "mafiya"-kluba daxil olmaq üçün hər bir kəs 5-25 AZN-dən keçməlidir. Şəxsən mənim yollandığım "mafiya"-klubda giriş haqqı tələb etmədilər. Giriş qapısında "Xanımlara giriş pulsuzdur" yazılmışdı.
Qeyd edək ki, bu məbləği ödəyənlər klubda istədikləri qədər qala bilərlər. Lakin bilin ki, oyunun qaydaları pozularsa, oyunçunun oyundan çıxarılması ilə nəticələnir. Və oyunda yalnız VIP-klubun üzvləri iştirak edə bilərlər. Misal üçün, Bakıda fəaliyyət göstərən və gənclər arasında olduqca yaxşı tanına "N" adlı "mafiya"-klubda oyun zamanı qaydalara riayət etmədikləri üçün 2 gənc oğlan zalı tərk etməli oldu.
Oyun zalında müxtəlif içkilər və yeməklər təklif olunur. Burada hətta rəqqasələrin çıxışını da görə bilərsiniz.
"Mafiya" oyununun faydaları və fəsadları
Psixoloqların fikrincə, "mafiya" oyununun həm faydaları, həm də fəsadları var. Bu oyun psixologiyaya, məntiqə böyük təsir edə bilir. Oyun ünsiyyətdən və mübahisədən ibarətdir. "Mafiya" oynayan şəxslər aktyor istedadına malik olan, insanları inandırmaq bacarığını özlərində cəmləşdirən şəxslər olmalıdırlar. Çünki bu oyunda daim "satqınlıq" halları baş verir. Yəni oyun zamanı diqqətli olan şəxs oyunçular haqda yeni detallar öyrənə bilər.
Məntiq bu oyunun əsas qaydasıdır. Məntiqlə fikirləşən şəxslər asanlıqla qalib gələ bilərlər. Qeyd edək ki, bəzi psixoloqların fikrincə, "mafiya" oynayan şəxslər həyatda daha fəal, insanları tanıyan, pisi yaxşıdan ayıran şəxslərdir.
Psixoloq Vüqar Bağırov Milli.Az-a verdiyi açıqlamasında "mafiya" oyununun fəsadları haqda məlumat verdi.
"Bu gün gənclərin böyük əksəriyyəti bu oyuna olduqca böyük maraq göstərir. Belə baxanda, deyə bilərsiniz ki, bu adi bir oyundur. Lakin onun digər oyunlardan fərqli olaraq psixoloji fəsadları var. Bildiyimiz kimi, oyunun əsas məqsədi digər oyunçuları aldatmaqdır. Bu oyunu daima oynayan şəxslər ətrafdakıları aldatmağa öyrəşə bilərlər. Yalan danışmaq isə belə insanlarda vərdiş kimi formalaşır", - deyə psixoloq bildirdi.
"Mafiya" oyununu heç oynamayan bəzi şəxslərin isə bu oyuna qarşı münasibətləri olduqca müsbətdir. Misal üçün, həmsöhbətim 27 yaşlı Kənan Əliyev bu oyunu heç oynamasa da, olduqca yaxşı fikirdə olduğunu bildirdi: "Mən hələ ki, fürsət tapıb bu oyunu oynamamışam. Lakin oynayanlar haqda heç bir pis fikrim yoxdur. Məncə, adi oyunun kiməsə ziyanı olmaz. Qumar deyil ki, adi oyundur".
Oyunun qaydaları
"Mafiya" oyunu oynayarkən bu oyunun qaydalarının elə də asan olmadığını başa düşdüm. İlk növbədə qeyd edim ki, bu oyunda 12 oyunçu iştirak etməlidir. Əgər bu "Kral mafiya oyunu"dursa, o zaman buraya 32 nəfər qatılır.
Bu, oyunun əsas tələblərindən biridir. "Mafiya" oyunu kartlar vasitəsilə oynanılır. Kartlar iştirakçılara müəyyən bir "status" verir. Oyunçulardan 3-ü "mafiya üzvü", 1-i "komissar", 7-si adi "vətəndaş", 1-i isə "manyak" olur. Mafiya oyunu iki qrup iştirakçıdan ibarətdir: vətəndaşlar və mafiya.
Oyundakı "komissar" "vətəndaş"ların tərəfində olur. "Mafiya" isə ürəyi istəyərsə, "vətəndaş"lara tərəf, istəyərsə, mafiyaya tərəf olur. "Manyak" isə adətən bitərəf olur.
Oyun hər zaman "gündüz" və "gecə" rejimində sonadək davam edir. Oyunu aparan şəxs "gecə" elan edirsə, oyunçular mütləq gözlərini yummalıdırlar. Gözlərini açmaq hüququ yalnız "mafiya"dan olan şəxslərə verilir. Onlar özlərini tanıyaraq, özlərinə rəhbər seçir və gözlərini yumurlar. "Mafiya"nın rəhbəri Don adlanır. Daha sonra isə komissar, ondan sonra isə manyak gözlərini açaraq ətrafa baxırlar. Yalnız bundan sonra hamı yuxudan oyanır. Qeyd edim ki, oyun zamanı "gecə" olarkən otaq qaranlığa bürünürdü. Bəzilərinin, mən də daxil olmaqla, belə bir məkanda qorxmaması mümkün deyil.
Bir müddət müzakirə aparıldıqdan sonra ortaya "mafiya"nin kim olduğu barədə iddialar atılır. Müzakirədən sonra şübhəli şəxslər çıxış edirlər. Çıxış etmək isə heç də asan deyil. Şəxsən mənim çıxışıma və "mafiya"dan olmamağıma heç kim inanmadı, sonda oyundan uduzaraq xaric edildim. Bir sözlə, hər səsvermənin nəticəsində, şübhəlilərin çıxışından sonra bir nəfər oyundan uzaqlaşdırılır.
"Gecə" düşəndə isə "mafiya" oyununa başlayır. Hər bir kəs gözlərini yumur və "mafiya" üzvləri oyunçulardan birini "öldürür", yəni oyundan çıxarır. Qeyd edim ki, bu oyunda "mafiya" rolunda olmaq mənə də nəsib olmuşdu. Sənə qarşı olan şəxsi, üstəlik, o bundan xəbərsiz olarkən, çıxarmaq adama ləzzət edir.
"Mafiya"dan sonra isə "komissar" bir nəfəri hədəf seçərək "atəş açır". Əgər hədəf düzgün seçilibsə, "mafiya" oyundan çıxır.
Digərlərindən fərqli olaraq "manyak" öz gecəsində istədiyi şəxsi öz kefinə görə "öldürür". Bir sözlə, "manyak"ın kimdən xoşu gəlmirsə, onu da oyundan çıxardır.
"Mafiya" oyununun iştirakçıları
"Mafiya" oyununun iştirakçıları "mafiya" üzvlərindən, "vətəndaş"lardan, "komissar"dan və "manyak"dan ibarətdir. "Vətəndaş"lar yalnız düşünüb, uzun müzakirələrdən sonra "mafiya" bildikləri şəxsləri ortaya çıxarmağa qadirdilər. "Mafiya" üzvləri yalnız "mafiya gecəsi" zamanı bir-birləri ilə tanış olurlar.
"Mafiya" üzvləri adətən vətəndaşlara qarşı oynayırlar. Onların başında "Don mafiya" olur. Donun dediyi söz mafiya üzvləri üçün qanundur.
"Manyak" nə "mafiya"ya, nə də ki, vətəndaşlara tərəfdir. Demək olar ki, o, yalnız özü üçün oynayır və istədiyini öz "gecə"sində öldürür.
"Komissar"ın vəzifəsi isə vətəndaşlara kömək etməkdir. "Komissar" öz "gecə"sində "mafiya" bildiyi şəxsi oyundan çıxartmağa qadirdir. Lakin "komissar"ın açdığı "atəş" adi "vətəndaş"a da dəyə bilər. Bir sözlə, "komissar" olduqca ehtiyatlı olmalıdır.
Oyunda kiminsə qalib gəlməsi "vətəndaş"lar və "mafiya" üzvlərinin sayından asılı olur. Adətən, kimlərin sayı çoxdursa, məhz onlar da qalib gəlirlər.
"Mafiya" oyununun yaranma tarixçəsi
Qeyd edək ki, "mafiya oyunu" ifadəsi ilk dəfə olaraq Moskva şəhərində işlədilib. Bu oyunun qaydaları Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin tələbəsi Dmitri Davıdov adlı şəxs tərəfindən hazırlanıb.
Bakıda isə bu oyun təxminən beş ildir ki, populyarlaşıb. Xatırladaq ki, əvvəllər "mafiya" oyununda ortaya qoyulan pullar olduqca böyük bir miqdarda idi. Lakin sonradan bu oyunu oynayan şəxslərə 5-10 AZN belə kifayət edirdi.
"Mafiya"-klublar adətən yeraltı məkanlarda fəaliyyət göstərirlər. Mənim daxil olduğum "mafiya" klublarının əksəriyyəti, məhz yeraltı məkanlarda yerləşir. Məkanın harada yerləşməsinə baxmayaraq, "mafiya"-klubların hər biri digərindən fərqlənir. Onların özünəməxsus dizaynı var.
"Mafiya"-klub sahibiylə qısa söhbət
"N" adlı "mafiya"-klubun sahibi Nizam Qurbanov belə klubun fəaliyyətinin böyük əziyyət tələb etdiyini deyir.
"Mən özüm də bu oyunun həvəskarı olmuşam. Sonra özümə məxsus belə bir klub yaratdım. Lakin sonradan başa düşdüm ki, belə bir məkanın əziyyətini çəkmək bir o qədər də asan deyilmiş. "Mafiya"-kluba adətən gənclər gəlirlər. Çox vaxt onlar dava da edirlər. Dava zamanı isə məkanda müəyyən əşyalar çox vaxt yararsız hala gəlir.
Mən öz məkanımda əvvəllər içki də verirdim. Lakin sonradan başa düşdüm ki, bu xidmət müştərilərin sayını çoxaltsa da, müəyyən problemlərə, mübahisələrə səbəb olur.
Bu klubdan gəlirim olduqca yaxşıdır. Məkana giriş qızlara pulsuz olsa da, daha çox oğlanlar gəlirlər. Gündə ən azı 20 nəfər bu oyunu oynamaq üçün kluba üz tutur", - deyə "mafiya"-klub sahibi N.Qurbanov bildirdi.
Qeyd edim ki, oyun olduqca maraqlı keçsə də, sonunda uduzmağım heç də xoşuma gəlmədi. Xanım olmağıma baxmayaraq, oyunda oğlanlar tərəfindən təklənmişdim. Lakin oyunun qaydalarına nəzər yetirəndə başa düşürəm ki, "mafiya" oyununda hər kəs özünə görə cavab verir... \ Milli.Az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Bu gün, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Bu gün, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
|