ELŞAD ABDULLAYEVƏ VƏKİLDƏN İTTİHAM DOLU SÖZLƏR
Tarix: 14-03-2013, 15:48 | Çap et
Keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti dəfə, özünün dediyi kimi, yəqin ki, sonuncu dəfə prezident İlham Əliyevə müraciət edib. Sabiq rektorun müraciətindəki bəzi məqamlarla bağlı tanınmış vəkil Ramiz Zeynalovun mövqeyni soruşduq:
- Məsələ ondadır ki, vaxtilə qanunsuz olaraq gizli çəkdiyi videoları ilə indi başqalarını şantaj etməklə məşğul olan E.Abdullayev yenə də qardaşı Mahir Abdullayevin itkin düşməsini dilə gətirir, bunu az qala milli faciə kimi qələmə verməyə çalışır... Əvvəla, mən ötən müsahibələrimdə bildirmişəm, Mahir Abdullayevin aradan götürülməsində Elşad Abdullayevin birbaşa əli var. Bunu vaxtilə aparılmış axtarış-əməliyyat tədbirləri və əməliyyat məlumatları da təsdiqləyir. E.Abdullayev keçmiş DİN müavini Z.Dünyamalıyevlə görüşəndən az sonra ona bildirilib ki, sən qardaşının yerini çox yaxşı bilirsən, yerini bizə de, biz gətirib sənə təhvil verək... Hətta bundan sonra E.Abdullayev əməliyyatçılara və onun xahişini Z.Dünyamalıyevə bildirənlərə deyib ki, onda mən razı, amma qoy Z.Dünyamalıyev də qarantiya versin ki, Mahir üzə çıxandan sonra onu həbs etməyəcəklər və s. Bundan əlavə, bilirsiniz ki, M.Abdullayevin itkin düşməsi ilə bağlı əvvəlcə Bakı şəhər Baş Polis İdarəsində itkin düşmə ilə əlaqədar cinayət işi istintaq olunub... Lakin bir müddət sonra isə iş adam öldürmə maddəsinə tövsiv olunaraq Bakı şəhər Prokurorluğunun icraatına verilib. Bu o deməkdir ki, artıq M.Abdullayevin itkin düşməsindən yox, öldürülməsindən söhbət gedir... Və E.Abdullayev 2009-cu ilin mayında Baş Prokurorluqda istintaqa verdiyi ifadəsində bildirir ki, məni və qardaşlarımı tutub Kürdəmir polis şöbəsinə gətirdilər və mənə burada qardaşım Aslanın oğlu Mübarizi təhvil verdilər, dedilər ki, Mahiri bu öldürüb... Və sair. İndi özünüz nəticə çıxarın: qardaş oğlu əmini öldürür, polis digər dələduz əmiyə qardaş qatilini təhvil verir, indi isə bu adam aləmə car çəkir ki, ay Azərbaycan hakimiyyəti, mənim qardaşımın qatilini mənə tapıb verin! Axı sənə Kürdəmir polisi bu qatili tapıb verib, niyə o vaxt susdun, Fransaya, erməni "dayı"larının yanına gedən kimi ağzın açıldı??? Məqsədin nədir: məqsədin budur ki, sən özünün digər dələduzluq və reketçilik və s. kimi əməllərindən diqqəti yayındırasan...
- Yeri gəlmişkən, E.Abdullayev etiraf edir ki, sən demə, ABU ilə bağlı hələ 2006-cı ildə cinayət işi başlanılıbmış...
- Bəli, o, indi Baş Prokuror Zakir Qaralovu hədəfə alıb və şantaj xarakterli məlumatlarını yaymaqla məşğuldur. Deyir ki, "...TQDK-nın yoxlaması zamanı ABU-da aşkar edilmiş pozuntularla əlaqədar olaraq 26 aprel 2006-cı ildə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə başlanmış 76723 saylı cinayət işi üzrə istintaqın aparılması nəyə görə 06 sentyabr 2006-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edildi və iki gündən sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi? 7 ildir bu işin istintaqından nə üçün xəbər yoxdur?".
Bu dələduz və reketçilikdə beynəlxalq ad çıxarmış adam bununla da istəyir ki, özünün savadsız çıxışı ilə baş qatsın və iz azdırsın. Yalançının yaddaşı olmaz! Bu adam özünün əvvəlki ifadə və açıqlamalarında qardaşı Mahir Abdullayevin ABU-da dekan işlədiyini söylədiyini unudub. Mahir Abdullayev isə rəsmiyyətdə MTN-nin əməkdaşı və MTN Akademiyasının müəllimi olmasına baxmayaraq, ABU-da hüquq fakültəsinin dekanı idi, bütün qanunsuz tələbə qəbullarında "qara dəftər"ə o rəhbərlik edirdi... Mən başqa əməlləri demirəm. Baş Prokurorluq da həmin cinayət işində (rüşvət almadan tutmuş saxta diplom verilməsinə, vətəndaşları aldatmaya və digər çoxsaylı cinayət əməllərinə görə) Mahir Abdullayevin əməllərini nəzərə alıb bu işi həmin cinayət işinə birləşdirdi. Məndə vətəndaşların çoxsaylı ərizələri var ki, pullarını və ərizələrini Mahir və Eldəniz, bir qismini də Elşad Abdullayev qardaşları, qayınları və baldızları, qaynataları və digər qohumlar alıblar. Baş Prokurorluq nə etməli idi? Vətəndaş deyir ki, məni aldadıb pulumu almış və saxta sənəd vermiş Mahir Abdullayevi cəzalandırın. İstintaq da onun barəsində qaldırılmış cinayət işini bu biri işə birləşdirir ki, istintaq pərakəndə aparılmasın, bir işdə birləşdirilib istintaq olunsun... Bu dələduz və video-şantajçı sonra deyir ki, "...Yaxud, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində ABU-nun ali təhsil haqqında saxta diplomlarının, Təhsil Nazirliyinin blankında tərtib olunmuş saxta arayışların hazırlanması və ABU-nun vəzifəli şəxslərinin bu əməliyyatların törədilməsinə aidiyyətləri faktına görə CM-in 308.1 və 320.1-ci maddələri ilə başlanmış 99570 saylı cinayət işi 05 may 2010-cu ildə istintaqın davam etdirilməsi üçün yenə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilərək bir gün sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi...". Yenə də eyni izah. Bu dələduz bilməlidir ki, minlərlə vətəndaşın ərizəsində (özünün də yuxarıda etirafındakı kimi) həm də Mahir Abdullayevin bu cinayət əməllərində iştğirakı göstərilir, onun məsuliyyəti tələb olunur. Baş Prokurorluq nə etməlidir?
- Ramiz müəllim, E.Abdullayevin indi də istintaq orqanlarının rəhbərlərini, xüsusən də Baş prokuroru ittiham etməsi nəyə hesablanıb?
- Siz onun Prezidentə müraciətini diqqətlə oxumusunuzsa, açıq-aydın görünür ki, o, artıq qolu qandallı Azərbaycana gətiriləcəyini hiss etdiyindən dövlət başçısından özünə təhlükəsizlik təminatı istəyir. Bəli, E.Abdullayev artıq həbs ediləcəyini və ekstradisiya olunacağını gözəl başa düşür... Ona görə də yalvararaq Prezidentdən mərhəmət diləyir...
- Onun göz yaşlarına inanmaq olarmı?
- Qətiyyən! Bu göz yaşları onun əməlləri kimi saxtadır. İndiyədək on minlərlə tələbəni və onların valideynlərini gözü yaşlı qoymuş, çoxsaylı dələduzluq əməli törətmiş bir şəxs oturub Fransada hələ bir Azərbaycan dövlətini aşağılayır, erməni dayılarını sevindirən bəyanatlar verir... Fikir veribsinizmi, özü ölkə Prezidentinə yazır və etiraf edir ki, "...Cənab Prezident! Mənim sərəncamımda olan videomaterialların ictimailəşməsinin respublikamızın imicinə vurduğu ziyanın fərqindəyəm və şəxsən onların ictimailəşməsinin əleyhinə olmuşam...". Bəs dövlətimizin imicinə indiyədək vurduğun zərbənin məsuliyyətini bilirsənsə, gəl bu dövləti cinayətinə cavab ver! Yoxsa, Fransada oturub hələ bir dövlətimizi videolarınla şantaj etmək istəyirsən? Görün bu dələduz nə yazır: "Bu videoların yayılmasını istəməsəm də, mənə qarşı təzyiq və təqiblər davam edəcəksə, onları yaymağa məcbur olacam". Şantajın ən böyüyü!!! Bu dələduz indi də Prezidenti, dövlətimizi şantaj edir, hədə-qoxu gəlir. Bütün bunlar məsuliyyətdən yaxa qurtarmağa son şanslardır və suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyildir... Elşad Abdullayev Azərbaycana gəlməli və törətdiyi bütün cinayətlərinə başı ilə cavab verməlidir... Mən ötən müsahibəmdə demişəm, onunla çox istərdim ki, Bayıl türməsindəki 3-cü korpusun 86-cı kamerasında görüşüm, amma neyləmək olar, tezliklə Kürdəxanıdakı super təmirli, hər cürə şəraiti olan İstintaq Təcridxanasında görüşərik... \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
|