Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

"GÖBƏYİNİ ÇÖLDƏ QOYANLARA FƏXRİ ADLAR VERİRLƏR"
Tarix: 11-03-2013, 11:27 | Çap et
"GÖBƏYİNİ ÇÖLDƏ QOYANLARA FƏXRİ ADLAR VERİRLƏR"
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Novruzun əsas atributları olan Kosa ilə Keçəl isə bayram əhval-ruhiyyəsində deyil. Haqsızlıqla üzləşən Kosa, dövlət başçısına müraciət edərək, ondak kömək istəyib. Tamaşaçıların Kosa kimi tanıdığı aktyor Qafar Novruzlu ilə söhbətimizə elə bu mövzu ilə başladıq:

- Mən uzun illərdir ki, "İRS" Folklor Ansamblında işləyirəm. Əvvəllər ansamblın yeri-yurdu yox idi. Sonradan necə oldusa, bizə Folklor İnistitutunun zirzəmisində balaca bir otaq ayırdılar. Böyük bir ansambl həmin otaqda məskunlaşdı. Kollektivin üzvü çox olsa da, ştatda cəmi 5-6 nəfər var. Ştatda olmayan digər əməkdaşlar mənim kimi küçələrdə sürünürlər.
Artıq xeyli vaxtdır ki, Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində keçirilir. "İRS" ansamblı isə ildə bir dəfə yada düşür. Ancaq Novruz bayramı gələndə bizi yada salırlar. Dörd çərşənbə arasında bütün televiziyalardan bizə dəvət gəlir. Azərbaycanın milli bayramı olan Novruz şənlikləri hər il İçərişəhərdən başlayır. Əgər yadınızdadırsa, 1997-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən bu işin təməli qoyuldu. İlk dəfə olaraq, bayramda mən Heydər Əliyevlə yumurta döyüşdürdüm. Bu mərasim əvvəlcədən planlaşdırılmamışdı. Mən həmin gün özümdə cəsarət tapıb Heydər Əliyevi yumurta döyüşdürməyə dəvət etdim. Rəhmətlik məmnuniyyətlə mənim təklifimi qəbul elədi. Bu hadisədən sonra Kosanın prezidentlə yumurta döyüşdürməsi ənənə halını aldı. Hər il mənə tapşırıq verildi ki, Prezidentlə yumurta döyüşdür. Heydər Əliyev rəhmətə gedənə kimi bu işi mən yerinə yetirirdim.
Yumurta döyüşü meydan oyunu sayılır. Mən bu oyunda mərhum Prezidenti çox sevdim. Həmişə çalışırdım ki, Ulu öndər kimi səmimi olum. Heydər Əliyev dünyasını dəyişəndən sonra bir əlimdə qərənfil, bir əlimdə yumurta onun qəbrini ziyarət etməyə getdim. Bir vətəndaş, bir aktyor kimi bu, mənim borcum idi.
- Sizcə, Azərbaycanda Novruz adət-ənənələrinə lazımi səviyyədə əməl olunurmu?
- Azərbaycanda Novruz adət-ənənələrini mənim kimi bilən ikinci adam yoxdur. Mənim Ziyadxan Vəliyev kimi müəllimim olub. Ziyadxan müəllim Musiqili Komediya Teatrının aktyoru idi. Ziyadxan Vəliyev əsl Kosa idi. Rəhmətlik yaşlananda Kosanın paltarını mənə verdi. Həmişə deyirdi ki, bu sənəti öyrən, məndən sonra Novruzun Kosası sən olacaqsan. Dəvətlər gəldi, hər yerə məni çağırdılar. Mən Novruz bayramının atributu olan Kosanı Azərbaycan folklor sənətindən kənarda təsəvvür edə bilmirəm. Mən Kosanı klon kimi görmürəm. Kosa Novruz bayramının personajıdır. Biz bunu mədəni şəkildə dərk etməliyik. Amma təəssüflər olsun ki, bəzi ünsürlər Kosanı klona çeviriblər. Məni incidən də budur.
Tale elə gətirdi ki, Heydər Əliyevdən sonra İlham Əliyevlə görüşdüm. Məni görəndə çox sevindi. Biz Novruz adət-ənənələri ilə bağlı xeyli söhbət etdik. Amma 2009-cu ildə kiminsə göstərişi ilə məni Novruz bayramı ilə əlaqədar keçirilən dövlət tədbirlərindən uzaqlaşdırdılar.
- Necə düşünürsünüz, Sizi dövlət tədbirlərindən kim uzaqlaşdırdı?
- Məni Novruz şənliklərindən kimin uzaqlaşdırdığını bilirəm. Həmin şəxs məmur olduğu üçün onun adını çəkmək istəmirəm. Bu adam məni Novruz bayramı ilə əlaqədar keçirilən bütün tədbirlərdən qovdu.
- Sizi bayram tədbirindən uzaqlaşdırmaqda məqsəd nə idi?
- Həmin məmurun bir məqsədi vardı. Rəfaellə Coşqunu Prezidentə göstərmək. Düzdür, onlar mənim aktyor dostlarımdı. Hər ikisi şou aləmində öz sözlərini deyib, möhürlərini vurublar. Onlar sevilən aktyorlardır. Adamın Allahı var, onlar pis aktyor deyillər.
Amma folklor ayrı sahədir, şou tamam başqa bir şeydir. Bunları qarışdırmaq olmaz. Mən onlardan soruşsam ki, "Novruz" sözünün mənası nədir, cavab verə bilməyəcəklər. Novruz - yeni ruzi, yeni gün deməkdir. Bunu nə Rəafel bilir, nə də Coşqun. Onlar heç Novruzun tarixini də bilmirlər. Mən deyim, qoy onlar da bilsin. Novruz min illər bundan əvvəl yaranıb, Qobustan qayalarında Günəşi qarşılamaq və s. atributlar həkk olunub. Anlaya bilmirəm ki, Rəfaellə Coşqun Azərbaycanın milli bayramı olan Novruzu niyə cılızlaşdırmaq istəyirlər? Onlardan soruşmaq istəyirəm: sizin səhnənizə çıxsam, çörəyinizi yesəm, bu sizə necə təsir edər? Başqasının çörəyini yeməyə sizə kim haqq verib?
- Rəfaellə Coşqun Kosa və Keçəl obrazını dolğun yarada bildilərmi?
- Prezident İlham Əliyev 2009-cu ildəki tədbirdə Rəfaellə Coşquna etinasız yanaşdı. Bunu hamı gördü. Namiq Mənaya dedi ki, bizim öz Kosa ilə Keçəlimiz hardadır? Orda olan adamlar həmin vaxt yalan danışdılar. Prezident də yumurtasını döyüşdürüb getdi. Axı, təkcə yumurta döyüşdürməklə iş bitmir. Novruz YUNESKO-nun bayramlar siyahısına düşüb. Buna görə də biz Novruz adət-ənənələrini yaşatmalıyıq. Novruz şənliyini Kosa və Keçəlsiz təsəvvür etmək mümkün deyil. Kosa və Keçəli xalqın gözündə cılızlaşdırmaq olmaz. Hər şey təbii olmalıdır.
- Rəfael və Coşqunun bayram tədbirində iştirakını kim təşkil edib?
- Rəfaellə Coşqunun ağzından eşitmişəm ki, bayram tədbirlərinə getmək onlara sərf eləmir. Deyirlər ki, orda vaxt itirirlər, nəticədə məşqləri yarımçıq qalır. Bu işə başdansovdu yanaşmaq olmaz. Soruşurlar ki, ay Kosa, harda idin? Deyir ki, yollar "probka" idi, gəlib çıxa bilmədim. Kosa da "probka" sözü işlədər? "Probka" sözünün folklora nə aidiyyatı var? Ayıbdır!
- Görünür, Azərbaycan folklor sənətini də şou-biznesə çevirmək istəyirlər...
- Onlar bunu başa düşmək istəmirlər. Xalqın keçmiş adət-ənənəsini bu cür ələ salmaq olmaz. Bayram tədbirlərini Bakı Şəhər İcra Hakimiyyəti təşkil etmir. Bu işin məsuliyyəti Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Kiminsə qohumu gedib nazirdən xahiş edib ki, qoy Kosa və Keçəli Rəfaellə Coşqun oynasın. Mədəniyyətin, folklorun taleyini bir zənglə həll edirlər. Bu, direktor vəzifəsi deyil ki, zəng vurub deyəsən filankəsi işə götür. Bu folklordur, sənətdir, mənəvi məsələdir.
Bir dəfə nazirlə görüşdüm. Mənə dil-ağız elədi. Dedi ki, 2011-ci ilin bayram tədbiri sənlikdir. Nazirə dedim ki, məni bu tədbirdən kim uzaqlaşdırıbsa, onu gətirin Kosa ilə Keçəli oynasın. Dedi ki, Prezident Administrasiyasından səni istəyiblər. Dedim ki, çox yaxşı, amma de görək, məni kim ixtisara salmışdı? Bir nəfərin adını dedi. Amma inanmıram ki, o adam mənə pislik etsin. Bu xəmir hələ çox su aparacaq. Nazir mənə dedi ki, paltarın da tikiləcək, maaşın da yazılacaq. 15 ilə yaxındır sənətdəsən. Sənə fəxri ad da veriləcək. Əlini üzümə vurub dedi ki, sən öl, bu rolu səndən başqa heç kim oynaya bilmir. Mən də nazirdən xahiş etdim ki, bir də belə ədalətsizliyə yol verilməsin.
Mən fəxri ad həvəskarı deyiləm. Mən fəxri addan ötrü ölsəydim, başqaları kimi Prezidentlə görüşəndə deyərdim ki, mənim evim, maşınım yoxdur. Yoxsul adamlar nə istəyibsə, Prezident onu əsirgəməyib. Dəfələrlə bunun şahidi olmuşam. Amma mən heç bir vaxtı efir mədəniyyətini pozub kimdənsə nəsə istəməmişəm. Prezident özü bilir ki, kimin nəyi yoxdur, kimə nə vermək lazımdır.
Bəzi məmurlar işlərinin öhdəsindən gələ bilmirlər. Mənə söz verdiniz, paltar tikdirdiniz, bəs 2012-ci ilin tədbirinə niyə çağırmadınız? Nazir söz versə də, bu günə kimi fəxri ad almamışam. Amma bir qız səhnəyə çıxıb göbəyini çöldə qoyan kimi ona fəxri ad verirlər. Həmin fəxri adı o qızın sənətinə deyil, göbəyinə verirlər.
Böyük sənətkarımız Zeynəb Xanlarova dedi ki, fəxri adları yığışdırın. Düz deyir. Şövkət Ələkbərova da xalq artistidir, özünü çöldə qoyanlar da... Belə olmaz axı. Dünyanın hər yerində yaxşı sənətkara yüksək qiymət verirlər. Mən istəmirəm siyasətə keçəm. Amma mən yolumu kəsən məmurdan haqqımı tələb edirəm. Sən mənim paltarımı yoldan keçənə geyindirə bilərsən, amma o, heç vaxt yerişimi yeriyə bilməz. Siz biabırçılığa baxın. Kosa deyir ki, cənab prezident, deyəsən, bu il soyuq olacaq. Bu nə ssenaridir? Kim yazıb bunu? Rəfaellə Coşqun bacarmadı, yerinə başqa aktyor tapdılar. Amma Prezidentin arzuladığı yeganə Kosa mən olmuşam. Mən Kosa obrazı yaratmaqla Azərbaycan milli folklor sənətinə xidmət etmişəm. Bu dəfə Prezidentin qarşısına başqa heyət çıxacaq. Onlar məni aldatdılar. Buna görə də Prezidentə məktub göndərdim.
- Prezidentə etdiyiniz müraciətin nəticəsi varmı?
- Prezidentə bir neçə gün öncə müraciət etmişəm. Mən bu məsələni ictimailəşdirəcəm. Mənə izahat verməlidirlər ki, rahat olum. Əgər Prezident məni istəməsəydi, sonuncu görüşümüzdə soruşmazdı ki, iki ildir haradasan? Mən də efir mədəniyyətini nəzərə alıb, həqiqəti söyləmədim. Həmin vaxt Əbülfəs Qarayev mənə işarə etdi ki, danışmayım. Amma istəsəydim deyərdim ki, cənab prezident, görünməməyimin səbəbini bu adamlardan soruşun. Orada hər şeyi deyə bilərdim. Amma mən onlar kimi etmədim. Dedim ki, Keçəlim qotur qızı axtarmaq üçün dünya səyahətinə çıxıb. Respublikada bir dənə də olsa keçəl qız yoxdur. Mən də onsuz gələ bilmədim.
Mən bu adamların özbaşınalığını ört-basdır etmək üçün Prezidentə yalan dedim. Təəsüflər olsun ki, mən bu cür hərəkət etdim. Amma mənə qarşı edilən haqsızlığı bağışlamayacam. Prezidentə ünvanladığım müraciəti bütün telekanallara göndərmişəm. ATV-nin əməkdaşı Nanədən başqa heç kim deməyib ki, ay Kosa, sənin dərdin nədir? Niyə səni incidirlər?
Mən haqq səsimi ucaldacağam. Lazım gəlsə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara da müraciət edəcəyəm. Təklif edirəm ki, Kosaların müsabiqəsi keçirilsin. Kim qalib gəlsə, dövlət tədbirlərində Kosa rolunu həmin adam oynasın. Xahiş edirəm ki, Kosanı cılızlaşdırmayın. Kosanı klona çevirməyin!
\ reytinqinfo.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru