DAHA BİR İCRA BAŞÇISININ HƏYƏCANLI GÜNLƏRİ
Tarix: 1-03-2013, 10:25 | Çap et
NİZAMİ SADIQOV POSTUNU İTİRƏ BİLƏRÖlkə başçısının nazirləri, icra başçılarını və dövlət vəzifələrində çalışan digər məmurları hədəfə alan məlum çıxışından sonra bir çoxları təşvişə düşüb. Şamaxı və İsmayıllı rayonlarının icra hakimlərinin vəzifədən alınması işində nöqsanlara yol verən digər məmurlar üçün də bir xəbərdarlıq oldu. Proqnozlara görə, hələ bir neçə məmur prezident seçkilərinə qədər tutduqları postlardan gedəcəklər. Bunların arasında yüksək nüfuzlu nazirlər və icra başçılarının da olacağı ehtimal olunur. Qeyd edək ki, prezidentin barmaq silkələdiyi məmurlar sırasında məcburi köçkün rayonlarına rəhbərlik edən bəzi şəxslər də var. Bunlardan biri də bir hissəsi erməni işğalı altında olan Ağdamın icra başçısı Nizami Sadıqovdur. Oxucularımızın diqqətinə çatdıraq ki, icra hakimi 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olub. 1957-1967-ci illərdə Ağdam İnternat məktəbində təhsil alıb. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində oxuyub. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində çalışıb. 2009-cu ilin sentyabr ayından isə Ağdama rəhbərlik edir. 4 illik fəaliyyəti ərzində adı o qədər də xoşagəlməyən işlərdə hallanan N.Sadıqov rayon sakinləri arasında müsbət imic qazana bilməyib. Mətbuatdan da izlədiyimiz kimi, Ağdamın icra başçısının özbaşınalıqları haqda dəfələrlə yazılıb. Özü də bu yazıların böyük əksəriyyəti Ağdam sakinlərinin şikayəti əsasında hazırlanıb. Araşdırmalardan belə məlum olur ki, rayon rəhbəri barədə yazılanların yetərli bir hissəsi qanunsuz pul yığımı ilə bağlıdır. Daha dəqiq desək, Ağdamda görülən abadlıq-quruculuq işləri üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda, başçı görülən işlərin pulunu sahibkarlardan, ya da idarə və müəssisə rəhbərlərindən çıxarıb. Ölkə başçısı məhz elə bu məsələ ilə bağlı fevralın 12-dəki çıxışında dedi ki, icra başçıları vətəndaşların hüquqlarını müdafiə etməli, daim onların problemləri ilə maraqlanmalı və sahibkarları incitməməlidir. Adıçəkilən rayonun rəhbəri isə belə şeylərdən çox-çox uzaqdır. Sakinlərin vətəndaş hüquqlarını pozmaq hesabına özünə xoş güzəran yaradan icra başçısı yerli camaatın qayğıları ilə maraqlanmaq belə istəmir. "AzeriNews.org"a daxil olan məlumatlara görə, Ağdam Rayon İcra Hakimiyyətinə (RİH) dönən yoldakı qapı-pəncərə sexi, Ağcabədi yolu ilə Quzanlının girəcəyində yerləşən avtoservis, hərbi komissarlığın yanındakı kafe, Meşə Zolağındakı yeməkxana, Xaçın körpüsünün yaxınlığındakı obyekt, həmçinin rayon mərkəzindəki ticarət mərkəzləri Nizami Sadıqova məxsusdur. Bir sözlə, dövlət tərəfindən rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan milyonlar naməlum istiqamətlərə xərclənir. Mənbələrimiz isə bildirir ki, icra başçısının qanunsuz əməlləri ilə bağlı artıq rəsmi dairələrə məlumat verilib. Son günlər rayonda gəzən söz-söhbətlərə görə, icra başçısı yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. 63 yaşlı başçının yerinə təyin olunacaq şəxsin adı da bəllidir. Mənbə vurğulayır ki, rayona ən qısa müddətdə Nazim adlı bir nəfər (soyadını dəqiqləşdirə bilmədik) icra başçısı təyin olunacaq. Hazırda bu şəxsin paytaxtda iri bizneslə məşğul olduğu deyilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30 |
|
|
|
• Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22 |
|
|
|
• İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14 |
|
|
|
• Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09 |
|
|
|
• Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06 |
|
|
|
• Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02 |
|
|
|
• Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50 |
|
|
|
• “Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42 |
|
|
|
• Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36 |
|
|
|
• Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33 |
|
|
|
• Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30 |
|
|
|
• Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26 |
|
|
|
• Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24 |
|
|
|
• Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23 |
|
|
|
• Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20 |
|
|
|
• Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18 |
|
|
|
• AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06 |
|
|
|
• Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00 |
|
|
|
• Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55 |
|
|
|
• AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50 |
|
|
|
• Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45 |
|
|
|
• Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32 |
|
|
|
• Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27 |
|
|
|
• “TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24 |
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
• Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14 |
|
|
|
• Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10 |
|
|
|
• Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
|