“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                     Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... .....                     Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı .....                     ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib .....                     Rus general Bakı və İrəvana nəyin mesajını verir? .....                     Bank kart kodlarını naməlum şəxslərə verməyin .....                     `Azəriqaz` yanvarın borcunu indidən yazır? .....                     AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                 

“VURULMA” SIRASI İBRAHİMOVLARA DA ÇATDI
Tarix: 27-02-2013, 11:51 | Çap et
“VURULMA” SIRASI İBRAHİMOVLARA DA ÇATDI
HACI İBRAHİM NEHRƏMLİNİN RƏSUL QULİYEVLƏ ƏLAQƏLƏRİ ARAŞDIRILIR

DİA.AZ: - Bu saatlarda hacı İbrahimin şəriki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi tərəfindən dindirilir. DİA. AZ bildirir ki, bu barədə “Təzadlar” qəzeti məlumat yayıb. Həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“ «Təzadlar»ın ötən saylarında tanınmış vəkil Ramiz Zeynalovun müdafiəsi altında olan iş adamı, «Azərross» Şirkətinin həmtəsisçisi, iş adamı Əflatun Piriyevin öldürülməsinin sifarişində suçlu bilinərək həbs olunmuş Hümbət Məmmədovun Prezident İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova müraciətini dərc etmişdik…. Ardınca isə onun vəkili Ramiz Zeynalov geniş müsahibə vermişdi.

Söhbət Hümbət Məmmədovun “Avesta» şirkətinin rəhbəri hacı İbrahim barədə Prezidentə yazdığı şok ittihamlar barədədir. Belə ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Prezidentə yazırdı:

«Çox hörmətli cənab Prezident!

Hörmətli cənab nazirlər, cənab sədr, hakimlər və prokuror!

Bu müraciət-ifadəmlə səmimi olaraq həbsimə səbəb olan hadisənin necə baş verdiyini və əsil səbəbini aydınlaşdıracağam.

Mən uzun illər Rusiya Federasiyasında çalışaraq (Mənə məxsus "Alyans" şirkəti neft-qaz avadanlığının satışı ilə məşğul olurdu. Rusiyanın Qazprom şirkətinin 12 operatorlarından biri idi) küllü miqdarda pul (8 mln. ABŞ dolları) qazanmışdım. 2004-cü ildə uşaqlarım böyüdüyü üçün Bakıya qayıtmağı qərara aldım. Bakıda ilk gördüyüm adam Əflatun Piriyev olmuşdur. Mən ondan soruşdum, dedi ki, Bakıda ən yaxşı biznes tikinti biznesidir və o, məni hacı İbrahimlə (İbrahim İbrahimovla) tanış elədi və dedi ki, yuxarıların ən yaxın adamlarından biridir… Hacı İbrahim mənə dedi ki, sərmayəni sən qoyursan, amma 50-nin 50-yə işləyirik, ona görə ki, başqa nə problemin olsa bizneslə əlaqədar hamısını mən həll edəcəyəm. Mənə dedi ki, Rabitə Nazirliyinə məxsus 68 sot torpaq sahəsi var 850 min dollara deyirlər, özəlləşməsi ilə birlikdə. Dedi ki, bir-iki aya sənədləşdirib tikintiyə başlaya bilərik. Əflatun dedi ki, yaxşı yerdir. Mən razı oldum. Əflatunun vasitəsi ilə 850 min dolları verdim hacı İbrahimə (nə biləydim ki, hacı İbrahim bir ildən çox imiş ki, işçilərinin maşını verə bilmirmiş. Sonradan torpağın qiymətini də 1,2 milyon dollara qaldırıb 350 min dolları isə ev şəklində özü verdi). Əflatuna etibarnamə verib, tapşırdım ki, mənə məxsus "Alyans" şirkəti ilə hacı İbrahimə məxsus "Avesta" şirkəti ilə müştərək (50 %-Avestanın, 50 %-Alyansın) şirkət yaratsın və alınacaq torpaq sahəsini bu şirkətin adına rəsmiləşdirsin. Özüm isə Rusiyaya işimin arxasınca getdim… Sonra mənə hacı İbrahim dedi ki, görüşmək lazımdır. Biz görüşdük. Mənə təklif elədi ki, "Avesta" binasının arxasında boş torpaq sahəsi var, yarısını mən almışam, geridə qalan yarısını isə 500000 dollara deyirlər, gəl onu al həmin tikintiyə başlayaq. Ona kimi "Papanin"dəki torpağın sənədləri hazır olar. Həmin torpaq "Bənna" MTK-ya məxsus idi. Əflatun mənə dedi ki, yaxşı yerdir, bütün sənədləri hazırdır, razı ol. Mən çarəsiz qalıb razı oldum, ona görə ki, fikirləşdim, əgər o biri torpaq düzəlməsə, ora verilən pulu buradan götürərəm. 500 min dolları verib həmin işə başladıq… Tikintinin aparılmasını və evlərin satışını Əflatuna tapşırdıq. Ayda da 2000 dollar maaş verirdik... Həmin tikintiyə hacı İbrahimlə mən şərik idik. Əflatunun ora heç bir şərikliyi yox idi. Bunun üçün "Azərross" MTK kooperativi yaradıldı. Orada Əftatun Piriyevin 20 % təsisçilik payının olmasını mən bu hadisə olandan sonra bildim. Ona olan etibarımdan istifadə edib özünü təsisçi edibmiş. Həmin tikintidən Əflatun Piriyevə 400 m2 mənzil, 4 ədəd qaraj verdim, hədiyyə olaraq. M.Muxtarov 145 ünvanda inşa olunan binanın tikintisini də Ə.Piriyevə tapşırdım, satışını da həmçinin, ayda 2000 dollar maaş verirdim. Tikinti qurtarandan sonra isə 206 m2 mənzil, 2 qaraj hədiyyə etdim ona. Onu da 300.000 manata satıb, başqa bir ev aldı. Bütün bunlardan əlavə, 2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 min dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd "Leksus" CİP avtomaşını, nömrələri "007", "009". Hansı ki, yoldaşımın adından onun adına keçirilib. Həmin ərəfədə hacı İbrahimi “kitay" vətəndaşlarına qarşı dələduzluq etdiyinə görə, əlini qandallayıb Bakı şəhəri Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparmışdılar. Əflatun mənə dedi ki, yazıqdır, kömək elə, tutacaqlar. Şəxsən özüm gedib özümü onun vəkili kimi təqdim edib onun “kitay"lılara olan 230.000 dollar borcunu ödəyib, həbsdən qurtardım. Mənə dedi ki, yaz borc dəftərinə, tikintidən götürərsən. Hacı İbrahim məndən xahiş elədi ki, deputat seçkilərində ona sponsorluq eləyim. 350.000 dollar da onda verdim. Yenə dedi ki, tikintidən götürərsən. Bu pulların hamısını Əflatun Piriyevin qarantiyası ilə vermişdim. 2006-cı ilin axırlarında Əflatun Piriyevlə mənim söhbətim oldu. Dedim mən pulumu haradan gtürəcəyəm? Hacı İbrahim Teymur Əliyev-67\71 də tikilən binadan öz payını artıqlaması ilə götürmüşdü. Cavabında mənə dedi ki, narahat olma, onun haqqında elə şeylər bilirəm ki, əgər lazımı adamlar bunları bilsə, onu məhv edərlər. (Həqiqətən də hacı İbrahim Əflatun Piriyevdən çox çəkinirdi). Dedi ki, sən narahat olma, pulun batmaz. Elə həmin vaxtlar "Papanin"dəki torpağın sənədləri hazır oldu. Mən Əflatuna dedim ki, torpağı satın, pulumu götürüm, daha işləmək istəmirəm. Əflatun mənə dedi ki, bu saat sən pulunu hacı İbrahimdən götürə bilməyəcəksən, yaxşısı budur ki, tikintiyə başlayaq. Yenə də çarəm qalmadı, razı oldum. Elə oldu ki, bizim aldığımız 68 sot ərazi kvadrat şəklində deyildi. Ona bitişik 30 sot torpaq sahəsini də almaq lazım gəldi. 1,2 mln. dollara aldıq. Onun pulunu hacı İbrahimlə Teymur Əliyev küçəsində tikilən binadan verdik. Bundan əlavə, 200 min dollar da özəlləşməsinə verildi. 2006-cı ilin axırlarında 30 sot torpaq sahəsi 1,4 mln dollara başa gəldi. 68 sot torpağın özəlləşməsinə isə 400 min dollar verdik. Yəni, 98 sot torpaq sahəsi, cəmi 3 mln. dollara başa gəldi. Hacı İbrahim dedi ki, sərəncam almaq üçün 1,2 mln. dollar lazımdır. Sonra dedi ki, mən cavabdehəm, sərəncam olmadan tikintiyə başlayın. Evlərin satışından verək həmin məbləği. Tikintiyə 2007-ci ilin əvvəlində başladıq. 1,2 milyon dolları verdik. 2-3 ay keçməmiş İbrahim İbrahimov dedi ki, 1,2 mln. dollar yenə istəyirlər, yoxsa tikintini dayandıracaqlar. Həmin məbləği də verdik. Bu yollarla hacı İbrahim məndən 1,2 mln-dollar əvəzini 6 mln. dollar pul götürdü. Tikintinin rəhbərliyini Əflatun Piriyevə tapşırdıq, ayda 2000 dollar maaş almaq şərti ilə. 2007-ci ilin axırlarında hacı İbrahim mənə dedi ki, guya siyahı tutulub, bizim şirkət də oradadır. Biz 2 mln. dollara məktəb tikintisi üçün pul köçürməliyik. Mən ona dedim ki, axı pul yoxdur, haradan götürəcəyik? Dedi, özün bilərsən, verməsən, bütün biznesimizi dayandıracaqlar. Məcbur olub Beynəlxalq Bankdan 2,3 mln. dollar kredit götürüb, 1 mln. dolları hacı İbrahimə verib, qalanını tikintiyə xərclədik. Qalan 1 mln. dolları özümdən verdim. Məni əmin etdi ki, bizə iş verəcəklər, oradan qoyduğumuz pulu artıqlaması ilə götürərik. Mən inandım.

2008-ci ilin ortalarında Əflatun Piriyev mənə dedi ki, o da şərik olmaq istəyir. Söylədi ki, məni də şərik elə, hacı İbrahim mənlikdir, yoxsa onunla bacarmayacaqsan. Mən hacı İbrahimə deyəndə ki, Əflatun Piriyevi şərik eləyək, o özündən çıxıb çox hirsləndi. Mənə dedi ki, ayda (10-15) min dollar maaş ver, amma onu şərik eləmə. Hələ onu tanımırsan. O çox paxıl və mərdimazar adamdır, sonra başımıza oyun açacaq... Mən dediyimin üstündə durdum. Dedim 10 % mən verirəm, 10 faiz də sən ver. Birtəhər razı saldım hacı İbrahimi.

2008-ci ilin avqust ayında Əflatun Piriyevi yeni yaradılacaq "Azərross" MTK kooperativinə 20 % payı olmaqla təsisçi qəbul elədik.

“Alyans" şirkətinin 50 % təsisçilik payından Əflatun Piriyevə- 10 %, “Avesta" konsernin 50 % təsisçilik payından -10% Əflatun Piriyevə verildi. Bu şərtlə verildi ki, guya yerin qiymətini, yəni 4 mln. manat (2007-ci ilin dekabrında 4 mln. manat qiymət edilmişdi) 10 %-”Alyans"a, 10%-”Avesta"ya ödəmişdir. Amma indiyə kimi ödəməyib.

Əflatun Piriyev təsisçi qəbul olunana kimi, yəni 2008-ci ilin avqust ayına kimi kompleksin 5 mərtəbəsi (1mərtəbə qeyri-yaşayş, 4 mərtəbə yaşayış, 100 qaraj) inşa olunmuşdur. Əflatun Piriyev şərikliyi ancaq 16-19 mərtəbəyə şamildir.

Bütün problemlər də elə o təsisçi olan gündən başladı. Hacı İbrahim mənimlə Əflatunun xoş münasibətini görüb, başladı aranı vurmağa. Hər şeyin üstü 2010-cu ilin avqustunda açıldı. Hacı İbrahim məni yanına çağırıb dedi ki, Vaqif Bağırov ona 3 mln. manat pul atıb və mənə sənədlər göstərdi. Dedi ki, onu tutduracağam. Həmin dövrdə Vaqif Bağırov həm "Azərross İK" MTK-nın, həm də "Avesta" konserninin baş mühasibi işləyirdi. Mən hacı İbrahimin dediklərini Əflatuna danışdım. Əflatun mənə dedi ki, o heç vaxt Vaqifi tutdura bilməz. Mən ona dedim ki, axı sənədləri özüm görmüşəm. Əflatun dedi ki, hacı İbrahim əgər Vaqif Bağırovu tutdursa onda özünü də tutacaqlar. Dedi ki, sənin bilmədiyin çox şeylər var və başladı danışmağa. Dedi ki, “Hacı İbrahim sənin o vaxt "Papanin"də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib. Ondan əlavə də 300 min dollar yenə xərcləyib. Mən şəxsən, mənim adıma olan telefondan zəng etmişəm Rəsul Quliyevin yaxın adamlarına və pulu 500 min dolları vermişəm. 300 min dolları isə Vaqif Bağırov verib. Bundan əlavə, Hacı İbrahim mənim və Vaqifin adına “Sputnik" telefon almışdı- birini özünə, birini isə qardaşı, Diaspora Komitəsinin sədri Nazim İbrahimova, Rəsul Quliyevlə danışmaq üçün və Bakıdakı dövlət çevrilişini təşkil etmək üçün. Bunları prezident bilsə, hacı İbrahimi məhv edərlər..."

Sonra dedi ki, “Hacı İbrahim kassadan götürdüyü... 5 mln. dolları Baksovetə verməyib. Vaqifə deyib ki, bu sirri Hümbətə açma, sənə 2 mln. dollar verəcəyəm. Vaqif də görüb pulu vermir, o yolla öz halal pulunu götürüb... Səndən və kassadan götürdüyü 2 mln. dolları bir ad çəkib, ora verməyib. Bunu bilsələr onu yer üzündən silərlər".

Mən Əflatuna dedim ki, onun belə adam olduğunu bilirdinsə, niyə məni onunla tanış edirdin? Mənə o qədər pul borcludu, nə cür alacam? Mən dedim ki, heç torpağa verilən pulu götürməmişəm, plyus hacı İbrahimin mənə olan borcu 580000 dollardı. Əflatun mənə dedi ki, o pulları mən sizə şərik olandan əvvəl vermişəm, mənə aidiyyəti yoxdur, o qədər artıq pul götürüb, get nə cür istəyirsən sən al, mən qarışmıram. Mən ona dedim ki, axı sən şahid dururdun ona pulu verəndə, niyə belə oldu? Dedi özünüz bilərsiniz... Əlavə olaraq bildirirəm ki, mən Əflatun Piriyevin Rəsul Quliyev barəsində dediyi sözləri hacı İbrahimə çatdırdım. Məsləhət gördüm ki, konfliktə girməsin. Hacı İbrahim isə mənə dedi ki, “Əgər Vaqif Bağırovla Əflatun Piriyev birləşsə, bizim axırımıza çıxacaqlar...”.

Beləliklə, hacı İbrahim onun və qardaşı Nazim İbrahimovun Vaqif Bağırov və Əflatun Piriyevin adına ёSputnik» telefonlar alaraq Rəsul Quliyevlə danışdığını, onun gəlişi ilə bağlı Bakıda dövlət çevrilişinə hazırlıq görülməsi, Rəsul quliyevin Bakıdakı adamlarına bu məqsədlə külli miqdarda pul verməsini və s. şok sirlərini bilən bu iki adamın aradan götürülməsi üçün Hümbət Məmmədova sirrini açır, əvvəlcə Əflatun Piriyevin cəzalandırılmasını sifariş verir… Sonradan Ə.Piriyev təsadüf nəticəsində, amma bu sifariş əsasında öldürülür, Vaqif Bağırov isə hacı İbrahimdən xəlvəti kassadan (baş mühasib idi) 2 milyon manat pulu götürüb Azərbaycanı tərk etmək qərarına gəlir. Çünki başa düşür ki, onu aradan götürmək üçün hacı İbrahim plan qurur. V.Bağırov hazırda Afrikada yaşayır…

«Təzadlar»ın yazıları Baş Prokurorluğu ayağa qaldırdı…

Qeyd edək ki, Hümbət Məmmədovun Prezidentə bu müraciəti ёTəzadlar»da dərc olunan kimi hacı İbrahim özünü təbliğ etmək üçün ёYeni Müsavat» qəzetində silsilə yazılar dərc etdirdi, ardınca da qardaşı, Diaspor Komitəsinin sədri Nazim İbrahimov adı çəkilən qəzetə geniş müsahibələr verdi… Amma bu məqamda Hümbət Məmmədovun vəkili Ramiz Zeynalov hacı İbrahim və qardaşı N.İbrahimov barədə şok açıqlamalar verdi. Hətta hacı İbrahimin dəhşətli sirlərini bilən və əlində sübutlar olan, hazırda Afrikada olan Vaqif Bağırovla əlaqə yaradılmasından, onun istintaqa hacı İbrahimin Rəsul Quliyevlə birləşərək Bakıda dövlət çevrilişinə cəhd cinayətində birbaşa iştirak etməsinə dair ifadə verməyə hazır olduğunu bildirmişdir…

Və nəhayət, Baş Prokurorluq və ölkənin adını çəkmək istəmədiyimiz aidiyyəti yüksək dövlət qurumları bu ittihamların araşdırılmasına start verdilər. Beləliklə, bu saatlarda hacı İbrahimin şəriki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi tərəfindən dindirilir… O, hacı İbrahimin və qardaşı Nazim İbrahimovun Rəsul Quliyevin Azərbaycanda dövlət çevrilişində iştirakına verdikləri dəstək və onunla ёSputnik» telefonlar vasitəsilə necə əlaqə saxlanılması, Rəsul Quliyevin tapşırığı ilə kimlərə nə qədər pul verilməsi və s. barədə müstəntiqə ifadə verir. Həmin dindirilmədə tanınmış vəkil Ramiz Zeynalov da iştirak edir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48
Axşam.az 12 yaşında!
Bu gün, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru