“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                     Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri .....                     “Sülh üçün konstitusiyamızı dəyişməliyik” .....                     Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR .....                     Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ .....                     Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib .....                     Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi .....                     Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq .....                     Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq .....                     Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb .....                     Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                     AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü .....                     İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı .....                     Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb .....                     Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? .....                     Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül .....                     Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... .....                     AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? .....                     Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... .....                     Qarabağ erməniləri üçün Rusiya nümunəsi .....                     “TələbəPlus” kartları VERİLDİ, .....                     Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı .....                     Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                 

ŞOK: DAYISININ NAZİR OLDUĞUNU DEYƏN "MAVİ"...
Tarix: 14-02-2013, 09:10 | Çap et
ŞOK: DAYISININ NAZİR OLDUĞUNU DEYƏN "MAVİ"...
NABRANDAKI QƏTLİN İLGİNC TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ şəhər sakini Fərzəliyev Sərxan Ceyhun oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Sərxan Fərzəliyev əvvəllər tanıdığı Ceyhun Xudaverdiyevi (Ad dəyişdirilib - red.) qarət məqsədilə xüsusi amansızlıqla maddi cəhətdən imkanlı, eləcə də "uşaqbazlıq"la məşğul olduğunu bilərək, 30 iyul 2011-ci il tarixdə, saat 23:00 radələrində sonuncunun Xaçmaz rayonu, Nabran kəndi ərazisində idarə etdiyi "Hyundai Santa-Fe" markalı avtomaşınla keçdiyini görüb. O, Ceyhun Xudaverdiyevin avtomaşınını və üstündəki pullarını ələ keçirmək niyyəti ilə qardaşı Orxan Fərzəliyevin işlətdiyi "Qafqaz" istirahət mərkəzinin mətbəxindən bıçaq götürüb. Adıçəkilən şəxsi öldürməyi planlaşdıran S.Fərzəliyev bir neçə dəfə zəng vuraraq uşaqbazlıqla əlaqədar söhbət etmək üçün C.Xudaverdiyevi "Qafqaz" istirahət mərkəzinin qarşısına çağırıb. İyul ayının 31-də gecə saat 02:00 radələrində C.Xudaverdiyev avtomaşınla həmin yerə gəlib. S.Fərzəliyev avtomaşına minərək xəlvəti yerə getmək adı ilə onu Xaçmaz rayonu, Tel kəndi ərazisindəki meşə kənarına aparıb. Hər ikisi avtomaşından yerə düşərkən gözlənilmədən S.Fərzəliyev C.Xudaverdiyevə basqın edib. Əvvəlcə yumruqla, sonra isə bıçaqla onun boynuna, döş qəfəsinə ardıcıl zərbələr endirib. Yaralını yolun kənarındakı meşəyə atıb və sonuncuya məxsus avtomaşına minərək hadisə yerindən uzaqlaşıb. 200 metr aralandıqdan sonra avtomaşın sahibinin ölməsinə tam əmin olmaq üçün geri qayıdıb. C.Xudaverdiyevin ağır vəziyyətdə inildəyərək can verdiyini gördükdə, ona təkrar zərbələr endirib. S.Fərzəliyev C.Xudaverdiyevi xüsusi amansızlıqla qətlə yetirdikdən sonra ona məxsus 23 manat pulu, "Nokia" markalı mobil telefonu, 23.000 manat məbləğində "Hyundai Santa-Fe" markalı avtomaşını ələ keçirərək hadisə yerindən qaçıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Fərzəliyev Sərxan Ceyhun oğlu - 1988-ci ildə Qəbələ şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Qəbələ rayon Nohurqışlaq kəndində yaşayır. AR CM-nin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Kişiyə belə söhbət yaraşmaz"

Təqsirləndirilən şəxs qismində dindirilən Sərxan Fərzəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində qətlə yetirdiyi şəxsi əvvəllər tanıdığını göstərib: "Qardaşım Orxan Nabran qəsəbəsində yerləşən "Qafqaz" istirahət mərkəzini başqa şəxslərlə şərikli olaraq icarəyə götürmüşdü. Ötən ilin iyul ayında qardaşıma kömək məqsədilə həmin istirahət mərkəzinə getmişdim. Qardaşımın yerinə inzibati işlərini yerinə yetirirdim. Məhz həmin vaxt ilk dəfə Ceyhun Xudaverdiyevi görmüşəm. Dəqiq tarixi yadımda qalmayıb, 2011-ci ilin iyul ayında gecə saat 24:00 radələrində Ceyhun öz maşını ilə istirahət mərkəzinə gəldi. Yaxın günlərdə tək və yaxud dostları ilə birlikdə gəlib dincəlmək istədiyini, lakin qiymətlərin onu qane etmədiyini dedi. Dedim ki, mövsüm təzə başlayıb, qiymətdə güzəşt edə bilərik. O da dostu ilə bir həftə gəlib qalacağını deyərək, 20 manat beh verdi. Pulu istirahət mərkəzinin əməkdaşı Sərxana verdim. Bu vaxt dostlarım məni Nabrana "Sun-Set" istirahət mərkəzinə çağırdılar. Ceyhun "Həmin istiqamətə gedirəm, səni də apara bilərəm", - dedi. Razılaşıb avtomaşınına əyləşdim, yola düşdük. Əslində, "Qafqaz"dan "Sun-Set"ə qədər məsafə təxminən 400 metrdir. Kaş o yolu piyada gedəydim. Maşında Ceyhun mənə qəbələlilər haqda bir söz dedi (etik normaları nəzərə alaraq bu ifadəni dərc etmirik -red.). Ceyhunun belə danışığından əsəbiləşdim, dedim: "kişiyə belə söhbət yaramaz". Hətta onun danışığını məcazi mənada başa düşdüm. Elə bildim ki, Ceyhun qəbələlilərin imkanlı olmasına işarə edir.

"Söhbət zamanı onun "mavi" olmasına tam əmin oldum"

Bir qədər sonra "Sun-Set"-dən çıxıb "Qafqaz"a qayıtmaq istədim. Bu zaman Ceyhunun maşınının "Sun-Set"in qarşısında dayandığını, özünün də maşının yanında olmasını gördüm. O, mənə dostunu gözlədiyini, lakin gözlədiyi adamın gəlib çıxmadığını söylədi. Ceyhuna "Qafqaz"a qayıtmaq istədiyimi dedim. Ceyhun da maşınla aparmağı təklif etdi. Yolboyu Ceyhun yaxşı işdə işləməsindən, yaxşı qohumları olmasından danışdıqda, bunların mənə heç bir dəxli olmadığını dedim.

"Qafqaz"a qayıtdıqdan sonra mərkəzin işçiləri Zahir və Seymurla, həmçinin Ceyhunla birlikdə çörək yedim, spirtli içki qəbul etdim. Ceyhun mədəsinin xəstə olmasını bildirərək cəmi bir qədəh araq içdi. Söhbət zamanı Ceyhunun "mavi" olmasına tam əmin oldum. Seymura da Ceyhunun "mavi" olduğunu açıqladım. Dedim ki, əgər burada istirahət etsə, diqqət yetirmək lazımdır ki, biabırçılıq olmasın. Həmin vaxt istirahət mərkəzində istirahət edən bir xanım mənə Nabran qəsəbəsinə getmək üçün taksi tutmağı xahiş etdi. Ceyhun təklif etdi ki, xanımı birlikdə qəsəbəyə aparıb qayıdaq. Xanımı qoyub qayıdandan sonra məlum oldu ki, qadının dəniz kənarında, istirahət etdiyi yerdə şalı qalıb. Həmin şalı tapıb qadına qaytardıq.

"Cinsi əlaqədə olmağı təklif etdi"

Birinci görüşümüzdən təxminən bir həftə sonra Ceyhun mənə zəng vurub istirahət mərkəzində qalmaq istədiyini bildirdi. Dedim ki, nə vaxt istəyirsənsə gəl qal. Lakin Ceyhun gəlmədi. Bir qədər sonra yenidən zəng vurub dedi ki, yolun kənarına çıx.

Qardaşım çolpa almışdı, çolpaların ayaqları iplə bir-birinə bağlanmışdı. Mətbəxdən dedilər ki, çolpalardan müştərilər üçün nahar hazırlamaq istəyirlər. Mən də çolpaları kəsmək üçün bıçaq götürdüm. Elə bu zaman Ceyhun öz avtomaşını ilə yanıma gələrək mənə sözü olduğunu dedi və yanında oturmağımı istədi. Ceyhunun maşınına əyləşəndə o, dayısının nazir işlədiyini dedi. Mən də cavabımda bunun mənə dəxli olmadığını söylədim. Bu zaman o, mənə cinsi əlaqədə olmağı təklif etdi. İmtina edərək, onu yaxşı bir oğlan kimi tanıdığımı dedim. "Bir daha gözümə görsənmə, əks təqdirdə səni vuracağam", - dedim. Cavabında Ceyhun məni təhqir etdi.

"Hər dəqiqə nazir dayısından söz salırdı"

Ceyhuna avtomobilini idarə etməyi təklif etsəm də, o, yenə nazirdən söz saldı. Maşında söhbət edə-edə gedən zaman onun niyyətinin yaxşı olmadığını görüb "Geri qayıt, mənə problem yaratma", - dedim. Söhbətarası məndən indiyə qədər kiminləsə yaxınlıq edib-etmədiyimi soruşduqda, ona qadınla olduğumu, kişiylə heç vaxt cinsi əlaqədə olmadığımı bildirdim. O, "meşəliyə çatanda kefini açacağam", - dedi. Ceyhuna maşından düşüb dərindən nəfəs almağı məsləhət gördüm. Maşından düşən kimi ona bir yumruq vurdum. Zərbənin təsirindən yerə yıxıldı.

"Neçə zərbə vurmağımı xatırlamıram"

Bıçağı çıxarıb ilk zərbəni sinəsinə, ikinci zərbəni isə böyrəyinə vurdum. Bundan sonra neçə zərbə və harasından vurmağımı xatırlamıram. Huşsuz vəziyyətdə yerdə uzandığını görüb onu 3-4 metr kənara sürüyüb atdım. Maşına əyləşib sürüb getdim. Yolda olarkən Ceyhunun sağ olmasını və ona kömək lazım olmasını düşünərək geri qayıtdım. Geri qayıtdıqda onun dizi üstə çömbəldiyini gördüm. Yaxınlaşanda ayağımdan yapışdı. Bıçaqla boğaz nahiyəsinə daha bir zərbə endirdim, sonra "Qafqaz" istirahət mərkəzinə qayıtdım.

"Xırıltısı gözümün qabağından getmir"

"Qafqaz"a qayıdıb, Seymuru yuxudan oyadaraq, Ceyhunu öldürdüyümü söylədim. Seymur mənə, "Balalarım var, məni zibilə salma", - dedi. Həmin gün Qəbələdən olan dostum Ramin yanıma istirahət etməyə gəlmişdi. Ramin mənə zəng vurub Xudata çatdığını bildirdi. Mən də Ceyhunun maşını ilə Xudata gedərək Raminlə görüşdüm. Ramin gəldiyi taksidən enib mənim idarə etdiyim maşına əyləşdi. Raminin yanında yol çantası vardı. Həmin çantanı maşının arxa oturacağına qoymuşdu. Yolda Raminə maşının dostuma məxsus olduğunu, müvəqqəti sürməyə götürdüyümü dedim. Yolda olarkən "Ramin, xırıltısı gözümün qabağından getmir", - dedim. Ramin nə olduğunu soruşanda, adam vurduğumu bildirdim. Əvvəl inanmadı, lakin Raminə izah etdim ki, maşın öldürdüyüm adamındır, həmin adam "mavi" olduğu üçün onu meşədə bıçaqla vurub öldürmüşəm.

"Hadisə barədə heç kimə heç nə demədik"

Ramin məni danladı, nə düşündüyümü soruşdu. Dedim ki, Qəbələyə gedib qardaşım Orxanla məsləhətləşməliyəm. Xudatın çıxacağında Ceyhuna məxsus mobil telefonu hissələrə ayıraraq çölə tulladım. Yolda olarkən Ramin maşının bardaçokunda gördüyü mətbəx bıçağını yolun kənarına atdı. Birbaş Raminin anasıgilin Balaxanı qəsəbəsində yerləşən evlərinə gəldik. Baş verənlər barədə evdəkilərə heç nə demədik. Raminin evindən "10-VO" rəqəmləri ilə başlayan başqa avtomaşının nömrəsini götürdük ki, Ceyhunun avtomaşınına taxaq. Bundan başqa Ramin həyətdə özünə məxsus rəngləmək üçün olan avadanlığını da götürüb avtomaşının yük yerinə qoydu. Raminlə mən Ceyhunun maşını ilə Qəbələyə yola düşdük. İsmayıllı rayonuna çatanda Raminə avtomaşına öz nömrələrini vurmasını məsləhət gördüm. İstəmirdim ki, avtomaşının əsl nömrəsini rayonda görsünlər.

"Öldürmüsən, get təslim ol"

Səhər tezdən Qəbələ şəhərinə çatmağa bir qədər qalmış qardaşıma zəng vurub onunla işim olduğunu söylədim, çölə çıxmasını xahiş etdim. Orxanla Tüntül və Yengicə kəndləri arasındakı yolda görüşdük. Qardaşıma bir nəfər "mavi"ni öldürdüyümü, içərisində olduğumuz maşının öldürülən adama aid olduğunu, maşını yandırmaq və onunla məsləhətləşmək istədiyimi bildirdim. Ağır cinayət törətdiyimə görə qardaşım əsəbiləşdi, mənə irad tutdu, hətta üzümə bir sillə də vurdu. Orxan gedib könüllü təslim olmağı, maşını yandırmağın lazımsız olmasını məsləhət görərək "Öldürmüsən, maşını yandırma, get təslim ol," - dedi. Onsuz da bu hadisənin üstünün açılacağını deyən qardaşım "Təslim olmaqdan qorxursansa mənimlə gedək," - dedi. Ona təslim olacağıma söz verdim.

"Səni ondan da pis günə salaram"

Nabrana gəldim, burada Seymuru gördüm. Maşın isə Ramində qaldı. Söhbət zamanı Seymur məndən şikayət edəcəyini bildirdi. "Özümə və ailəmə görə narahatam, get hadisə barədə polisə xəbər ver, mənim adımı hallandırma, yoxsa özüm gedib polisə xəbər verəcəyəm ki, sonradan problem yaranmasın". Ona "Özüm təslim olacam, sən məndən şikayət etsən, səni Ceyhundan da pis günə salaram," - dedim. 2011-ci ilin avqust ayının 4-də polis əməkdaşları məni həmin mərkəzdə tutdular. Əvvəlcə Seymur tərəfindən satıldığımı düşündüm, lakin sonradan məni Seymurun satmadığını, əksinə, dostluq etdiyim Raminin polisə xəbər verdiyini başa düşdüm. Etdiyim əməldən peşmanam"

"Bir nəfər "mavini" öldürmüşəm, maşın da onundur"

Şahid qismində dindirilən Ramin İbrahimov ifadəsində təqsirləndirilən şəxslə yaxın dost olduqlarını göstərib: "Evimin tikintisi ilə məşğul olarkən Qəbələ şəhər sakini Sərxan Fərzəliyevlə tanış olaraq onunla dostluq etməyə başlamışam. Arada mobil telefonla danışıb hal-əhval tutarkən Sərxan məni yanına, Nabrana istirahət etməyə çağırırdı. 31 iyul 2011-ci ildə özümlə paltar, noutbuk və kamera olan idman çantası da götürərək Nabrana yola düşdüm. Gecə saat 03:00 radələrində Sərxan telefonla zəng vurub harada olduğumu soruşdu. Dedi ki, Xudat şəhərində at heykəlinin yanında taksidən düş, orada səni qarşılayacağam. Gecə saat 03:30 radələrində həmin yerdə taksidən düşdüm, gördüm ki, Sərxan "Hyundai Santa Fe" markalı, ağ rəngli avtomaşınla orada dayanıb gözləyir. Sərxanla görüşüb öz idman çantamı onun avtomaşınına qoyub nə məsələ olduğunu soruşdum, Sərxan dedi ki, Bakıya getmək lazımdır, yolda danışarıq. Avtomaşının kimə məxsus olduğunu soruşduqda isə Sərxan dedi ki, dostu olan yaxşı oğlanlardan birinindir. Sərxanın sərxoş olduğunu görüb sükan arxasına oturdum, Sərxan da yanında əyləşdi. Bakı şəhəri istiqamətində hərəkət edərkən Sərxan avtomaşındakı hansısa mobil telefonu pəncərədən çölə atdı. Xızı rayonu ərazisində dedi ki, avtomaşını saxla, ürəyim bulanır. Avtomaşını saxladıqda Sərxan yerə düşüb öyüyüb qusmağa başladı. Dedi ki, bir nəfər "mavi"ni öldürüb, avtomaşın da öldürülən adamındır.

"Qorxdum ki, birdən məni də öldürər"

Əvvəlcə onun sözlərinə inanmadım, lakin Sərxanın maşınla olması məni bərk qorxutdu. Həmin adamı niyə öldürdüyünü soruşduqda, Bakıda hər şeyi danışacağını bildirdi. Sonra başa düşdüm ki, Sərxan məni işə salıb. Sərxanın məni də öldürə biləcəyindən qorxduğum üçün maşını Balaxanı qəsəbəsində yaşayan anamgilə sürdüm. Səhər saatlarında Balaxanıya çatdıq. Hadisə barədə evdəkilərə heç bir söz deməyib özümə məxsus olan "Fiat" markalı avtomaşının bir cüt uzun 10-VO-573 dövlət qeydiyyat nişanlarını götürüb avtomaşına qoydum ki, nömrəni avtomaşının üstünə taxaq, yolda polis saxlamasın. İxtisasca rəssam-heykəltəraş olduğum üçün bəzi əmək alətlərini və Rusiyadan gətirdiyim pulverizatoru götürüb avtomaşına qoydum. Sərxanla Qəbələ rayonuna yola düşdüm, İsmayıllı ərazisində maşının hər iki nömrələrini açıb qarşıya 10-VO-573 dövlət qeydiyyat nişanlarından birini bərkitdim, arxadakı nömrə yeri kvadrat olduğundan ikinci uzun nömrəni oraya bərkidə bilmədim. Səhər saat 08:00 radələrində Sərxan qardaşı Orxana zəng vurub bir nəfəri vurduğunu və onun avtomaşını ilə gəldiyini dedi. Orxan ona Tüntül kəndində qayınatasının evində olduğunu və RLS tərəfə gedən ara yolda bizi gözləyəcəyini bildirdi. Tüntül kəndinə çatdıqda Sərxan maşına əyləşdi. Orxan qardaşını belə bir ağır cinayət törətdiyi üçün danlayaraq sillə ilə vurdu, niyə belə iş gördüyünü soruşdu. Sərxan da "söyüş söydü, mən də vurdum" dedi. O da Sərxana gedib təslim olmağı məsləhət gördü. Sərxan Nabranda təslim olacağını dedi.

QEYD: Məhkəmənin hökmü ilə Sərxan Fərzəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son söz əvəzi:

İnsanlar dərilərinin rənginə görə müxtəlif irqlərə bölünürlər. Cinayətin isə cəmi bir rəngi olur: QARA!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru