ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                 

ELŞAD ABDULLAYEV DƏ ERMƏNİLƏRLƏ ƏLAQƏDƏ İTTİHAM OLUNDU
Tarix: 7-02-2013, 09:40 | Çap et
ELŞAD ABDULLAYEV DƏ ERMƏNİLƏRLƏ ƏLAQƏDƏ İTTİHAM OLUNDU
Ramiz Zeynalov: “E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karvenoviçdən almışdır..."

Bir müddət əvvəl ölkə KİV-lərinin baş məqaləsi yerində keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayevin bomba partladacağı və s. kimi diqqəti cəlb edən başlıqlar yer alırdı… Sonra bu yazı başlıqlarından həvəslənən E.Abdullayev və ya onun sözçüsü, həmçinin vəkili E.Abdullayevdə 400-ə yaxın videokasetlərin olduğunu dilə gətirdilər. Hətta iş o yerə çatdı ki, həm E.Abdullayev, həm də onun mətbuat nümayəndəsi, araşdırmaçı jurnalist Elnur Məcidli bəyan etdilər ki, “Bizi məcbur etməsinlər, əgər bu videoları yaysaq, Azərbaycanda fırtına qopacaq, xalq onları süpürgə ilə süpürüb kənara atacaq!" və s

Vəkil Ramiz Zeynalov ötən saylarımızdakı müsahibələrində bunlar hədə və təhdid olmaqdan başqa, həm də hakimiyyətin devrilməsinə bir çağırış, həyacan siqnalı kimi qiymətləndirmişdi. Lakin məlum olduğu kimi, bəzi tanınmışların istefasının tələb edilməsi fonunda bu hədələrin birdən-birə ardı kəsildi, həmin vəd olunan videolar yayımlanmadı... Əksinə, bu suala E.Abdullayevin vəkili Adil İsmayılov da ölkə KİV-lərinə son geniş açıqlamasında konkret cavab verə bilməmişdi. Üstəlik, E.Abdullayevin Bakıdakı nümayəndəsi, bacısı oğlu Azad Mürsəliyev KİV-lərə açıqlamasında vəziyyətin gərgin olmasından, onların bütün qohum-əqrabalarının bank hesablarına həbs qoyulmasını bildirmişdir. E.Abdullayevin vəkili A.İsmayılov və E.Abdullayevin sözçüsü E.Məcidli isə E.Abdullayevin həbsinə hazırlıq getdiyini etiraf etmişdilər.

Bəs nə baş verir? E.Abdullayevə elə də bir təzyiq olunmadığı dövrdə hamını 400 video ilə hədələyən tərəf niyə indiki çətin və özlərinin etiraf etdikləri kimi, E.Abdullayevin həbsinə hazırlıq getdiyi hiss olunan bir vaxtda bu videolar yayılmır?

Vəkil Ramiz Zeynalovdan şok təsirli açıqlamalar gəldi...

Bəs nə baş verir? Müraciət etdiyimiz bəzi hüquq ekspertləri bunu daha çox tanınmış iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovun “Təzadlar"a verdiyi məlum müsahibəsi ilə bağlayırlar. Onlar R.Zeynalovun həqiqətən də şok effekti yaradan həmin müsahibələrində E.Abdullayevin qardaşının öldürülməsində əli olduğunu deməsini, bu səbəbdən də onun zərərçəkən kimi qalmasının mümkünsüzlüyü barədə fikirlərini və nəhayət, Mahir Abdullayevin öldürüldüyü məkanın artıq istintaqa məlum olması və s. kimi məntiqi açıqlamalarını bu məsələdə xüsusi çəkiyə malik taktiki-hüquqi addım hesab edirlər...

Elə bu qənaətlər fonunda yenidən tanınmış vəkil R.Zeynalova müraciət etdik:

- Ramiz müəllim, yəqin ki, E.Abdullayevin vəkili Adil İsmayılovun Yeni Müsavat" qəzetindəki son müsahibəsini, E.Abdullayevin bacısı oğlu və Bakıdakı nümayəndəsi Azad Mürsəliyevin qohumların və E.Abdullayevə vaxtilə yaxın olmuşların, birgə fəaliyyət göstərmişlərin bank hesablarının dondurulması və s. ilə bağlı srağagünkü açıqlamasını oxumusunuz...

- Mən son günlər Adil İsmayılovun, Aslan İsmayılovun, Elşad Abdullayevin, onun sözçüsü Elnur Məcidlinin, bacisi oglu Azad Mürsəliyevin müsahibə və məqalələrindəki məlum açıqlamalarını ümumiləşdirib onlara konkret cavab olan suallarımı sizin qəzet vasitəsi ilə catdiraraq qoyduğum məsələlərə aydınlıq gətirmələrini istəyirəm...

- Nə üçün belə bir zərurət yaranmışdır?

- İlk əvvəl yalan məlumatlardan doymuş oxuculara Elşad Abdullayevin yaydığı video yazı və müsahibələrində “MTN-nin 4-cü idarəsinin əməkdaşı, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin 30 nəfərdən cox olan üzvlərindən biri” kimi təqdim etdiyi Rövşanə Əliyevanın kimliyi barədə məlumat verməyi özümə borc bilirəm. Rövşanə xanim hec vaxt Arzu Kazimovun köməkcisi və ya referenti olmayıbdır. Bu qadın Arzu Kazımovun həyat yoldaşının xalasının qonşusudur və Kazımovun ailə üzvləri dindar şəxslərdən ibarət olduğu üçün onlar vaxtaşırı olaraq dini mərasimlər keçirir və ehsan verirlər. Keçirilən belə mərasimlərdə Rövşanə də iştirak etmiş və bununla əlaqədar Arzu Kazımovla daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevlə yaxın dostluq münasibətində olmaları barədə kifayət qədər informasiyaya malik olmuşdur. Bu qadın xarakterinin tipajına görə sanqvinik olmaqla, çox mehriban xasiyyətli, başqalarının dərdini çəkən və onlara qarşılaşdıqları problemin həllində yardımçı olmağa çalışan və hər cür köməklik göstərən, tez qızışan, səsli-küylü, hər məsələyə, hətta özünə aid olmayan məsələlərə də müdaxilə edən bir insandır. Rövşanə xanım Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayevlə dost münasibətində olmuş, təhsil sistemi ilə bağlıi birgə işgüzar fəalliyyətləri gercəkləşdirmiş, bir-birinin əhvalı barədə məlumatlı olmuşlar.

“Arzu Kazımovla Elşad Abdullayevin tanışlığının əsası Rövşanə Əliyeva tərəfindən qoyulmuşdur”

Rövşanə Əliyeva Eldənizlə münasibətindən yararlanaraq ABU-da işə düzəlmək istəmiş və bununla əlaqədar hər iki qardaşa xahişlə müraciət də etmişdir. Eldəniz qardaşı Mahir Abdullayevin itməsi ilə əlaqədar DİN-nin müavini Zahid Dünyamalıyevin artıq onun qardaşı Elşad Abdullayevi qəbul etməməsindən narahatlıq kecirdiyi barədə Rövşanə Əliyeva ilə fikirlərini bölüşmüş və sonuncu əvvəllər tanıdığı Arzu Kazımovla Zahid Dünyamalıyevin dostluğu barədə ona ətraflı məlumat verərək, onları tanış etməyə söz vermişdir. Beləliklə, Arzu Kazımovla Elşad Abdullayevin tanışlıgının əsası Rövşanə Əliyeva tərəfindən qoyulmuşdur.

E.Abdullayev Arzu Kazımovla tanış olduqdan sonra ona qardaşının oğurlanması və bununla əlaqədar daxili işlər naziri və onun müavini ilə görüşlərində onlara verdiyi məlumatlar, görülən tədbirlər barədə məlumat vermişdir. Həmçinin o, müəyyən müddətdən sonra nazir müavini Dünyamalıyevin onu qəbul etməkdən imtina etməsi barədə məlumat vermiş və ondan Dünyamalıyevlə münasibətlərinin aydınlaşması və oğurlanmış qardaşının tapılması ilə əlaqədar yardımçı olmağı xahiş etmişdir. Arzu Kazımov isə sonradan mütəmadi olaraq Elşadın qardaşının oğurlanması və onun tapılması ilə əlaqədar tədbirlərin görülməsi və ona bu işdə köməklik barədə Zahid Dünyamalıyevdən xahişlər etsə də görülən tədbirlər nəticə verməmişdir. Sonradan bu iki insanın arasında etimada söykənən münasibətlər qurulmuşdur.

“Görəsən, nəyə görə” hüquq doktoru” bu barədə müqavilə baglayib 500.000 min ABŞ dollarını Arzu Kazımova özü verdiyi halda, bu müqaviləni özünün adına deyil, dayısı Sabir Hüseynovun adına rəsmiləşdirmişdi?”

O dərəcədə ki, Arzu Kazımov bəzi məsələlərdə ona inanmış, etibar da etmişdir... Və günlərin birində, daha dəqiq, Elşad Abdullayev 27 dekabr 2003-cü ildə Arzu Kazimovun qeyri-rəsmi təsisçisi olduğu “İnşaat Servis-2002 “ şirkətinin inşa etdiyi binada 411 kv.metr sahəsi olan mənzili ABU ilə bağlı problemin həlli ilə əlaqədar alınaraq Təhsil Nazirliyinin bu problemi həll edəcək vəzifəli şəxsinin adına gələcəkdə rəsmiləşdirilməsi ücün razılıq əldə edərək dayısı Sabir Hüseynovla Arzu Kazımov arasında müqavilə bağlamış, Kazımova 500.000 min ABŞ dolları pul vermişdir. Həmin müqavilə, bəzi KİV-lərin oxucuları aldadaraq hüquq doktoru kimi qələmə verdiyi Elşad Abdullayev tərəfindən hazırlanmış və müqavilədə hətta şirkətin adının “İnşaat Sevis -2002” olduğu halda, “İnşaat -2002” şirkəti kimi göstərilmişdir. Görəsən, nəyə görə” hüquq doktoru” bu barədə müqavilə baglayib 500.000 min ABŞ dollarını Arzu Kazımova özü verdiyi halda, bu müqaviləni özünün adına deyil, dayısı Sabir Hüseynovun adına rəsmiləşdirmişdi?

- Ramiz müəllim, dəfələrlə bu məsələyə toxunursunuz, amma bu mənzilin Təhsil Nazirliyində rüşvət olaraq kimə verilməli olduğunu açıq demirsiniz?

- Bəli, mən də elə E.Abdullayevdən soruşuram, bu mənzil Təhsil Nazirliyində rüşvət olaraq kimə və nəyə görə verilməli idi? Və nəyə görə həmin mənzil sonra ünvanına çatmadı? TN-dəki bu mənzili rüşvət kimi alacaq vəzifəli şəxsin barəsində başqa epizodda deyəcəyəm, bu istintaqda da bəllidir... Amma sizə bir maraqlı məsələni deyim ki, bu müqavilədən təxminən 2 ay sonra Elşad Abdullayev rəhbəri olduğu “ERA- ATSC”nin adından yenə də özü hazırlayaraq imzaladığı müqavilədə Arzu Kazımovu mövcud olmayan “İnşaat-2002” şirkətinin rəhbəri kimi göstərmiş və müqavilənin şərtlərinə görə ondan cəmiyyət ücün “Kosmos” mağazasının arxasında inşa edilən yaşayış kompleksindən 50 ədəd bir və iki otaqlı mənzillər alınması ücün bir il altı ay müddətinə 1 (bir) milyon ABŞ dolları pul vermiş və həmin müddət ərzində mənzilləri tikintisi başa çatmadığı halda, verdiyi bir milyon ABŞ dollarının 30 faiz sələmi ilə geri qaytarılması barədə A.Kazımovla 05 mart 2004-cü il tarixli müqavilə imzalamışdır.

- Maraqlı məsələyə toxundunuz... Axı E.Abdullayev iddia edir ki, bu pulu qardaşının axtarılıb tapılması üçün verib...

- Nə qədər vicdanı itirməlisən ki, bu cür iddianı ortaya atasan...

Elşad Abdullayev hər iki müqavilə üzrə Arzu Kazımova verdiyi pullar barədə qardaşının öldürülməsi barədə istintaq edilən cinayət işi üzrə dəfələrlə 2003-2009-cu illər ərzində zərərcəkən şəxs kimi dindirilsə də bu barədə niyə istintaqa bir dəfə də olsun məlumat verməməsi onu və istintaq orqanını niyə düşündürmür?

Nəyə görə o, guya oğurlanmış qardaşının geri qaytarılması ücün Arzu Kazımova yuxarıda göstərdiyim müqavilələr üzrə verdiyi pul barədə məhz 2012-ci ildə “Azadlıq" qəzeti vasitəsi ilə yaydığı müsahibə və məqalələrində göstərərk, onu təhdid edərək etmədiyi cinayətdə suçlu olduğunu bildirmişdir?

Nəyə görə o, daha da uzağa gedərək onu və digərlərini - MTN-nin 4-cü idarəsinin əməkdaşı, adam oğurluğu ilə məşğul olan 30 nəfərdən cox MTN-nin və DİN-nin general və polkovnik rütbəli şəxsləri, ölkənin siyasi rəbərliyində təmsil olunan bir sira ləyaqətli insanları və sıravi vətəndaşları guya öz tərkibində birləşdirən, həqiqətdə mövcud olmayan “mütəşəkkil cinayətkar dəstənin kaznaceyi" adlandıraraq təqdim etdiyi sxemdə bu adları təqdim edir? Bununla da E.Abdullayev adlarını göstərdiyi şəxslərə böhtan atmış, onları təhqir etmiş, onları subyekti olmadıqları ağır cinayətlərdə ittiham etmişdir.

Nəyə görə Elşad Abdullayev bu barədə zərərçəkən şəxs qismində dindirilərkən yalan ifadə vermə və ifadə verməkdən imtina etmə barədə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilərək dindirilən zaman deyil, hec bir məsuliyyət nəzərdə tutmayan şər, böhtan və şantaj xarakterli və heç bir hüquqi əsası olmayan müsahibə və məqalələrinin məlum, ancaq müxalif qüvvələrə məxsus qəzet və saytlarda yerləşdirməklə oxucuları çaşdırmaqda hansı məqsədi güdür? Mən bununla demək istəmirəm ki, əgər o, bu açıqlamalarını sizə verməyibsə, siz dərc etməmisinizsə, deməli, siz iqtidar mətbuatısınız və s. Bilirəm ki, siz müstəqil KİV-siniz, amma peşəkarlığınız bu dələduzun şantajlarının “Təzadlar"da çap olunub oxucuları çaşdırmasına imkan verməzdi...

Mən E.Abdullayevin həmin yalanlarını dərc edən, bunu alqışlayan o siyasi qüvvələrə üzümü tuturam: Sizlər bu barədə nəyə görə susduğunuzu yaxşi bilirsiz... Əlbəttə, sizlər onun bu əməllərinin məqsəd və motivini yaxşi bilirsiz, eyni zamanda onun arxasında duran, onu danışdıran, Azərbaycan xalqını və hakimiyyətini, dövlətini, ayrı-ayrı şəxsləri ləkələyən yalan, saxta bəyanatlarla çıxış etməyə sövq edən qüvvənin də təmsilçiləri barədə və həmin qüvvələrin Azərbaycanda dövlət çevrilişi etmək arzusu barədə hamınızın məlumatı olsa da, bu barədə susmağınız başa düşülən deyil. Ancaq bəri başdan deyirəm, ayılın qəflət yuxusundan, bu yuxu sizlərə "Parisli" hüquq doktoru kimi oxucuya təqdim etdiyiniz oğlanın verdiyi pulların müqabilində hələ də şirin görsənir. Bəziləriniz “Parisli elm vunderkindindən" aldığınız pul hesabına ümumiyyətlə, bu işdə vəkil, rəsmi elan edilmiş sözcü, “Parisli dayı" tərəfindən tutdurulaq cəza cəkmiş və hal-hazırda özünü onun nümayəndəsi kimi təqdim edən, ölkədən qaçmağa cəhd etdiyinə, bunun qarşısı alındığına və digər səbəblərə görə Mahirin öldürülməsində şübhəli şəxs hesab etdiyim baci oğlundan fərqli olaraq, hiyləgərcəsinə xidmətinin istiqamətini gizlətməklə gündəmdə qalmaq xəstəliyindən hələ də azad olmamısınız... Aranızda, ancaq faktiki olaraq Elşad Abdullayevin hüquq və mənafeyini müdafiə edən vəkilindən savayı hamınızın bu və ya digər formada şərin yanında olmağınız başadüşülən deyil və hesab edirəm ki, nə vaxtsa bununla əlaqəli fəaliyyətinizə hüquqi qiymət veriləcəkdir. Vəkilə və fəaliyyətinə, bu fəaliyyətin nə qədər mənim fikrimcə, effekli olduğuna dair hələlik münasibət bildirmək mənim qurduğum müdafiə taktika və strategiyası tələblərinin çərçivəsinə zidd olduğu üçün, eyni zamanda onun müsahibəsində suala cavabında barəmdə dediyi fikirlərə də münasibət bildirmək belə istəmirəm.

“İstəmirəm ki, vəkil Adil İsmayılovun adı Elşad Abdullayevin ayrı-ayrı şəxslərdən pul tələbi və dələduzluq cinayətində yanaşı çəkilsin..."

Vəkil Adil İsmayılova böyük sayğı ilə bircə Kürdəmir əsilli “Parislili oğlanın" əlində olan 400 kasetin yayılacağı təqdirdə cəmiyyətdə firtına, qasırğa baş verəcəyi barədə olan və əgər müsahibəsində dediyi bu fikir müştərisinə deyil, özünə məxsusdursa, bu fikirdən daşınmağı məsləhət bilirəm. Yox, əgər bu fikir “Parisli oglan"a məxsusdursa, onları tez yaymağı məsləhət bilərdim...

- Maraqlıdır, niyə tez yaysın?

- Cavabı belədir: istəmirəm ki, vəkilin adı Elşad Abdullayevlə ayri-ayri şəxslərdən pul tələbi və dələduzluq cinayətində yanaşı çəkilsin... Vəkillik peşəsi müqədəs bir peşədir, bu peşənin fundamentində Haqq və Ədalət, onun müdafiəsi durur. Bu peşə sahiblərinin də müqəddəs olmasını həmişə arzulamışam-Aslan İsmayılov kimilərdən fərqli olaraq. Vəkillər Kollegiyası və onun Rəyasət Heyəti kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən bir qurumdur. Vəkillərdən yeganə tələb isə haqq və ədaləti qanun çərçivəsində müdafiə etməkdir. Bu məsələ ayrıca bir mövzudur, sonralar buna qayıdacağam, amma bu sözləri deməkdə məqsədim başqadır. Çox istərdim ki, Elşad Abdullayevin bu işi barədə dəyirmi masa təşkil edilsin və bu işdə bu və ya başqa formada maraqlı olan hər bir şəxs, o cümlədən rəsmi qaydada vəkillərin də iştirakı ilə polemika aparılsın, xalq müdafiəsini həyata keçirdiyim müştəriləmizin kimliyi və dediklərinə özü qiymət versin, əgər belə bir dəyirmi masa təşkil edilərsə, inanın ki, orada səsləndirilən və təqdim olunan açıqlamalardan sonra hər bir insan Elşad Abdullayevə nifrətinin hansı səviyyədə olduğunu görəcək... Bu qardaş qatili hələ də ona-buna şər, böhtan atmaqla gizli cəkilişlərlə özünün qardaşının öldürdüyünü gizlətməyə can atır, bu hadisədən 9 il keçməsinə baxmayaraq guya yenə də qardaşının oğurlanması barədə yalanlarından əl çəkmir, guya onu axtarmaqla məşğul olur, bu axtarışlarında isə özündən başqa hamını suçlu sayaraq öz bəd niyyətlərini bu gün də həyata keçirməyi davam etdirir.

İndi Elşad Abdullayevə sual edirəm:

- Əgər sən qardaşını belə sevirdinsə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacın oğlunu, sair qohumlarını da bu işə cəlb edirdin?

- Nəyə görə, əgər qardaşın dediyin və cəmiyyətə sırımaq istədiyin kimi, oğurlanmışdısa, bu hadisədən sonra onun adına və dostu Sənan adlı şəxsdən bu obyektlərin sənə verilməsi ilə əlaqədar dava-dalaş salırdın?

- Nəyə görə və hansı əsasla qardaşın Mahirin həyat yoldaşı və 2 övladı olduğu halda, Mahirə məxsus “AMAY” ticarət mərkəzində olan 2 ədəd mağazanı və Rəsulzadə qəsəbəsində yerləşən “Sevinc” restoranını sataraq pulunu onun ailəsinə deyil, dələduzluq yolu ilə özün mənimsəyirdin?

- Nəyə görə, qardaşının öldürülməsindən 9 il keçsə də, onun ailəsinə məxsus əmlakı ələ keçirdin və bu müddət ərzində onlara hər hansi bir formada maddi yardım göstərmirdin?

- Nəyə görə bacın oğlu Azad Mürsəliyev bu günə qədər Mahirə məxsus Bakı şəhəri Yasamal rayonu, Dadaşov kücəsi-68 sayli evin, 62 sayli, 2 otaqlı mənzilini onun ailəsinə qaytarmaqdan imtina edir? Sən isə yaxşı oğlan dayısına oxşayar, deyərək guya həmin mənzilin alış pulunu Mahirə verdiyini bildirir, faktiki olaraq başqasının əmlakını dələduzluq yolu ilə mənimsəyir, sən “Parisli oğlan” da buna göz yumursan? Bu suallara mən sizlərdən və istintaq orqanından cavab gözləyirəm...

- Ramiz müəllim, dediniz ki, E.Abdullayev bəzi əməlləri həm də Təhsil Nazirliyinin rəhbərliyi ilə bərabər paylaşıb...

- Tamamilə doğrudur... TN rəhbərliyi ABU-nun Moskva filialından Bakıya kütləvi “perevod”ları həyata keçirirdi və bu “perevodlar” əsasında sonradan verilən diplomlar Təhsil Nazirliyindən, nazir Misir Mərdanovun stolunun üstündən keçirdi... Nazir bilmirdimi ki, həmin Moskva filialında erməni əməli var? Məsələn, məndə sənəd var ki, E.Abdullayev 2005-ci ildə ABU-nun Moskva filialının binasını, torpaq sahəsini, qonaq evini Azərbaycanda aldadılmış bədbəxt tələbələrin və valideynlərin külli miqdarda pulları müqabilində erməni Sarkisyan Feliks Karlenoviçdən 22 sentyabr 2005-ci ildə almışdı... Sonra həmin filial Moskvada Malik Mehdiyev adlı şəxsə tapşırılmış, direktor qoyulmuşdur. Nə qədər pullar Azərbaycandan oraya “perevod” olunmuş və silinmişdir... Hətta məndə məlumat var ki, E.Abdullayevin Moskvadakı bağının, evinin və digər iaşə obyektlərinin alınmasında, indi bu obyektlərin pulunun Fransaya göndərilməsində, Elşad Abdullayevə çatdırılmasında bu ermənilərin böyük xidmətləri var...

- İstintaq orqanı bu barədə məlumatlıdırmı?

“Həmin müqavilələrə hec bir dəxli olmayan qaynatası Hüseyn Əhmədovu tərəf kimi ora daxil etmişdir”

- Bəli, müvafiq sənədlər və faktlar ortadadır... Yeri gəlmişkən, bir vacib məsələ barədə. Elşad Abdullayevlə müdafiəm altında olan Arzu Kazımovun münasibətləri 2005-ci ildə pozuldu...

- Niyə?

- Səbəblər barədə əvvəlki müsahibələrimdə ətraflı məlumat verdiyimdən, bu məsələ barədə yenidən açıqlama verməyə ehtiyac yoxdur. Ancaq bir məsələni sizlərə və aldadılmış oxuculara çatdırmağı vacib sayıram... Deyə bilərəm ki, yuxarıda göstərdiyim hər iki müqavilə barədə Elşad Abdullayev və sözçüsü oxuculara yalan məlumat verərək, guya onların notariat qaydasında təsdiq edilməsi barədə yalan məlumatlar vermişlər... Belə ki, hər iki müqavilə yalnız tərəflər arasında imzalanmış və notarius tərəfindən təsdiq edilməmişdir. Bildiyiniz kimi və oxucuların da diqqətinə çatdırmaq istəyirəm ki, münasibətləri pozulan kimi Elşad Abdullayev Arzu Kazımovdan yuxarıda istinad etdiyim müqavilələr üzrə-mənzil alma ilə əlaqədar, verdiyi 500.000 min ABŞ dollarının və 30 faiz sələmlə verilən 1 milyon ABŞ dollarının qaytarılmasını tələb etmiş, sonradan pulu almaqdan imtina edərək sonuncunun qardaşı Nizami Kazımova məxsus firma və onun balansında olan 2,2 hektar torpaq sahəsini və həmin torpaq sahəsində olan tikilidə yerləşən taxta sexini avadanlıqları ilə birlikdə əvəzləmə müqaviləsi ilə həmin müqavilələrə hec bir dəxli olmayan qaynatası Hüseyin Əhmədovu tərəf kimi ora daxil etmişdir.

Bundan sonra isə E.Abdullayev 5 tərəfli pulun torpaqla əvəz olunması barədə 09 aprel 2005-ci il tarixli müqavilə hazırlamış və həmin müqavilə Baki şəhəri 1 sayli DNK tərəfindən təsdiq edilərək dövlət reyestrində qeydiyyatı aparılmışdır. Əgər bu 5 tərəfli müqaviləni onun bağlanmasından 7 il keçdikdən sonra guya qardaşının qaytarılması üçün Arzu Kazımova verdiyi pulun təsdiqi kimi göstərirsə, onda nəyə görə o, AR MPM-nin 373-cü maddəsi çərçivəsində lazımi tədbirlər gördürmürdü? Yaxşı, bu insanlar onu “hüquq doktoru” adlandırırlar, hansı ki, onun doktorluq işi plagiat, yəni oğurluq olduğundan Rusiya Təhsil Nazirliyi tərəfindən ləğv olunmuşdur, niyə ondan soruşmurlar ki, ay “hüquq doktoru”, doğrudanmı Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunundan xəbərin yox idi? Niyə o, həm də MM-nin 373-cü maddəsinin tələblərinə uyğun olaraq verilən iddia müddəti çərçivəsində həmin müqavilənin etibarsız edilməsi barədə iddia qaldırmırdı? Məsələn, E.Abdullayev deyir ki, mən həmin o vaxtkı borc müqaviləsini gələcəkdə əlimdə sübut olması üçün etmişdim. Deməli, sən həmin müqaviləni bağlayrkən notariusu aldatmış, cinayət məqsədini gizlətmişdin... Eyni zamanda, bidiyiniz kimi, 2005-ci ildə o, deputat seçkilərində iştirak edibdir. Və bütün deputatlığa namizədlər kimi, o da KİV-də və digər TV-lərdə, saytlarda çıxış etmək hüququna malik idi. Və bu hüquqlarından tam istifadə etmişdir. Yenə də soruşuram: əgər onda belə sübutlar, iddialar var idisə, nəyə görə bu saxta hesab etdiyi müqavilə barədə (artıq 2005-ci ildə, özünün dediyi kimi, sübut əldə etmişdi) o vaxt deputatla eyni statusa malik olan deputatlığa namizəd olan E.Abdullayev bu fövqəladə statusundan istifadə edib bütün imkanlardan bəhrələnib haqqını tələb etmirdi? Əlində ki canlı efir var idi... Nə mane olurdu? Halbuki indi etdiyi müraciətlərini və açıqlamalarını, çağırışlarını o vaxt ölkənin prezidentinə, inzibati orqanların rəhbərlərinə ünvan edə bilərdi. Və o, bu barədə məlumat çatdırmaqla, həmin sübutu inzibati orqanlara verməklə indi mənim müdafiəm altında olan Arzu Kazımovun cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmiş olardı. Niyə o vaxt etmirdi?

“Elşad Abdullayev 15 may 2009-cu ildə 15 səhifəlik ifadəsində heç bir yerdə Arzu Kazımova pul verdiyini yazmayıb”

- E.Abdullayevin vəkili Adil İsmayılovun da bu barədə maraqlı açıqlamaları var...

- Mən üzümü onun vəkili Adil İsmayılova tuturam və soruşuram: E.Abdullayev 15 may 2009-cu ildə sonuncu dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib və həmin vaxt yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə müstəntiqin ona təqdim etdiyi iltizama imza atmışdır... Elşad Abdullayev 15 may 2009-cu ildə 15 səhifəlik ifadəsində heç bir yerdə Arzu Kazımova pul verdiyini yazmayıb. Bütün ifadələrində o, yalnız guya Z.Dünyamalıyevə ümumilikdə, 1,5 milyon dollar pul verdiyini yazır... Amma Fransaya qaçıb gedəndən sonra Arzu Kazımova da pul verdiyini bildirir, yuxarıda qeyd etdiyim müqavilələr üzrə verilən pulların ünvanını qardaşının tapılması sövdələşmələrinə yönəldiyini qeyd edir. Soruşuram, axı, o yalan ifadə verəcəyi təqdirdə, cinayət məsuliyyəti daşıyacağı barədə istintaq qarşısında öhdəlik götürübsə, niyə sonradan yalan məlumatlar verərək ictimaiyyəti çaşdırır? Onsuz da istintaq orqanı bunu artıq bilir, amma o, yenə də şantajla məşğul olur. Amma ictimaiyyəti və hətta deyəsən, artıq özünün vəkili Adil İsmayılovu da aldatmağa başlayıb, inandırır... Buna təəssüf edirəm...

- Doğrudan da məntiqli suallardır ki, E.Abdullayev niyə sonradan dediyi ittihamları vaxtında demirdi və sübutuna çalışmırdı?

- Hesab edirəm ki, onun vəkili Adil İsmayılov, E.Abdullayevin bir vaxtlar əmlak üstündə şərləyib həbs etdirdiyi bacısı oğlu Azad Mürsəliyev, onun sözçüsu Elnur Məcidli və digər onu müdafiə edənlər, o cümlədən Aslan İsmayılov da bu suallara cavab verməlidirlər. Mənim artıq belə bir açıqlama verməkdə məqsədim budur ki, Elşad Abdullayevin yalanlarını yayan “Azadlıq” qəzetinə və E.Abdullayevə məxsus olan saytlar həqiqəti bilsinlər... Hesab edirəm ki, bunlar qəsdən qanunun bu tələblərini bildikləri halda, Elşad Abdullayevin yalan məlumatlarını yaymaqla Azərbaycan vətəndaşalarını çaşdırır və onun haqqında düzgün olmayan məlumatları verməklə barəsində əzabkeş və zərərçəkmiş obrazı yaradırlar... Elşad Abdullayev faktiki olaraq bu hərəkətləri ilə dələduzluq cinayəti törətmişdir... Və dəfələrlə, mütəmadi olaraq onun özü və vəkili Adil İsmayılov qəzetlərə müsahibə verərək əllərində 400-ə yaxın gizli çəkilişlər olan video-kasetlərin olmasını, bu kasetlər yayıldığı halda Azərbaycanda aləmin qarışacağını açıq şəkildə deyirlər. Amma hələ də o kasetlərdən xəbər yoxdur...

- Bəs belə hədələrdə məqsəd nə ola bilər ki?

- Məqsəd bilavasitə vaxtilə Elşad Abdullayevlə ünsiyyətdə olan adamları indi də bu videolarla qorxudub dələduzluq yolu ilə pul qopartmaq siyasəti aparmaqdır... Hesab edirəm ki, bunlar düz adamdırlarsa, həmin kasetlərin yayılmasını təmin etməlidirlər. Və istintaq orqanları da həmin kasetlərə qiymət versin. Mən istintaq orqanları qarşısında da məsələ qaldırmışam ki, həmin kasetlərin yayımı üçün xüsusi bir sayt yaradılaraq bütövlükdə təqdimatı təşkil olunsun. Yoxsa, bu Elşad kimi şantaj edirsə, ictimai fikri çaşdırmaq üçün yalandan deyir ki, məndə kaset var, bununla da istintaq orqanlarının, ictimaiyyətin başını qatacaqdır... Bu, yolverilməzdir! Təcili surətdə həmin kasetlər üzə çıxarılıb tam şəkildə yayımlanmalıdır. Bu adam “mus-mus” deyə-deyə baş qatır. Yaxşı, onun bu “mus-mus”u nə qədər çəkəcək? Onu qanun çərçivəsində məcbur etmək lazımdır ki, birdəfəlik “Mustafa” desin və istintaqa cəlb edilsin...

- Son vaxtlar E.Abdullayevlə onun sözçüsü E.Məcidlinin açıqlamaları bir-birinə daban-dabana zidd olan hüquqi məqamları ortaya çıxarır...

- Yadınızdadırsa, E.Abdullayev son video-müraciətlərinin birində demişdi ki, guya R.Əliyeva MTN generalı Elçin Quliyevin kabinetindən Mahir Abdullayevin tapılması üçün bir hörmətli nazirin anasına zəng vurmuşdur və s. Elnur Məcidli isə son açıqlamasında deyir ki, R.Əliyeva Arzu Kazımovun kabinetində olarkən həmin o tanınmış nazirin anasına zəng vurmuşdur... Bir-birini təkzib edən şər və böhtanlar.

- Niyə belə ziddiyyətli açıqlamalar verirlər?

- Nəfəsi yalan və şantajla yoğrulmuş E.Abdullayev əvvəl R.Əliyevanın MTN generalı E.Quliyevin otağından zəng etməsi məsələsini ortaya ataraq o vaxt E.Quliyevlə həmin nazirin arasını vurmaq istəyirdi... Gördü ki, bu məqsədi baş tutmadı, indi də istəyir ki, həmin nazirlə A.Kazımovun arasını vursun... Bir də, yalançının yaddaşı olmaz. Dünən dedikləri yalan və şantajlar bu gün yaddan çıxır. Axı, nə qədər yalan danışmaq olar??? Nə qədər yalan danışıb öz çirkin əməllərini pərdələyərək başqasına şər atmaq olar?

- Ramiz müəllim, E.Abdullayevin plagiat olan doktorluq işindən danışdınız... Bu məsələdə cinayət məsuliyyəti nə dərəcədədir?

- Siz olduqca vacib bir məsələyə toxundunuz... Məsələ ondadır ki, başdan-ayağa saxtakarlıqla, dələduzluqla məşğul olmuş bu adam həm də özünü ictimaiyyətə “elmlər doktoru”, yaxud “hüquq professoru”, “hüquq akademiki” kimi təqdim edir... Və hamı bilir ki, onun doktorluq işi Rusiya TN tərəfindən ləğv olunub. Məlum olur ki, Elşad Abdullayevin “Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının qərarı ilə ona “hüquq elmləri doktoru” diplomu verilib. Lakin sonradan bəlli olub ki, Elşad Abdullayevin doktorluq işi professor Kozırınin “Inzibati Hüquq”undan köçürülüb. Bilirəm ki, sizin “Təzadlar” qəzetinin müstəqil jurnalist araşdırmasından sonra toplanmış materiallar Rusiya TN-nə göndərilmişdir və orada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilmişdir. Yeri gəlmişkən, hələ 2001-ci ilin mayında Azərbaycan Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin rəisi BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı məktubda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır, yəni saxtadır... Amma çox maraqlıdır ki, Azad Mirzəcanzadə AAK sədri olan dövrdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27 aprel 2001-ci il tarixli 15 saylı qərarı ilə həmin işin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilib, amma...

- Bəs necə olub ki, 2011-ci ildə Rusiya TN-də saxta olduğundan ləğv edilmiş doktorluq işi Azərbaycan AAK-da, Arif Mehdiyevin sədr olduğu illərdə təkrar ekspertizadan keçib? \ tezadlar \

(Davamı var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Bu gün, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Bu gün, 20:24
Paşinyanın “təkliflər oyunu"
Bu gün, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru