Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                 

MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
Tarix: 23-01-2013, 12:48 | Çap et
MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
"JURNALİSTLƏRİN MAAŞLARI ÇOX AŞAĞIDIR"

Azərbaycan jurnalistlərinin 2012-ci il sosial durumu ilə bağlı vəziyyəti Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) jurnalistlər arasında keçirdiyi sorğuda üzə çıxıb. Təşkilatın yaydığı yekun hesabatla bağlı JuHİ-nin sədri Müşfiq Ələsgərli «Kaspi»yə müsahibə verib.

Ürək açmayan mənzərə

- Rəhbərlik etdiyiniz təşkilat jurnalistlərin keçən illə bağlı sosial vəziyyətini əks etdirən sorğunun nəticələrini açıqlayıb. Yekun hesabata nəzər saldıqda vəziyyətin o qədər də ürəkaçan olmadığı görünür.
- Müqayisə ilə götürəndə son 5-6 il ərzində çox ciddi dəyişikliklər olub. Azərbaycanda 2008 və 2009-cu ilə qədərki durum fərqlidir. Bu illərə qədər orta əmək haqqı gündəlik qəzetlərdə, agentliklərdə 200-250 manat civarında idi. Amma 2012-ci ildə artıq 500-600 manat əməkhaqqından danışırıq. Düşdür, bu, çoxluğa aid deyil. Az faiz redaksiyalarda əmək haqqı həddən artıq yüksəkdir. Keçən il üçün orta göstərici 350-400 manat civarındadır. 70 faiz redaksiyalarda vəziyyət bu cürdür. Təcrübə göstərdi ki, əvvəlki illərlə müqayisədə 100-150 faiz artım var. Bəzi yerlərdə əməkhaqqında 2-3 dəfə artım olub.
- Jurnalistlərin əməkhaqlarının keçən illərə nisbətən artmasından danışdınız. Ancaq dediyiniz məbləğ jurnalistlərin qayğılarını ödəyirmi?
- Biz bu barədə ürəkaçan səviyyədə danışa bilmərik. Nəzərə alaq ki, jurnalistlərin aldığı əməkhaqqının məbləğinin bir qismi kirayə haqlarına paylanır, digər bir qismi isə iş sərfiyyatına gedir. Nəticə etibarı ilə götürəndə əməkhaqqının çox cüzi bir hissəsi onların şəxsi dolanışığına qalır. Bütün bunlar ya jurnalistlərin iş yeri hesabına ödənilməlidir, ya da ki, əmək haqları o səviyyəyə çatmalıdır ki, özləri ödəyə bilsinlər. Məsələn, ölkədə bir neçə ildir ki, ipoteka kreditləri kampaniyası həyata keçirilir. Yüzlərlə vətəndaş bu kampaniyada iştirak edir. Redaksiyalardakı sorğularımızdan məlum oldu ki, iki jurnalist ipoteka krediti götürə bilib. Onlar da müxtəlif yollarla – ya kiməsə tapşırtdırılıblar, ya da krediti hansısa başqa variantlarla əldə edə biliblər. Normal halda jurnalistin aldığı əməkhaqqı ipoteka kreditinə düşmür. İpoteka krediti əldə etmək üçün irəli sürülən şərtlər arasında əməkhaqqının minimum 500 manatdan yuxarı olması tələb olunur. Bu isə təbii ki, jurnalistləri bu xidmətdən yararlanmaq imkanından məhrum edir. Ya jurnalistlərin əməkhaqları o dərəcədə artmalıdır ki, onlar bu krediti əldə edə bilməlidirlər.

Ya da ipoteka krediti şərtlərində dəyişiklik olmalıdır. Yəni jurnalistlər ipoteka krediti alan sosial zümrə kimi tanınmalıdır ki, onlar bu xidmətdən istifadə edə bilsinlər.

Arqumentsizlik

- Həmçinin jurnalistlərlə banklar arasında sanki keçilməz hasar var. Jurnalistlər nəinki ipoteka krediti, hətta kiçik və orta məbləğli, kreditlər də götürə bilmirlər. Bankların bu etimadsızlığı nə ilə bağlıdır?
- Banklardan digər təyinatlı kredit götürməklə bağlı bizim təşkilata 60-a yaxın şikayət daxil olub. Çox maraqlıdır: jurnalistlər redaksiyaların verdiyi arayışla gedib banklardan kredit götürə bilmirlər. Adi məişət texnikası, əmək texnikası almağın özü də problemə çevrilib. Biz bu barədə dəfələrlə söhbətlər aparmışıq, hətta, bankların özləri ilə də müzakirələrimiz olub. Bilmirəm, bu, qeyri-rəsmi bir qadağadır, yoxsa nədir?
- Bəs bankların arqumentləri nədir?
- Arqumentləri yoxdur. Deyirlər ki, belə bir şey ola bilməz, gəlsinlər, bizim üçün fərqi yoxdur. Amma faktiki olaraq jurnalistlər gedirlər və kredit ala bilmirlər. İndiyə qədər aldığımız cavabları analiz edirik, amma məntiqi bir səbəb tapa bilmirik. Əvvəllər redaksiyalarda dayanıqlıq yox idi. Buna görə keçən illərdə banklarda hər hansı qorxu yaranmasını başa düşmək olardı. Amma son illərdə stabilləşmə yaranıb. Ən azı 50-yə yaxın redaksiya var ki, onlar 8-10 ildir stabil fəaliyyət göstərirlər və onların sıradan çıxacağı üçün hər hansı bir əsas yoxdur. Banklar ən azı bu cür təşkilatlarla işləməlidirlər. Düzdür, ölkədə 5 minə qədər KİV qeydiyyatdan keçib. Təbii ki, bu gün də qondarma KİV-lər var və meydana gəlirlər. Hər halda ölkədə ciddi redaksiyaların da bir siyahısı var. Amma birmənalı şəkildə bütün redaksiyaların jurnalistlərinə kredit verməkdən imtina etmək anormallıqdır. Bu, ciddi problemdir. Əvvəllər təklif var idi ki, biz bu cür bankların qara siyahısını hazırlayıb elan edək ki, nə üçün onlar jurnalistlərə kredit verməkdən imtina edirlər? Biz hesab edirik ki, bu problem hansısa səviyyədə öz həllini tapmalıdır.

Ziyanlı hal

- Siz sorğuda ən böyük problemlərdən biri kimi əmək müqavilələrinin simvolik xarakter daşıdığını qeyd etmisiniz. “Simvolik” müqavilələr nəyi əks etdirir?
- 2009-cu ilin göstəricilərinə görə, jurnalistlərin 85 faizinin əmək müqaviləsi yox idi. Çox az redaksiyalarda 15 faiz əmək müqaviləsi imzalanmışdı. Amma indi göstəricilər yaxşılığa doğru dəyişib. Redaksiyalarda 95 faiz əmək müqaviləsi imzalanıb. Bütün bunlar yaxşı göstəricilərdir, amma mahiyyət etibarı ilə tam ürəkaçan da deyə bilmərik. Redaksiyalarda bağlanan 95 faiz əmək müqaviləsinin 90 faizi simvolik müqavilələrdir. Yəni, baş redaktora yaxın olan jurnalistlərin əmək müqaviləsi imzalanıb və yaxud, vergi idarələrinə göstərmək, hər hansı görüşlərə təqdim etmək üçün kağız üzərində müqavilələr var. Əgər bir redaksiyada 10 nəfər çalışırsa, onun 3-4-ü ilə müqavilə bağlanıb, qalan işçilər isə əmək müqaviləsiz fəaliyyət göstərirlər. Bu isə ağır bir nəticədir. Bunlar 100 faiz real müqavilələr olmalıdır. Ancaq biz bu faktları görə bilmirik.

- Siz jurnalistlərin mənzil məsələsinə toxundunuz. Məlumdur ki, hazırda ölkə başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilir. Təbii ki, bu, bütün evsiz jurnalistlərin tələbini ödəyə bilməyəcək. Bəs evsiz jurnalistlər ordusunun tələblərini necə ödəmək olar?
- Orta statistikaya görə, ölkədə 15 mindən yuxarı, bəzi açıqlamalarda 30-40 mindən çox jurnalistin olduğu bildirilir. Təbii ki, onların hamısının tələbatını ödəmək mümkün deyil. Heç onların dövlət tərəfindən tam təmin olunması ədalətli də deyil. Hər halda iş prinsipi var: onun jurnalistikada hansı xidmətləri var, nə qədər təcrübəsi var, nə qədər faydalı əməklə məşğuldur? İndiyə qədər müxtəlif təkliflər olub. Məsələn, jurnalist kooperativ birliyinin yaradılması və s. Amma təhlillərimiz nəticəsində gəldiyimiz qənaət belədir ki, ipoteka kreditlərində jurnalistlər üçün güzəştlər nəzərdə tutulsun. Bu məsələni həll etməklə biz çox böyük addım atmış olarıq. Hesab edirəm ki, onda jurnalistlərin böyük bir qismi mənzilsizlik problemindən xilas ola bilər. Əks halda, jurnalistlərin evsizlik problemi ilə bağlı radikal bir dəyişiklik gözləmirəm.
- Jurnalistlər gecə-gündüz vətəndaşların tibbi və icbari sığorta problemindən danışır. Amma hələ özlərinin də bu problemi həll olunmamış qalır. Məsələ həmçinin sizin sorğuda da yer alıb.
- Bu, çox ciddi problemdir. 70 redaksiyada keçirdiyimiz sorğuda məlum oldu ki, jurnalistlərin heç birinin nəinki tibbi sığortası yoxdur, hətta, bu barədə anlayışa malik deyillər. Qəbul olunmuş beynəlxalq praktikaya görə, işçilər çalışdığı təşkilatın hesabına tibbi sığorta olunmalıdır. Onlar nəinki müayinədən keçə bilməlidirlər, hətta, zərurət yarandıqda sığorta hesabına müalicənin bir hissəsini də götürə bilməlidirlər. Biz 4 redaksiyada tibbi sığortanın kampaniya şəklində təşkil olunduğunu müşahidə etdik. Ancaq işçiyə lazımdır ki, onun ehtiyac duyduğu anda tibbi sığortadan yararlana bilsin. Ümumi şəkildə götürəndə tibbi sığorta tətbiq olunmur və bu, çox ziyanlı haldır.

Ya neqativ, ya pozitiv

- Sadalanan problemləri nəzəri deyil, praktikada həll etmək üçün hansı təşkilatlar öhdəlik daşıyır? Jurnalistlər dərdini kimə deməlidir?
- Problemin həllinin iki variantı var: birinci, beynəlxalq təcrübədən çıxış edərək, bir də Azərbaycan şəraitindən çıxış edərək. Beynəlxalq təcrübədən yanaşsaq, qanunvericilikdə problemi qabartmaq və problemdən çıxış yolu və təkliflər Həmkarlar İttifaqının funksiyasıdır. Bir şərtlə ki, Hİ-nin də yerli strukturları olmalıdır. Hər bir redaksiyada yerli strukturların üzvü olmalı, onlar problemləri qaldırmalı, müraciət etməli və həllinə cəhd göstərməlidirlər. Təəssüflə qeyd edirəm ki, redaksiyaların çoxunda Hİ strukturları olmadığına görə və ya mövcud olub, sadəcə, bu mövcudluqlarından xəbərsiz olduqlarına görə, bu təşəbbüsləri qaldırmırlar. Ona görə də jurnalistlər ağır duruma düşürlər. Digər tərəfdən, Azərbaycandaxili şərtlər elədir ki, hələ HT olaraq tam strukturlaşma mövcud olmayıb. Redaksiyalarda da strukturlaşma məsələsini sona çatdırmaq mümkün deyil. Tutaq ki, hər redaksiyada ştatın 30 faizi ilə əmək müqaviləsi imzalanır, 70 faizi ilə yox, onda hansı redaksiya maraqlıdır ki, onun tərkibində HT yaransın və bu cür problemləri qabartsın? Məsələyə digər kontekstdən baxaq: bəyəm redaksiyaların redaktor sistemi və ya KİV-də işə götürənlərin hamısı saxtakardırlar? Yox. Bəs onları bu cür davranmağa məcbur edən nədir? Səbəb odur ki, şərtlər ağırdır, onlar da çıxış yollarını bu variantda görürlər. KİV redaksiyası rəhbərlərinin vəziyyəti düzəlməlidir ki, onlar da qaydalar çərçivəsində işləməyə meylli olsunlar. Redaksiyanın da, redaktorun da vəziyyətinin düzəlməsi üçün də bu vəzifələr həyata keçirilməlidir. Yəni biz oturub gözləyək ki, kimsə kənardan bunu həyata keçirəcək, buna ümid etmək olmaz. Redaksiya daxilində müqavimət, təkliflər, cəhd olmalıdır. Jurnalistlər bu problemləri qaldırıb tələb etməlidirlər. Redaktor da bu problemlərin düzəlməsi üçün addımlar atmalıdır. Qarşılıqlı münasibətlərdə bir passivlik olduğuna görə vəziyyət də bu cür hala gəlib. Əvvəllər bu cür məsələləri ciddi şəkildə tələb etmək olmurdu. Ona görə ki, KİV-in başqa gəlir mənbələri yox idi. Artıq dövlət səviyyəsində, KİV Fondu səviyyəsində redaksiyalara kifayət qədər maddi yardım göstərilir. Artıq onların imkanları düzəlir. Bu düzəlmə getdikcə də artıq redaksiyaların strukturlaşma və normativlər səviyyəsində qurulmasına cəhd göstərmək lazımdır.
- Jurnalistlərin Həmkarlar Təşkilatını yaratmaq üçün Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqların nəticəsi nə yerdədir?
- Biz cəhdlərimizi davam etdiririk, görüşləri intensivləşdiririk. Əlavə olaraq yüksək sferalarda müzakirələr açılır. Mənə elə gəlir ki, yaxın hansısa cavab alacağıq.
- Cavabdan asılı olaraq nəticələr necə olacaq?
- Neqativ cavab olarsa, əslində işimizə heç bir ziyanı gəlməyəcək. Çünki beynəlxalq praktikada da belədir ki, hər hansı sahə Həmkarlar İttifaqının Konfederasiya tərkibinə daxil olması zəruri deyil. Daxil olacağı təqdirdə, əlbəttə ki, daha yaxşıdır. Çünki onların böyük potensialları var. Daxil olmasa, biz o bazadan məhrum olacağıq. Amma onların tərkibinə daxil olmasaq, həmin bazanı özümüz də yarada bilərik. Təbii ki, o bazanı elə özümüz yaradacağıq. Biz artıq o prosesə başlamışıq. Təşkilatın tərkibində təhlükəsizlik fondu olacaq. Təbii ki, jurnalistlər Hİ-yə üzvlük haqqı köçürməlidirlər. Həmin üzvlük haqları Təhlükəsizlik Fondunda yığılır və toplanmış vəsait gələcəkdə hər hansı jurnalist ekstremal vəziyyətə düşəndə onun probleminin həlli üçün istifadə olunacaq.
\ kaspi \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru