Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                 

"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
Tarix: 22-01-2013, 12:10 | Çap et
"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
ƏVƏZ ZEYNALLIDAN İLGİNC AÇIQLAMALAR

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. O, həbs edilməsinin səbəblərini, burada Gülər Əhmədovanın rolunu açıqlayıb. Əvəz Zeynallı sabiq deputatın qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi ittihamlara da cavab verib. Baş redaktorla müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.

- Əvəz bəy, sabiq deputat Gülər Əhmədova qəzetimizə müsahibəsində sonuncu məhkəmə proseslərində onun yüksək çinli məmurları qadınlarla təmin etməklə bağlı səsləndirdiyiniz ittihamı fantaziya adlandırıb. Söylədiklərinizi əsaslandıra bilərsənmi?

- Birincisi, mən bir ildir “dəmir barmaqlılar” arasındayam və heç bir fantaziyadan söhbət gedə bilməz. Çünki biz dəqiq və konkret hüquqi müddəalarla məhkəmədəyik, hər bir məsələnin də hüquqi izahı var. İkincisi, mənim Gülər Əhmədovaya qarşı ittihamım yalnız məmurları qadınlarla təmin etməklə bağlı olmayıb, onu həm də uşaq alverində ittiham etmişəm. Bəyan etmişəm ki, Gülər Əhmədova Azərbaycanın ən böyük uşaq alverçilərindən biridir. Bunu da “divarın küncünə” baxıb deməmişəm.

- Əlinizdə fakt varmı?

- Mən həbsdə olduğum zaman “Turan” İA-də uşaq alveriylə bağlı çox ciddi analitik yazılar gedib. Həmin məqalələri bir qədər təhlil edəndə aydın olur ki, illərdir Respublika Uşaq Təşkilatı hansı işlərlə məşğul olub?! Yeri gəlmişkən, Gülər Əhmədova ilə bizim ilk konflikt hələ 2002-03-cü illərdə bu qurumla bağlı olub.

- Nə yazmışdınız ki...?

- Biz Azərbaycanda uşaqların vəziyyətini araşdırmaq üçün ondan müsahibə almaq istəyirdik, ancaq sabiq YAP-çı deputat bizə təəccüblə reaksiya verdi və müsahibəyə də gəlmədi. Sonra münasibətlər normallaşanda da uşaqların vəziyyətilə bağlı suallarımızı cavablandırmadı. İndi mənim üçün bəzi məsələlər aydınlaşır ki, əslində, Gülər Əhmədova kim imiş!

- Kim imiş Gülər Əhmədova?

- Gülər Əhmədova Azərbaycan mafiyasının ən böyük qadınlarından biridir. O qədər ciddi ki, bunu mən indi həbsxanada bilirəm, yəni o, nə boyda mafiyanın üzvüdür. Ki, bir ölkənin hüquq-mühafizə orqanları bu qadını həbs edə bilmirlər. Təsəvvür edin ki, cinayətdə təqsirləndirilən şəxs qismində qadını ölkədən çıxarırlar, sonra həmin qadını Türkiyədə onun adamları qarşılayır və nəhayət, öldürür.

- Ancaq Gülər Əhmədova bütün bunları təkzib edir...

- Təkzib etməklə deyil ki! Birinci, prokurorluq Sevin Babayevanın Gülər Əhmədova tərəfindən ölkədən çıxarıldığını təsdiqlədi. İkinci, mərhumun oğlu mətbuata anasının Gülər Əhmədova tərəfindən zəhərləndirildiyini bəyan edir, o zaman mən Əvəz Zeynallını niyə 15 aydır həbsxanada saxlayırlar?! Əgər Əvəz Zeynallını bir “quru” ərizəylə həbsdə saxlaya bilirsinizsə, deməli, istənilən məsələlərə reaksiya vermək lazımdır. Birinci sualına qayıdaq, Əhmədovanın məmurları qadınlarla şantaj etməsi çox açıq məsələdir və onun da bunu gülüşlə qarşılaması mənə maraqlı gəldi. Axı bunu mən yox, Elnur Məcidli, yaxud Elşad Abdullayev dəfələrlə bəyan edib.

- Axı sübut etmək lazımdır...

- Yox, mənə cavab verən mafiyanın qadını onların cavabını verməli idi. Əgər Əvəz Zeynallı deyəndə qiymətə minirsə, mən çox şeyi sübut etmişəm. Vaxtilə söylədiklərim bir-bir sübut olunur, mən Gülər Əhmədova ilə Sevinc Babayevanın yanında olmalı, yaxud işıq yandırmalı deyiləm ki! Sevinc Babayevanı Azərbaycan cəmiyyətində çox əvvəllərdən tanıyırdıq, ötən ilin iyulun 2-də Gülər Əhmədova məhkəməyə gələndə o, da gəlmişdi. Hətta mənim üstümə hücum da etdi və prosesdə dəhşətli bir qalmaqal çıxartdı. Ondan kimliyini soruşanda cavab verdi ki, Gülərin pərəstişkarıdır və hakimiyyətyönlü jurnalistdir. Mənim məhkəməmdə elə hadisələr olub ki.... Sadəcə, mətbuat diqqətli olmayıb, bu faktdır ki, Sevinci ilk dəfə biz tanımışıq.

- Gülər Əhmədova Sizi insanların şəxsi həyatından yazmaqda ittiham edir. Onun söylədiklərini təkzib edə bilərsənmi?

- Həmin fikrindən iki abzas sonra Əhmədova deyir ki, Əvəz Zeynallı hüquqşünasdır, məsələlərə də o məntiqlə baxmalıdır. İndi təsəvvür edin, Elşad Abdullayev Gülər Əhmədova haqqında serial yayımlayır, bu seriallarda təsdiqlənir ki, o, deputat olarkən adamları qorxudaraq pul alır, söhbət milyonlardan gedir və bu pullar Ramiz Mehdiyevin kabinetində sayılır. Bütün bunları fakt hesab etməyən Gülər Əhmədova məni insanların şəxsi həyatı haqqında yazmaqda ittiham edir. Sual edirəm, kimlərin şəxsi həyatı barəsində yazmışam? Axı fantaziyayla danışmaq olmaz, özü də məni fantaziyayla danışmaqda ittiham edir. O hansı kişidir ki, mən onun qızı, arvadı haqqında yazmışam, “Xural” qəzetinin “podşivkası” ortadadır. Ciddi jurnalistikayla məşğul olanlar çox gözəl bilir ki, Əvəz Zeynallı hər şey edib, amma insanlara “qurşaqdan aşağı zərbə” vurmayıb. Yəni Əvəz Zeynallının etdiklərini bu gün də, sabah da çoxları edə bilməz. Elə mən də etdiklərimin çoxunu bundan sonra edə bilməyəcəm. Ancaq mən insanların həyat yoldaşına, qızına, ailəsinə heç bir zaman toxunmamışam. İllərdir bu barədə danışırlar və bunun mənbəyinin və səbəbinin haradan olduğunu da bilirəm.

- Hardandır?

- Gülər Əhmədovanı üzərimə göndərənlər həm də mənim qətlimi planlaşdıranlar olub. Mənim həbsimdən 19 gün sonra Əhmədova “Yeni Müsavat”a deyib ki, ailəsini qoruyub. Məhkəmədə də “oğul böyüdüb ki, gedib Əvəzi vurub öldürsün” sözlərini dedi. Sonradan bildik ki, Gülər Əhmədova ölümlərdə iştirak edib, mafiyanın qadınıdır, yəni ölüm bunlar üçün adi bir şeydir. Həbs olunmazdan əvvəl Redaktorlar Birliyinin toplantısında dedim ki, birimizi həbs edəcəklər, digərimizi isə öldürəcəklər. Həbsimdən bir neçə ay sonra çox hörmətli həmkarlarımdan biri vəkilim vasitəsilə “Əvəz kimi deyirdi, mənbə hardan idi, çünki onu həbs etdilər, Rafiq Tağını öldürdülər” sualını göndərdi. Ola bilərdi, yerimiz dəyişik olsun. Bu məqamı ona görə vurğuladım ki, onlar “Əvəz Zeynallı kiminsə ailəsinə toxunub deyə öldürüldü” deyə fikrini aşılayacaqdılar və istəklərini də bunun üstündə qurmuşdular. Sadəcə, o qədər qabiliyyətsiz və bacarıqsız bir iş quraşdırdılar. Əli Həsənovun qurduğu iş belə də olmalıydı. Təəssüf ki, bu gün Azərbaycanda ciddi jurnalistlər və qəzetlər peyda olub ki, onlar millətin maraqlarından çox Əli Həsənovu, Ramiz Mehdiyevi, Vüqar Səfərlini sevirlər. Qayıdıram məsələnin məğzinə, Gülər Əhmədova hələ yaşayır, Allah etsin ona bir şey olmasın. Bu ölkədə onun hələ çox məktubları olacaq, əgər yaşayacaqsa, həbsxanadan məktublar yazacaq.

- Bu fikri hansı arqumentlə əsaslandıra bilərsən?

- “Bizim Yol” qəzetində onun müsahibəsindən iki gün öncə məhkəmədə yaxınlarıma dedim ki, bu gün, sabah Gülər Əhmədovanın açıqlaması ola bilər, həyacanlanmayın.

- Bu, informasiya idi, yoxsa ehtimal?

- Mənim həbsxanada vaxtım çoxdur, vəziyyəti təhlil edirəm, analiz və məntiq hər şeyi göstərir. Məni Gülər Əhmədovanın əliylə həbs etdiriblər, indi də işin içindən çıxa bilmirlər. Hər şey Ramiz Mehdiyevin boynunda qalır, o da üzərindən atmaq üçün Əhmədovanı önə verib. Sabiq YAP-çı deputat isə hər şeydən çəkinir, bir balaca tənəffüs əldə edən kimi, düzdür, Əli Həsənovu istəyən qəzetlər ona sənin verdiyin sualları vermədilər, amma sən sual verdikdə, o, dərhal “Əvəz, vallah mənlik deyil, sən bilirsən axı məsələ kimlikdir” mesajını verdi. Bax, bu məhkəmə zalına gələn hər kəs də “axı sən bilirsən ki, niyə həbs olunmusan” deyir. Sabir Tarıverdiyev hakimə dedi ki, möhtərəm hakim, Əvəz Zeynallının yazılarını oxuyubsunuz, bunun yazdıqlarını oxuyanda adamın “ayaqları göydə qalır”. Bunlar hamısı yazılarıma görədir, həmin bu namus oyununu da ona görə oynamışdılar ki, məni nədəsə ittiham etsinlər. Amma “Xural”ın “podşivkası” ortalıqdadır, Azərbaycanın ən ciddi araşdırmaçı jurnalisti kimi arxivi verə bilərəm, buyur, araşdır. Həyatda mümkün olan şey deyil ki, mən insanların şəxsi həyatından yazım.

- Bəs səbəb nədir?

- Səbəbi özün sual edirsən ki, Gülər xanım, fakt göstərin, amma göstərə bilmir. Yaxud audio yazını sual edirsən, cavab verir ki, tapmayıblar, lap yaxşı, azad etsinlər də. Bu qədər cahillik olarmı? Halbuki, sübut adlandırıb məhkəməyə təqdim etdiyi audio yazıda Gülər Əhmədovanın kabluklarının səsi var, tık-tık-tık, vəssalam! Məntiq var, ciddi bir şeyin olduğunu deyirdisə, hanı, axı gizli çəkilişləri özləri edirlər. Halbuki, Azərbaycanda gizli çəkilişləri, səs yazılarını jurnalistlər etməlidir, çünki bu bizim peşədir, ancaq əksinə proses baş verir, bu işi bizə qadağalar qoyanlar həyata keçirir. Son səs yazılarında, video-roliklərdə medianın rolu yoxdur, sən demə, Azərbaycanda heç jurnalistika yox imiş ki. Gülər Əhmədova bütünlüklə şər danışır, onun oğlu, rəfiqləri Rüxsarə Axundova, Tənzilə Rüstəmxanlı, işçisi Zaur Mirzə məhkəməyə gəldilər. Rüxsarə Axundovaya sonradan vəzifə verdilər. Bu adamlar heç nə bilmədiklərini, yazıdan, anonsdan xəbərləri olmadıqlarını dedilər. Əhmədova müsahibəsində anons verildiyini söyləyir, ancaq heç anons da yoxdur. Bir yazı olub, o da Əhmədovanın qəzetin işçilərinə qanorar verə bilməməsi barədəydi və düz də çıxdı, qəzeti bağlandı.

- Müsahibəsində Əhmədova dəfələrlə Sizi həbs etdirmədiyini bildirir, bu fikirlərə cavabınız...?

- Cinayət işi 4 cilddən ibarətdir, surətini verə bilərəm. Birinci məhkəmə qərarını Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələrinə əsasən qəbul edib. Qərarda görün nə yazılıb: “2011-ci ilin iyul ayının sonu, avqustun əvvəllərində Əvəz Zeynallı onda Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, bu materialların çap olunacağını bildirməklə deputata hədə-qorxu tətbiq edib, materialların çapının dayandırılacağı müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir”. Təsəvvür edirsinizmi, istəmişdir sözü yazılıb, bu, nə biabırçılıqdır?! Bir ildir proses gedir, ancaq heç nə tapa bilmirlər, məhkəmə, prokuror tıxanıb. İndi Əhmədovanın sən Natiq Cavadlıya verdiyi müsahibəsinin tərcüməsi budur: “Əvəz Zeynallını mən tutdurmamışam!”. Düz deyir, məni Ramiz Mehdiyev tutdurub. Bir ildir mənim Gülər Əhmədovadan istədiyim bu idi. Neçə vaxtdır məhkəmədə bəyan edirəm ki, Gülər Əhmədova Mehdiyevin deputatıdır, parlament də onundur və onun tapşırığıyla həbs edilmişəm. Ancaq Əhmədova sonda qalxıb dedi ki, Əvəz Zeynallı səni mən həbs etdirməmişəm, səni Mehdiyev tutdurub. Vaxt gələcək bunları da deyəcək, fərqi yoxdur həbsxanadan yazsın, yaxud başqa bir formada.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru