Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                 

RUS MAFİYASINDAN AZƏRBAYCANA TƏHLÜKƏ
Tarix: 21-01-2013, 11:39 | Çap et
RUS MAFİYASINDAN AZƏRBAYCANA TƏHLÜKƏ
DAĞISTAN XRİSTİANLAŞDIRILIR

Dağıstanın Azərbaycanla sərhəd bölgəsindəki Qızıl Dərə vadisi boyunca çox nəhəng faydalı qazıntı yataqlarının istismarı üçün olirqaxlar arasında qanlı mübarizələr başlayıb. Buraya yerli və Rusiyanın ən zəngin şirkətləri göz dikiblər. 1964-1983-cü illərdə aparılan geoloji tədqiqatlar zamanı bəlli olmuşdur ki, bu bölgədə çox böyük mis mədənləri, digər faydalı qazıntı yataqları mövcuddur. Bölgəyə artan maraqların arxasında duran əsas amillərdən biri də Dağıstanda kimin daha çox istehsal və emal müəssisələrinə sahib olması iddiasıdır. Çünki, hər bir imkanlı şəxs həm də bölgənin əsas söz sahibi kimi başa düşülür.

Yataqlar uğrunda mübarizə

Qızıl Dərə vadisinin ən iri yataqlarından biri Börçi adlanır (sonradan qarşısına Xnov sözü əlavə edilmişdir). Burada Fiy-2 sənayedə çox faydalı olan mis konsentrantı kimi svin və sink, Fiy-1 dəmir sənayesində lazım olan mis, svin və bunun konsentrantının ehtiyatları yetərincədir. Bundan əlavə, Qdım, Tunnel, Suraçay, Boz Mis, Güney Xnov, Oqalmatex, Börçi-1, Börçi-2, Qalaqatxet, Güney yataqlarında mis emalı üçün yetərincə ehtiyatlar vardır. Bundan əlavə sulfid yataqlarının da mövcud olması, misin emalı üçün böyük bir mənbə hesab olunur. Qızıl Dərə yataqlarında sulfid metalı, sink və misin geoloji yataqlarından istifadə üçün hələ 1975-ci ildə 29 saylı geoloji yataqlardan istifadə qanununun 435-ci maddəsinə əsaslanaraq, bu yöndə 1992-ci il 21 fevral tarixində 2395-1 saylı sərəncam əsasında geoloji yataqlardan istifadə hüququnun olması kimi şərtlərə arxlanan bir sıra şirkətlər hal-hazırda bölgədə həmin yataqlar üzərində xüsusi paya sahib çıxmaq üçün hərəkətə keçmişlər.
Geoloqların və ekoloqların etirazlarına və elmi həqiqətlərinə, həyəcan təbili çalmalarına baxmayaraq, Axtı Çay və Samur çayları boyunca, xüsusilə Xnov-Börçi yataqlarına sahiblənmək üçün gərgin rəqabət yaşanılmaqdadır. Ekoloqların bildirdiyinə görə, bu yataqlardan istifadə olunması üçün ilk öncə ekoloji təhlükəsizlik haqqında memorandum imzalanmalıdır. Çünki, bütövlükdə Güney Dağıstan bölgəsində iri sənaye müəssisələri yox dərəcəsindədir. Digər yandan isə Məhərrəmkənd, Axtı, Rutul, Kurax, Xiv, Süleyman Stalski və Doqquzpara rayonları boyunca iri istehsal vasitələrinin yaradılması və bu yöndə bölgənin tamamilə ləzgiləşdirilməsi kimi problemlərə cavab verə biləcək şərtlər də indi həmin yataqların istismarı məsələsində mühüm yer tutur. Bu sırada məşhur milyader və etnik mənşəcə ləzgi olan Süleyman Kərimov 2006-cı ildən indiyə kimi müəyyən təşəbbüsləri irəli sürsə də, hələ ki, bölgədəki yerli klanların və etnomafiyanın tələblərinə uyğun addım atmaqdan yayınmışdır. Çünki, onların şərtlərinə əməl etmək əlavə xərclər deməkdir. Kərimov yaranmış problemin həlli istiqamətində şahmatda olduğu kimi, böyük gedişlər edərək onun sahibi olduğu “Nafta Moskva” holdinqinin uzun müddət baş direktoru olmuş Oleq Lipatovu Dağıstan baş nazirinin 1-ci müavini postuna gətirtmişdir. Ekoloqlar isə bildirirlər ki, Qızıl Dərə yataqlarının ekoloji təhlükəsizliyinə əməl olunmazsa, Dağıstanın bütün güney bölgələri, eləcə də Azərbaycanın quzeyindəki ərazilər və Xəzər dənizi daha ağır təbii fəlakətlərlə üz-üzə qalacaqdır

Metal mafiyası qanunlara güc gəlir

2001-ci il 16 mart tarixində paytaxt Mahaçqala məhkəməsi ekoloq alim Mirzəbəy Alimovun şikayətləri əsasında Qızıl Dərə yataqlarından istifadə və bunun ekoloji təhlükəsi barəsində iddialara baxmış və bölgədəki minerallardan istifadə haqqında istifadənin qanuni olması barəsində qərar qəbul etmişdir. Halbuki, Mirzəbəy Alimov iddia edirdi ki, Axtı Çay və Samur çayı vadiləri boyunca torpaqların erroziyaya uğraması, bunun qarşılığında isə bölgə əhalisinin məcbur olaraq Rusiyanın başqa bölgələrinə miqrasiya etməsi kimi təhlükə yaranacaq. Məhkəməyə Alimov Qızıl Dərə vadisindəki yataqların şaxtalarından ekspertiza üçün nümunələri belə təqdim etmişdi. Onun iddiasında qeyd olunan əsas səbəblərdən biri də Samur çayı vasitəsilə Xəzər dənizinə tökülən çirkli suların miqyası və bunun gələcəkdə törədə biləcəyi fəsadların hesablamaları da yer almışdı. Məhkəmə ərəfəsində isə Alimovu ekoloq-alim kimi deyil, sadəcə Dağıstandakı “balıq mafiyası”nın sifarişlərini icra etməkdə suçlayanlar da peyda olmuşdur.
Qızıl Dərə vadisində mis və digər faydalı qazıntı yataqlarının istismarının tərəfdarlarının bu gün yenidən aktivləşməsi, Süleyman Kərimovun adamının baş nazirin 1-ci müavini təyin olunmasından sonra iddaların daha sərt xarakter alması müşahidə olunmaqdadır. Onlar Dağıstan və Rusiya hökumətini inandırmağa çalışırlar ki, Qızıl Dərə yataqlarının istismarı məsələsində ildə ən azı ağır qarışıq metal ionları qismində 10-12 min ton Xnov-Börçi yataqlarından mis və digər metal yataqlarını istismar etmək mümkündür. Ekoloqlar isə Rusiya prezidentinin 2007-ci il 12 mart tarixində imzaladığı № 319 saylı əmri əsas şərt kimi irəli sürürlər. Burada qeyd olunur ki, federal ekoloji təhlükəsizlik stukturları mədənlərdən istifadə halları zamanı təbii aləmin ekoloji təhlükəsizliyinə birbaşa savabdehdirlər və bunu daim nəzarətdə saxlamağa borcludurlar.
Rusiya Texniki Nəzarət və Rusiya Təbii Ehtiyatalara Nəzarət dövlət komitələrinin də müdafiə etdikləri təbii resurslara nəzarəti diqqət mərkəzində saxlamaq üçün ardıcıl şəkildə Güney Dağıstana xüsusi komissiyalarını göndərməsi halları artsa da, hələlik bu problem həll edilməmişdir. Çünki, bölgədəki Fiy-1, Fiy-2, Börçi -1 və Börçi-2 yataqlarının istismarı sahəsində ekoloji təhlükəsizlik haqqında heç kim öhdəlikləri öz üzərinə götürmək istəmir.
Aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarında Süleyman Kərimovun ən yaxın biznes ortağı, uzun illərdir çiyin-çiyinə çalışdığı, “Nafta Moskva” holdinqinin əsas maliyyə stukturu hesab olunan “İst” şirkətinin sahibi Alekdsandr Nersis adlı bir erməni daha çox maraqlıdır. Alekdsandr Nersis həm də “Rusiya Erməniləri İttifaqı” idarə heyətinin üzvüdür. Müşahidələrə görə Süleyman Kərimov Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarının paketlərini ələ keçirəcəyi təqdirdə, Alekdsandr Nersisin komandasındakı erməni geoloqlar və metal sənayesi üzrə mütəxəssislər dərhal hərəkətə keçəcəklər. Beləliklə Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərindəki faydalı qazıntı yataqlarını istismar etməklə Araz çayının həm də ekoloji təhlükəsizliyinə ciddi zərbələr vuran erməni geoloqları bu dəfə Xəzər dənizini və Samur çayını zəhərləməklə regionda digər problemlərin yaranmasında maraqlı tərəf kimi görünürlər. Süleyman Kərimovu isə özünün biznes imperiyasının gəlirlərinin hüdudları maraqlandırır. Buna görə də, bölgədə ekoloqların həyəcan dolusu etirazlarını elə ləzgilərin sırasında müdafiə edənlər də tapılmışlar.

Gizli məqsəd: Dağıstan xristianlaşdırılır

2006-cı il 30 avqust tarixində Qızıl Dərə yataqlarının istismarı üzrə Rusiyanın ən güclü maliyyə dayaqlarından biri olan “Rosİnvest” şirkəti bu yöndə vadiyə məxsus bütün səhm paketlərinin sahibi olmuşdu. Bunun üçün bölgədəki ərazilərdə yerli ləzgi əhalisindən kimin pay torpaqları var idisə, hər sota görə “Rosİnvest” şirkəti 10 min rubl (30 dollar) vəsait ödəmişdi. Heç kimin ağlına gəlmirdi ki, dərəli-təpəli və istifadə olunmayan bu ərazilərin qiyməti birdən-birə min dəfə arta bilər.
“Rosİnvest” bölgədəki yataqların istismarı sahəsində xeyli işlər də görmüşdür. İndi yenicə yaradılmış “Ləzgi Fondu” yerli əhalini səfərbər edərək şirkətə qarşı bir sıra iddialar irəli sürməkdədir. Xüsusilə metal ionlarının ekoloji təhlükəni daha da ağırlaşdırması, insanlar arasında kütləvi şəkildə ağır xəstəliklərin yayılması hallarının artması, torpaqların çirklənməsi kimi halları bəhanə edərək “Rosİnvest”in sıxışdırılması halları müşahidə olunmaqdadır. Çünki, içməli su mənbələrinin laboratoriyalarda təhlili də bunu sübut edir.
2012-ci il 30 mart tarixində “Rosİnvest”ə və onun bölgədəki himayədarlarına qarşı rəsmi dövlət qəzeti olan “Daqestanskaya Pravda” qəzetində belə açıq şəkildə hücumlar təşkil olunmağa başlamışdır. Bundan sonra ləzgilərin nəzarətindəki Respublika Prokurorluğu dərhal cinayət işi açmış və iqtisadi cinayətlər, ekoloji problemlər haqqında araşdırmalara başlamışdır. Bu cinayət işi üzrə “Ləzgi Fondu” prokurorluğa lazım olan bütün istintaq işlərində, sənədlərin hazırlanmasında yaxından iştirak etmişdir. “Rosİnvest” indiki şəraitdə özünü müdafiə etmək üçün “MAX 13862” saylı hüquqi sənədi ortaya qoymuşdur. Bu sənədə görə Qızıl Dərə vadisinə şirkət tərəfindən qoyulan yatırımların miqyası irəli sürülməkdədir.
Süleyman Kərimovun tərəfdarları isə Qızıl Dərə yataqlarının istismarı sahəsində şaxtaların olmaması və müvafiq emal kombinatının tikilməməsi, digər infrastukturların yaradılmaması ittihamlarını irəli sürməyə başlamışlar. İddialarda yer alan səbəblərdən biri də bölgədə 70 milyon kolsedantın torpağa basdırılması, bu səbəbdən də yağmurlar nəticəsində yerin təkindən üzə çıxan ion çirklənmələrinin daha geniş əraziləri əhatə etməsi, heyvandarlığa daha çox zərər verməsi, otlaq örtüklərinin zəhərlənməsi faktı da qabardılmaqdadır. Halbuki, bölgədə belə bir durumun yaranmasının günakarı qismində yerli ləzgi milliyyətindən olan məmurların iştirak etməsi faktına kimsə toxunmur. Çünki, əhalini “Rosİnvest” şirkətinə qarşı üsyana sövq edən də elə həmin məmur mafiyasıdır. Necə deyərlər “dünənə görə sağ ol”, “sabaha görə kim daha çox ödəyəcəksə o, sağ olsun” misalı indi ən çox dəbdə olan fikir kimi səslənməkdədir.
Əslində, Axtı Çay və Samur çayı vadilərinin qorunması və bölgəyə daha çox effektiv şəkildə gəlir gətirə biləcək şirkətlərin dəvət olunması adı altında Alekdsandr Nersisin strateji hədəflərinin gizlinləri də üzə çıxır. Belə ki, son bir ildə Quzey Qafqaz Erməni Kilsələri Şurasının yaratdığı “Güney Dağıstanda qədim xristian abidələri və mədəniyyətinin izləri” qrupu bölgə əhalisini ələ almaq üçün ideoloji baxımdan bir sıra layihələri həyata keçirmişdir. İndi sırada Alekdsandr Nersisə məxsus şirkətlərin bölgədəki yataqların istismarını nəzarətə almaq və uzun müddətə hesablanmış strateji hədəfləri rəsmiləşdirmək kimi amillər yer almaqdadır. Bir sözlə, hər tərəfdən Azərbaycana qarşı ekoloji mühiti ağırlaşdırmaq bu strategiyanın əsas hədəfidir.
Ənvər Börüsoy









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Dünən, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Dünən, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Dünən, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Dünən, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Dünən, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Dünən, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Dünən, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Dünən, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Dünən, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Dünən, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Dünən, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru