NİZAMİ SADIQOVDAN PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 18-01-2013, 08:27 | Çap et
PORTAL RƏHBƏRİ TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT İSTƏYİRQigilcim.com xəbər portalının təsisçisi Xəyyam Salmanzadə üzləşdiyi təzyiqlərlə bağlı, ölkə Prezidentinə və dövlət orqanlarına müraciət edib. Müraciəti olduğu kimi yayımlayırıq:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sürəti: Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya
Sürəti: Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə
Sürəti: Milli Məclisin sədri cənab Oktay Əsədova
Sürəti: Ombudsman xanım Elmira Şükürovaya
Sürəti: Baş prokuror cənab Zakir Qaralova
Sürəti: Daxili İşlər naziri cənab Ramil Usubova
Sürəti: Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova
Sürəti: Almaniya, Fransa, Gürcüstan, Amerika ölkələrinin Azərbaycandakı səfirliklərinə
Sürəti: ATƏT-in və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinə
Sürəti: Kütləvi İnformasiya Vasitələrinə
Sürəti: Hüquq Müdafiəçilərinə
Ağdam rayonundan məcburi köçkün, hal – hazırda Ağdam rayon Birinci Dördyol qəsəbəsi ev 900 – da yaşayan, şəhid qardaşı Xəyyam Salmanzadə tərəfindən
Müraciət
Cənab Prezident!
Hörmətli vəzifə sahibləri!
Nəzərinizə çatdırım ki, mən Ağdam rayonundan məcburi köçkünəm. Qardaşım Bəxtiyar vətənə xidməti zamanı, 50 nəfər hərbiçi yoldaşlarını azad edərkən, qəhramancasına şəhid olmuşdur. Valideynlərim olmadığından, uzun illər əzab - əziyyətlə yaşamışam. Ailəliyəm, hal - hazırda üç azyaşlı uşaq atasıyam. Himayəmdə iki yataq xəstəsi ilə, yeddi ailə üzvüm var. Yaşım az olsada, həmişə Ulu öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmasamda, amma hər zaman partiyanın tədbirlərində iştirak edib, dəstəkləmişəm. Buna sübut kimi, 2003 – 2005 – 2008 – 2010 – cu illərdə keçirilən bütün seçkilərdə iştirak edib, xalqımızın və YAP – ın vahid namizəndinə səs vermişəm. Təsisçisi olduğum qəzetdə və http://qigilcim.com/ xəbər portalında hər zaman dövlətimizin və cənab prezidentimizin çıxışlarını təbliğ etmişəm. Amma təəssüf olsun ki, mənim bu amalıma qarşı çıxanlarda olub. Bunlardan biri də Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovdur. Bu məsələ toxunmamışdan öncə nəzərinizə çatdırım ki, icra başçısı rayonda özünü cənab prezidentimizin nümayəndəsi kimi yox, sırf biznesmen kimi aparır.
Nizami Sadıqov Ağdama icra başçısı təyin olunanda, hamı kimi mən də düşünürdüm ki, rayonumuz inkişaf edəcək, əhalimizin sosial rifahı düzələcək. Amma təssüf ki, düşünməkdə yanılmışam. Bu gün Ağdamda sanki “gestapo” rejimi yaradılıb.
Belə ki, Nizami Sadıqov bacısının iki dilbilməz oğlanları ilə birləşərək, əhalinin hakimiyyətdən narazı salmaqla məşğuldular. Ilk öncə Ağdamın icra başçısı Nizami Sadıqovun rayona başçı təyin olunandan özünə yığdığı sərvətin siyahısını qeyd etmək istəyirəm :
- Rayonun girişində “Dolu” kafesi;
- Rayon Hərbi komisarlığın yanında iki kafe;
- Rayon Təcili Tibbi Yardım Stansiyasının hal – hazırda yerləşdiyi bina;
- Rayon Təcili Tibbi Yardım Stansiyasının hal – hazırda yerləşdiyi binanın yanındakı kafe;
- Ağdam MRX – nın yanında möhtəşəm villa;
- “Ağdam Çörək” sexi;
- “Ağdam Çörək” sexinin yanındakı “Avtomobil təmiri sexləri” obyekti;
- 10 hektar ərazini əhatə edən şitilçilik bağı;
- Quzanlıda və Xındırıstan kəndində fermalar;
Qeyd edim ki, Rayon Təcili Tibbi Yardım Stansiyasının hal – hazırda yerləşdiyi bina və“Ağdam Çörək” sexi vətəndaşlara məxsus torpaq olub, vətəndaşların əlindən öz mülkiyyətləri zorla alınaraq, özünə obyükt tikdirib. Hal – hazırda həmin obyektlərdən birini - Təcili Tibbi Yardım Stansiyasının hal – hazırda yerləşdiyi binanı qohumu, icra nümayəndəsi İsrail Əliyevin oğlunun adına özəlləşdirilib. Digər obyekti isə “Ağdam Çörək” sexini bacısı oğlu Xəqani işlədir.
Təbii ki, sadaladığım obyektlər, mənim bildiklərimdir. Amma yəqin ki, bilmədiklərim də daha çoxdur. Nizami Sadıqov AR – nın qanunlarını tapdalayaraq, öz avtomobilinə yəni icra hakimiyyətinin balansında olmayan “Prado” markalı avtomobilinə 02 AA 001 seriyalı nömrəni taxaraq, istifadə edir. Rayonda əhali arasında nifaq yaratmaq üçün, öz əlaltılarından istifadə edərək, özünü təriflətmək üçün “Lider rayon” kitabı dərc etdirib, sələfi sabiq icra başçısı Həsən Sarıyevin şərəf və ləyaqətini təhqir edən ifadələr işlətdirir. Kitabı oxuyan Sarıyevin qohum - əqrabaları, tanışları isə bundan qəzəblənərək, narazılıq edir. Nizami Sadıqov 12.10.2012 –ci il tarixində 02/881 saylı məktubla Maliyyə Nazirliyinə rayonun abadlığına 300.000 manat pulun xərclənməsini göstərib. Amma əslində bu yalan, qeyri – qanuni bir məlumatdır. Bundan başqa Nizami Sadıqov dövlət büdcəsindən əməkhaqqı alan idarə, müəssisə və təşkilatlara tapşırıq verib ki, hər ay içşilərin əməkhaqqısından 3% pul tutulub, özünün qanunsuz və əsassız yaratdığı “cəbhə fonduna” köçürülsün. Elə buna misal olaraq bildirim ki, tək Təhsil şöbəsi 26 may 2012-ci il tarixində həmin “cəbhə fondu”na 19.063.11 qəpik pul köçürmüşdür. Bu pulların xərclənmə təyinatını ancaq öz üzərində saxlayan Nizami Sadıqov– təxminən aylıq gəlir büdcəsi 75.000 manat olan “cəbhə fondu”nun pullarını hara xərclədiyini açıqlamır. Hər ay 10 – 15 nəfərin adına həmin fondan 200 – 250 manat pul yazılıb, konkret olaraq öz ciblərinə gedir.
Ağdam rayonunda hamını dələduz, savadsız və rüşvətxor kimi tanıdığı – Ağdam “Su – kanal” idarəsinin rəisi Şahmar Rzayevin əməlləri ilə bağlı, dəfələrlə icra başçısına müraciət edilsədə, icra başçısı əhalinin şikayətlərinə əhəmiyyət verməyərək, əksinə üzündən oxumağı bacarmayan, savadsız Şahmarı tərifləyərək, onun qızının toyunda iştirak edir.
Cənab Prezident!
Siz, hər zaman ağdamlıların sosial rifahının yaxşılaşdırılması üçün çalışırsınız. Buna misal üçün bir neçə sərəncamlarınızı göstərmək olar. Sizin belə sərəncamlarınızdan biri də, Ağdamda – yəni Quzanlıda Uşaq Xəstəxanasının və Doğum Evinin tikilməsi üçün ayırdığınız, 2.600.000 manatın ayrılmasıdır. Həmin pullar ayrılsada, çox təəssüf olsun ki, təyinatı üzrə xərclənməmişdir və nəticədə həmin xəstəxanalar dəfələrlə uçmaq təhlükəsi ilə üzləşmiş, dəfələrlə təmir olunaraq, yenidən istifadəyə verilmişdir. Hal –hazırda da xəstəxana normal vəziyyətdə deyil.
Ağdamın icra başçısı Nizami Sadıqovun əməlləri, bununlada bitmir. Belə ki, “Dövlət qulluğu” haqda qanunun icrası ilə əlaqədar, bir çox icra nümayəndələri orta təhsilli olduğu üçün, işdən çıxarıldı. Amma öz qohumu Əliyev İsraili işdən çıxartmayıb, onun qızının adına icra nümayəndəsi kimi əmr versədə, o vaxtdan bu günə qədər Əliyev İsrail öz qızının əvəzində kabinetdə oturub, işləri aparır. Qızı isə orta məktəbdə müəllim kimi, çalışır. Azərbaycan Respublikasının hansı qanununda var ki, qızı əvəzinə atası vəzifəni icra edə?!
Nizami Sadıqov rayonda “pul toplamaq” adını qazanıb. Dəfələrlə bu haqda mətbuatdada yazılıb. Belə ki, rayonda “İnformmasiya mərkəzi” adlı kabinet düzəlməsi üçün hər idarə müdirindən yüksək məblğdə pul yığmışdır. Bundan əlavə özünə “bəy tərifi yağdıran” - “Lider rayon” kitabını idarə, müəsissə və təşkilatlarında çalışanlara zorla 10 manatdan, rayona aidiyyatı olmayan, müavinin qohumunun təsisçisi olduğu “Həzz” juranlına isə 6 aylıq abunəsi 100 – 500 manat arası abunə pulu yığılır.
Cənab Prezident!
Yuxarı abzasda qeyd etdiyim kimi, sizin bir çox sərəncamlarınız məhz biz ağdamlıların rifahı üçündür. Amma təəssüf olsun ki, bu rifahdan biz “dada” bilmirik. Belə ki, dövlətin qaçqınlara ayırdığı və şəxsən sizin rayonumuza sonuncu səfərinizdə açılışın etdiyiniz qəsəbənin bir çox evləri məhz ehtiyacı və ev siyahısında olanlara deyil, öz qohum - əqrabasına paylamışdır. Elə bacısının iki dilbilməz oğlanları Loğman və Xəqani də dayısı Nizami Sadıqovun qayğısından yararlanaraq, növbədənkənar ev almışdılar.
Rayonda müxtəlif vəzifələrə də qohumlarını qoymağa qadirdi, Nizami Sadıqov. Belə ki, 150 saylı orta məktəbin direktoru və sizin açılışın etdiyiniz qəsəbənin uşaq bağçasının müdiri vəzifələrinə öz yaxın qohumlarını qoymuşdur.
Rayonda qarşıdurmaya maraqlı olan Nizami Sadıqov, daha bir qanunsuz addım atmışdır. Belə ki, Ağdam Rayon Məhkəməsinin sədri Seyfəli Seyfullayevin bir işlə bağlı çıxartdığı qərarla razılaşmayıb, hakimi otağına çağırıb, qərarı müzakirəyə çıxarmışdır. Hakim isə bu addımın qanunsuz olduğunu, qərardan narazı qalmısansa, yuxarı instansiya məhkəməyə müraciət etməyi desə də, o hakimə əsəbləşib, bir qrup əlili öyrədərək hakimin evi önündə aksiya keçirtmişdir.
Cənab Prezident!
Hörmətli vəzifə sahibləri!
Indi hal – hazırda mən həmin hakimin acınacaqlı durumuna düşmüşəm. Belə ki, rəhbəri olduğum mətbuat orqanında icra başçısını tənqid etməyim, onun xoşuna gəlmədiyindən mənə müxtəlif təzyiqlər edirlər. Onun bir çox qohumları mənə açıqca deyir ki, icra başçısı Nizami Sadıqov ya səni öldürtdürəcək, yada ki, həbs etdirəcək. Əldə etdiyim məlumata görə, icra başçısı Nizami Sadıqov bir neçə idarələrin rəhbərlərini öyrədib ki, aksiya keçirin ki, “Xəyyam – yəni mən, bizi şantaj edib, pul istəyir”. Mən və ailəmin üzvləri hal – hazırda qorxu içərisində yaşayıram. Açığı Nizami Sadıqovdan istənillən pis niyyətli addımı atmağa qadir olduğunu, bilirəm. Belə ki, onun iki il bundan öncə öz qızının həyat yoldaşını, öldürmək məqsədi ilə öz oğlanlarına və yaxınlarına tapşırmasını, döyülüb öldüyünü zənn edib, “Delfin” otelin yanında zibilliyə atıb getdikdən sonra, özünü xəstəxanaya yerləşdirən qızının həyat yoldaşı mətbuatda söyləmişdir.
Cənab Prezident!
Hörmətli vəzifə sahibləri!
Bütün bunları nəzərə alaraq, mənim və ailə üzvlərimin təhlükəsizliyini təmin etməyini, özünü biznesmen və “firon” kimi aparan Nizami Sadıqovla əməlləri ilə bağlı tədbir görməyinizi, xahiş edirəm. İnanıram ki, mən bu müraciətimə tez bir zamanda baxılıb, lazım olan tədbirlər görüləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|