"Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                 

GÖYÇAYDA BİR AİLƏ AZƏRBAYCANDAN İMTİNA EDİR
Tarix: 16-01-2013, 08:45 | Çap et
GÖYÇAYDA BİR AİLƏ AZƏRBAYCANDAN İMTİNA EDİR
DƏHŞƏT DOLU FAKTLAR

DİA.AZ: - Göyçay rayon sakinləri olan Rəhmanovlar ailəsi hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət ediblər. DİA.AZ-a bununla bağlı məlumat daxil olub.

Məlumatda deyilir ki, Rəhmanovlar ailəsi son 2 il ərzində müxtəlif qanunsuzluqlarla üzləşərək sonunda 5 ailənin 13 üzvü əsassız məhkəmə qətnaməsi ilə zorla evlərindən çıxarılmaqla evsiz qalıblar. Ailənin 5 üzvü azyaşlı uşaqlardır. Z.Tağıyev küçəsi ev 93 ünvanında yaşayan Rəhmanovlar ailəsi kirayə evlərə köçməklə yaşayırlar. Artıq yaşayışı çətin durumda olan ailə üzvləri ölkə prezidentinə və Türkiyə səfirliyinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığından imtina və qonşu dövlətdən sığınacaq almaqdan başqa yol qalmadığını bildiriblər.

Hadisələrin təfərrüatı bundan ibarətdir ki, 24 avqust 2010-cu il tarixində 1974-cü il təvəllüdlü Göyçay rayon sakini ll qrup əlil olmuş qarabag müharibəsi iştirakçısı Rəhmanov Fuad Şıxı oğlu kiçik sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə “Zaminbank” ASC-nin Göyçay filialından 20 000 (iyirmi min) manat kredit götürmək məqsədi ilə özünün və mülkiyyətçi atasının razılığı ilə yaşadiqları evi girov qoymaqla həmin məbləğdə ipoteka kreditini bankdan götürmüş olur.

Hər ay 1000 (min) manat olmaqla 3(üç) ay normal ödəniş etmiş borclu Rəhmanov Fuadın səhhətində qəfil problemlər yaranır . Həkimlər ona ciddi müalicə almağı və işləməməyi məsləhət bilirlər. Fuadın ambulator stasionar tibb kartından da görünür ki, o “dilin infiltratı” yarası xəstəliyindən ciddi əziyyət çəkir və o çəkisinin yarısını itirmiş olub.10 may 2011-ci il tarixində Mingəçevir şəhərində əməliyyat olunmuş Fuadın səhhətində heç bir irəliləyiş olmayır, tibb komissiyasının rəyinə əsasən I qrup əlil hesab olunub və 06 sentyabr 2011-ci il tarixində həmin xəstəlikdən dünyasını dəyişib.

Rəhmanov Fuad və bank arasında bağlanmış ipoteka müqaviləsində zamin şəxs atası Rəhmanov Şıxı Abdulhəmid oğlu olmuşdur. Göyşay şəhər İnzibati Ərazi Nümayəndəliyindən Göyçay rayon Z.Tağıyev ev 93 ünvanında qeydiyyatda olub yaşayanların sayı barədə arayışda Fuad və atasının adı qeyd edilmişdir. Qeydiyyatda olan digər 9 nəfər şəxs barəsində isə heç bir qeyd göstərilməmişdir. Həmçinin həmin ünvanda azyaşlı uşaqların olması da qeyd olunmamışdır. Bir sözlə bankla müştəri arasında bağlanmış formal müqavilədən digər ailə üzvləri xəbərsiz olmuşdur. Bu neqativ hal məhkəmədə müəyyən olduqda Göyçay şəhər İnzibati Ərazi Nümayəndəliyi yenidən Göyçay şəhər Z. Tağıyev ev 95 qondarma ünvanında 11 nəfər şəxsin olduğu barədə saxta arayış vermişdir. Hansı ki, belə bir ünvan mövcud deyil. Rəhmanovlar ailəsinə məxsus bir ünvan var o da ki, ev 93. Hakim Elxan Babayev bütün qanunsuzluqları bilsə də həmin ünvanda qeydiyyatda olanların hüuqlarını pozmaqla qətnamə qəbul etmiş nəticədə də həmin ailə üzvləri evlərindən çıxarılaraq kirayələrə üz tutmuşlar. Bankla müqavilədə 60 000 (altmış min) manat dəyərində qiymətləndirilmiş əmlak məhkəmə çəkişməsindən sonra 40 000 manata hərraca çıxarılmış ikinci hərracda isə 25 500 manata satılmışdır.

Fuadın ölümündən sonra “Zaminbank” ASC cərimə faizləri ilə şişirdilmiş 25 500 manat pulu onun ailə üzvlərindən tələb etmiş və Göyçay rayon məhkəməsində iddia qaldıraraq girov qoyulmuş evin onlardan alınması və həraca çıxarılması üçün tələblər irəli sürmüşdür. Borcun ödənilməsindən onun yaxın qohumları imtina etməyiblər. Rəhmanovlar ailəsi məhkəmədən onlara vaxt verilməsinini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsə də məhkəmə hakimi Elxan Babayev onlara qarşı qərəzli mövqe tutmaqla ciddi qanun pozuntularına yol verməklə qətnamə qəbul etmişdir. Nəticədə iddiaçı bankın maraqları təmin olunaraq borclu ailənin xahişləri rədd edilmiş olub.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə İpoteka Haqqında Qanuna zidd bir çox qanunsuzluqlar olmuş və buna görə də məsuliyyət heç bir orqanın üzərinə yönəlməmişdir. Həmçinin hərraca çıxarılma qaydaları da pozulmuşdur. Bütün çatışmamazlıqların aradan qaldırılması üçün ədalətli məhkəmə qərarlarına ehtiyac duyulsa da buna məhəl qoyulmamışdır. Mülki Məcəllənin tələblərinə zidd olaraq Rəhmanovlar ailəsinin bütün üzvlərinin yaşayış sahəsindən istifadə hüququna hansı əsasla xitam verildiyini isə anlamaq çox çətindir.

İpoteka haqqında qanunda nəzərdə tutulub ki, İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda, ipoteka kağızının qanuni sahibi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini tələb edə bilər. İpoteka kağızının qanuni sahibi bu cür uyğunsuzluğu aşkar etdiyi halda dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir. İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.

Hərracla bağlı hərəkətlərə gəldikdə isə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Bundan əlavə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

Hərracın sifarişçisi də Göyçay rayon məhkəməsinin İcraçılar Bölməsinin rəisi Abdurrəhmanov İlqar olmuşdur ki, o da məhkəmə qətnaməsinin icrasına tələsmiş və bankın maraqlarına uyğun işlərə həvəsli olduğundan kasıb bir ailənin əmlakının gizlincə hərraca çıxarılıb satılmasında fəal iştirak etmişdir. Hərrac barədə heç bir məlumatı olmayan Rəhmanovlar ailəsi onlara qarşı bu cür amansızlığı düşünə bilməmişdilər.

İnsanlığa qayğı və diqqət göstərmək bacarığından uzaq hakimin qərarı belə də olmalıdır. Onun az da olsa insafı olsaydı , böyük bir ailənin əmlakının qorunması və onların gələcək taleyi barədə düşünərək məsələnin başqa yönümdə həllinə çalışardı. Mərhum Fuad Rəhmanova məxsus borcu ödəyəcək dəyərdə onun ticarət obyekti də olub. Həmin obyektin evin əvəzində götürülməsi təklifi də olduğu halda hakim yenə də evin hərraca çıxarılmasını üstün tutub. Hansı ki, ipoteka müqaviləsinin düzgün olmadığını nəzərə alaraq müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi, borcun hissə-hissə ödənilməsi və ya başqa bir əmlak üzərinə həbsin qoyulması üçün şərait və imkanlar olub. Həmçinin qeydiyyatda olanlarla bağlı arayışın saxta olduğunu bilərək əsassız yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qərarı hakimin ciddi səhvlərindəndir. Bununla yanaşı sözü gedən ünvanda qeydiyyatda olan bir neçə nəfər haqqında məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsə də, onlar da evdən zorla çıxarılıaraq eyni aqibətlə üzləşiblər.

Məgər Mülki Məcəllənin bir ziddiyətli maddəsi böyük bir ailə olan azərbaycan vətəndaşlarının həyat şəraitindən önəmlidirmi? Bir hakimin istəyinə görə II qrup qarabağ müharibəsi əlilinin ölümündən sonra onun həyat yoldaşı , 1 yaşlı övladı, 72 yaşlı valideynləri və yaxın qohumları küçəyə atılmalı idimi? Budurmu ədalət?

Yuxarıda qeyd olunan səbəblərdən Rəhmanovlar ailəsi ölkə vətəndaşlığından imtina etməyi qərarlaşdırıblar. Onlar son 2 il ərzində əsl faciə yaşadıqlarını və belə haqsız, qanunsuz işləri ağıllarına gətirmədiklərini qeyd ediblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru