AYDIN BƏŞİROVUN «YAXT KLUB» KORRUPSİYASI
Tarix: 17-11-2011, 12:31 | Çap et
XDGİ-NİN RƏİSİ NECƏ OLDU Kİ, TAMAHLANDIĞI 2 MİLYON MANATI ƏLDƏN ÇIXARDI?
DİA.AZ: - Məlum olduğu kimi, yaxın günlərdə Dəniz Kənarı Milli Park ərazisində yerləşən Yaxt Klub köçürüləcək. Dövlət Şəhər salma və Arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun bu günlərdə mətbuata verdiyi açıqlamada bildirilirdi ki, Dəniz Kənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq "Yaxt Klub"un yeri dəyişdirilərək Ələt istiqamətində sahil zonasında yenidən inşa edilməsi nəzərdə tutulur.
Əvvəlki görkəmindən bir qədər fərqlənəcək “Yaxt Klub”un yeni quruluşu tam Avropa standartlarına uyğun olacaq. Hazırki restoranın yerində isə yalnız sakinlərin istirahəti üçün dənizin içərisinə doğru park salınacaq.
Qeyd edək ki, “Yaxt Klub”-un köçürülməsi Bakının yeni Baş Planına daxildir və köçürülmə işlərinin 2030-cu ilə kimi başa çatması nəzərdə tutulub.
Onu da bildirək ki, «Yaxt Klub»un özü təzə tikililərdən hesab olunur və bu obyektin inşası zamanı Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov çox ciddi problemər yaşayıb. Əslində problemləri ilk əvvəl yaşadan Aydın Bəşirov olub. Lakin sonradan özü yaratdığı problemin hədəfinə çevrilib.
Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hakimiyyət içindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, Aydın Bəşirov «Yaxt Klub»un inşasını həyata keçirən iş adamına fırıldaq gəlmək istəyib.
Bu barədə mötəbər mənbənin söylədikləri: «Həmin sahibkarla bağlanan müqavilədə işin icrasının smetası 2 milyon 700 min manat göstərilib. Halbuki, «Yaxt Klub» inşa olunarkən real olaraq 700 min manat pul sərf edilib. Amma buna baxmayaraq, korrupsiyaya yol verən XDGİ-nin rəisi bu yolla 2 milyon manat qoazanmağı düşünüb».
Mənbə bildirir ki, amma bununla da kifayətlənməyən Aydın Bəşirov işin icraçısı olan sahibkara həmin 700 min manatı verməkdən də vaz keçib və əlindəki imkanlardan, eləcə də hakim komandadakı statusundan istifadə edərək sahibkarı incitməyə başlaıb. Məsələ təxminən 6-7 ay uzanıb və sahibkara açıq şəkildə bildirilib ki, «Yaxt Klub»un inşasına sərf etdiyi vəsait və ona çatacaq 700 min manat ödənməyəcək.
Hətta Aydın Bəşirov bu məsələdə prezidentin adından da istifadə edib. Bu barədə mötəbər qaynağın söylədikləri: «XDGİ-nin rəisi sahibkara bildirib ki, həmin obyekt elə bil, prezidentə bağışlanıb, buna görə də pulu istməkdən vaz keçməlidir».
Lakin iş icraçısı da sakit dayanmaraq haqqını tələb etməyə başlayıb və öyrənə bilib ki, əslində «Yaxt Klub»un inşası üçün dövlət tərəfindən tələb olunan müvafiq maliyyə vəsaiti ayrılıb və bu işdə prezidentin adından istifadə olunması da özbaşına şəraitdə baş verib və bundan sonra həmin sahibkar artıq bütün şikayətçilərin döyə biləcəyi son ümid qapısı olan Heydər Əliyev Fonduna üz tutub.
Mənbə bildirir ki, həmin sahibkar üzləşdiyi problemi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdıra bilib: «Və bundan sonra da Aydın Bəşirovun qara günləri başlayıb. Məlum olub ki, XDGİ-nin rəisi nəinki sahibkara, eyni zamanda dövlətə «atıb». Müqavilədə 2 milyon 700 manata başa gələn obyektin real qiyməti 700 min manat olub».
Amma buna baxmayaraq, Aydın Bəşirov «yuxarılara» sübut tməyə çalışıb ki, obyekt həqiqətən də müqavilədə göstərilən qiymətə ərsəyə gəlib: «Bu da ona xeyir gətirməyib. Belə olan təqdirdə Heydər Əliyev Fondu şikayətçi düşmüş sahibkara həmin vəsaitin ödənilməsini tələb edib. Yəni Aydın Bəşirov 700 min manatını mənimsədiyi sahibkara 2 milyon 700 min manat pul ödəməli olub».
Onu da bildirək ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəisinin rəisi Aydın Bəşirovla bağlı redaksiyamıza daha ilginc korrupsiya faktları daxil olub və artıq əməkdaşlarımız həmin faktları araşdırmaqla məşğuldur. Yaxın günlərdə həmin bilgiləri də diqqətinizə çatdıracağıq. Bizi izləyin…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|