Əsas Səhifə > Siyasət, Manşet > AYDIN BƏŞİROVUN «YAXT KLUB» KORRUPSİYASI
AYDIN BƏŞİROVUN «YAXT KLUB» KORRUPSİYASI17-11-2011, 12:31 |
XDGİ-NİN RƏİSİ NECƏ OLDU Kİ, TAMAHLANDIĞI 2 MİLYON MANATI ƏLDƏN ÇIXARDI? DİA.AZ: - Məlum olduğu kimi, yaxın günlərdə Dəniz Kənarı Milli Park ərazisində yerləşən Yaxt Klub köçürüləcək. Dövlət Şəhər salma və Arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun bu günlərdə mətbuata verdiyi açıqlamada bildirilirdi ki, Dəniz Kənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq "Yaxt Klub"un yeri dəyişdirilərək Ələt istiqamətində sahil zonasında yenidən inşa edilməsi nəzərdə tutulur. Əvvəlki görkəmindən bir qədər fərqlənəcək “Yaxt Klub”un yeni quruluşu tam Avropa standartlarına uyğun olacaq. Hazırki restoranın yerində isə yalnız sakinlərin istirahəti üçün dənizin içərisinə doğru park salınacaq. Qeyd edək ki, “Yaxt Klub”-un köçürülməsi Bakının yeni Baş Planına daxildir və köçürülmə işlərinin 2030-cu ilə kimi başa çatması nəzərdə tutulub. Onu da bildirək ki, «Yaxt Klub»un özü təzə tikililərdən hesab olunur və bu obyektin inşası zamanı Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov çox ciddi problemər yaşayıb. Əslində problemləri ilk əvvəl yaşadan Aydın Bəşirov olub. Lakin sonradan özü yaratdığı problemin hədəfinə çevrilib. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hakimiyyət içindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, Aydın Bəşirov «Yaxt Klub»un inşasını həyata keçirən iş adamına fırıldaq gəlmək istəyib. Bu barədə mötəbər mənbənin söylədikləri: «Həmin sahibkarla bağlanan müqavilədə işin icrasının smetası 2 milyon 700 min manat göstərilib. Halbuki, «Yaxt Klub» inşa olunarkən real olaraq 700 min manat pul sərf edilib. Amma buna baxmayaraq, korrupsiyaya yol verən XDGİ-nin rəisi bu yolla 2 milyon manat qoazanmağı düşünüb». Mənbə bildirir ki, amma bununla da kifayətlənməyən Aydın Bəşirov işin icraçısı olan sahibkara həmin 700 min manatı verməkdən də vaz keçib və əlindəki imkanlardan, eləcə də hakim komandadakı statusundan istifadə edərək sahibkarı incitməyə başlaıb. Məsələ təxminən 6-7 ay uzanıb və sahibkara açıq şəkildə bildirilib ki, «Yaxt Klub»un inşasına sərf etdiyi vəsait və ona çatacaq 700 min manat ödənməyəcək. Hətta Aydın Bəşirov bu məsələdə prezidentin adından da istifadə edib. Bu barədə mötəbər qaynağın söylədikləri: «XDGİ-nin rəisi sahibkara bildirib ki, həmin obyekt elə bil, prezidentə bağışlanıb, buna görə də pulu istməkdən vaz keçməlidir». Lakin iş icraçısı da sakit dayanmaraq haqqını tələb etməyə başlayıb və öyrənə bilib ki, əslində «Yaxt Klub»un inşası üçün dövlət tərəfindən tələb olunan müvafiq maliyyə vəsaiti ayrılıb və bu işdə prezidentin adından istifadə olunması da özbaşına şəraitdə baş verib və bundan sonra həmin sahibkar artıq bütün şikayətçilərin döyə biləcəyi son ümid qapısı olan Heydər Əliyev Fonduna üz tutub. Mənbə bildirir ki, həmin sahibkar üzləşdiyi problemi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdıra bilib: «Və bundan sonra da Aydın Bəşirovun qara günləri başlayıb. Məlum olub ki, XDGİ-nin rəisi nəinki sahibkara, eyni zamanda dövlətə «atıb». Müqavilədə 2 milyon 700 manata başa gələn obyektin real qiyməti 700 min manat olub». Amma buna baxmayaraq, Aydın Bəşirov «yuxarılara» sübut tməyə çalışıb ki, obyekt həqiqətən də müqavilədə göstərilən qiymətə ərsəyə gəlib: «Bu da ona xeyir gətirməyib. Belə olan təqdirdə Heydər Əliyev Fondu şikayətçi düşmüş sahibkara həmin vəsaitin ödənilməsini tələb edib. Yəni Aydın Bəşirov 700 min manatını mənimsədiyi sahibkara 2 milyon 700 min manat pul ödəməli olub». Onu da bildirək ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəisinin rəisi Aydın Bəşirovla bağlı redaksiyamıza daha ilginc korrupsiya faktları daxil olub və artıq əməkdaşlarımız həmin faktları araşdırmaqla məşğuldur. Yaxın günlərdə həmin bilgiləri də diqqətinizə çatdıracağıq. Bizi izləyin… Geri qayıt |