RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
Tarix: 8-12-2012, 09:44 | Çap et
PA ŞEFİNİN ÇIXDIĞI YOLÇULUQ BİR ÇOXLARINI BİTİŞ NÖQTƏSİ OLACAQDİA.AZ: - Dünən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına olduqca ilginc tərzdə münasibət bildirdi ki, bu açıqlamalar da haqlı olaraq cəmiyyətdə müxtəlif istiqamətlərə yozuldu. Həmin açıqlamalara keçməzdən öncə bir məsələni vurğulamaq yerinə düşər ki, son zamanlar cərəyan edən olayların episentrində olan Ramiz Mehdiyev artıq müdafiə olunmaq zərurəti hiss edib və eyni zamanda, ona hücum edənlərə ismarıclarını yollamağı da unutmur.
Xatırladaq ki, buna qədər PA şefi, barəsində yazılanlara ya ümumiyyətlə reaksiya verməyən, ya da xəsisliklə, dolayı yollarla reaksiyasını çatdıran bir tərz nümayiş etdirdiyindən, onun artıq aktiv polemika tərəfdaşına çevrilməsi kifayət qədər diqqət çəkicidir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyev millət vəkili Rəbiyyət Aslanova tərəfindən müdafiə olunmuşdu. Və bu müdafiənin ardından belə bir qənaət ortaya qoyuldu ki, administrasiya rəhbərinin hakimiyyət içindəki mövqeləri kifayət qədər sarsıldığından, belə bir müdafiə zərurəti ortaya çıxıb.
İndi isə Ramiz Mehdiyevin özü danışdı və artıq məsələlərə yekun nöqtə vurma cəhdini də ortaya qoydu. «Elşad Abdullayev kimlərinsə əlində bir alətdir» deyən PA şefi əslində bununla növbəti açıqlamasının mahiyyəti ilə bağlı da bilgilərini anons etmiş oldu. Yəni sırada Elşad Abdullayevdən alət kimi istifadə edənlərin ifşası gəlir.
Nə baş verir? Hər halda, DİA.AZ olaraq baş verənlərin mahiyyətini izahlamamıza qədər Mehdiyevin dünənki açıqlamalarını təkrarən bölüşməyimizə ehtiyac var. R. Mehdiyevin açıqlamasında deyilir: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub. Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik... Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.
Biz bu açıqlamada, Ramiz Mehdiyevin müxalifətlə bağlı yaratmaq istədiyi situasiyanı dəyərləndirməyəcəyik. Hər şey aydındır. Amma burada əsas diqqət çəkəni Ramiz Mehdiyevin çöküş mərhələsinin astanasında olması ilə bağlıdır. Artıq PA şefinin hətta istinad nöqtəsi kimi quru bir ağacın quru bir budağına ehtiyacının olduğu tam çılpaqlığı ilə ortadadır. Ramiz Mehdiyev artıq onu nələrin gözlədiyinin tam fərqindədir. Əgər bu gün o, «cəfəngiyyatçı» adlandırdığı Elşad Abdullayevə şəxsən opponentlik edirsə, deməli, məsələ başqadır. Halbuki dünənə qədər bu kimi situasiyalarda ilk əvvəl susurdular və sonradan ya hansısa açıqlama formasında, ya da PA-nın şöbə müdiri Əli Həsənovun dili ilə məsələyə «öldürücü» reaksiya verirdilərsə, indi artıq tamam fərqi şərait yaranıb. Ramiz Mehdiyev özü danışır.
Ola bilsin ki, kimsə onun əvəzindən danışmaq istəmir. Və ola bilsin ki, artıq onun bütöv administrasiyanın adından danışmaq yetkisi yoxdur. Halbuki yenə də öz ünvanına olan ittihamları yenə də PA-nın ümumi adına paylaşma cəhdini də «bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb» ifadəsi ilə ortaya qoyub. Yəni əslində Elşad Abdullayev konkret bir şəxsi hədəf kimi göstərir, amma Ramiz Mehdiyev cəbhə genişləndirməsinə cəhd edir. Və buradan məsələnin nə yerdə olduğu yenə də bəlliləşir.
Təbii ki, biz Elşad Abdullayevin müqəddəs bir sima olduğunu iddia etmirik. Və biz də yaxşı bilirik ki, bu gün Elşad Abdullayevə qarşı konkret ittihamlar irəli sürən Ramiz Mehdiyevin həmin istiqamətdəki bütün fikirləri həqiqətdir. Həqiqətən də, Elşad Abdullayevə məhz Azərbaycan Beynəlxalq Universitetindəki əməlləri ilə bağlı cinayət işi açıla bilər və adam buna görə mühakimə oluna bilər. Çünki keçmiş rektor ora-bura səpələdiyi milyonlarla puldan danışsa da, nədənsə həmin pulların qaynağı barədə susur.
Amma bu məsələ tamam ayrı bir mövzu olduğundan və bu gün aktual olanı məhz Ramiz Mehdieyvlə bağlı olduğundan bir qədər əhəmiyyətli görünmür. Yəni söhbət kiminsə haradan bu qədər pulu əldə etməsindən getmir, söhbət Azərbaycan dövləti adına kimlərinsə siyasi bazarlıq açmasından, insanları oğurlamasından, böyük pullar uğrunda acımasız mübarizədən və bütün bunların altında çox ciddi imzaların dayanmasından gedir.
Və aydın olanı odur ki, Ramiz Mehdiyevin bu gün qarşı tərəfə xəfif ruhlu bir hədələyici ismarıc yollaması faktı fonunda ortaya konkret bir mənzərə çıxmaqdadır: PA şefi həqiqətən də yol üstündədir və bu yolçuluğu tək onun yox, bir çoxlarının siyasi karyerasının bitiş nöqtəsi olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48 |
|
|
|
|