Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                 

ƏLİ HƏSƏNOV OLİQARXLARIN TƏŞKİLATINA QARŞI
Tarix: 16-11-2012, 10:29 | Çap et
ƏLİ HƏSƏNOV OLİQARXLARIN TƏŞKİLATINA QARŞI
PA RƏSMİSİNİN QƏZETİNDƏ DAHA BİR İLGİNC MƏQALƏ

DİA.AZ: - Hakimiyyət mətbuatının Rusiyada yaşayan bir qrup Azərbaycan əsilli iş adamının yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqına qarşı kampniyası davam edir. Bildirək ki, artıq bu hücumlar ənənə halını alıb və hətta RATİ-də president İlham Əliyevin qudası, tanınmış iş adamı Araz Ağalarovun da fəal iştirakı belə hücumların durdurulmasına nədən ola bilmir. Bu isə iqtidardaxili durumun və həmçinin RATİ projesində birbaşa maraqlı tərəf kimi çıxış edən Rusiya ilə münasibətlərin gərginlik həddinin həddən-ziyadə olması ilə əlaqələndirilə bilər.

DİA.AZ bildirir ki, rəsmi Bakıya basqı kimi dəyərləndirilən RATİ-dəki sahibkarkları və hətta bu gün övladı Azərbaycan Milli Məclisinin mandatını cibində gəzdirən Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovu bu dəfə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun kurasiyasında olan “Kaspi” qəzeti sərt formada tənqid edib. Hətta “Oliqarxiya milli elitadırmı?” başlıqlı yazını oliqarxların ünvanına səslənən ittiham kimi də dəyərləndirmək olar.

Həmin yazını olduğu kimi diqqətinizə təqdim edirik:

“Yalnız öz cibini düşünərək Azərbaycanın maraqları naminə bir sent də xərcləməyən milyarderlər millətin elitası sayıla bilməz

Bütün dövrələrdə Azərbaycanın yaxşı pul qazanan oğulları olub. Başqa sözlə desək, bizimkilər harada olmalarından asılı olmayaraq, “daşdan pul çıxarmağı” bacarıblar. Amma iş təkcə pulu qazanmaqda deyil, qazanılan pulu xərcləməyi də bacarmaq lazımdır. Əbəs yerə demirlər ki, pulu məqsədyönlü xərcləmək qazanmaqdan daha çətindir. Bu baxımdan hər bir kəs qazandığı pulun məsuliyyətini də anlamalıdır. Yəni qazanılan böyük pullar təkcə qazananların cari xərclərinin ödənilməsinə deyil, həm də onların təmsil etdiklərin millətə, insanlığa xidmət etməlidir.

Tarixə adını yazan kişilər

Amma orası da var ki, hər milyonçu da qazandıqlarını millətə xərcləyə bilmir. Buna nə qədər böyük ehtiyac olduğunu müəyyənləşdirmək, əliaçıqlıq nümayiş etdirmək hər kişinin işi deyil axı. Üstəlik, pulların hansı yollarla qazanılması da bu mənada xüsusi rola malikdir. Bir el məsəlində deyildiyi kimi, oğrudan pul ummaq da çətin məsələdir. Hələlik bu məqamı bir kənara qoyub, qazanılan milyonlardan xalq üçün istifadə məsələsinə qayıdaq. Bunun bariz nümunəsi kimi biz XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış adlı-sanlı azərbaycanlı neft milyonçularını göstərə bilərik.

Məlum olduğu kimi, həmin illərdə neft sənayesinin inkişafı ilə Bakıda xeyli sayda azərbaycanlı milyonçu peyda olmuşdu. Üstündən bir əsrə yaxın vaxt keçsə də, gördükləri işlər 70 il ərzində sovet rejimi tərəfindən gizlədilsə də, bu gün Azərbaycan xalqı onları yaxşı tanıyır.

Halbuki Azərbaycanda neft sənayesinin inkişafa başladığı dövrdə neft verən torpaqları satın almış sahibkar arasında Azərbaycan milli kapitalı çox cüzi yer tuturdu. Belə ki, neft yataqları olan yerlərin 13-dən 2-si, 163 neft quyusundan isə cəmi 21-i azərbaycanlı sahibkarlara məxsus idi. Yalnız XX əsrin əvvəllərindən başlayaraq milli burjuaziya nümayəndələrinin mövqeyi bir qədər qüvvətlənməyə başlayır. Onların içərisində Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov və başqaları fərqlənirdilər. Azərbaycanlı neft sənayeçiləri arasında Aşurbəyov qardaşları, Məmmədov, Malikov, Həsən Mustafayev, Mirtağı Mirbabayev, İsabəy Hacınski kimi nisbətən varlı neft sənayeçiləri də var idi. 1914-cü ilə aid məlumata görə, artıq Bakıda 58 azərbaycanlı kapitalistə məxsus olan 83 firma var idi.

«El atası»

Bu cür məhdud imkanlara baxmayaraq, keçən əsrin əvvəlində yaşamış neft milyonçuları tarixə öz adlarını yaza biliblər. Onların içində «El atası» kimi tanınan Hacı Zeynalabdin Tağıyevin adını xüsusilə vurğulamaq yerinə düşərdi. Hacı Zeynalabdin Bakı milyonçuları arasında ən varlısı olmasa da, tarixdə onların hamısından çox iz qoyub. Görəsən niyə? Gəlin bir az bunun səbəbləri haqqında düşünək. Tarixə ekskurs edərək bu qənaətə gəlmək olur ki, buna səbəb H.Z.Tağıyevin millət, xalq üçün etdikləridir. O, çox da uzun tarixi əhatə etməyən milyonçuluğu dövründə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan addımlar atmağı bacarıb. Bakıda ilk dəfə Qızlar Seminariyası açıb, Azərbaycanın ziyalılarını, düşüncə sahiblərini qanadı altına alıb, qəzetlərə sponsor dəstəyi verib. Aralarında Nəriman Nərimanovun da olduğu azərbaycanlı gəncləri xarici ölkələrdə ali təhsil almaq üçün seçib göndərib. Bununla da kifayətlənməyib Səttarxan Hərəkatını maliyyələşdirib.

Belə də xəsis olar?

Milyonçular arasında xəsis kimi tanınan Ağa Musa Nağıyev Bakıda 98 bina tikdirib. Onun milyonlarından xalqa nələrin qaldığını əyani şəkildə görmək bugünkü Bakının 28 May küçəsini gəzmək kifayətdir. Onun tikdirdiyi “İsmailiyyə” binası Şərq memarlığının incisi kimi qəbul olunur və bu gün də millətin ixtiyarındadır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu binada yerləşir. H.Z.Tağıyev və Musa Nağıyevin birgə işi olan Bakıya Şollar suyunu gətirən kəmər isə yüz ildən artıqdır ki, insanlara xidmət etməkdədir.

Azərbaycanda xeyriyyəçiliyin əsasları da məhz XIX əsrin sonları, XX əsrin əvvəllərində – milyonçuların dövrünə təsadüf edir. Azərbaycanda kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durmaq, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək üçün xeyriyyə fondunun yaradılması buna misal ola bilər. Xalqımızın ictimai fikir tarixində xüsusi yeri olan böyük maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlı olan bu fond kasıb təbəqənin təhsil problemlərinin həllində xüsusi rol oynayırdı. Fondun maliyyəsi də məhz milyonçulardan gəlirdi.

O vaxtkı Bakı milyonçularından Murtuza Muxtarovun tikdirdiyi indiki Səadət Sarayı da memarlıq baxımından bugünkü Bakının incilərindən hesab olunur. Bu da təsadüfü deyil. O vaxt M.Muxtarov həmin binanın tikintisi üçün polyak mənşəli memar İosif Ploskonu Bakıya dəvət etmişdi.

Bu misalları da bir qədər də uzatmaq da olar. Çünki o vaxtkı Bakı milyonerlərinin bu cür tarixdə qalan əməlləri saymaqla qurtaran deyil. Hətta əyləncəyə meyilli milyonçu Murtuza Muxtarovun nəinki Bakıda, hətta Vladiqafqazda tikdirdiyi məscidlərdən bu gün də istifadə edirlər.

Dövrümüzün varlıları… oliqarxları…

Bu, keçən əsrin əvvəllərində yaşayan milyonçuların qoyub getdiyi irsdir. Bəs müasir dövrümüzün milyarderləri necə onların yolunu davam etdirə bilirlərmi? Sirr deyil ki, SSRİ-nin dağılmasından sonra Rusiyada da xeyli sayda azərbaycanlı iş adamı parlamağa başladı. Azərbaycan ictimaiyyəti onların adını bu əsrin əvvəllərindən sıx-sıx eşitməyə başladı. Nümunə kimi, «Forbes»in səhifələrini bəzəyən azərbaycanlı milyarderləri göstərə bilərik.

Rusiyanın dünyaca tanınmış Lukoyl neft şirkətinin rəhbəri olan Vahid Ələkbərovun varidatının məbləği 10 milyard dolları keçib.

Moskvanın keçmiş meri Yuri Lujkovun yaxın dostu kimi tanınan Telman İsmayılovun AST Şirkətlər qrupu da geniş imkanlara malikdir. «Forbes» 2007-ci ildə onun varidatını 620 milyon manat həcmində dəyərləndirib. Bundan sonrakı illərdə varidatını sürətlə çoxaldan T.İsmaylov Rusiyadakı azərbaycanlı milyarderlər sırasına daxil olub. Onun hazırda Ukrayna və Türkiyədə də biznesi var.

Rusiyanın «Nordqaz» şirkətinin rəhbəri olan Fərhad Əhmədov da qonşu ölkədə məşhurlaşan azərbaycanlı milyarderlərdəndir. Onun da Rusiyada böyük biznes şəbəkəsinin olduğu bildirilir. Əmlakının həcmi milyardlarla dollardır.

Rusiyadakı daha bir tanınmış azərbaycanlı milyarder İsgəndər Xəlilovdur. Bu şəxs uzun müddətdir şimal qonşumuzun müxtəlif şəhərlərində yaxşı biznes qurub. Onun Avropa ölkələrində, elə Azərbaycanın özündə də yaxşı biznesi var. Var-dövlətinin məbləği bir neçə milyard dollarla ölçülür.

Son vaxtlar dəbdə olan milyarderlərdən Söyün Sadıqov da 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışarkən varlanmağa başlayıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

Bu milyarderlərdən xalqa nə?

Təbii ki, ölkə xaricində özünə iş qurub milyarderə çevrilən şəxslərin olması qürurvericidir. Soydaşlarımızın adının Rusiyanın digər millətlərdən olan iş adamları ilə bir sırada olması azərbaycanlıların iş görmək, pul qazanmaq istedadlarının həqiqətən yüksək səviyyədə olduğunu təsdiqləyir. Bunlar məsələnin bir tərəfidir, digər tərəfi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın, sadə azərbaycanlıların bu milyarderlərdən sadə dillə desək nə əldə etmələridir. Təəssüf ki, onların fəaliyyətini izlədikdə, demək olar ki, heç birinin millətin gələcəyinə hesablanmış, maarifçilik xarakterli addımlarını görmək mümkün olmur. Onlar sanki qazandıqları milyardları daha da artırmaq və övladlarına daha böyük miras qoymaq uğrunda yarışa gəriblər. Milli maraqlar, maarifçilik, imkansızlara sistemli şəkildə əl tutmaq, azərbaycanlı gənclərin dünyanın tanınmış universitetlərində təhsilinə yardım göstərmək kimi işlərdə onların hər hansı bir addımını müşahidə etmirik. Bəlkə qohum-əqrəbalarının bu kimi problemlərini həll edirlər, amma bunun ümumxalq səviyyəsində edilməsi hallarına rast gəlinmir. Müasir milyarderlərimiz soydaşlarımızın üzləşdikləri kompleks problemlərin həllinə də lazımi dəstək verə bilmirlər. Məsələn, bu gün Rusiyada ermənilərlə dostluq görüşləri keçirən milyarder Söyün Sadıqov doğulub boya-başa çatdığı Gürcüstanda sistemli təzyiqlərə məruz qalan azərbaycanlıların harayına yetişmir, heç olmasa baş verənlərdən narahat olduğunu büruzə verən açıqlamalar vermir. Sanki bu problemin ona heç bir aidiyyatı yoxdur. Bütün bunlar yaşamaqda olan müasir oliqarxlarımızın milli təəssübkeşlik hisslərinin yumşaq desək, aşağı səviyyədə olduğunu göstərir.

Pulun mənbəyini de!

Təbii ki, bu, səbəbsiz deyil. Bunu ilk növbədə qazanılmış pulun mənbəyində axtarmaq lazımdır.
Halbuki müasir dünyamızda milyarderlər qazandıqları pulları ictimai işlərə, milli problemlərin həllinə yönəltmək ənənələri var. Gözümüzün qabağında erməni milyonçular Ermənistanın neçə illərdir ayaqda durmasını təmin edirlər. Səfalət içində yaşayan Ermənistanda dünyanın müxtəlif ölkələrindəki erməni milyarderlərin hesabına yollar çəkilir, infrastruktur formalaşdırılır.

Bütün dünyada məşhur olan Soros Fondunun yaradıcı olan Corc Soros da hamıya yaxşı məlum olan əla təcrübəsi var. Fond bazarlarındakı aktivliyi, birja tənzimləmələri sahəsindəki bacarığı hesabına böyük gəlirlər əldə edən bu şəxs qazancının böyük bir hissəsini Soros Fondu vasitəsilə demokratik dəyərlərin – Avropa-Qərb ideologiyasının yayılmasına xərcləyir.

Bu yerdə belə bir sual meydana çıxır: Məgər bizim milyarderlərin pulları onun pulundan azdır? Əlbəttə ki, yox. Prosesləri izlədikdə görürük ki, bizimkilər öz var-dövlətlərindən heç bir sent də Azərbaycanın maraqları yolunda xərcləməyiblər. Aradan ötən illər ərzində onlar yalnız öz ciblərini düşünüb, qazandıqları birin iki olması üçün çalışıblar. Bunu onların yaxın dostları da etiraf edirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, yalnız öz cibini düşünən, mili problemlərdən xəbərsiz olan şəbəkə heç vaxt milli elita hesab oluna bilməz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru