Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi - Və yaxud Londonadək tüstüsü çıxan korrupsiya tonqalı
Tarix: 12-12-2024, 14:37 | Çap et
Paşinyanın partiyasından deputat olan Ovik Ağazaryan mandatdan imtina edib. Buna səbəb Korrupsiyaya Qarşı Mübarizə Komitəsində onun kiçik mal-qara biznesinə sponsorluq etməsinin üzə çıxması olub. Davranış və hərəkətləriylə komandasının reputasiyasına ciddi xələl gətirdiyini etiraf edib və partiya yoldaşlarından üzr istəyib. Düşmən də olsa siyasi əxlaq baxımdan təqdirəlayiq addımdır. Kiçik mal-qara biznesinə görə mandatından imtina edən erməni deputatdan ibrət götürəcək Azərbaycanlı deputatlar da var. Azərbaycan qanunvericiliyi də deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Lakin buna baxmayaraq, bəzi deputatlar bunu görməzdən gəlir. Belə deputatlardan biri də Cavanşir Feyziyevdir.
Londonadək tüstüsü çıxan korrupsiya tonqalı
Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı var. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Dərman sabotajı, “Avromed” monopoliyası və Quska…
Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Tək konstitusiyaya yox Prezidentə də arxa çevirir
Bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir? Müstəqil media araşdırmaçı ilə ortaya çıxan faktları cumhuriyyet.az olaraq təqdim edirik: Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar 1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb); 2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb); 3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb). Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir. Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.
Tütün işində də onun adı var
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur. Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.
***
Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Amma deputat indiyədək biznesi ilə bağlı iddiaları təkzib etməyib.
cumhuriyyet.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10 |
|
|
|
• Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06 |
|
|
|
• «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55 |
|
|
|
• Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53 |
|
|
|
• Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52 |
|
|
|
• Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48 |
|
|
|
• Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu gün, 10:46 |
|
|
|
• "3-cü sinif dərsliyində 9 yaşlı uşaq üçün bu nə şeirdi?" - ETİRAZ
Bu gün, 10:40 |
|
|
|
• Heydər Əliyev sarayında 40 qəpiklik su 3 manata satılır! - Komediya içində komediya
Bu gün, 10:33 |
|
|
|
• Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, AMMA... - Ermənistandan cavab yoxdur!
Bu gün, 10:18 |
|
|
|
• Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Bu gün, 10:17 |
|
|
|
• Qazaxda ŞOK QALMAQAL: Torpaq sahələrinə erməni `kupçası` - BU NƏDİ BELƏ?..
Bu gün, 10:09 |
|
|
|
• "Sən nəyə hazırsansa, o da sənə hazırdır" - FOTO
Bu gün, 10:07 |
|
|
|
• İrəvan Azərbaycana silah satılmaması üçün hər şeyi etməlidir - Köçəryan
Bu gün, 10:05 |
|
|
|
• Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? - Camaat narazıdır... TROLLARSA MƏMNUN!
Bu gün, 10:03 |
|
|
|
• Dövlət büdcəsindən ayrılan yardımın artırılmasına partiyalardan REAKSİYA
Bu gün, 09:56 |
|
|
|
• Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
• Qərb regionda genişmiqyaslı təxribatlara hazırlıq görür - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• "Ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir" - deputat
Bu gün, 09:47 |
|
|
|
• İsmayıl Məmmədov idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 09:43 |
|
|
|
• 24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Bu gün, 09:42 |
|
|
|
• “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
Bu gün, 09:33 |
|
|
|
• Sahibkardan pul yığmağın yeni “dəbi” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:29 |
|
|
|
• Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq - GƏLİŞMƏ
Bu gün, 09:28 |
|
|
|
• Tramp üçün Ermənistan sadəcə “163-cüdür” – Sərkisyan
Bu gün, 09:26 |
|
|
|
• Şamaxıda yolların təmiri 621 min manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:23 |
|
|
|
• Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “Avropa Ermənistanı qoruya bilməz” – erməni politoloqdan sensasiyalı AÇIQLAMA
Bu gün, 09:16 |
|
|
|
• Qarabağ qazisi etiraz etdiyinə görə İŞDƏN QOVULUB... - MÜRACİƏT
Bu gün, 09:14 |
|
|
|
• Cənab nazir... soğanın başını buraxın... PAMBIQ ƏLDƏN GEDİR! - VİDEOFAKT
Bu gün, 09:06 |
|
|
|
• Can ay fəhlə... sənin hələ pensiya dərdin də var... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52 |
|
|
|
• Gəncə təhsilini elə batırıblar ki... - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• Zay məhsul satmaqları bir yana... - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
Bu gün, 08:26 |
|
|
|
• Yollarımızı çirkinləşdirən AYNA... - ETİRAZ
Bu gün, 08:21 |
|
|
|
• Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Bu gün, 07:55 |
|
|
|
• Ermənistanda türk partiyası yaradılacaq – Çaxoyan
Bu gün, 07:14 |
|
|
|
• Bəşər Əsəd bu halda həbs olunacaq - Azərbaycanlı siyasətçidən ilginc açıqlama
Bu gün, 07:11 |
|
|
|
• Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
Bu gün, 07:09 |
|
|
|
• Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər – Genişmiqyaslı müharibə riski qalır
Bu gün, 06:18 |
|
|
|
• BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
Bu gün, 06:14 |
|
|
|
• "Xahiş edirəm, bu söhbətə son qoyun"
Bu gün, 00:48 |
|
|
|
• “Ölkə tam xaos içindədir”, amma... - Suriyalıların gələcək ümidi
Bu gün, 00:34 |
|
|
|
• Azərbaycanda 18 illik audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda beton şirkəti bağlanır
Bu gün, 00:02 |
|
|
|
|