Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                 

ƏDLİYYƏ NAZİRİNİN HİMAYƏ ETDİYİ TALANÇILIQ
Tarix: 4-11-2012, 10:44 | Çap et
ƏDLİYYƏ NAZİRİNİN HİMAYƏ ETDİYİ TALANÇILIQ
“BANK OF BAKU”DAKI FIRILDAQLARA ƏDLİYYƏ NAZİRLİYİ ŞƏKKSİZ ŞƏRİKDİR

DİA.AZ: - Redaksiyamıza adı İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilən və bu gün Azərbaycanın banl sektorunda kifayət qədər ciddi mövqedə dayanan “Bank of Baku” ilə bağlı xeyli sayda vətəndaş şikayəti daxil olub. Həmin materialları davamlı olaraq diqqətinizə çatdırmaq qərarını vermişik və ilk olaraq onlardan birini təqdim edirik. ««Bank of Baku» məni ölüm həddinə çatdırıb». Bu sözləri Bakı sakinlərindən birinin DİA.AZ-a ünıvanladığı şikayət məktubunda yer alıb. Şikayətçi bildirir ki, bir il əvvəl aldığı maşını «Bank of Baku» tərəfindən qanunsuz olaraq əlindən alınıb:

«Cəmi üç ay gecikməm oldu. Bu da maşınla qəza törətməyimlə bağlı idi. Və bildirim ki, maşınım ailəmi dolandıra bilməm və bankın kreditini ödəyə bilməm üçün yeganə vasitəm idi».

Məktubda şikayətçi qeyd edir ki, əvvəllər vaxtlı-vaxtında krediti ödəsə də, məhz başına gələn qəzadan sonra müəyyən axsamalar yaranıb: «Bankın işçiləri də sanki bunu gözləyirmiş. Maşınımı qapımdan qanunsuz olaraq götürdülər. Sonra da başladılar maşınıma müştərilər axtarmağa. Hətta məndən maşınımın satılmasına zorla razılıq istəyirdilər. Mən də razılaşmadım. Bundan sonra məni maşınımın hərraca çıxarılacağı ilə hədələdilər və mənə bildirdilər ki, maşınım hərracda dəyərindən aşağı qiymətə satılacaq. Mən də onlara baş salmağa çalışdım ki, siz hərracın nəticələrini indidən necə bilə bilərsiniz. Bu da onlara kar etmədi. Və artıq maşınım hərraca çıxarılıb».

Şikayətçi bildirir ki, bir neçə günə maşını satılacaq: «Əgər bu baş verərsə, özümü öldürəcəm. Çünki bu maşın ailəmi dolandıra bilməm üçün yeganə qazanc mənbəyim idi. Və bütün əlimdə olan ailəmin qızıllarını sataraq bu maşın üçün ilkin ödəniş eləmişdim. Əgər maşınımı satacaqlarsa, intihardan başqa yolum qalmır».

Onu da xatırladaq ki, arxasında hakimiyyət içindəki iranmeyilli qüvvələrin dayandığı «Bank of Baku» hazırda ən çox şikayət olunan bank kimi diqqətə gəlib. Müştəriləri ilə amansız rəftarı bu bankın himayədarlarının gücünün təzahürü kimi də qəbul olunur. Məhz buna görə də «Bank of Baku» çox rahat-rahat ədliyyə nazirliyinin işçilərini də satın ala bilirlər.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli məlumatlarda bildirilirdi ki, bu bank vasitəsilə İranın xüsusi xidmət orqanlarına aid çirkli pullar yuyulmaqdadır. Bir ay ərzində İrandan qara yollarla ötürülən 5 milyon dollar məhz «Bank of Baku»nun «çistilişe»lərində təmizlənir.

Bundan əlavə, bu bankın eyni zamanda «Hyundai Auto Azerbaijan» şirkəti ilə ortaq şəkildə vətəndaşlara divan tutması da mətbuatda səslənən fikirlərdəndir. Bildirək ki, «Hyundai Auto Azerbaijan» şirkəti əslən İrandan olan və ETTEALAT-la mübhəm əlaqələri olan Oromi ailəsinə məxsusdur. Eyni zamanda bu ailənin sahiblik etdiyi NAB şirkəti də «Bank of Baku»nun əsas payçılarından biridir. Bu ailənin varidatları sırasında «Baku Electronics» kimi mühüm bir struktur da yer almaqdadır. Hər halda, belə bir imkan çevrəsinin Azərbaycanda hansı səviyyəli əlaqələrə malik olmasını təxmin etmək o qədər də çətin deyil.

Təbii ki, bu əlaqələr də öz növbəsində Azərbaycan vətəndaşlarına divan tutulması üçün də münbit şərait yaradır. Məhz «Bank of Baku»nun müştərisi olma səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının əmlakı əlindən alınıb. Bu bankdan kredit götürən onlarla vətəndaşımızın bu gün evlərini satışa çıxardığı da faktdır.

DİA.AZ-a ötürülən məlumatda isə bildirilir ki, «Bank of Baku»nun fırıldaq yolu ilə vətəndaşları talamasında iştirakçılardan biri də Ədliyyə Nazirliyidir: «Məhz bu nazirlikdə qurulan saxta hərraclar yolu ilə vətəndaşların kreditlərinin müqabilində olan əmlakları dəyər-dəyməzinə satılır. Halbuki satış hüququ kredit alan vətəndaşda olsaydı, onu istədiyi qiymətə sata bilərdi».

Mənbəmiz bildirir ki, hətta bu işdən nazir Fikrət Məmmədovun da məlumatı var: «Hər halda, nazirin bu işlərdən xəbərsiz olması qeyri-mümkündür. Çünki hərraclar nazirin birbaşa diqqətindədir».

Mənbənin sözlərinə görə, ilk əvvəl vətəndaşların əmlakını nisbətən münasib qiymətə satışa çıxaran «Bank of Baku» nümayəndələri sonradan maxinasiyalar yolu ilə əmlakın qiymətini öldürürlər: «Yalandan hərrac elan olunur, amma təşkil edilmir. Çünki hərracda həqiqi alıcıların iştirakı təmin edilmir. Bundan sonra ikinci hərrac təşkil olunur. Bu da saxta sənədlər üzərində baş verir. Hətta əmlakın sahibi olan vətəndaş israr etsə belə, yenə də eyni ssenari işə düşür. Çünki xəbəriz olan real müştərilərin hərracda iştirakları mümkünsüzdür. Bu yolla kredit müqabilində qoyulan əmlakın qiyməti öldürülür».

Mənbə bildirir ki, vətəndaşların əmlaklarını bu şəkildə dəyər-dəyməzinə satan «Bank of Baku» yönəticiləri əslində bu xalqın düşmənləridir: «Hər halda, düşmən olan kəs insanlarımızı bu yolla müflisləşdirər. Buna dövlət adına işlənən, dövlətin də şərik olduğu TALAN SİYASƏTİ də demək olar».

Onu da bildirək ki, “Bank of Baku”nun kredit məngənəsi hesabına vətəndaşları talama cəhdləri tək bununla da bitmir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, sözügedən bank imkanı olmayan, ödəmə qabiliyyəti olmayan müştərilərə hətta “çıxış yolu” da təklif edir.

Belə ki, DİA.AZ-a bu barədə məlumat verən vətəndaşlardan birinin sözlərinə görə, onun sözügedən banka kredit borcu olub və naraqlı bir situasiya ilə üzləşib:

«Neçə müddətdir ki, maddi durumum pisləşdiyindən artıq kreditimi ödəyə bilmirəm. Banka girov qoyduğum maşından taksi kimi istifadə edirdim və 2 il ərzində həmin maşınım da bir neçə dəfə qəza keçirdiyindən, ciddi qiymətə getmir. Banka olan hazırki borcumun miqdarı isə 8 min manatdır. Maşınımı isə real olaraq 4500 dollara ancaq sata bilərdim. Artıq maşınımı da əlimdən alıblar və özləri də görüblər ki, real qiyməti borcumdan çoxdur. Ona görə də məni yenidən sıxmağa başlayıblar və mənimlə digər əmlakımın - evimin üzərində yeni müqavilə bağlamaq istəyirlər. Mən isə onlara bildirirəm ki, banka pulun müqabilində qoyulan əmlak, yəni risqə atılan əmlak maşın olub və bununla kifayətlənməlisiniz. Amma buna baxmayaraq məni yenə də sıxırlar və yeni müqavilə imzalamağa vadar etmək istəyirlər».

Hər halda, bu hadisəni biz bank tarixində «yenilik» kimi də qəbul etməliyik. Təbii ki, yaxşı mənada yox…

«Hələ utanmadan reklam da edirlər. Camaata guya ki, aşağı faizlərlə kredit təklif edirlər. Sizin redaksiyanız vasitəsilə bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Onlara adlanmayın. Hamısı fırıldaqdır. Mən yanmışam, istəmirəm, kimsə də yansın». Bu sözlər isə bir başqa şikayətçimizə aiddir. Bildirək ki, «Bank of Baku»nun son günlərdə kredit reklamına girişməsi bir qrup paytaxt sakininin narazılığı ilə qarşılanıb. Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, onlar da zamanında «Bank of Baku»nun şirin vədlərinə aldanıblar: «Nəticədə bu gün hər şeyimiz əlimizdən çıxıb. Hələ də banka pul ödəyirik. Əslində onlar talançıdırlar».

Başqa bir şikayətçi isə bildirir ki, o, məcburi qaydada «Bank of Baku»nun müştərisinə çevrilib: «Özümə «Hyundai» markalı maşın aldım. Mənə avtosalondan «Bank of Baku»nu məsləhət gördülər. Halbuki mən «Unibank»ın əvvəllər müştərisi olmuşdum. Amma avtosalondan onların kredit məsələsində yalnız «Bank of Baku» ilə əməkdaşlıq etdiklərini bildirdilər. Mən nə biləydim ki, bunların hamısı bir adamdır. Sonradan öyrəndim ki, sən demə, bunların hamısı İrana işləyirmişlər və onları «NAB» şirkətinin sahibi olan Oromi qardaşları yönəldir».

Daha sonra vətəndaş məktubunda bildirir ki, onun avtomobil aldığı «Hyundai Auto Azerbaijan» şirkətinə məxsus olan avtosalon «Azərbaycan» Dövlət Nəşriyyatı ilə üzbəüz yerləşir: «Oranın sahibi də iranlı idi. Halbuki nədənsə bunu gizlətdi. İndi başa düşürəm ki, bu adamlar Azərbaycanda Türkiyə şirkəti kimi fəaliyyət göstərirlər. Halbuki İrana bağlıdırlar».

Daha sonra bir neçə günlük ödəmə gecikməsinin qurbanı olduğunu bildirən şikayətçi vurğulayır ki, sanki əlinə fürsət düşən «Bank of Baku» əməkdaşları onun maşınına qanunsuz olaraq həbs qoymaqla yanaşı, həm də qanunsuz məhkəmə qərarları çıxararaq nəhayətdə maşınının satışına da nail olublar: «İndi öyrənmişəm ki, onlar bir mafiya imiş. Ədliyyə nazirliyinin hərraclarında da adamları var. Elə bir şərait yaradırlar ki, nəhayətdə vətəndaş öz maşınını əldən verməli olur. Qanunsuz simvolik hərraclar keçirib vətəndaşdan alınan maşını öz adlarına keçirirlər. Sonradan isə cəmi bir ay sürülmüş maşını baha qiymətə satırlar».

Bütün hüquqi instansiyalara müraciət edən «Bank of Baku»nun qurbanları həmin fırıldaqçıların Azərbaycanda bəzi məmurlar tərəfində də himayə olunduğunu iddia edirlər: «Əgər belə olmasaydı, İran agenturası ilə adı yan-yana çəkilən bu bankir mafiyasına qarşı hansısa ölçü götürülərdi. Deməli, «yuxarıda» kiminsə boğazını yağlayırlar ki, onlara da «gözün üstündə qaşın var» deyən yoxdur».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Dünən, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Dünən, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Dünən, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Dünən, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Dünən, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Dünən, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru