Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                     Məhkəmə "Azercell"lə bağlı .....                     Sabiq icra başçısının qardaşı oğulları .....                     Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                 

YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
Tarix: 30-09-2012, 14:29 | Çap et
YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
“KASPİ” QƏZETİ AZƏRBAYCANDA İNŞAAT İŞİNİN BƏRBADLIĞINDAN YAZDI

Azərbaycanda tikinti sahəsinin hələ tam formalaşmadığını ekspertlər dəfələrlə vurğulayıblar. Bunlara baxmayaraq, bu işlə məşğul olan şirkətlər öz istədikləri kimi tikinti aparırlar. Dünən səhər şahidi olduğumuz bir mənzərə vəziyyətin necə təhlükəli olduğunu bir daha göstərdi.
Əvvəlcə qeyd edək ki, bu günlərdə redaksiyamıza bir məlumat daxil olmuşdu. Məlumatı verən Bakı şəhər sakini Həzi Aslanov mertostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində yaşayır. O, şikayətində bildirirdi ki, yaşadığı bina ilə üzbəüz binanın qarşısında dərin bünövrə qazılıb. Bu, köhnə binaya bitişik olduğundan, mövcud hündürmərtəbəli binanın özülü qazılıb və bir neçə aydır ki, belə də qalır. Dünən sözügedən ünvanda olduq.

Vəziyyət həqiqətən də məlumatda deyildiyi kimi idi. Yəni yeni qazılan bünövrə köhnə hündürmərtəbəli binanın özülünü dərinliyə doğru açıb. Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, bu özül təxminən iki aydır ki qazılıb. Amma tikintiyə yeni başlanılıb. Onu da öyrəndik ki, tikinti “Babək” MMC-yə məxsusdur. Tikintinin sahibi isə hər kəsin “hacı” kimi tanıdığı bir şəxdir. Yerli sakinlərin məlumatına görə, bu şəxsin insani keyfiyyətləri demək olar ki, yoxdur. Bir az sona özümüz də onun qeyri-insani keyfiyyətlərinin şahidi olacaqdıq.

Ərazi ilə tanış olarkən bir neçə şəkil çəkdim. Sən demə, “hacı” deyilən şəxs məni görübmüş. Sonuncu şəkli çəkəndə özülün o biri başında məni çağırdı və mənə doğru addımladı. Sakit şəkildə ona yaxınlaşdım. “Sən kimsən ki, şəkil çəkirsən?”- deyə, qolumdan tutdu: “Burda yaşayırsan, niyə çəkirsən, davay cəhənnəm ol burdan”. Onun bizimlə təhqiramiz danışdığını xatırladıb, lazımi cavabı verərək həddini bildirdim və sakit tərzdə ərazini tərk elədim. Amma görünür, yamanca səksəkəyə düşmüşdü. Çünki onun necə çəkindiyini gözlərindən görmək mümkün idi. Düşündüm ki, əgər bu insan qanun çərçivəsində öz işini görürsə, bəs niyə adi bir şəkildən qorxur? Yaxud niyə ətrafdakı sakinlərə orada nə tikiləcəyi ilə bağlı məlumat vermir? Hətta ərazinin komendantı belə bu barədə heç nə bilmədiyini deyir.

Qeyd edək ki, ekspertlər paytaxtda bu kimi qeyri-qanuni tikililərin çox olduğunu təsdiqləyir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bizimlə söhbətində xatırlatdı ki, mövcud tikinti normaları var. Bu normalara görə, yan-yana olan binalar arasındakı məsafəyə o qədər də tələb yoxdur. Amma üz-üzə tikilən binaların arasındakı məsafə isə hündürlüyünün 1.5 misli qədər olmalıdır: “Ancaq dediyiniz məqama gəldikdə isə, deyə bilərəm ki, əgər eyni yerdə iki binanın tikintisi nəzərdə tutulursa, sonradan digər binan özülünü qazmamaq üçün hər ikisinin bünövrəsi əvvəlcədən qazılmalıdır. Əks halda, bunlar yolverilməzdir”.

Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, Bakı şəhərində inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının əksəriyyətində memarlıq, şəhərsalma, tikinti normaları ilə bağlı çoxlu problemlər var: “Binaların əksəriyyətinə kommunal xidmət qurğularının olmaması səbəbindən yanacaq verilməsi mümkün olmur. Bu binalara qaz xətləri çəkilsə də, daxili şaxta və havatəmizləyici sistemi olmadığından qaz verilmir. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin bir çoxu təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilib. Dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi halları çoxalıb”. C.Qocayevin sözlərinə görə, bir çox şirkət hələ də sovet dövründən qalma normativlərlə işləyir. Şirkətlər 5 və 9 mərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmuş qaydalardan 12, 14, 16 mərtəbəli yaşayış binalarının tikintisində istifadə edirlər”.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova isə qeyd etdiyimiz problemə belə şərh verdi: “Bir bina ilə üzbəüz müvafiq məsafə olmadan bina tikilməməlidir. Onlar arasındakı məsafə 2 H-a bərabərdir. Yəni binanın yerdən təpəsinə qədər olan məsafə qədər. Əgər binalardan biri hündür, biri alçaqdırsa, hər ikisinin hündürlüyü toplanır və bu qədər araları olmalıdır. Bu, şəhərsalmanın qanunudur. Dediyiniz ünvan əgər sürüşmə zonasıdırsa, bu, ümumiyyətlə, çox təhlükəlidir. Hər binanın torpağa düşən ağırlığı var. O torpağın ideologiyasına görə həmin ağırlığa dözə bilən konstruksiyası olmalıdır. Bina tikilib başa çatıbsa, demək, onun oturuşmuş konstruksiyası var. Yaxınlıqda tikilən yeni bina da elə məsafədə tikilməlidir ki, əhatə elədiyi torpağın dözümlülüyünə görə otursun. Əgər bu ağırlıq oturmursa, özbaşınalıq edib həmin binaya bitişik başqa tikili tikirlərsə, bu çox təhlükəlidir, həmin bina istənilən vaxt sürüşə bilər”.
Z.Budaqova vurğuladı ki, bünövrəni bünövrəyə yapışdırmaq olmaz. Əgər o binaya bitişik bir, ya iki mərtəbəli market, yaxud yeraltı anbar tikirlərsə, bunun təhlükəsi yoxdur. Amma orada yeni hündürmərtəbəli binanın tikilməsi ağlagəlməz bir şeydir, mümkün olan şey deyil”.

Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti şirkətlərinin rəhbərlərinə etdiyi xəbərdarlığı xatırlatmaq yerinə düşər. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə agentliyin rəisi Cəbrayıl Xanlarov tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

Haqqında danışdığımız məsələni FHN-in də nəzərinə çatdırmaq istədik. Amma telefon bağlantısı qura bilmədik. Ümidvarıq ki, bu yazıdan sonra FHN və digər aidiyyəti qurumlar sözügedən ünvanda yenidən yoxlamalar aparacaq. \ kaspi.az \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru