"Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar"
Tarix: 4-12-2015, 09:01 | Çap et
Bəzən jurnalistlərlə sənət adamları arasında konflikt yaranır. Jurnalistlərin verdiyi xəbərlər böyük səs-küyə səbəb olur. Axar.az bu mövzu çərçivəsində jurnalistlərə belə bir sual ünvanlayıb: “Jurnalistika fəaliyyətiniz müddətində hansı yazınız sənətçilər tərəfindən hədə ilə qarşılanıb və hansı sənətçi sizi məhkəməyə verəcəyini deyib?” Ölkə.az-ın müxbiri İntiqam Valehoğlu belə bir hadisə ilə bir dəfə üzləşdiyini bildirib: “12 ildir jurnalistikadayam. Bu müddətdə cəmi bir dəfə məhkəməyə verilmişəm. Bu haqda ətraflı danışmağa lüzum yoxdur. Çünki o zaman bu söhbət çox böyüdü. Əməkdar artist Mətanət İsgəndərlinin məni məhkəməyə verməsini nəzərdə tuturam. Sonda bir sıra ziyalıların və media nümayəndələrinin tövsiyəsi ilə barışıq oldu. Hədə-qorxular da olub. Amma onlardan bəziləri ilə sonradan dostlaşmışıq. Məsələn, bir dəfə əməkdar artist Cavanşir Məmmədovla bağlı yazdığım yazı xoşuna gəlməmişdi. Buna görə məni çox hədələdi. Həm də açıq hədələr – belə elətdirərəm, elə elətdirərəm. Sonra durdu gəldi redaksiyaya. Oturduq, danışdıq və məsələni yoluna qoyduq. Hazırda Cavanşir Məmmədov ünsiyyətim yaxşı olan azsaylı sənətçilərdəndir”. Big.az-ın baş redaktoru Əfruzə Ağayeva belə hadisələrlə tez-tez qarşılaşdığını deyib: “Hələ ki, məhkəməyə verən olmayıb, amma hədələr çox olub. Önəmsəməmişəm, çünki əlimdə mənbə olmadan heç bir xəbəri yazmamışam. Əməkdar artist Elza Seyidcahan, müğənni Səidə Dadaşova və başqa müğənnilərin hədələri olub, ancaq sonra anlaşmışıq”. Axşam.az-ın əməkdaşı Sərvər Mehdiyev bu kimi hadisələrin baş verməsində jurnalistlərin də rolunun olduğunu vurğulayıb: “Bu, jurnalistin özündən də asılıdır. Əgər müğənni dediyi nəyisə təkzib edirsə, jurnalistin buna qarşı sübutu olmalıdır. Bəzən jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar, təhrif edirlər və haqsız duruma düşürlər. Mənim başıma belə bir şey gəlməyib, çünki deyiləni olduğu kimi yazıram və mübahisəli açıqlamalarda səsyazmadan istifadə edirəm. Ümid edirəm ki, bundan sonra anlaşılmazlıq olmaz”. Geccə.az-ın baş redaktoru Zəminə Rüstəmova incikliyə yol verməməyə çalışdığını bildirib: “Məhkəmə olmayıb, adi inciklik olub. Yadıma gəlir, mən “Ayna” qəzetində işləyən zaman Aygün xanım İlhamə Quliyeva haqda müsahibə vermişdi. Buna görə də İlhamə Quliyeva məndən incimişdi. Çünki Aygün xanımla İlhamə Quliyeva küsülü idi. Orada şəxsi yanaşmaydı, jurnalist müdaxiləsi deyildi. Sadəcə, yüngül bir inciklik idi, keçdi getdi. Mənümumiyyətlə qərəzli, mənbəyi olmayan informasiyalar yazmıram ki, məhkəməyə gətirib çıxarsın. Birinci öz qələmimə hörmət edirəm və eyni zamanda haqqında yazdığım insanlara hörmət edirəm ki, şəxsiyyətlərinə toxunmayım”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|