7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                 

"Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq"
Tarix: 11-08-2015, 09:46 | Çap et
"Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq"
Onunla danışanda adama elə gəlir ki, hələ də roldadır. Hətta bəzən düşünürdüm ki, görəsən, danışdıqları həqiqətdir, yoxsa oynadığı hansısa rolun mətnidir? Hərarətli nitqi, tez-tez səsini yüksəldib-alçaltması, pauzalar, durğunluqlar, emosiyaları məni belə düşünməyə vadar edirdi. Amma yox, aktyor İlqar Cahangir öz həyatını danışırdı:

- Sovet dili ilə desək, 1967-ci ildə fəhlə və kəndli ailəsində anadan olmuşam. Ceyranbatan qəsəbəsində böyümüşəm. Orada Mədəniyyət evində dərzilik kursu var idi, anam oraya gedirdi. Hər axşam onun dalınca gedərdim. Qış vaxtı soyuq olduğundan onu Mədəniyyət evinin içərisində gözləməli olurdum. Mədəniyyət evində teatr dərnəyi vardı, orada aktyorların məşqlərini görürdüm. Onlara böyük heyranlıqla baxırdım. Müəllimlərim də məndə aktyorluq qabiliyyətini hiss edib oxumağa sövq edirdilər. Ancaq evdə aktyor olmağımı istəmirdilər.

1984-cü ildə İncəsənət İnstitutuna imtahan verdim, yazılıdan kəsildim. Atam əvvəlcədən demişdi ki, qəbul olmasan, səni ən ağır işə düzəldəcəm. Kəsiləndən sonra məni beton zavoduna apardı, tapşırdı ki, ən ağır işi mənə versinlər.

Amma yenə də instituta hazırlaşırdım. İkinci il yenə imtahan verdim. Bu dəfə də yazılıdan kəsildim və haydı, əsgərliyə!

1988-ci ildə əsgərlikdən qayıdandan sonra çox ciddi hazırlaşmışdım. Qəbul olunacağıma çox inanırdım. Hərf-hərf öyrənmişdim hər şeyi. Gəldim imtahanlara, 3 dənə 3-ü elə kürəyimə elə vurdular ki... Dayım dedi, a bala, gəl, pul verək, düzəldək. Razılaşmadım. Dedim, dayı, mən bu instituta özüm girəcəm. Sonra Meydan hərəkatı başladı...

Hərəkatda hamımız böyük şövqlə iştirak edirdik. Bir dəfə meydanda olanda divara "Ceyranbatan" sözü yazdım, bir də gördüm ki, Ceyranbatanın bütün nəşəxor, qumarbazları başıma yığışıb. Öz-özümə fikirləşdim ki, bunların burada nə işi var? O dövrün möhtəşəm romantikası var idi...

Nəhayət, 1989-cu ildə instituta qəbul oldum, 4-cü cəhddə. Sonra Kamera Teatrında işləməyə başladım. 2009-cu ilə qədər Kamera Teatrında işlədim. Kamera Teatrının da ki, axırını bilirsiniz. Biz teatrı yaşatmaq üçün çox çalışdıq, amma nə yazıq ki, bizdə teatrlar, kinoteatrlar banklara, mağazalara, şadlıq evlərinə çevrildi. İncəsənət Universitetinin bu qədər aktyor məzunu var. Bu gün, heç olmasa, Azərbaycanda 80 yaxşı aktyor olmalı idi, hanı? Rejissorların müstəqil fəaliyyəti olmalı idi, aktyorları öz ətraflarına yığmalı idilər. Hanı, varmı? Dünyada qızıl qaydadır, rejissorun öz teatrı, aktyoru olmalıdır. Biz hamımız eyni ola bilmərik, olmamalıyıq. Mənim özümü sübut etməyim üçün meydan yoxdur. Bizim Kamera kimi teatrımız, Cənnət Səlimova kimi rejissorumuz var idi. Bəs gənc nəsil necə olsun?

Yaxınlarım bilirlər ki, sakit, rahat adamam. Sadəcə, cəmiyyətdəki haqsızlıqları qəbul edə bilmirəm. Ona görə də məni çətin adam kimi xarakterizə edirlər.

***

Tələbə vaxtı mənə deyirdilər ki, sənin ürəyin aeroportdur, kim istəyir, qona bilir. Əsgərlikdən gələndən sonra sevdiyim qızla görüşdüm. Onda hələ instituta qəbul olmamışdım. O, artıq universitetdə oxuyurdu. Mənə dedi ki, sən savadsızsan, sənə gələ bilmərəm. Bu söz məni elə tutdu ki... Ayrıldıq onunla.

Cavan vaxtı o qədər dəliqanlılıqlar etmişəm ki. Bir qızdan ötrü metroda eskalatordan-eskalatora tullanırdım, ya gecə qızla görüşüm olan vaxt uşaqlara pul verirdim ki, küçənin işıqlarını sapandla vurub sındırsınlar, bizi heç kim görməsin.

Səmimi deyim ki, burada bunu görüb sevmişəm, orada onu. Sevdiyim qızlardan eləsi var ki, 25-30 ildir, görmürəm. Amma eləsi də var, eyni qəsəbədə yaşayırıq, tez-tez rastlaşırıq.

Hər bir aktyor kimi mənim də sosial problemlərim var, sadəcə, mən barışmışam artıq. Başqa nə etməliyəm ki? Mən bəzən ailəmi dolandırmaq üçün toylarda video da çəkmişəm. Aktyor var, gedib tamadalıq eləyir, aktyor var, başqa işlərlə məşğul olur ki, vəziyyətdən çıxsın. Amma bütün bu problemlər məni teatrın havası ilə nəfəs almaqdan ayıra bilməyib. Hər tamaşadan sonra uzun-uzun gəzirəm, oynadığım tamaşanın ləzzətini yaşayıram. Bu, bir növ narkotik qəbul etməyə bənzəyir. Tamaşadan sonra uzun müddət oynadığım rolun "kayf"ını yaşayıram.

"İtən vaxt" monotamaşasının təsiri çox ağırdır. Mənim qardaşım Qarabağda şəhid olub. O hadisələrin qızğın vaxtı oralarda olmuşam. Ona görə də "İtən vaxt" içimi yeyirdi, içimi ağrıdırdı. Mən hər dəfə onu oynayanda elə bilirdim ki, ömrümdən 1 il getdi.

Mən özüm heç vaxt həyata məğlub olmamışam. Sadəcə, məğlubiyyətin içində olmuşam. Yəni təklikdə yox, ümumilikdə məğlub olmuşam.

Həyatda çox faciə gördüm, cavan bacımı, qardaşımı itirdim. Bütün çətinliklərə sinə gərdim. Sevgi məsələlərində uğursuzluq olanda, alınmayanda da düşündüm ki, olmadı - olmasın. Oturub nəyə görə onun fikrini eləməliyəm?

Kişi kimi müəyyən zəifliklərim, bir az da qətiyyətsizliyim var. Ancaq bu, özümə qarşı olan məsələlərdə belədir. Dostuma, qardaşıma aid olan məsələlərdə qətiyyətsizlik etmərəm.

1996-cı ildə məni Türkiyəyə dəvət etdilər. Ev verilmişdi, teatrla da danışıq olmuşdu. Qalıb orada işləyə bilərdim, amma ailəyə, doğmalarıma, ata-anaya bağlılığım imkan vermədi. Yenə də peşman deyiləm. Bəlkə, indi olsa, yenə o qərarı verərəm.

***

Bir neçə il bundan əvvəl hiss etdim ki, artıq teatrın bir dirəyi də mənəm. Mən bunu deyirəm, qoy lap özündən razılıq kimi çıxsın. Bəli, Azərbaycan teatrının bir dirəyi də mənəm!

Bir dəfə bir toy məclisində oturmuşduq. Orada vəzifəli adamlar da var idi, istədilər mənimlə yuxarıdan-aşağı, ironiya ilə danışsınlar. Cavablarını verdim, otuzdurdum yerlərində. Lap böyükləri təpindi üstlərinə, dedi, ondan heç olmasa, bir küçə qalacaq, bəs sizdən nə qalacaq - onu bilmirik. Biz tarixin dövrlərini hansısa aktyorun, rəssamın, yazıçının, şairin yaşadığı dövr kimi qavrayırıq. Məsələn, demirik ki, filan padşahın taxtda olduğu vaxt, deyirik, filan şairin yaşadığı dövr. Bu, bizim üçün ən böyük fəxrdir.

Məni ancaq özümə və ya kiməsə qarşı xəyanət, yalançılıq sındırar. İnsanıq da, sabah ola bilər ki, 5-otaqlı ev, maşın, bağ verələr ki, get yaşa. Onda sabah heç kimlə üz-üzə gələ bilməyəcəm, aktyor kimi də rolumu oynaya bilməyəcəm. Aktyorlar var ki, qeyrəti yoxdur, amma ağız dolusu qeyrətdən danışır. Belə olanda tamaşaçı onun roluna da inanmır. Baxırlar ki, sən kimsən, nəsən axı?

Belə bir şey var, həmişə valideynlər qürurlanırlar ki, səni mən dünyaya gətirmişəm, mən adam eləmişəm. Amma deyən lazım ki, sənə yalvaran var idi? Amma hər şeydən keçib, artıq varıq, var olduğumuz üçün bizim şüurumuz var. İnsan nə isə eləməlidir, bir iz qoymalıdır, bir mövqeyi olmalıdır. Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq. Buna görə fəxr edirəm ki, mən aktyoram. Ya kimsə şairdir, rəssamdır, bəstəkardır. Mənəvi mirası qalacaq. Qürurlanıram ki, sıravi bir insan olmamışam. Mən xoşbəxtəm. Həyatda nələrəsə nail olmamışamsa, nələrdənsə məhrum olmuşamsa, itirmişəmsə, mənə aktyor olmağım təsəlli olub. Aktyorluq itkilərimə bəs edər.

Bir ruhi xəstə vardı. Onu danlayırdılar, söyürdülər ki, sən nəyə yarayırsan axı, səni doğan yerdə daş doğaydım. O ağlayıb deyirdi ki, mənim günahım nədir axı, taleyim belə gətirib. Bir gün anasına dedi ki, düz deyirsən, məni doğan yerdə daş doğaydın. Dediyim odur ki, hər şeydə biz günahkar deyilik, artıq bizimki belə gətirib...

Sevinc Fədai
Milli.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru