"Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                     Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir .....                     Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər .....                     Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər .....                     Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? .....                     Türkiyə və İsrail SAVAŞACAQMI? .....                     "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" .....                     Gürcüstanda dövlət bayraqları yarıya endirilib .....                     Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar .....                     Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” .....                     Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı .....                     İrəvandan Bakıya “yeni il mesajı” .....                     Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? .....                     "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" .....                     'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? .....                     Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? .....                     Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... .....                     Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür .....                     "Ali təhsilli qızıma xadimə işi təklif olunur" .....                     Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... .....                     “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” .....                     Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı .....                     ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb .....                     Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir .....                     Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır .....                     Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” .....                     Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb .....                     "Bütün müraciətlərimə rədd cavabı verilir" .....                     Azərbaycanın yeni dünya vizyonu .....                     “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi .....                     Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir .....                     "El üçün yox, ev üçün yaşamaq lazımdır" .....                     Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı .....                     Bu şirkət tikinti işlərindən 683 min manat .....                 

"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Tarix: 26-10-2024, 11:11 | Çap et
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Xalq artisti Fidan Hacıyeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Fidan xanım, sənətinizlə bağlı nə planlarınız var?

- Planlar çoxdur. Ötən gün Azərbaycan Tibb Universitetində tələbələrimlə birlikdə konsert proqramı ilə çıxış etdik. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbim var. Musiqi məktəbimin nəzdində Gənc Opera Teatrı fəaliyyətə başladı. İnşallah, 2025-ci ildə ll Beynəlxalq Opera Festivalı baş tutacaq. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası üzərində gənc ifaçılarla həm Azərbaycan, həm də ingilis dilində tamaşalar hazırlayırıq.

Xeyli yeni layihələrimiz var. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi 2015-ci ildən fəaliyyətdədir. Çox istedadlı tələbələrim var, müxtəlif yaş kateqoriyasındadırlar. Dörd yaşından 68 yaşına qədər tələbəm var. 68 yaşlı tələbəm xarici vətəndaşdır, ölkəmizə Şotlandiyadan gəlib.

2019-cu ildə Azərbaycanda ilk dəfə xanımlardan ibarət Kamera Orkestri yaratdım. 2024-cü ildə ilk dəfə l Beynəlxalq Opera Festivalı təşkil etdik. Festival yeddi gün davam etdi, çox böyük bir layihə idi. Və festival haqqında "Bakı" jurnalında böyük bir məqaləmiz dərc edildi. Festivalda müxtəlif ölkələrdən tanınmış opera ifaçıları iştirak etdi. Türkiyədən Cemal Reşit Rey adına simfonik orkestrin baş dirijoru və Cemal Reşit Rey konsert zalının bədii rəhbəri Murat Cem Orxan, Almaniyadan Korneliya fon Kerssenbrofk, Rusiyadan Vyaçeslav Vasilyev, İtaliyadan Ripalta Bufo, Gürcüstandan Giorgi Çelidze və bir çox məşhurlar gəldilər. I Beynəlxalq Musiqi Festivalı çox böyükmiqyaslı layihə oldu.

- I Beynəlxalq Opera Festivalı zamanı həmkarlarınız sizə dəstək oldumu?

- Bəli, bütün dostlarıma, həmkarlarıma və Mədəniyyət Nazirliyinə dəstək üçün təşəkkür edirəm. Akademik Opera və Balet Teatrı simfonik orkestrinə və solistlərinə minnətdaram. Bizə çox böyük dəstək verdilər. Festivalda komanda şəklində işlədik.

- Həmkarlarınızla münasibətiniz necədir?

- Hər kəs bir-biri ilə çox mehribandır. Bu sahədə fəaliyyət göstərənlər arasında söz-söhbət olmur, hər kəs öz sənətiylə məşğuldur. Opera çox çətin musiqi janrıdır. Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar. Qastrol səfərlər və dövlət tədbirlərimiz də olur.

- Operaya gənclərin marağı necədir?

- Artıq dediyim kimi, opera çox çətin və mürəkkəb bir musiqi janrdır. Onu oxumaq, öyrənmək lazımdır. Operanı orkestrin müşayiəti ilə bir neçə dillərdə oxuyursan. Bunun üçün musiqi savadın olmalıdır.

Altı yaşımdan musiqi sahəsi ilə məşğulam. Bakalavr, magist, aspirantura səviyyəsini Azərbaycanda təhsil alandan sonra Moskvada SSRİ xalq artisti, opera müğənnisi İrina Arxipovanın ustad dərslərində dinləyici kimi iştirak etmişəm. İtaliyada dünyaca məşhur müəllimə, mezzo-soprano Bruno Balyonenin sinfini bitirmişəm. Bununla yanaşı İtaliyada Kidjano Akademiyasında laureat olmuşam.

Opera janrı elədir ki, daim öz üzərində çalışmalısan. Səsin formada olmalıdır, səsini qorumalısan. Gərək soyuq yeməyəsən, soyuq havada gəzməyəsən. Bu, çox çətindir, amma mən bu rejimə öyrəşmişəm. Səsin yorğun olmaması üçün çox danışmamalı və yaxşı yatmalısan. Bu sənəti çox sevəsən və bununla yaşayasan.

- Sizə xarici ölkələrdən iş təkifləri olubmu? Gələcək planınızda xarici ölkədə fəaliyyət göstərmək fikri varmı?

- Bir çox xarici ölkələrdə - Fransa, İngiltərə, Yaponiya, Rusiya, Türkiyədə konsert proqramı ilə çıxış etmişəm. Mənə iş təklifləri də gəlib, amma öz vətənimdən kənarda yaşamaq istəmirəm. Çünki vətəndən kənarda darıxıram. Xarici ölkələrdə konsert proqramı olan zaman ölkəmi təmsil edib, tez vətənimə qayıdıram. Başqa ölkədə beş gündən artıq qala bilmirəm. Bakıda ailəm, tələbələrim, məktəbim var. Ona görə də ailəmin yanında olmaq istəyirəm.

Tələbələrimi çox sevirəm. Öz vətənimi çox sevirəm və çox vətənpərvər insanam. Yaxın günlərdə Almaniyadan iş təklifi oldu. Onlara bildirdim ki, konsert proqramına görə gələrəm, yaşamaq üçün yox.

- Siz İngiltərə vətəndaşı Filip Neylorla evlisiniz, xarici ölkədə yaşamaq şansınız da var idi.

- Bəli, xarici ölkədə yaşamaq şansım var idi, hələ də var. Amma biz həyat yoldaşımla Bakıda yaşayırıq. O da Azərbaycanı çox sevir. Neçə illərdi burada yaşayır. Yayda İngiltərəyə gedirik, ən çoxu iki həftə qalırıq. Artıq həyat yoldaşım da deyir ki, mən azərbaycanlıyam. Adət-ənənələrimizi çox sevir. Uşaqlarımız evdə Azərbaycan dilində danışırlar.

- Neçə övladınız var? Maraqlıdır, neçə xarici dil bilirlər?

- Üç övladım var, bir neçə xarici dil bilirlər, Azərbaycan dili, ingilis dili, rus dili, fransız dili. Qızımın 20 yaşı, oğlanlarımdan birinin 18, digərinin isə 11 yaşı var. İki övladım tələbədir, İngiltərədə təhsil alırlar. Kiçik oğlum isə musiqi ilə məşğul olur, skripka, fortepiano və gitara dəsrlərinə gedir. Musiqiyə çox böyük həvəsi var. Sanki mənim davamçım olacaq.

- Sizin ailə qurduğunuz illərdə əcnəbiylə evlənmək insanlar tərəfindən qeyri-adi hadisə kimi qarşılanırdı. Maraqlıdır, siz ailə quranda valideynləriniz necə qarşıladı?

- Mən Allahın qismətinə çox inanıram. Milad bayramı idi, Filip Bakıya yeni gəlmişdi. Milad bayramı qeyd edilirdi və mən BP-də "Karmen"i oynayırdım. İngilis dilində çox yaxşı bilirdim. Filip tamaşadan sonra mənə yaxınlaşdı və dedi ki, çox gözəl səsiniz var. Məni rəqsə dəvət etdi. BP-də baş tutan tədbirdən sonra uzaqlaşdıq, o, heç telefon nömrəmi də götürmədi.

Sonra Filip Opera və Balet Teatrında "Arşın mal alan" operettasına gəldi. Orada "Asya" obrazını oynayırdım. Tamaşanın səhəri gün mənə məktub verdilər. Filip mənə məktub yazıbmış, "Arşın mal alan"ın bir hissəsini tərcümə etmişdi. Beləliklə, Filip Azərbaycan mahnılarımı ingilis dilində tərcümə etməyə başladı. Mən indi əsərləri həm Azərbaycan, həm də ingilis dilində ifa edirəm.

- Filip bəylə ailə qurarkən valideynləriniz qərarınızı necə qarşıladı?

- Normal qarşıladılar. Çünki Filiplə bir-birimizi sevirdik. Atam Filipin ailəsi ilə tanış olmaq istədi. Filip və qaynanam İngiltərədən bizə gəldilər. Beləliklə, ailərimiz tanış oldu və biz ailə həyatı qurduq.

Mən Filiplə tanış olduqdan sonra Türkiyəyə getdim, orada bir-iki il işlədim. Amma biz telefonla əlaqə saxlayırdıq. Əvvəl dost kimi danışırdıq. Mən Bakıya gələndən sonra Filip dedi ki, daha sənin Türkiyəyə getməyimi istəmirəm. Səninlə ailə qurmaq istəyirəm.

- Filip bəylə ailə qurarkən ənənə, mental dəyərlər baxımından çətinlik yaşadınızmı?

- Ümumilikdə çətinlik yaşamadım. Ona görə ki, klassik musiqi ilə böyüyən insanam. Xarici ölkələrə tez-tez gedir və konsert proqramlarında iştirak edirdim. Xaricilərin mental dəyərlərini çox yaxşı bilirdim. Eləcə də ingilis dilində çox yaxşı danışırdım. Bu səbəblərdən mənə çox rahat oldu.

Filip də Azərbaycanın adət-ənənələrini çox sevir. Yeməklərimizi, insanları, qonaqpərvərliyimizi çox bəyənir. Özü də çox qonaqpərvər insandır. Hər il 20 Yanvar faciəsində Şəhidlər Xiyabanını ziyarət edir. Vətən Müharibəmizdə dünyasını dəyişən şəhidlərimizi də unutmur, onların məzarını ziyarət edir. Çox vətənpərər insandır, sanki azərbaycanlıdır. Bəlkə də bütün bunlar məndən qaynaqlanıb.

Həyat yoldaşımla ailə qurarkən ona dedim ki, mən vətənimə çox bağlı insanam. İngiltərəyə getmək mənim üçün çox çətin olacaq. O da mənim qərarımla razılaşdı. Bu məsələ barədə bir daha danışmadıq.

- Həyat yoldaşınızın vətənində konsert proqramı ilə çıxış etmisinizmi?

- Bir neçə il əvvəl İngiltərədə konsertim oldu. Yaxın günlərdə də orada konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq.

Konsertimin birinci günündə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdim. Azərbaycanın görkəmli bəstəkarı Ədilə Hüseynzadənin romanslarını səsləndirdim. Üçüncü konsertim isə 44 günlük qələbəmizə həsr edilmişdi. Orada da Azərbaycan vətənpərvər əsərlərini ifa etdim.

- Azərbaycan opera sənətinin Karmeni adlandırılırsınız. Bununla yanaşı, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Gülüş, Asya, Gülçöhrə, Rozina, Maddalena kimi bir çox rolları ifa etmisiniz. Karmendən sonra hansı obrazınızı çox sevirsiniz?

- Karmen obrazını daha çox sevirəm. Azərbaycan bəstəkarlarından isə mezzo-soprano üçün çox az opera yazıb. Çoxu sopranodur. Ona görə "Arşın mal alan" operasında Gülçöhrəni, Asyanı da oynamışam. Karmendən sonra “Arşın mala alan”da Asya obrazını çox sevirəm.

- Musiqi məktəbinizə müraciət edənlərdə daha çox nələrə diqqət edirsiniz?

- Musiqi duyumu olmalıdır. Bizim məktəbdə vokaldan başqa estrada, skripka, fortepiano dərsləri və sair öyrədilir. Çox sayda müəllimlərimiz və istedadlı tələbələrimiz var.

- Daim sizi formada görürük. Eyni çəki dərəcəsində qalmaq üçün nələri edirsiniz?

- İdman növləri ilə məşğul oluram. Yeməyimə diqqət edirəm. Yağlı yeməklərdən uzaq dururam və daha çox tərəvəzlərə üstünlük verirəm.

- Opera sənətinin daha geniş vüsət alması üçün nə etmək lazımdır?

- Öncə televiziyada opera sənətini təbliğ etmək üçün proqram təqdim etmək lazımdır. Bu sahədə çox istedadlı tələbələrimiz var. 2025-ci ildə II Beynəlxalq Opera Festivalında tələbələrim də ifa edəcək. Tələbələrimin sayı çoxdur. Tamaşaçılara düzgün musiqini təqdim etmək üçün televiziyada proqram aparmaq istəyirəm.

Son zamanlar radio və televiziyalarda necə musiqini təbliğ olunduğunu görürsünüz. Ona görə də mənə televiziyalarımızdan belə belə bir təklif gəlsə, böyük məmnuniyyətlə dəyərləndirərəm. Proqram vasitəsiylə tələbələrimi və müxtəlif istedadlı vokalçıları, klassik ifaçıları tamaşaçılara tanıtmaq istərdim.

- Son zamanlar cəmiyyətimizdə boşanmaların sayı çoxalıb. Bunun qarşısını almaq üçün gənclərimizə nələri tövsiyə edərsiniz?

- Ailə sevgi üzərində qurulmalıdır. Cütlüklər bir-birinə qarşı səbrli, anlayışlı olmalıdırlar. Hazırda gənclər çox səbrsizdirlər. İlk gündən hər şeyin olmasını istəyilər. Hər şey zamanla ərsəyə gəlir. Gənc ailələr bir-birinə güzəştə getməlidirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02
"Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00
"Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31
Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
"Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29
Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19
Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17
"El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10
Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05
Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02
Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Dünən, 23:05
Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Dünən, 23:00
"Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Dünən, 22:58
Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Dünən, 22:55
"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Dünən, 22:38
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Dünən, 22:31
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Dünən, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Dünən, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Dünən, 19:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru