Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                 

Tanınmış azərbaycanlı bəstəkara pornoqrafiya İTTİHAMI - QALMAQAL
Tarix: 18-09-2024, 08:58 | Çap et
Tanınmış azərbaycanlı bəstəkara pornoqrafiya İTTİHAMI
Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi o zaman ciddi narazılıqla qarşılanmışdı, indi də onun bu təşkilatdan çıxarılması tələb edilir. Söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.

“Tüpürüm sizin ağzınıza” adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

“Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza” - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyir ki, bu, “gizli pornoqrafiya” nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan “Tüpürüm sizin ağzınıza” şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edir ki, AYB onunla bağlı ciddi tədbir görməlidir.

Bu arada məlumat yayılıb ki, AYB sədri Anar Rzayev deyib ki, sözügedən şeirlə tanış olduqdan sonra qərar verilə bilər: “Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozanlar AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”.

Qalmaqalla bağlı Əməkdar artist, bəstəkar-müğənni, AYB üzvü Elza Seyidcahan “Yeni Müsavat”a danışıb: “Sənət elə bir şeydir ki, təqdim edirsən və onu oxucuların düşüncəsinə həvalə edirsən. Oxucuların da düşüncəsi müxtəlifdir. Mənim oxucularımın arasında ziyalılar da, qeyri-ziyalılar da var. Sadə insanlar var ki, onlar mənim yazdığım fəlsəfəni, fikrin dərinliyini düşündüyümdən də artıq mənə onu təqdim edirlər. Mənə deyirsiniz ki, bəziləri şeirimdəki ifadələrin pornoqrafik olduğunu düşünür. Buna cavab olaraq deyə bilərəm ki, kimə nə lazımdırsa şeirimlərində onu görür. Bir də ki, pornoqrafiyanın nəyi pisdir ki? Kim pornoqrafiyadan qaçıb? Bu dəqiqə əksəriyyət pornoqrafiyaya acdır. Ona görə də şeirlərimdə pornoqrafiya görürlər. Məgər dünyadakı bütün canlılar - insanlar, heyvanlar pornoqrafiya üzərində inkişaf etmirmi? Hətta ağaclar belə... Beləliklə, əgər kimsə şeirimdə pornoqrafiya görürsə, deməli, onu görmək istəyir, ona pornoqrafiya lazımdır. Amma mən o şeiri pornoqrafiya düşünüb yazmamışdım. Allahın dili ilə insanlara deyirəm ki, ağzınıza bal alın, gözəl sözlər alın ki, ağzınızdan gözəl sözlər çıxsın. Yəni sadəcə, insanlara üsyan etmişəm ki, kimsəni pis sözlərinizlə incitməyin, sındırmayın”.

Əməkdar artist AYB sədri yazıçı Anarın onun barəsində səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib: “Anar müəllim doğru deyir, Azərbaycan klassiklərini təhqir edənlər cəzalanıb və yəqin ki, belə də davam edəcək. Allah Anar müəllimə cansağlığı versin, ömrünün sonuna qədər AYB-nin sədrlik kürsüsündə əyləşsin. AYB-yə üzv seçiləndə mənə zəng edib, ilk təbrik edən Anar müəllim oldu. Digər gözəl şairlərimizə də ayrı-ayrılıqda çox təşəkkür edirəm ki, mənim quruma üzv seçilməyim üçün rəy veriblər”.

AYB-nin sədr müavini Rəşad Məcid isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yaranmış qalmaqalla bağlı Elza Seyidcahan AYB-nin üzvü kimi quruma çağırılıb, onunla söhbət aparılacaq: “Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq. Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm. Sadəcə, onu elə səsləndirir ki, qarşısında oturanlar ondan "uzaqgedən" nəticələr çıxardırlar və deyirlər ki, bu təhqirdedicidir. Adətən bu cür şeirlərlə bağlı Elza Seyidcahan danışarkən Nəsiminin şeirini, qəzələni misal gətirir, o da belə şeirlər yazıb. Burada söz oyunu olur. Elza Seyidcahan istəyir ki, qarşısındakını söz oyunu ilə şoka salsın, silkələsin. Ondan da hərə özünə uyğun nəticələr çıxardır. Elza Seyidcahanın hərdən fərqli, maraqlı, diqqətçəkən şeirləri də olur. Həmin şeirlərdə bir üsyan, etiraz var. Poeziyanın da mahiyyəti budur. O ki qaldı sosial şəbəkə istifadəçilərinə, onlar da fərqli-fərqli insanlardır. Bəzən ən yaxşı ağıllı sözə etinasız qalıb, ən mənasız sözü göylərə qaldıran sosial şəbəkə dövründə yaşayırıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru