“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”
Tarix: 3-06-2024, 08:51 | Çap et
 “İctimai Televiziya”nın efirində yayımlanan “Alatava” son günlərin ən çox müzakirə olunan serialıdır.
On hissəli bədii film kriminal komediya janrındadır. Bu janr 1990-cı illərdən etibarın müstəqil kino trendi hesab edilir.
Kriminal komediyalarda, adətən, kiçik cinayətkar qrupun təsadüfən böyük cinayətkarlara rastlaşmasından və böyüklə müqayisədə kiçiyin əxlaqi üstünlüyünün önə çəkilməsindən bəhs edilir.
Bu filmlərdə jarqonlara, söyüşlərə, çox rast gəlinir.
“Alatava” da məhz bu janrın yerli variantı kimi düşünülüb.
Serial kino nümayəndələri, eləcə də ictimaiyyət arasında birmənalı qarşılanmayıb, sosial mediada da geniş müzakirələrə səbəb olub.
Bir çoxlarının fikrincə, serialda sosial problemlərdən daha çox söyüşlər önə çıxır. Bəziləri isə serialda toxunulan mövzuların söyüşləri arxa plana keçirdiyini deyirlər.
““Alatava” serialında uşaq evindən çıxan gənclərin öz həyatlarını qurmaq üçün keçdikləri psixoloji və fiziki çətinliklər əks olunub. Həmçinin insan alverinin (uşaq alveri) bir qadını necə bir faciəyə sürüklədiyini görürük. Eyni zamanda, gənc qızların ailədaxili psixoloji şiddətə məruz qalması və bununla mübarizə aparması da serialın mövzuları arasındadır. “İş adamı” adı altında hər “işi” görən şəxslər də seriala gətirilib. Burada çox vacib mesajlar var”, – izləyicilərdən biri sosial mediada yazır.
Meydan TV serialla bağlı bu sahənin ekspertlərinin münasibətini öyrənib.
“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”
Kino və teatr prodüseri, rejissor, ssenarist İntiqam Hacılı “Alatava” serialını uğurlu iş hesab edir:
“Azərbaycanda indiyə kimi çəkilən serialların 90 faizini bəyənməmişik. Bizi serialların mövzusu və aktyor oyunu qane etməyib. Bu serialı uğurlu hesab edirəm. Ümumiyyətlə, insan həyatda necə danışırsa, filmdə də elə olmalıdır. Bəzən elə gün olur ki, gündə bir neçə dəfə ağzımdan söyüş çıxır. Bəzən də elə olur ki, həmin gün söyüş söymürəm. “Alatava” serialında da elədir və bu, normaldır. Demək olmaz axı serial başdan-ayağa söyüşdür. Həm də söyüş onsuz da efirə verilmir. Məhz buna fokuslanmaq lazım deyil. Söyüşü eşitmə, mövzuya bax”.
““Alatava” serialı mövzu baxımından çox maraqlıdır. Orada qaldırılan problemlər, əngəllər var ki, bu gün həyatımızda yaşayırıq. Orada jurnalistika sahəsi var, deputat var, seçki var. Seriala bu tərəfindən baxmaq lazımdır. Oradakı daha maraqlı mövzulara fokuslan, nə qədər maraqlı və zövqverici olduğunu görəcəksən”, – deyə o bildirib.
““Alatava” televiziya üçün çəkilmiş bir serialdır”
Kinoşünas Aygün Aslanlı “Alatava” serialından böyük gözləntisinin olmadığını deyir. Həmçinin vurğulayır ki, serial uğurlu alınıb:
“Ekran qarşısına Kventin Tarantino və ya Pedro Almadovarın filminə baxırammış kimi oturmuram. “Alatava” televiziya üçün çəkilmiş bir serialdır. Əlixanı “Youtube”da çəkdiyi xırda filmlərdən tanıyırıq. “Alatava”ya baxanda Əlixanın işlərində xeyli irəliləyişin olduğu görünür. Serialda Azərbaycan televiziya məkanı üçün çox yeniliklər var. Onların toxunduqları mövzuları çoxları cəsarət edib dilə gətirmir. Serialda qadın mövzusuna yanaşmalarını, qadın obrazlarının təsvirini bəyənirəm. Müstəqil jurnalistika ilə bağlı olan toxunuşlar da diqqətçəkəndir. Aktyor Abbas Qəhrəmanın deputat obrazı, varlı təbəqənin xüsusi zövqləri, məncə, bunlar hamısı çox cəsarətli toxunuşlardır. Məhz bunlara görə seriala məmnuniyyətlə, baxıram”.
“Hekayənin konfliktində də sünilik, quramalıq vardı”
Kinotənqidçi Sevda Sultanova serialın yalnız üç bölümünü izləyib. Üç bölümdən gəldiyi qənaət isə belədir:
““Alatava” bloger səviyyəsində çəkilmiş həvəskar serialdır. Üç bölümə baxdığım üçün serialla bağlı indi dediklərim bir qədər natamam qiymətləndirmə olacaq. Amma vaxtım olan kimi digərlərini də izləyib geniş yazmağı planlaşdırıram. İlk iki bölümdən, serial mənə bloger səviyyəsində həvəskar çəkiliş kimi gəldi – dialoqlardan tutmuş kamera rakurslarına kimi. Hekayənin konfliktində də sünilik, quramalıq vardı. Söyüşdən yeri gəli-gəlmədi istifadə edilməsi isə ssenaristlərin sanki material qıtlığından əziyyət çəkməsi, personajların xarakterinə uyğun leksikon tapa bilməməsi təəssüratını yaratdı. Üçüncü bölüm digər iki bölümə nisbətən daha peşəkar təsir bağışladı. Serialda diqqətimi çəkən bir neçə istedadlı gənc aktyor oldu ki, onları mütləq serial haqda yazacağım məqalədə vurğulayacağam”.
“Alatava”nın ideya müəllifi və rejissoru Əlixan Rəcəbovdur.
Çox hissəli filmdə əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, Vüsal Əhmədzadə, İlkin Bəxtiyar, Ədalət Əbdülsəmədov, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə, Kəmalə Onur çəkiliblər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
|