"Özüm bir uşaqlıq görməmişəm, yetimçiliklə böyümüşəm"
Tarix: 27-01-2024, 10:48 | Çap et
“O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən “Şirinbacı” nənə, “Göygöz kosa”, və s. rollar oynadım. “Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. Mən öz ağlımın, beynimin təxəyyülü ilə texnologiyanın olmayan vaxtında uşaqları maarifləndirdib, nağıllara, şeirlərə məhəbbətlərini artırdım. “Sim-Sim Lələ” obrazı ağlıma gəldi. İndi də onun çörəyini yeyirəm. Onun papağından tutmuş geyimlərini, sehrli durbinini özüm fikirləşmişdim. Redaksiya qəbul etdi, nağıllar yazıldı. Hər verilişin axırında “göydən üç alma düşdü” deyirdim, uşaqları sevindirirdim” Bunu Moderator.az-a açıqlamasında bir zamanlar ən məşhur uşaq verilişi, “Sehrli güzgü” proqramının “Sim-Sim Lələ”-si, tanınmış aktyor Adışirin Bağırov deyib. O daha sonra əlavə edib.
“Özüm uşaqlıq görməmişəm, uşaq həyatı yaşamamışam. Valideyn olmayan yerdə uşaq necə sevinib, şadlana bilər?. 6 yaşım olanda hamı mənə deyirdi ki, “Qocalanda sənə necə müraciət edəcəklər? Adışirin baba?”. Adımı hallandırıb gülürdülər. İndi mənim adımı “Sim-Sim Lələ” əvəz edir. Bəzən onu yadıma salıram, deyirəm ki, Allahın işinə bax da. Hələ yadıma gəlmir ki, o verilişi biz studiyada çəkək. Uşaqlar işıqlardan, kameralardan qorxurdu. Dişimizlə, dırnağımızla uşaqları parkda, zooparkda çəkirdik. Çox vaxt uşaqları özüm seçirdim. Çalışırdım ki, uşaqları həmişə maarifləndirim. Analar, nənələr mənə deyirdilər ki, uşaqlarımızı sizin verilişinizlə böyüdürük. Mən də çalışırdım ki, eyni uşaqlar çəkilməsin. Texnologiya inkişaf etdikcə artıq hiss edirdim ki, sehrdən danışmaq olmur, uşaqlar da zatən inanmazdılar. AZTV-də struktur dəyişikliyi oldu, redaksiyalar bağlandı. Obraz kimi mən və digər həmkarlarım kənarda qaldıq. İnciyib, küsmədim. Kimi qınaya bilərdim?! Bunu texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Başqa kanallar da dəvət etmədilər. Çünki mən AZTV-nin aktyoru idim. Deyirdilər ki, “sizi dəvət etsək deyəcəklər ki, AZTV-nin obrazıdır”. Sözün düzü özüm də sonralar can atmadım. Hətta o vaxt Gənclər teatrında çalışanda Hüseynağa Atakişiyev qarşıma şərt qoyub dedi ki, “ya televiziyanı seç, ya da teatrı”. Gözümü qırpmadan, düşünmədən televiziyanı seçdim. Teatrdan çox asanlıqla çıxdım. O vaxt məni haralara dəvət etmirdilər ki.. Əbülfəz Elçibəyin olduğu toylarda da çıxış edirdim. Zeynəb Xanlarova bir dəfə Aztv-nin koridorunda məni saxlayıb dedi ki, “fikirləşmə ki, deputatam, amma verilişlərinə baxıram”. Əlimi sıxıb, təşəkkür etdi. Bu mənim üçün unudulmaz bir görüş idi. Gözümdə şöhrət, pul qazanmaq yox idi. Olsaydı indi bəlkə də villalarda yaşayırdım” deyə məşhur aktyor bildirib. Adışirin Bağırov bildirib ki, uzun illər sonra AZTV-də çalışmağına səbəb bir jurnalistin onun haqda yazdığı yazı olub.
“Moderator.az saytının bir jurnalisti var. O xoşlamır adını çəkim, ona görə də çəkmirəm. Ömrümün sonuna qədər ona minnətdaram, borcluyam. O şəxs məni yerdən göylərə qaldırdı. Heç kim məni itirib-axtarmırdı, yaddan çıxmışdım. Bir gün zəng edib mənimlə danışdı. Özümə də təəccüblü gəldi ki, necə onun yadına düşmüşəm?! Çünki bu mənə uzun illər sonra olan jurnalist zəngi idi. Moderator.az üçün mənimlə müsahibə etdi. Həmin müsahibədən sonra məni AZTV dəvət etdi. Hər zaman onun üçün dualar edirəm. Hal-hazırda AZTV-də çalışıram, bütün tədbirlərində varam. Çağırılan yerə gedirəm. Yeni ildə şaxta baba, Novruz bayramında Kosa oluram. Zəngilanın Ağalı kəndində 3 saatlıq canlı yayımda kosa obrazı ilə çıxış etdim. Xalq artisti Ramiz Həsənoğlunun bir layihəsində də yer almışam. Soruşmamışam ki, məni nəyə çəkirsən? Amma şəxsən özü ilə söhbətimiz olub. Nə rol versə oynayacam. 64 yaşım var. Həyatımdan narazı deyiləm. Özüm də ssenarilər qələmə alıram. Seriallara dəvət almıram. Yalan deyə bilmərəm. Heç əvvəllər də dəvət etmirdilər, indi də. Orada maliyyə problemi var. Bilirəm ki, pul vermirlər. Bir rejissor deməyib ki, gəl filmimə çəkil. Çünki sponsorlar tərəzinin gözünü əyib. Hər kəs öz ətrafını çağırır. Bir etirazım var ki, aparıcılar efirdə toy mövzularından danışmasınlar, xalqı maarifləndirsinlər. Toya apardıqları müğənniləri verilişlərinə çağırırlar. Deyirlər ki, “mən Moskvada, Sibirdə toyda oldum”. Aparıcısan, aparıcılığını et də. Müğənnilər övladlarını vurub qoltuqlarına bu kanaldan o kanala, o kanaldan da bu kanala gedirlər. Bəs Masallının Çaxırlı kəndində yaşayan uşaq necə ruhlansın? Necə maariflənsin?! Acgözlüyün yüksək səviyyəsidir. Onlara sənətkar demək olmaz. Bunu deməkdə məqsədim odur ki, 1988-ci ildə “Bakı Payızı” müsabiqəsində 3 yaşlı uşağı səhnəyə çıxartdım. 2500 insanın qarşısına. İndi o məşhur müğənnidir, Namiq Qasımov. Bu gün də sənətlə məşğuldur. Bir adam bizi bir yerə çağırmır ki. Adışirin bunu o vaxt görüb, 3 yaşlı istedadı səhnəyə çıxardı!” deyə sənətkar bildirib. Adışirin Bağırov bildirib ki, bu günki uşaqları təəccübləndirmək mümkün deyil. “Texnologiyanın bu qədər yüksək inkişaf etdiyi bir vaxtda sözün düzü özüm də can atmıram ki, uşaq verilişlərini təkrar efirə qaytaraq. O səviyyəni qoruyub saxlaya bilməyəcəyik. Bu mümkün deyil. Çünki hər uşağın əlində telefon var, istədiyi çizgi filmini, nağılları izləyə bilir. O vaxt axşam 8-in yarısını səbirsizliklə gözləyirdilər ki, çizgi filminə baxsınlar. Bu gün uşaqlara kitabları sevdirmək lazımdır. Öz adət ən-ənələrimizi uşaqlara öyrətməliyik” deyə sənətkar bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|