Dövlət qurumu proqram təminatına 821 min manat .....                     "Axşam yeməyini tamamilə kəsmək lazımdır..." .....                     Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir? .....                     Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA .....                     "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq .....                     Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır .....                     Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir .....                     Şəmsəddin Xanbabayev VƏFAT EDİB .....                     “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                 

"Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir"
Tarix: 10-02-2014, 09:40 | Çap et
"Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir"
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, “məmə deyəndən pəpə yeyənə” hər bir azərbaycanlı tamaşaçının sevimlisidir...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, sənətin enişli-yoxuşlu yollarında ləyaqətini qoruyub saxlaya bilib...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, hələ uşaq vaxtlarından səhnənin tozunu udub...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycandan kənarda da Azərbaycan teatrını layiqincə təmsil edə bilib...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycanın ən ağır dönəmlərində Azərbaycan tamaşaçısının üzünü güldürməyə, könlünü oxşamağa nail olub...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, qəlbində VƏTƏN SEVGİSİ və SƏNƏT EŞQİ daşıyır.
Ömrünün nə az, nə çox, düz 40 ilini teatr sənətinə həsr edən Cahangir Novruzovun 60 yaşı tamam olur. 60 yaşın astanasında çox sevdiyim SƏNƏTKARla görüşüb söhbət eləmək həmişə bu görüşün arzusunda olan biri üçün – mənim üçün böyük bir hadisə ola bilərdi. Amma aradakı məsafə, təəssüf ki, bu arzumun gerçəkləşməsinə əngəl törətməkdədir. Bu məqamda əlacım ancaq və ancaq virtual ünsiyyətə - “facebook” sosial şəbəkəsinə qalır. Doğrudur, bu cür ünsiyyət qabaq-qənşər oturub söhbət eləməyin yerini doldurmur. Heç “virtual müsahibə” də üz-üzə müsahibənin effektini vermir. “Canlı müsahibə” arzusu ilə “virtual müsahibə”ni diqqətinizə təqdim etməzdən öncə kiçik bir qeydə də ehtiyac duyuram:
- Bu müsahibə hesabat xarakteri daşımır...
- Bu müsahibə SƏNƏTKARın yaradıcılıq yoluna nəzər də yetirmir...
- Bu müsahibə heç təşkil olunmuş silsilə yubiley tədbirləri zəncirinin bir həlqəsi də deyil...
- Bu müsahibə sadəcə, “Cahangir Novruzov fenomeni”nin Azərbaycan mədəniyyətinə verdiyi əvəzsiz töhfənin qarşılığında hər bir Azərbaycan vətəndaşının duyduğu “SƏNƏTKARla ünsiyyət ehtiyacı”dır!!!


*** *** ***

- Siz həmişə sənətin zirvəsində olmusunuz. Hər sənətkara nəsib olmayan böyük tamaşaçı ordusunun sevgisini qazanmısınız. Bunları əldə etmək asan məsələ deyil. Nə idi sizi buradan çıxıb getməyə vadar edən səbəb?
- Yaşadığım zamanın zəruriyyəti, bir də sənətlə əlaqəsi olmayan, amma sənəti idarə etdiyini və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti.

- Deyilənə görə, insan predmetdən uzaqlaşanda ona daha obyektiv yanaşa bilir. Bu mənada, sizin milli teatr sənətinin mövcud durumu haqqında fikiləriniz mənə, eləcə də, düşünürəm ki, oxuculara maraqlıdır. Cahangir müəllim, Türkiyədən baxanda Azərbaycanda gedən teatr prosesini necə görürsünüz?
- Azərbaycan teatrı bu gün daha böyük nailiyyətlərə sahib ola bilərdi. Çünki bunu haqq edəcək ənənələri və kökləri var. Ailəmizdən gələn inancıma görə belə deyə bilərəm: Teatr həyatımızı, düşüncə və duyğularımızı əks etdirən bərraq şüşədən emal edilmiş böyütəcli bir ayna olmalıdır. Ayna özünün əsasında bir müxalifdir, çünki məsum bir şəkildə hər şeyə rəğmən yalnız həqiqəti göstərir. Hər kəs gözdən qaçırdığı əskiklərini, öz gerçək halını görmək üçün baxar aynaya ki, nəyi düzəldəcəyini bilsin. Gələnəklərimizə görə də ayna həqiqətin və aydınlığın rəmzidir, nuru yansıdır. Bu səbəbdən də əsl teatr millətinin yoluna işıq tutan bir aydınlıq qaynağı olmalıdır. Bu işıqdan rahatsız olanlara da mən şairin sözü ilə cavab verə bilərəm: İşıqdan qorxan yarasalardır. Amma hər sahədə olduğu kimi, bacarığın da, bacarıqsızlığın da əsl səbəbi təhsildir.

- Azərbaycan və Türkiyə teatr proseslərini (həm yaradıcı, həm də təşkilati baxımdan) müqayisəli şəkildə analiz edərkən, hansı mənzərə yaranır?
- Bu anlamda müqayisə etmək məncə doğru olmaz. Çünki tamamilə radikal tarix ortamlarında yaranıb inkişaf yolu izləmiş teatrlardır. Biz rus və sovet teatrının təsiri altında inkişaf yolu görmüş, Stalin repressiyasını yaşamış bir tarixə sahibik. Türk teatrı isə Alman və Fransız teatr gələnəklərinin təsiri altında, Osmanlı siyasətinin basqısını və Cumhuriyət tərbiyəsini görmüş bir tarix yolu keşmişdir. Bizim teatrın aktyorlarının önəmli qazancı “Stanislavski sistemi” və Sovet sisteminin sənətə verdiyi önəmdirsə, Türk aktyorlarının qazancı isə Atatürkün qurduğu Cümhuriyyətin demokratik tərbiyəsinin verdiyi cəsarətdir. Bizim teatr bu cəsarətə, Türk teatrı da bizə miras qalan teatr təhsili sisteminə yiyələnə bilərsə, hər iki teatrın qazancı çox böyük olardı.

- Türk teatrından “bizim qarlı dağların ab-havası gəlirmi?” Türklərin teatrından “bizim durna gözlü bulaqların şırıltısı eşidilir-eşidilmir?” Bu teatrdan “Babəkin, Koroğlunun qılınclarının qığılcımı çıxır, ya çıxmır?”
- Bəzən gəlir, bəzən də heç gəlmir (gülür).

- Cahangir müəllim, yaratdığınız obrazlar bütövlükdə Azərbaycan mədəniyyətinin, obrazlı şəkildə desək, “duzu, istiotu, sumağı, zəfəranı, nanəsi, reyhanı, sarıkökü”dür. Obrazlarınızın “dadı hələ də tamaşaçıların” damağındadır. O dadı tamaşaçılarınıza yenidən dadızdırmaq fikriniz varmı?
- Sizin təbirlə cavab vermiş olsam: Usta aşçısı olan, gözəl bir mətbəxdə nədən bunu düşünməyim ki? Ciddi bir yaradıcılıq işi üçün mən hər zaman hazıram.

- Arzusunda olduğunuz, amma hələ də qura bilmədiyiniz bir tamaşa və ya yarada bilmədiyiniz bir obraz varmı ürəyinizdə? Əgər varsa, bu arzunuzu Azərbaycanda, ya Türkiyədə gerçəkləşdirmək istərdiniz?
- Yarada bilmədiyim, qura bilmədiyim deyil, hələ ki gerçəkləşdirməm nəsib olmayan əsərlər desək, yəqin ki, nəzərdə tutduğunuz fikri daha doğru ifadə etmiş olarıq. Var təbii ki... Özünü sənət adamı sayanın yaradıcılıq arzuları da olacaqdır. Bu arzuların həyata keçməsi üçün əsl yaradıcı şərait harada varsa, orada da gerçəkləşdirəcəyəm. Mən Uca Allahdan sadəcə güc diləyən, amma işlərimi tümilə öz əməyimlə, qeyrətimlə icra edənlərdənəm və indiyə qədər özüm üçün kimsədən bir şey istəmədim. Belə bir xasiyyətim yoxdur. Umarım Uca Yaradan yaradıcılıq arzularımın ancaq xəyallarımda qalmasına izin verməz.

- Cahangir müəllim, bu il 60 yaşınız tamam olur. Maraqlıdır, 60 illik yubileyinizi necə qeyd etməyi düşünürsünüz? Bu sevincinizi azərbaycanlı tamaşaçılarınızla bölüşməyi düşünürsünüz, yoxsa elə Adanada qeyd edəcəksiniz?
- Doğrusunu desəm, bu mənim düşünəcəyim bir məsələ deyil. Əgər 40 illik sənət fəaliyyətim və 60 illik həyatım Azərbaycanımıza yetərli dərəcədə yararlı olubsa və xalqımız tərəfindən bəyənilibsə, demək, bu Mədəniyyət Nazirliyimizin düşünüb planlaşdıracağı bir işdir. Mən özüm üçün qapı döyməm. Belə bir hərəkəti etik saymıram. Bu sayaq tədbirlər qiymət veriləcək insanın xəbəri olmayacaq bir şəkildə gerçəkləşməlidir, məncə. Məsələn, bu ilin yanvar ayının 16, 17, 18-i tarixlərində yaşayıb çalışdığım Adana şəhərində “Altın oran” düşüncə və sənət platformu dərnəyinin “Adanaya güc verənlər” adlı tədbiri gerçəkləşdirildi. Bu tədbir öz zəhməti və fəaliyyəti ilə Adana şəhərinin inkişafında önəmli rol oynayan insanlara adanalıların könül borclarını qaytarmaları, onların zəhmətlərinə qiymət vermək məqsədi ilə həyata keçirildi. Bu şəhərə güc vemiş, ömür həsr etmiş 25 nəfər seçildi və onlardan biri də mən idim. Bu mənim üçün həyatımda yaşadığım ən böyük sürpriz oldu. Bu 25 nəfərin professional fotoqrafçılar tərəfindən rəsimləri çəkildi, haqlarında kitablar yazıldı, hər birimiz üçün fəaliyyətimizi anlatan fotoqraf sərgisi düzənləndi. Sadəcə mənim 4000-ə yaxın foto rəsmim çəkildi. Tanımadığım insanların xəbərim olmadan mənim zəhmətimə yüksək bir səviyyədə dəyər verməsi 40 illik sənət fəaliyyətimə və 60 illik yubileyimə ən böyük hədiyyə oldu. Bu cür yüksək bir səviyyədə zəhmətə verilən qiyməti sadəcə mən deyil, həyatını və zəhmətini Azərbaycanımızın rifahı üçün əsirgəməyən bütün elm və sənət insanları umar. Belə bir davranış, təbii ki, alicənab insanlardan gözlənilə bilər.

- Cahangir müəllim, özünüz də etiraf edərsiniz ki, gedişinizlə Azərbaycan teatrında böyük bir boşluq yaratdınız. Azərbaycan teatrında bu boşluğu doldura biləcək potensial görürsünüzmü?
- Bu boşluğu mən yaratmadım, o zaman yaşadığım həyat şərtləri və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti yaratdı. Kimsə kimsənin yerini dolduramaz. Özəlliklə də sənət aləmində... Hər bir fərdin öz şəxsi, kimsəyə bənzəməyən bir kimliyi var, düşüncə biçimi, sənət məntiqi var.

- Tələbələrinizlə münasibətiniz necədir? Onların arasında böyük bir tamaşaçı ordusunu ardınca apara biləcək potensial varmı?
- Tələbələrimin hamısını çox sevirəm, hər biri bənzərsiz bir aləmdir. 140-dan çox məzunumuz var və demək olar ki, onların hər biri mənim bir zərrəmi daşıyır. Demək, hər birində Azərbaycan sevgisi var. Aralarında böyük potensiala sahib olanları da az deyil. Çiyinlərində ağır tamaşaları daşıya biləcək gücləri və bunun üçün gərəkli bilgi və səriştələri də var. Azərbaycan realist teatr məktəbinin ən seçkin qanun və qaydaları ilə yetişdirdim onları.

- “Docendo discimus” – “öyrədərək öyrənmək” prinsipi Cahangir Novruzov üçün keçərlidirmi?
- Bu, yaradıcılığın “olmazsa olmaz” qanunudur.

- Təklif gəlsə, Azərbaycanda da pedaqoji fəaliyyətlə məşğul olmaq istəyərsinizmi?
- Burada, Türkiyədəki kimi, əgər təhsil verəcəyim tələbələri özüm imtahan edib qəbul edərəmsə, o təklifi də qəbul edərəm. Başqa cür olursa, əsla qəbul etməm.

- İndi 60 yaşlı zirvədən baxan REJİSSOR, AKTYOR və PEDAQOQ Cahangir NOVRUZOVa görə XXI əsrin teatrı necə olmalıdır?
- İnsanlıq dəyərlərinin ucuzlaşdığı, mənəviyyatın maddiyata satıldığı bir dövrdə milli və mənəvi miraslarımızın nəsillər üçün qorunub saxlanması naminə, İNSANI İNSANA İNSAN kimi anladan bir teatr olması gərəkdiyinə inanıram.

- Cahangir ZEYNALOV, Nəsibə ZEYNALOVA, Cahangir NOVRUZOV… Azərbaycan teatrına böyük töhfələr bəxş edən bu varislik ənənəsi davam edəcəkmi?
- Ümid edirəm ki, davam edər, amma bir nəsillik aradan sonra. Əslində, ara yoxdur, zəmanədən dolayı bir gözləyiş var. Hər bir millətin gələcəyi onun gənclik kütləsidir. Bu gəncliyin də istedadlı qismi çağın qazanc gətirən prestijli sənətlərinə yönəlirlər. Bu gün Azərbaycandakı sosio-psixoloji ortam, əfsuslar olsun ki, teatr sənətinin prestijli səviyəyə yüksəlməsi üçün əlverişli deyil. Bu gün aktyorun məcburən tamadalıq edərək çörək pulu qazanması bizim millətin tarix boyu yaşayıb əldə etdiyi mentalitetinə yaraşmaz. Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir. Mədəniyyətimizin məsuliyyətini daşıyan şəxslər sənətə və sənətkara qiymət verməyi yaxın tariximizin əsas siması olan mərhum Heydər Əliyevdən öyrənmələri gərək.

- Sonda bilmək maraqlı olardı, eşitmək istədiyiniz, amma eşitmədiyiniz, yaxud eşitmək istəmədiyiniz, amma eşitdiyiniz sual oldumu?
- Ortaya atılan hər sual günümüzün zəruriyyətindən doğar. Bu suallarınız da, mənim verdiyim cavablar da yaşadığımız bu zəmanənin zəruriyyətidir.

- Dəyərli zamanınızı sərf edib, suallarımı cavablandırdığınız üçün sizə minnətdaram...
- Təşəkkür edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu proqram təminatına 821 min manat - SƏRF EDƏCƏK
Bu gün, 00:02
"Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Dünən, 23:02
Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Dünən, 22:55
Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Dünən, 22:51
"Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Dünən, 22:47
Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Dünən, 22:45
Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Dünən, 22:40
Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Dünən, 22:38
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Dünən, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Dünən, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Dünən, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Dünən, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Dünən, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Dünən, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Dünən, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Dünən, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Dünən, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Dünən, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Dünən, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Dünən, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Dünən, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Dünən, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Dünən, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Dünən, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Dünən, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Dünən, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Dünən, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Dünən, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Dünən, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Dünən, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Dünən, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Dünən, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Dünən, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Dünən, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Dünən, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Dünən, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Dünən, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Dünən, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Dünən, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Dünən, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Dünən, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Dünən, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Dünən, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Dünən, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Dünən, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru