"Apar 1500 manatını ver, çıx efirə, nə istəsən oxu" - Sənətkarlar bayağı mahnılar barədə
Tarix: 7-04-2023, 08:36 | Çap et
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb. Belə ki, 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib. Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb. Bundan başqa, 50-dən artıq mahnıda zərərli vərdişlərdən istifadə, tüfeyli həyat tərzi, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edilir, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edilən sözlərə rast gəlinir. Eyni zamanda, Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunması halı artıb. Sözegedən tədbirdə bildirilib ki, televiziya və radiolarda bu kimi mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır. Bəs görəsən, bu mahnıların artmasının səbəbi nədir? Siyahıda təqdim olunan mahnılar və onların ifaçılarına hansısa qadağa qoyula bilərmi? Xalq artisti Mübariz Tağıyev bildirir ki, SSRİ vaxtı bədii şuralar olurdu. Mahnı bədii şuradan keçdikdən sonraona çox böyük məbləğdə qonorar yazılırdı. "İndi isə vəziyyət dəyişib. Pandemiyadan sonra vəziyyət daha da pisləşib, insanlar tənbəlləşib. İndi meydanda olanların əksəriyyəti həvəskar bəstəkarlardır. Peşəkarlar çəkiliblər kənara. Son illər musiqilər toylar üçün yazılır. Bunun qarşısını hansısa formada almaq lazımdır. Ən dəhşətlisi də odur ki, sözləri olduqca bayağı olan musiqilər efirlərdə səslənir. Sovet dövründə isə buna diqqət edilirdi. Hər musiqi efirə buraxılmırdı. İndi gənc müğənniləri də bir tərəfdən qınamıram. Onlar qazanc məqsədi ilə toy mahnılarına qaçırlar. Amma nəticədə itirən mədəniyyətimiz olur".
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə bildirir ki, sözügedən mahınların bu cür geniş vüsət almasının səbəbi cəmiyyətdir. Həmişə günahı kiminsə boynuna yıxırıq: "Biz musiqimizi qeyri-peşəkarlara həvalə edərək, öz musiqimizdən uzaqlaşaraq, bütün yad nə varsa, ona meydana girməyə şans verdik. Bu, bizim laqeydliyimizdən qaynaqlanıb. Bu, çox böyük tarixi səhvdir. Sənət, musiqi tarixi sübut üçün ən böyük faktlardan biridir. Qazanc şəxsiyyəti ötüb keçməməlidir. Həmin mahnılara mən "mahnı" deyə bilmirəm. Təəssüf ki, iş adamları da elə insanlara sponsoruq edir. Elə ona görə də vəziyyət belə acınacaqlıdır".
Bir çox məşhur mahnıların sözlərinin müəllifi, Xalq şairi Vahid Əziz düşünür ki, bayağı mahnıların sayının artmasının səbəbkarı televiziyalardır: "Televiziyalar Azərbaycan mədəniyyətinin evini yıxıblar. Özəl telekanallar kimi desən efirə çıxarırlar. Onlar üçün mahnının, müğənninin kimliyi, nə oxuduğu önəmli deyil. Hamının pulunu alıb efirə buraxırlar. O qədər tənqid edirik, heç bir faydası yoxdur. Nə sözlərə fikir verirlər, nə musiqiyə. Danışmağın, tənqidin onlar üçün heç bir faydası yoxdur. Onlar yenə də öz bildiklərini edirlər".
Adı olub, özü olmayan bədii şuralar... V.Əziz də qeyd edib ki, Sovet dövründə bədii şura mahnılara diqqət edirdi. İndi isə bədii şuranın sadəcə adı var: "Apar 1500 manatını ver, çıx efirə nə istəsən oxu. Biz dünya ilə bacardıq, amma öz içimizdəki rüşvətxorlarla bacarmadıq. İçimizdəki xəyanətkarlarla bacarmırıq".
Təəssüf ki, iş adamları da bayağı mahnı ifa edənlərə sponsoruq edir Qeyd olunan siyahıda Üzeyir Mehdizadənin 3 mahnısı ("Kəsəcəyəm damarları", "Rǝdd elǝ!" "Dəli balam") qeyd olunub. Müğənninin özü ilə danışmağa müvəffəq olmasaq da, meneceri ilə əlaqə saxladıq. Müğənninin menaceri səslənən iradlarla razılaşmadığını dilə gətirdi: "O mahnıların heç birində narkomaniyanı təbliğ edən sözlər yoxdur. Mən bu monitorinqlə razılaşmıram. Müğənninin "Youtube" kanalı rekorda imza atıb. "Uzeyir Mehdizade Official" platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan kanalı olub. Üzeyir Mehdizadə Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib. Bu qədər insanın sevgisi əbəs deyil".
Azərbaycan Respublikası Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirir ki, 1998-ci ildən Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə KİV-lərdə senzura ləğv olunub. Senzura ləğv olunduqdan sonra televiziya və ya radioda yayımlanan materiallar yalnız redaksiyanın seçimi ilə hazırlanır. Novruzov onu da əlavə edir ki, əgər orada qanun pozuntusu olarsa, monitoriq keçirilir: "Əgər orada qanun pozuntusu olduğu təsdiqlənərsə, həmin proqrama və ya KİV-ə qadağa qoyulur. Əlbəttə, bizim televiziya və radioda gedən proqramlara sanksiya qoymağa icazəmiz var. Amma ortada fakt olmalıdır. Hər hansısa bir qurumun fikrinə görə biz sanksiya tətbiq edə bilmərik. Əgər yayımlanan hər hanısa bir mahnıda söyüş və ya əxlaqsız ifadə varsa, həmin an müdaxilə edirik. Amma deyə bilmərik ki, filan mahnı zərər verə bilər. Bizim senzura etmək kimi səlahiyyətimiz yoxdur. Monitoriqlər şikayət əsasında aparılır. Əgər bununla bağlı bizə şikayət olunarsa ki, filan mahnıda narkotikin təbliği gedir, təbii ki, həmin KİV-ə qarşı öncə xəbərdarlıq, sonra da sanksiya tətbiq edərik. Axı mən onun mütəxəssisi deyiləm - deyim ki, hanısa mahnı zərərlidir, ya yox". //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
• “Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37 |
|
|
|
• Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31 |
|
|
|
• Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22 |
|
|
|
• Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
• “Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15 |
|
|
|
• 3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12 |
|
|
|
• Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06 |
|
|
|
• Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04 |
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
|