İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                 

“Dedim, 37-ci il deyil… özüm gedərəm” - Tanınmış aktyor İlqar Cahangirov
Tarix: 4-02-2023, 09:24 | Çap et
“Dedim, 37-ci il deyil… özüm gedərəm”
İlqar Cahangirovu hələ Kamera teatrından tanıyıram, yəni səhnədə ilk addımlarından. Yaradıcılığının da ən məhsuldar dövrü elə onda idi, müxtəlif fərqli obrazlarını görmüşəm, potensialından haliyəm. İndi də məhsuldar olar, əgər o imkan yaradılarsa, fərqli obrazlar, səhnə və yaradıcılıq azadlığı olsa…

Bu günlərdə “Suğra və oğlanları” filmində Barat obrazı ilə qatı açılmamış daha bir tərəfi üzə çıxdı… Nifrət etdim Barata, aktyorun məharətidir obraza nifrət, ya sevgi yaratmaq… İlqar Cahangir elə bir sənətin sahibidir ki, sabah hansısa obrazda tamam fərqli ampluada görə və sevə bilərsən onu. Bunları bölüşmək üçün görüşmək zərurət oldu. Beləliklə, Pressklub.az oxucuları üçün İlqar Cahangirov danışır…

- Əvvəldən başlayaq, Ceyranbatandan. Yəni Ceyranbatanda doğula bilərsən, amma adam ceyranbatanlı olmur, ora hardansa gəlir, çünki yaşayış məskəni kimi sonradan yaradılıb.
- 1959-cu ildə yaradılıb. Atam 1947-ci ildən Bakıya yaşayıb, əslimiz Yardımlıdandır. Sonradan köçüb Ceyranbatana. Gedib vətəndən anamı alıb gətirib, qohumdular, sonra da mən olmuşam. Beş uşaq olmuşuq, 18 yaşında bir bacım rəhmətə gedib, sonra da qardaşım Qarabağda şəhid oldu, indi bir bacı, iki qardaşıq.
-Belə görürəm, ailədən gəlməyib incəsənətə meyl?
- Anam dərzi kursuna gedirdi, hardasa 70-ci illərin ortası idi. Mən də onunla gedirdim, eyni yerdə teatr dərnəyi də vardı. 8-10 yaşım olardı. Anamı gözləyirdim, məşqlərə baxırdım. Sonra həmin Mədəniyyət evi ilə üzbəüz ev aldıq. Mən də elə orda musiqi məktəbinə getdim. Məktəbdə ədəbiyyat dərslərində keçdiyimiz dərsləri səhnələşdirirdik. Narın müəllim, Solmaz müəllim belə dərs keçirdilər. Əsərlərdən monoloqlar öyrədirdilər. Orta məktəbdə oxuduğum ədəbiyyat, tarix və coğrafiya idi, riyaziyyat, fizika nədir, bilmirəm. Bir gün rəhmətlik Solmaz müəllimlə yaradıcı mübahisəmiz oldu, dedim, uşaqlar şeiri düzgün demir, elə olmaz, dedi dur gəl, sən de görək. Mən də kefli İsgəndərin monoloqunu dedim. Bir anlıq sükut çökdü, hamı düşmüşdü təsirə. Ondan sonra müəllim məndən dərs soruşmadı, ancaq şeir, monoloq hazırlatdı. Bir dəfə İncəsənət Universitetinin tələbələri bizim məktəbdə tamaşa hazırladılar, mənə də rol verdilər, çox sevindim. Məktəbdə bulka almaq üçün evdən mənə pul verirdilər, onları yığıb, teatra bilet alırdım. Tək gəlirdim şəhərə, kinoya, teatra gedirdim. Universitetin çayxanasaına gəlib çıxdım, Firudin Məhərrəmov bizdə tamaşa qoyan tələbələrdən biri idi, onunla gəlirdim. 1984-cü ildə məktəbi bitirib, sənədlərimi verdim İncəsənət Universitetinə, yazıdan kəsildim, yazı savadım yox idi. İkinci il də kəsildim yazıdan, ixtisasdan qiymət alıb, yazıdan kəsilirdim. Hərbi xidmətdən sonra yenə gəldim imtahana, yenə yazıdan kəsildim. Dayım imkanlı idi, dedi adam tapım, danışım, qoymadım. Dayım istəyirdi biz təhsil alaq. Dedim ora özüm girəcəm. Oturdum Azərbaycan dilindən hazırlaşdım, qrammatikanı öyrəndim. 1988-ci ildə İncəsənət Universitetinin nəzdində “Xalq Universiteti” vardı, ora getdim, 2 illik idi, rejissorluqda oxudum, axşam şöbəsində, zavodda işləyirdim. Orda Vidadi Həsənov müəllimim olub. 1989-cu ildə qəbul olundum universitetin özünə. Dayım mənə 2 min manat hədiyyə verdi, getdim Rusiyanı gəzdim. 4-cü kursda oxuyurdum, Cənnət Səlimova “Kamera teatrı”nı yaradırdı, dedilər oynayarsan bizdə, dedim, əlbəttə. “Skapenin kələyi”ndə ilk dəfə rol aldım.
- Yadımdadır o tamaşa…
- Həm oxuyurdum, həm də o teatrda işləyirdim. Gənc Tamaşaçılar teatrına birləşənə qədər Kamera Teatrında işlədim.
- Yaxşı rollarınız oldu Kamera teatrında Otellonu, Ezopu görmüşəm.
- Teatr teatr idi, repertuarı da zəngin idi. Xudayar bəyi də orda oynadım.
- Hə, ilk dəfə sizə elə Xudayar bəy rolunda nifrət etmişdim, axırıncı da “Suğra və oğlanları” filmində. Bir məsələ var ki, Kamera teatrında müxtəlif obrazlar yaradırdınız. Cənnət xanım aktyoru bir obrazda ixtisaslaşdırmaz, hər obraza çəkər. Mənfi rol da oynayırdınız, müsbət də. Siz deyə bilərsiniz ki, mənfi, müsbət obraz olmur, amma məncə, olur. Həyatda olduğu kimi, səhnədə də mənfi və müsbət (yaxşı və pis) insanlar var. İndi rejissorlar sizi qəlibə salmağa başlayıblar.
- Hə… mən kinoda çox yoxam. Peşəkar kinoda ilk böyük rolumdur. Biri də vardı “Son nəfəsədək”, Qarabağ mövzusunda. Olmuş hadisələrdir, bədii həll verilib. İki gürcü bədii filmində çəkilmişəm, o da Qarabağ mövzusudur. İran-Azərbaycan müştərək iki filmində çəkilmişəm. Dövlət filmində çəkilməmişəm. O biri filmlərdə mənfi obraz deyil. Bir “Suğra və oğulları” filmində elədir.
- Seriallarda deyirəm. Rövşən İsax da o cür görüb sizi.
- Seriallarda, hə, amma oğrudur də, hər kənddə, şəhərdə var. Bir serialda da atanın dələduz oğlunu oynamışam. “Sonuncu fəsil”də romantik qəhrəman olmuşam.
- Serial belədir ki, baxdın, getdi, yaddaşlarda qalmır.
- Hə elədir, ancaq bir məsələ var. 22 illik teatr təcrübəmdə “Torqovı”dan başqa heç yerdə tanımadılar məni, amma 2 serialda çəkiləndən sonra “Torqovı”dan başqa hər yerdə tanıdılar. Seriallar populyarlıq gətirir. “Dəfinə ağacı”nda da mənfi obraz idi. Çəkildiyim seriallar hamısı baxımlı olub.
Bədii filmlə bağlı vəziyyət o baxımdan necədir, dəvət olur, imtina edirsiniz?
- İmtina da olur, qonorar qane etmir.
- “Suğra və oğlanları”nda necə oldu?
- İlqar Nəcəf çox yaxşıdır o baxımdan.
- O filmdə özünüzə kənardan tamaşaçı kimi necə baxdınız?
- Mənə təsir eləmədi.
- Zəif oynamısınız? Filmə baxanda yaxında olmadığınıza şükür etdim.
- Bütün rayonlarda o dövrlər olmuş hadisədir. Kolxoz sədrləri kəndlərin yiyəsi olub. Barat da onlardan biri. Zədəli mənəviyyatlı adamdır. O vaxtın da məmurları onlar idi, bir dəfə elə birini rayonlardan birində çəkilişdə olanda canlı-canlı dinləmişəm. Hardasa 90 yaşı vardı, hər şeyi özü açıb danışdı. O tarixləri açıb göstərmək lazımdır.
- Gənc Tamaşaçılar Teatrından çıxmağınıza nə vaxtsa peşman olmusunuz?
- Çoxdanın söhbətidir. Cəmiyyətdə baş verənlərə bir insan kimi münasibət bildirmişdim, gördüm teatrda iclas çağırıblar mənə görə, dedim 37-ci il deyil, ehtiyac yoxdur, özüm gedərəm. İndi də eləyəm, biganə qala bilmirəm, münasibətimi bildirirəm, ziyanını çəkirəm.
- Şəxsiyyət kimi qazanırsan, fərd olaraq itirirsən də, bu gün o teatrın səhnəsində sizə ehtiyac var, sizin də o səhnəyə ehtiyacınız var.
- Bu, mənim taleyimdir, həyatımdır. Demirəm düz eləmişəm, yaxud səhv eləmişəm. Təbii ki, müəyyən heyfsilənmə var, amma bəlkə bundan sonra yenə eləyərəm. Desələr ki, bunu elə, həyatın yoluna düşsün, bəlkə də eləmərəm.
- Bəlkə də eləyərəm?
- Bəlkə də. Nə vaxt, harda nə eləyərəm, bilmirəm. Bəlkə elə hadisə olar ki, qətiyyən biganə qala bilmərəm, yenə daha sərt fikir deyərəm. Bəlkə də susaram. Həyatdır, diaqnoz qoya bilmərəm, çərçivəyə sala bilmirəm.
- Xarakterdir, yoxsa diaqnoz? Bəlkə səbirsizlikdir?
- Bəzən mənə deyirlər ki, çox səbirli adamsan. Hər zamanın öz hökmü var. Bunlar 10 il əvvəl olub, hər halda, həmin adam da deyiləm. 10 il Gənc Tamaşaçılar Teatrına getməmişəm, bu yaxınlarda Zemfira xanım Əbdülsəmədovanın tamaşasına getdim. Uşaqlardan sevinənlər də oldu…
- Qorxanlar da oldumu ki, birdən qayıdar?
- Nə bilim, bir-iki hadisə oldu. Mehriban xanımın tamaşasına da getdim sonra.
- Birdən ordan dəvət gəldi?
- Gedərəm, 10 il əvvəlki rəhbərlik, mühit deyil, dəyişib. Bircə gecələr teatrın fasadının işıqları hələ də yanmır. Şəhərin mərkəzində bütün binaların işıqları yanır, amma teatr binasının fasadının işıqları yanmır, yandırmırlar ki, işığa borcumuz var. Mərkəzdə mədəniyyət ocağının işığı həmişə yanar, uzaqdan çağırar adamı. Özümdən asılı deyil, buna fikir bildirməyə bilmirəm. Deyirlər, əşi, nəyinə lazım, gəl belə.
- İndi Vidadi Həsənovun teatrında çalışırsınız, burda necədir vəziyyət?
- Qoy, heç olmasa, burda işləyək də…
- )))) Əla cavabdır.
- Əsas odur yaradıcılıq var, mühit var, hələ qururuq, görək necə olur. İstədiyimiz qura bilirik, istədiyimiz tamaşanı hazırlaya bilirik. Yoxsa, filan tamaşanı qurun, filan aktyor, aktrisa oynasın, sən də onun yanında züy tut…elə sənət olmur. Çox yerdə işlədim, teatr yaratdım, gördüm alınmır, inzibati məsələlər mənə görə deyil. Yaradıcılıq tərəfi axsamaz, amma texniki məsələlər axsayacaq. Teatrdan kənarda da qala bilmirəm. “Laçın” teatr studiyası ilə Özəl Teatrların festivalında iştirak etdik, davam etdirə bilmədik. Adımı qoyublar müxalif, Azərbaycanda bu söz qınaq sözüdür. Teatr özü müxalifdir, cəmiyyətin güzgüsüdür, əyər-əskiyi göstərməlidir.

P.S. “Suğra və oğlanları” filminin üzərində çox dayanmadım, növbəti həmsöhbətim həmin filmin rejissoru İlqar Nəcəf olduğu üçün.
//pressklub.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru