"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
Tarix: 23-01-2023, 09:32 | Çap et
“Bu gün sənətdə sənəti olan üçün hər şey var. Əvvəlki illərlə müqayisədə daha böyük işlər görmək, daha böyük məşhurluğu qazanmaq asandır. Məsələ sadəcə sənəti olanın istədiyi qədər pulunun olmaması, sənəti olmayanda da tam əksinə pulun çox olmasıdır. Yəni bütün problemlər əslində buradan başlayır. Savadı, sənəti olmayan reklamıyla istədiyini edir, keyfiyyətsiz məhsulunu təqdim edərək, insanlara təsir göstərir, sənəti olan da danışanda uğursuz biri kimi insanların gözündə adiləşir. Bu tək incəsənət və mədəniyyət aləmində deyil, bütün sahələrdə belədir, savadsız, məsuliyyətsiz insanlar hər sahədə keyfiyyətsiz məhsullarla insanları zəhərləyirlər. Bunun qarşısını almaq mümkün olmasa da, çalışıb, balans yaratmaq lazımdır ki, insanların seçim hüququ olsun. Düzdür, Allah birinə böyük sənət, birinə bacarıq bəxş edir, gerisini insanların öz ixtiyarına buraxır, insanlar da ya ağılı, bacarığı, sənəti ilə savad sahibi olub, insanlığa yararlı olur, cəmiyyətə düzgün xidmət göstərir, ya da cahilliyi ilə bilmədən ya da bilərəkdən cəmiyyəti zəhərləyirlər”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib.
“Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz, cahil insandan isə hər şey gözləmək olar. Cəhaləti də ancaq savad xilas edə bilər, 21-ci əsrdə hər kəsin savadlı olması lazımdır. Ancaq təəssüf ki, get-gedə əksini görürük. Bunun səbəbidir ki, bu gün cəmiyyətdə hətta kəndli, şəhərli söhbəti aparılır. Məsələ insanın kənddən ya şəhərdən olması deyil, məsələ insanın savadlı olub, olmamasıdır. Kənddə də, şəhərdə də cahil və savadlı insanlar var. Savadı olan insanın mədəniyyəti, tərbiyəsi hər zaman fərqli olur. Savad almayan insan isə dünyanın ən böyük şəhərində doğulsa nə faydası var?! Nə isə inkişafa götürən dahi şəxsiyyətlərin demək olar ki, hamısı müxtəlif bölgələrin nümayəndələri olub. Bu gün kənddən gələn iki insanın hansısa restoranda möhkəm danışması üçün bölgələrdən gələnləri aşağılayan şəhərdə böyümüş, reklamlı, cahil ulduzların fikirləri mətbuat və televiziyanın müzakirəsinə çıxarılıbsa, hansı inkişafdan danışaq? Nə isə Allah hər kəsə hidayət-ağıl bəxş eləsin. Danışdıqca həll olunacaq məsələlər deyil bunlar. Hər şey məktəblərdən başlamalıdır, mədəniyyətin də, tərbiyənin də kökü savaddır, xilası təhsildir, bunu aşılamaq isə savabdır” deyə müğənni bildirib.
Xuraman Şuşalı onu qalmaqala sürükləyən həmkarlarından da danışıb. Müğənni onlara heç bir vaxt cavab vermədiyini bildirib. “Çünki gəncliyimdə ətrafımda olan televiziya, radio, mətbuat nümayəndələri məni bu qalmaqal deyilən bir bataqlığın içinə çəkdi, mən də istəmədən onların fikirləri ilə o bataqlıqda çabaladım, "üzməyi" bacardığım üçün tez yol alıb, özümü oradan çıxara bildim. Bu gün o ağılın, o yaşın sahibi deyiləm ki, bir də o yola sürüklənim. Kim nə istəyir desin, kim nə istəyir danışsın, insan ağzını açanda, söylədiyi fikirlərdə özünü təqdim edir. Həm bu gün ağıllı insanlar - insanların dilinə, danışdıqlarına deyil, əməllərinə, addımlarına, həyat tərzlərinə, yaşantılarına, təqdim etdiklərinə baxıb, qiymət verirlər. Ona görə o danışanlar və o müzakirə edənlər əslində özlərini görsələr, dəyişərlər. İnşaAllah onlar da düzəlib, yararlı işlərlə məşğul olarlar” deyə Xuraman Şuşalı bildirib. Müğənni Şuşada çəkdirdiyi klipindən də danışıb.
“Vasitənizlə bir Şuşalı olaraq, hər Qarabağlı kimi mənim də vətən həsrətimə son qoyan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm, Qarabağda muğamın səslənməsinə səbəb olan Azərbaycanımızın 1-ci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalan oğullarımın torpağından, onları dünyaya gətirən anaların əlindən, alnından öpürəm. Şükürlər olsun 30 illik vətən həsrətimiz bitdi. İstər rəhmətlik Ümummilli liderimiz Heydər Əliyevim dövründə, istərsə də ondan sonra cənab İlham Əliyevin dövründə məcburi köçkünlərə göstərilən diqqət, qayğı əskilmədi, bizə yoxluq hiss etdirmədikləri üçün onlara ayrıca minnətdaram. Qaldı ki, Şuşalı qızının 30 ildən sonra öz torpağına ayaq basmasına, bəli, bu baş verdi. Hamı kimi təkcə şəkil çəkdirmədim, orada ilk klipi də mən çəkdim. "Şuşam" mahnısı Şuşada çəkilən ilk klip oldu. Doğulduğum torpağımda fotosessiya etdim. “Şuşam” adlı mahnının söz və musiqisi Cəlil Əliyevə məxsusdur. Klipdə geyindiyim libaslar Şuşanın tarixi geyimləridir. Klipin ərsəyə gəlməsində həyat yoldaşım Elçinə, operatorlar Taleh Həsənzadə, Tərlan Məmmədova, montaj edən Elnur Ehtiramoğluna, prodüsser İbrahim Ağazadəyə öz təşəkkürlərimi bildirirəm. Öz evimdə ola bilmədim, çünki həmin yer indi dövlətin nəzdindədir, orada xidmət göstərən orqanlara məxsus binadır. İnşaAllah gələcəkdə övladlarımla, oradan bərabər çıxdığım qardaşımla, bacımla da orada olmaq istəyirəm, orada çoxlu vaxt keçirmək istəyirəm, qalmaq, istirahət etmək istəyirəm. Əsas odur ki, vətənimi igid oğullarımız yağı düşməndən xilas edib, rəhmətə gedənlərimin ruhu sevinir, torpaqlarımda igid oğullarımız gəzir, önəmli olan vətənim adını daşıdığım Şuşam azaddır. Bundan sonra istədiyimiz vaxt gedə biləcəyik” deyə müğənni bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|