Musiqisiz komedigəzişmə - TELLİ PƏNAHQIZINDAN
Tarix: 11-01-2014, 14:15 | Çap et
1-ci şəkil: Ovqat
...Dəhlizdə, pilləkənin başında bir-birinin gözünün içinə baxaraq çiyinlərini qaldırıb maraqla qaş-gözünü süzdürən və "Bizi niyə çağırıblar?" sualını dodaqlarının ucundan geri qaytararaq hislərini büruzə verməməyə çalışan, ara-sıra bağlı qapıya doğru boylanan bir dəstə adam. Qəbul otağında sakitlik olsa da, ortada bir azca gərginlik də var. Tez-tez qarşısındakı vərəqdəki siyahıya göz gəzdirib gələnlərin adı qarşısına yekə bir "quş" qoyan Sevda xanımın "başlayaq, vaxtdır!" - komandası ilə mətbəxə cuman qızların təşvişinə biganə qalan Vidadinin mənalı-mənalı qımışması da qəribə bir ovqat yaradır. Açılan qapıdan içəri boylanmağa macal tapan bir nəfər nəsə öyrənmək ümidiylə Vidadini əl havasına dəhlizə çağırır. O isə sanki heç kimi görmür, heç kəsi eşitmir. Stolun üstündəki telefon zəng çalır və Sevda xanım hövlank özünü yetirirərək dəstəyi qaldırmağı ilə yerinə qoymağı bir olur: - Vidadi, camaatı içəri dəvət elə... Vidadi şəstlə dəhlizə sarı addımlayır. Açılan qapıdan içəriyə sərin hava axını dolur.
2-ci şəkil: Bəzəkli masa
...Hər kəs çaşqın, hər kəs təəccüb içində bir-birinin üzünə baxır. Hər kəs direktor otağında yaradılan bu qeyri-adi ab-havanın səbəbini anlamağa çalışır. Məsələdən hali olanlar da artistlik edirlər, bilənlər bilməyənlərdən daha çox heyrətləndiklərini göstərmək istəyir. Axı bura TEATR-dı. Nazim Əliverdibəyov bığlarını tumarlayir, Yusif Əkbərov boş kreslolardan birinə sarı yönəlir, İham Namiq Kamal ehtiramla içəridəkiləri salamlayır, Nahidə xanım gözucu masanın səliqə-səhmanına fikir verir. Çingizin gözünün içi gülür. Fatma xanım qayğılıdır. Ema xanım oturduğu yerdəcə dizlərini sığallıyır. Bayırda Günəş işarsa da, hava soyuqdur, ustəlik, dünəndən maqnit qasırğası da elan eləyiblər.
3-cü şəkil:
Əliqismət müəllim yan otaqdan çıxır. Hər kəs ayağa qalxır və direktor gülə-gülə: - Hamınız xoş gəlmisiniz, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bir daha hamınızı təbrik eləyirəm və hər birinizə ailə səadəti, xoşbəxtlik, uğurlu tamaşalarda gözəl rollar və bolluca tamaşaçı alqışı arzulayıram. Bir də istəyirəm ki, həmişə, hər yerdə həmrəy olaq, bir-birimizi sevək, bir-birimizə dayaq olaq. Hər kəs astadan, Elxan müəllimsə dəvətlilərin adından: - Çox sağ olun, müəllim, biz də sizi təbrik edirik - deyir. Ema xanım ağrıyan ayağını gücə salmamaq üçün bir əlini direktor masasının küncünə qoyub, ürəyindən keçirdiklərini dilə gətirməyə tələsmir hələ. - Bilirsiniz də, - teatrın direktoru Əliqismət Lalayev bir az uzaqdan başlayır, - bizim teatrın yaşı artıq bir əsri ötüb, binamız təmirdən və əsaslı bərpadan sonra bu yaxınlarda istifadəyə verilib, adı yenilənib. Bu həm də bizim məsuliyyətimizi daha çox artırır, ciddi və gərgin iş rejiminə keçməyi tələb edir... Bu barədə dəfələrlə danışmışıq və hələ yenə də danışacağıq. Yeni binada yeni tamaşalar hazırla-malıyıq və deyim ki, artıq bir neçə yeni əsər üzərində işə başlanılıb, məşqlərimizə start verilib. Amma biz bu barədə növbəti iclaslardan birində daha ətraflı fikir mübadiləsi aparacağıq. Bu günsə...
4-cü şəkil:
Sevda xanım əlində sini otaga girir. Pürrəngi çayın ətri masanın üstünə düzülmüş müxtəlif çeşidli şirniyyatın ətrinə qarışır. Direktor çay dolu fincanlardan birini əlinə götürür və bayaqdan bəri səbirsizliklə bu dəvətin səbəbini bilməyə tələsən əməkdaşlara müraciətlə: -Buyurun çay süfrəsinə - deyir - məncə, bayaqdan bəri sizin üçün ən maraqlı məqam məhz bu ola bilər. Biz yeni ilin ilk on günlüyündə iki sənətkarımızın -respublikanın xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamalın və teatrımızın aktrisası Ema xanım Məlikovanın 65 yaşını qeyd etmək üçün bir araya gəlmişik. Hər kəs öz içində yüngül və rahat bir nəfəs alır və təbriklər, əlsıxmalar, öpüşmələr bir neçə dəqiqə davam edir. Ema Məlikovanın gözləri yaşarır, əlindəki dəsmalı üzünə aparır, bununla da sanki həyəcanını, bir azca da olsa, ovutmağa çalışır. - Bu sənət fədailərinin hər ikisinin Azərbaycan teatr sənətinin inkişafında, xüsusilə bizim teatrın yaradıcılıq salnaməsində çox önəmli yeri var və mən bütün kollektivimiz adından sizə uzun və mənalı bir ömür arzulayıram. Hamı əl çalır, Əliqismət Lalayev həm İlham Namiq Kamala, həm də Ema Məlikovaya hədiyyələr təqdim edir və sözü onların sənət dostlarına, uzun illər çiyin-çiyinə çalışdıqları insanlara verir. Teatrın baş rejissoru Yusif Əkbərov, baş dirijor Nazim Əliverdibəyov, xalq artisti Fatma Muxtarova, aktrisa Nahidə Orucova, əməkdar artist Novruz Qartal həmkarlarını bu şərəfli ömür yolu münasibəti ilə təbrik edirlər.
5-ci şəkil:
Qapı açılır və Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov içəri girir və gülə-gülə deyir: - Bu tıxacları qoymur ki, vaxtında-vədəsində istədiyin yerə çatasan. Vallah, bayaqdan bəri ilişib qalmışıq Azneft dairəsində, ordan necə çıxdıqsa, sürücüyə dedim, sən teatrın bərabərində saxla, mən birtəhər yolu keçərəm. Ancaq görürsünüz də, yenə gecikdim... - Əsas odur ki, siz bizimləsiniz, burdasınız, Azər müəllim - Əliqismət Lalayev deyir. - Önəmli olan da budur ki, siz vaxt tapıb bizim işçiləri, öz sənət dostlarınızı təbrik eləməyə gəlmisiniz. Azər Paşa müəllimin eyni açılır: - Həm də əliboş gəlməmişəm. Hər ikisinə rəhbərlik etdiyim ittifaqın Fəxri Fərmanını gətirmişəm və onları yubanmadan təqdim etmək istəyirəm. Ömür nərdivanının bir pilləsini də arxada qoyan "cavanlar" məmnuniyyətlə bu diplomları qəbul edirlər. Kimsə yerindən dillənir: - Gün o gün olsun ki, 70 yaşınızda daha böyük mükafatlara layiq görüləsiniz. İlham Namiq Kamal gülə-gülə: - Azər Paşa müəllim, bu fərmandan ikinci dəfə vermirsiniz? Mən istəyirəm 70 illiyimdə də onu siz öz əllərinizlə mənə təqdim edəsiniz. - Mən 3 il onlardan qabaq çatacam ha, 70-ə! - bunu da əməkdar artist Novruz Qartal deyir. - Mənim diplomumu indidən yazın, hazır qalsın! Hamı coşğu ilə əl çalır, içəridə bürkülü bir hava var, insanların nəfəsi, buğlanan çayların buxarı, kondisionerin istisi...
6-cı şəkil:
Hamı İlham Namiq Kamalı və Ema Məlikovanı bir daha təbrik edir, hər ikisinə möhkəm cansağlığı arzulayır. Ema xanımın dəsmalı islansa da, yenə gözlərini silir. - Niyə ağlayırsınız, ay Ema xanım, şükür Allaha, bu yaşacan gəlib çatmısınız. Bu teatrda yaddaqalan rollar oynamısınız, camaatın hörmətini, kollektivin məhəbbətini qazanmısınız, bu hər aktrisaya nəsib olmur ha! - bunu da gənc tənqidçi Vəfa söyləyir. - Yox, ay qızım, deyəsən kipriyim qatlanıb, gözüm də elə bu səbəbdən yaşarır - Ema xanım təmkinini qorusa da sevincini gizlədə bilmir - Əlbəttə, şükür eləyirəm! 65 il yaşamışam, bu az deyil, bilirəm! Amma inan mənə, elə bilirəm bir göz qırpımı kimi gəlib keçdi illər. Sizə canım qurban, siz cavanlar mənə hörmətlə yanaşırsınız. Eşitdiniz də Əliqismət müəllim də, Azər Paşa müəllim də bizim sənətimiz haqqında necə gözəl sözlər dedilər. Ona görə də hələ Allahdan bir az da möhlət istəyirəm. Arzu edirəm ki, ömrümün ən gözəl illərini həsr etdiyim bu sənət məbədində bir az da çalışım, yeni rollar oynayım.
7-ci şəkil:
Növbə mənə də çatır, təriflər, təbriklər, arzular və nəhayət, son sual: - Ema xanım, daha diziniz ağrımır deyəsən? - Yox, canım, elə bil heç axşamdan bəri kələyimi kəsən onun ağrısı deyilmiş. - İlham müəllim, 55 yaşında sizdən müsahibə götürəndə demişdiniz ki, bu beş rəqəmləri mənə nağaranın qoşa çubuğunu xatırladır. Çal ki, çalasan, səsi daha gur gəlir... Bəs 65 rəqəminin yaratdığı təəssürat necədir? - 6... Sanki çubuğun birinin bir ucu yumurlanıb. Bu çomaq müdriklərin yol yoldaşı, səyyahların, dərvişlərin silahı olub bəzən. İnsanların çiynində gəzdirdiyi çomaq kimidir o, istər söykən, istər başının altına qoy, istər dara düşənə uzat, istəyirsən yenə nağara göyəclə onunla! Bilirsiniz də, iri nağaralar məhz belə çubuqla çalınanda daha əzəmətli səslənir... İndisə, icazə verin, mən də yaşıdımı təbrik edim: - Ay Ema xanım, gəl yaşımızı qarışdıraq, sonra bölərik... Ya da ki, mən onun hamısını sənə bağışlamaq istəyirəm, götür, apar, sağlığına qismət. - Yox, canım-gözüm, mən qurdnan qiyamətə qalmaq istəmirəm. Gəl belə eləyək. Mən payıma düşəni də verirəm sənə. Çünki siz 4 nəfərsiniz. - 4 nəfər haradan olduq, ay Ema xanım? - Necə yəni haradan? Mən deyim, sən də barmağını qatla! - De gəlsin, qadoyu alım... - Bax, o 130-u 4 yerə bölsək, hərəyə 32 ildən bir az artıq düşür, ya yox? - O necə olur axı, canım, sən niyə onu 4 yerə bölürsən ki? - Bax, 32 il İlhamın, 32-si Namiqin, 32-si Kamalın, 32 il də Əhmədovun payı... Orada qalır cəmi-cümlətanı 2 il, onu da mən götürürəm; biri Emanın, biri də Məlikovanın. Etirazın-filanın yoxdur ki? İlham Namiq Kamal Əhmədov illərdən bəri eyni səhnəni paylaşdığı həmyaşıdının əlini sıxır: - Halal olsun, çox ədalətli bölgüdür!
P.S. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən bu mini yubiley tədbirindən çıxanda hava yenə soyuq idi. Günəş buludların arasında gizlənmişdi. Amma mən inanırdım ki, Ema xanımın ayağı heç axşam da ağrımayacaq, İlham müəllim yenə "canik, mən hələ ki cavan oğlanam, 32 yaş nədir ki?!" deyəcək. Məncə, bu daha yaxşıdır! Axı insan illəri vecinə almayanda, onu şövqlə, məhəbbətlə yaşayanda daha rahat olur! \ kaspi.az \\
Telli Pənahqızı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Bu gün, 23:02 |
|
|
|
• Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Bu gün, 22:55 |
|
|
|
• Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Bu gün, 22:51 |
|
|
|
• "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Bu gün, 22:47 |
|
|
|
• Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Bu gün, 22:45 |
|
|
|
• Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Bu gün, 22:40 |
|
|
|
• Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Bu gün, 22:38 |
|
|
|
• “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 18:58 |
|
|
|
• Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11 |
|
|
|
• Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09 |
|
|
|
• Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05 |
|
|
|
• “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57 |
|
|
|
• Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52 |
|
|
|
• "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46 |
|
|
|
• Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41 |
|
|
|
• MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33 |
|
|
|
• Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26 |
|
|
|
• Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14 |
|
|
|
• AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12 |
|
|
|
• Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07 |
|
|
|
• Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02 |
|
|
|
• Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59 |
|
|
|
• Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48 |
|
|
|
• Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48 |
|
|
|
• Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23 |
|
|
|
• “Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22 |
|
|
|
• Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14 |
|
|
|
• Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12 |
|
|
|
• Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09 |
|
|
|
• Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57 |
|
|
|
• Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46 |
|
|
|
• “Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43 |
|
|
|
• Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39 |
|
|
|
• Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37 |
|
|
|
• Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30 |
|
|
|
• 4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26 |
|
|
|
• Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24 |
|
|
|
• "İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22 |
|
|
|
• Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16 |
|
|
|
• Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14 |
|
|
|
• Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06 |
|
|
|
• "Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05 |
|
|
|
• Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02 |
|
|
|
• Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42 |
|
|
|
|