Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                 

“Bu gün hər kəs zəhmət çəkir, amma çox az adamın zəhməti qiymətləndirilir”
Tarix: 31-01-2022, 08:08 | Çap et
“Bu gün hər kəs zəhmət çəkir, amma çox az adamın zəhməti qiymətləndirilir”
Son illər canlandırdığı obrazları və qurduğu tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanan gənc aktyor, rejissor Zaur Əliyev AYNA-ya müsahibəsində yaradıcılığındakı və həyatındakı maraqlı məqamlardan danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Aktyorluq sənətinə ilk gəlişiniz necə oldu?

- Mədəniyyət və İncəsənət Universitetində tələbə olmazdan əvvəl ilk dəfə aktyor kimi səhnəyə Bakı Slavyan Universitetində çıxmışam. Ora məni TOTEM teatr dərnəyinin rəhbəri Gülnarə Əhmədli cəlb etmişdi. Bütün yollar buradan başladı.

- Hansı istedadınızı görüb sizi TOTEM-ə dəvət etdilər?

- TOTEM teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun "Ər və arvad" əsəri səhnəyə qoyulurdu. Gülnarə xanım bu əsərə quruluş verirdi. O, məni Şəfi obrazını oynamaq üçün dəvət etdi. Qeyd edim ki, həmin vaxtlar Gülnarə xanım məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanına hazırlaşdırırdı.

- Həmin ərəfədə TOTEM teatrı ilə birlikdə siz də vətənpərvərlik mövzusunda gənclər arasında keçirilən teatr festivalına qatıldınız. Uğurlu çıxışınızla yadda qalan gənclərdən olmuşdunuz. Bu, sizin sənətdə uğur qazanmağınıza təkan verdimi?

- Bəli, qəhrəmanlıq mövzusunda keçirilən teatr festivalına qatılmışdım. Artıq o zaman mən Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idim. Festival və sonralar oynadığım tamaşalar mənim tanınmağıma və rejissorlar tərəfindən kəşf edilməyimə yardımçı oldu.

- Akyor və rejissor Zaur Əliyevin sənətdə bəxt üzünə harada gülüb?

- Bu sənətdə şans da lazımdır, amma hələlik mənə elə gəlir ki, arzularım bəxtimin hesabına yox, çəkdiyim zəhmət hesabına həyata keçib. Hələ o bəxt şans hesabına üzümə gülməyib. Amma o da olar (gülür – T.X.).

- Peşəkar karyeranıza harada və necə başladınız?

- Ən başlıca təkan mənim Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyim oldu. Mən o teatrda tələbəlik illərindən texniki heyətdə işıq rəssamı və işıq elektriki vəzifəsində çalışırdım. Universitetin Rejissorluq fakültəsini bitirəndə mənim diplom tamaşama Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevi də dəvət etdim. Müəllim təklifimi qəbul etdi və tamaşaya gəlib baxdı. Əliqismət Lalayev tamaşa bitəndən sonra mənə bilirdi ki, tamaşanı çox bəyənib və mənim teatrda rejissor və aktyor kimi işimi davam etdirməyimi istəyir. Bu, mənim üçün sevindirici hal idi. Əliqismət Lalayevin etimadını doğrultmalı, özümü bu fürsətdə sübut eləməli idim. Həm rejissor kimi, həm də aktyor kimi peşəkar fəaliyyətim başladı. Bu gün də teatrda həm rejissor kimi fəaliyyət göstərirəm, həm də aktyor olaraq repertuarda olanda tamaşalarda rol alıram .

- Eyni anda da serial və filmlərə çəkilirsiniz?

- Hə, şükürlər olsun. Bu gün hər kəs zəhmət çəkir, amma çox əfsuslar olsun ki, çox az adamın zəhməti qiymətləndirilir. Nə yaxşı ki, mənim kiçik zəhmətim də olsa, qiymətləndirilib. İstər işlədiyim rəhbərlər, istər rejissorlar, istərsə də aktyor həmkarlarım tərəfindən dəyər görmüşəm. Özümü şanslı saya bilərəm.

- “Ata ocağı” serialında canlandırdığınız Elçin obrazı da tanınmağınızda az rol oynamadı…

- Əlbəttə! Cəmiyyətdə birmənalı qarşılanmadım. Hətta demək olar ki, ölkənin yarısı bu seriala baxır. Bəzi ölkələrdən də izləyənlər var. Deməzdim, oynadığım rol sırf mənfi obrazdır. Sadəcə daha çılğın və tez qərar verən bir gəncdir. Onun da üstün xarakterləri var. Dürüst, mərd və mental düşüncəlidir. Ən əsası isə sadiq olması üstün cəhətidir. Amma onu deyim ki, bizim tamaşaçı tənqid etməyi çox vaxt bacarmır. Tənqid əvəzinə bəzən çaşıb məni söyürdülər. Sosial şəbəkələrdə daha çox söyülürdüm.

- Bu obraz sizə yeni iş təklifləri qazandırdımı?

- Bəli. Efirdən aktyorun görünməsi onun sənətinə müsbət yöndə təsir edir.

- Sizi aktyor Bəhruz Vaqifoluna bənzədirlər. Bu bənzərlik sənətdə sizə mane olmur?

- Saqqal saxlayanda çox oxşadan olurdu. Obraza görə elə imicdə bir müddət gəzməli idim. İndi imicimi dəyişmişəm, artıq oxşadan yoxdur (gülür – T.X.).

- 2021-ci il sizin üçün necə yekunlaşdı?

- 30 yaşımda, heç kimin gözləmədiyi vaxtda şəxsi həyatımda dəyişiklik oldu - nişanlandım. Ən yaxşı vətənpərvər ruhda videoçarxa görə teatrda mükafatlandırıldım. 44 günlük müharibə mövzusunda 22 tamaşanın arasında 2-ci yerə layiq görüldüm. İnanıram ki, 2022-ci il daha uğurlu olacaq. Bir sözlə, 2022-ci ildən gözləntilərim çoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru