“Telekanallar “ədəbsiz insan yarat” təlimatını yerinə yetirə bilmədi” – Kamran Həsənli
Tarix: 17-11-2021, 08:35 | Çap et
Ölkəmizdə “Youtube” kanalları günü-gündən populyarlaşır. Həmin kanallarda istər gündəmin müzakirəsi, istərsə də digər mövzulara həsr olunan verilişlərin auditoriyası formalaşmaqdadır. Buna paralel olaraq, “Televiziya kanallarımızı izləmirəm” deyənlərin sayı da artır.
AYNA vaxtilə televiziya kanalından milyonları efir qarşısına toplayan, hazırda isə “Youtube” kanallarında aparıcı kimi fəaliyyətini davam etdirən tanınmış teleaparıcı Kamran Həsənli ilə bu istiqamətdə həmsöhbət olub.
- Kamran bəy, hazırda hansısa televiziya kanalı ilə əməkdaşlığınız varmı?
- Xeyr, yoxdur. Hətta deyəsən, televiziyalar mənə qarşı “koalisiya” yaradıb, heç məni yaxın da buraxmırlar. İndi istəmirəm ki, “mən-mən” deyim. Bacım da rejissordur, bizim komandamız var idi və biz televiziyanın nə olduğunu 2000-ci illərin əvvəllərində göstərdik. Azərbaycan tamaşaçısı, efirə istər Hüseyn Dərya çıxsın, istərsə Elşad Xose və s. televiziyaya baxırdı. “Musiqili meydan”, “Sizin saat” verilişlərində yüzlərlə, minlərlə adam qapının ağzında dayanırdı, içəri keçib əyləşmək, verilişdə tamaşaçı qismində iştirak etmək istəyirdi. O verilişlər çox populyar idi.
- İndi belə verilişlər yoxdur. Bugünkü vəziyyətə necə gəlindi?
- 2005-2006-cı ildən sonra bizim televiziyanın mənzərəsi dəyişməyə başladı.
- Səbəb nə idi?
- Mənə elə gəlir ki, bu, həbs olunmamış, amma işdən çıxmış məmurların (adlarını çəkmək istəmirəm, onsuz da xalq bilir) istəyi ilə oldu. Onlar televiziyaya öz kadrlarını yerləşdirirdilər. Televiziyadan ədəbsizlik, milli dəyərlərimizin məhv olması, musiqi zövqünün korlanması üçün istifadə edirdilər.
- Bunu nə üçün istəyiblər, bu barədə fikriniz varmı?
- Mənə elə gəlir ki, onlar Rusiyanın buradakı inhisarçıları idilər və televiziyada da istəklərinə nail olurdular. Biz təkcə onlarla mübarizə aparmırdıq. Mənim verilişlərimi həmişə bağlayıblar. Bir neçə ay, bir ilə yaxın çəkib. Amma 2006-cı ilə kimi “Sizin saat”, “Musiqili meydan” verilişləri gedirdi. Heydər Əliyev rəhmətlik sağ idi, mən canlı efir aparırdım. Efirdə Turandan da, tükçülükdən də danışırdım. Reytinqlər yüksək idi, kifayət qədər populyarlıq var idi. Əgər mən təhlükəli adam olsaydım, iki canlı efir aparmazdım, verilişi elə o zaman bağlayardılar.
Televiziyaya təsir 2006-cı ildən başladı. Bu gün gördüyünüz televiziya o başlanğıcın nəticəsidir. Qeyri-peşəkarlar gətirildi, televiziyaya korrupsiya daxil oldu - müğənnidən tutmuş aparıcıya, redaktora qədər bu işə bulaşmağa başladılar. Bütün müğənnilər aparıcı oldu. İntellekti, musiqi və fəlsəfi biliyi, yumor hissi var ya yox - fərq etmirdi, əsas o idi ki, o müğənninin pulu var idi, o, televiziyaya aylıq nə qədərsə pul verirdi. Əslində isə aparıcı televiziyadan qazanmalıdır, burada isə aparıcı televiziyaya pul verirdi. Azərbaycanda dünyada olan televiziya konseptinin, görüntüsünün tam tərsini yaratdılar və televiziya düşüncələrini məhv elədilər. İndi də o adamlar – həmin kadrlar televiziyalarda oturublar. Təbii ki, onlar bizi yaxın buraxmazlar.
- İndi televiziyanı izləyən çox az adam var, baxanlar da baxdığını deməyə sanki utanırlar. Günü-gündən “Youtube” kanalları daha çox izlənir, nəinki televiziya kanalları. Sizin fikrinizcə, səbəb nədir?
- Çünki “Youtube” kanallarında azadlıq var. Burada yetərincə söz azadlığı var. Biz öz fikirlərimizi, düşüncələrimizi azad şəkildə deyə bilirik. 44 günlük savaşdan sonra bizim mentallığımızda daha çox dəyişiklik var, insanlarımız dünyanı görürlər. Bizim insanlar nəinki televiziyaya baxmırlar, kəskin də olsa, deyəcəm: insanlarımızın televiziyaya nifrəti var. Bir sorğu keçirsək, yüzdə doxsan nəfər deyəcək ki, “biz televiziya kanallarına baxmırıq”.
- Görəsən, həqiqətən baxmırlar?
- Bəli, baxmırlar. Mən bunu 2012-ci ildən hiss etməyə başladım. Məni məşhur verilişlərə qonaq çağırırdılar, orada maraqlı məqamlardan danışırdıq, amma sonra görürdüm ki, heç kim eşitməyib. Deməli, proqrama baxmayıblar. Başa düşdüm ki, insanlar daha televiziya verilişlərini izləmirlər. Daha çox türk serialları, Türkiyə verilişləri izlənir. Çünki rus dili bilən adamlar azdır, daha çox türkçə bilirlər deyə, Türkiyə kanalları izlənir.
Azərbaycan televiziyası da 2006-cı ildən onlara verilən tapşırığı – “zövqsüz, ədəbsiz insan məhsulu yarat” tapşırığını yerinə yetirə bilmir. İnsanlarımızın ədəbi də var, düşüncəsi də. Amma bu, Azərbaycan televiziyasının yaratdığı insan məhsulu deyil, Türkiyə kanallarının formalaşdırdığı insanlardır. Bu gün artıq “Youtube” kanallarının yaratdığı insan məhsulları var.
- Bu gün də adınızı çəkəndə türkçülüyün təbliği ilə yada düşürsünüz…
- Bəli, mənə “Türk oğlu türk” deyirlər. Təxəllüsümdür. 20 il televiziyada işləmişəm. Bu müddətdə də Turanı və türkçülüyü təbliğ etmişəm. Fikir verdinizsə, 44 günlük savaşımızda bizim verilişlərlə tərbiyə alan insanlar, gənclər bozqurd simvolu və turançı düşüncəsi ilə ölümə də getdilər, düşmən də öldürdülər. Onlar bizim verilişlərin yaratdığı insan məhsulu idilər. Biz istəyirdik ki, insanlarımız belə düşüncədə olsunlar. Demokratiyanı sevsinlər, başqa dindən olan insanlara hörmətlə yanaşsınlar. Çalışırdıq ki, gənclərimizə o azad düşüncəni təbliğ edək. Bugünkü televiziya isə tam əksini təbliğ edir.
Mən televiziyaçıyam. Buna görə mənə çox ağırdır. Təəssüf hissi ilə deyirəm ki, insanlarımız televiziyaya baxmırlar. Televiziyalarımız hələ də mənim icad etdiyim “Sizin saat” verilişində qalıblar: iki kreslo, iki qonaq, mövzu və musiqi. Baxın, təzə veriliş açırlar, yenə kreslo qoyurlar, müğənni dəvət edirlər və s. Mən o vaxt o formatı əlacsızlıqdan etmişdim. Çünki hələ böyük imkanlar yox idi. Təsəvvür edin ki, indi bizim “Pressklub TV”-dəki verilişlərimiz – “Babat debat”, “Üçbucaq” daha böyük formatda televiziyada yayımlansa, bu gün buradan minlərlə adam izləyirsə, televiziaydan milyonlara çata bilərik. Amma televiziya bizi yaxın buraxmır.
Bu gün əslində Azərbaycan televiziyası iki yerə bölünüb: keyfiyyətsiz televiziya və keyfiyyətli “Youtube” kanalı. İnsanlar da seçim qarşısında qaldıqda, təbii ki, “Youtube” kanallarını seçirlər. Özünüz də görürsünüz ki, “Youtube”-dan bizi minlərlə insan izləyir. Mən bilmək istəyirəm, indi televiziya kanallarımızdan hansındasa elə bir veriliş varmı ki bu gün minlərlə adam baxır?
- Televiziya bu tənəzzüldən necə çıxa bilər, çıxış yolunu nədə görürsünüz?
- Televiziya tənəzzüldə deyil, bu, artıq sondur. Bu isə bizə ağrı verir. Azərbaycanda televiziya sıfırdan başlamalıdır. Elan etməlidirlər ki, buraya qədər gəldiyimiz yol səhvdir. Olur belə şeylər. Böyük dövlətlər də getdiyi yolun səhv olduğunu anlayır, qəbul edir. Rasimin yerinə Məmmədi gətirməklə heç nə dəyişməyəcək. Konsept dəyişməlidir. Bunu da bacaran yəqin ki, televiziya peşəkarları olar. Açığı deyim ki, bu, bizim əlimizdən gələr. Elə televiziya yarada bilərik ki, tamaşaçı oturub kanallarımıza baxsın. Bizim tamaşaçı bu gün müzakirə, düşüncə istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|