"Tezliklə teatrın fəaliyyətini tam bərpa edə bilərik"
Tarix: 7-06-2021, 08:49 | Çap et
Ordumuzun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi həm milli qürurumuzu bərqərar etdi, həm də bizləri 30 il həsrətini çəkdiyimiz o torpaqlara qovuşdurdu. Azad edilən torpaqların hər qarışı əziz və müqəddəs olsa da, Qarabağın “baştacı” sayılan Şuşanın yeri hər zaman könüllərdə bir ayrı olub. Şuşa şəhəri tarixən ölkəmizin tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri hesab edilib. Bu gün mədəniyyətimizin paytaxtı olan şəhər özünün yetişdirdiyi mütəfəkkirlər ilə Azərbaycan mədəni irsinə dərin töhfələr verib. Əzəli və əbədi yurdumuzda işğaldan öncə müxtəlif mədəniyyət ocaqları elm mərkəzləri fəaliyyət göstərib. Belə mərkəzlərdən biri də 100 ilə yaxın tarixi olan Şuşa Dövlət Musiqili Dram Teatrıdır.
Hafta.az-ın əməkdaşı Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı, əslən Şuşadan olan Yaşar Muradov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:
- Yaşar bəy, işğal müddəti ərzində teatrın fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?
- Şuşa Dövlət Musiqili Dram Teatrı işğaldan sonra 1993-cü ildən, 2006-cı ilə qədər Bakıda - Gənc Tamaşaçılar Teatrının binasına yerləşmişdi. 2006-cı ildən etibarən isə ovaxtkı Mədəniyyət nazirinin əmri ilə “Savalan” kinoteatrı (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 6) Şuşa teatrının balansına verildi. Daha sonra, 2014-cü ildə cənab Prezidentin “Teatrların yenidən qurulması və inkişafına dair proqramına” əsasən bina təmirə dayandırıldı. 4 il sonra - 24 dekabr 2018-ci ildə binanın rəsmi açılışı baş tutdu. Həmin dövrdən etibarən yenidən fəaliyyətimizi davam etdirdik. Təmir müddətində bina olmasa belə, müxtəlif tamaşalar hazırlanırdı. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən, bir sıra şəhər teatrları binasında tamaşalarımız oynanılır, həmçinin rayonlara, xüsusən də cəbhə bölgələrinə qastrol səfərlərimiz təşkil edilirdi.
- Bəs son illərdə, xüsusən də yeni bina istifadəyə verildikdən sonra hansı işlər görüldü? Pandemiya teatrın fəaliyyətinə nə cür təsir göstərdi?
- 2018-ci ildən sonra yeni binada repertuarımız daha da zənginləşdirildi. Əvvəllər qənaətbəxş olmayan uşaq tamaşaları xeyli inkişaf etdirildi. Pandemiya şəraiti ilə bağlı yeni binada fəaliyyət müddətimiz elə çox olmasa da, artıq xeyli iş görməyi bacarmışıq. Pandemiya ilə əlaqədar sonuncu tamaşamız 6 mart 2020-ci ildə oynandı. Ardınca isə elə də məhsuldar olmayan onlayn fəaliyyət dövrü başladı. Hər sahədə olduğu kimi, bu vaxt ərzində bizdə də durğunluq yaranıb. Sosial şəbəkələrdə müxtəlif tamaşalardan videoçarxlar paylaşılsa da, tamaşaçı ilə canlı ünsiyyət sənəti olan teatr üçün bu hal heç də ürəkaçan sayılmır. Ümid edirəm, tezliklə COVID bəlasından yaxa qurtarıb teatrın fəaliyyətini tam bərpa edə bilərik.
- Dediniz ki, son illərdə uşaq tamaşaları bir qədər də təkmilləşdirildi. Ümumilikdə, Şuşa Dövlət Musiqili Dram Teatrında uşaq və böyüklər üçün hansı tamaşalar səhnələşdirilirdi?
- Repertuarımızda böyüklər üçün Cəfər Cabbarlının "Solğun çiçəklər", Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah". "Lənkəran xanının vəziri", uşaqlar üçün isə, "Əli Baba və Qırx Quldur", Xanımana Əlibəylinin "Dovşanın ad günü", Abdulla Şaiqin "Danışan gəlincik" və s. bu kimi tamaşalarımız var. Üstəlik, hər biri izləyicilərimiz tərəfindən maraqla qarşılanır.
- Xəyallar gerçəkləşib. Bir şuşalı olaraq işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı nə cür planlaşdırmısınız? Yəqin ki, qayıdışla bağlı yeni tamaşalar səhnələşdirməyi düşünürsünüz...
- Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada"Xarıbülbül" festivalında olarkən cənab Prezidentə bununla bağlı öz təşəkkürlərimizi bildirdik. Əminəm ki, qayıdışımız möhtəşəm olacaq. Şuşada yerləşəcək olan binanın indiki vəziyyəti ilə bağlı məlumatım yoxdur. Bizim üçün əsas odur ki, Şuşamıza qalib ölkənin vətəndaşları olaraq qayıdacağıq. Bundan belə tamaşalarımız öz izləyicilərini evində qarşılayacaq.
Şuşaya qayıtdıqdan sonra "Zəfər Dönüşü" adı altında səhnələrimiz oynanılacaq. Arzu edirəm ki, Zəfərlə bağlı tamaşalarımızı premyera şəklində tamaşaçılara təqdim edək və ilk izləyicilərimiz də bizi Şuşamıza qovuşduran şəhid və qazi ailələri, onların övladları olsun. Hazırda yaradıcı heyət əsərlərin seçilməsi ilə məşğul olur.
- Şuşa Dövlət Musiqili Dram Teatrının balansında hazırda neçə əməkdaş fəaliyyət göstərir?
- Teatrın balansında yetəri qədər aktyor heyəti mövcuddur, həmçinin texniki heyət və musiqili ansamblımız da var.
- Bu illər ərzində teatrın fəaliyyətinə dövlət tərəfindən hansı dəstəklər olunub?
- Dövlət dəstəyini üzərimizdə hər zaman hiss etmişik. Bunun bariz nümunəsi isə istifadəyə verilən yeni binamızdır. Elə Mədəniyyət Nazirliyi də hər zaman bütün çətinliklərdə yanımızda olub.
Qeyd
Şuşa Dövlət Musiqili Dram Teatrı 1938-ci ilin fevral ayında yaradılıb. O vaxt Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı olaraq adlandırılırdı. Daha sonra, 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib.
Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Teatr 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
|